Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qanovuz
Qanovuz-al-əlvan ipək parça.Əsasən,Çərq ölkələrində geniş itehsal olunurdu.14-19 əsrlərdə Azərb-da da (Şamaxı, Gəncə,Basqal və.s.)yayılmışdı.İki növ vardır. yüngül,zərif növü bursa,ağır növü tafta adlanırdı. Keçmişdə Azərb.-da gəlinlik paltarı ı-dan da tikilrdi.Q.-un xalq arasında "şahi","ördəkboynu","səhər-axşam","al-yaşıl" və.s. adlarına təsadüf olunur. Hazırda, əsasən,Orta Asiyada istehsal olunur. Q.-dan yorğanüzü,xalat tikilir, çarşab,və.s.kimi istifadə edilir.
Qarovul
Qarovul (ümumtürk) — döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin, hauptvaxtada və intizam batalyonlarında saxlanılan şəxslərin keşiyi və qorunması, eləcə də hərbi mərasimlər üçün nəzərdə tutulan silahlı bölük. Həm qarnizonlu(düşərgə), həm də daxili(gəmi) qarovulu ola bilər; hər ikisi daimi, həm də müvəqqəti ola bilər. Xüsusi hallar üçün fəxri qarovullar təşkil olunur. == Növləri == Fəxri qarovul — Əsgəri ehtiram göstərmək üçün ayrılmış bölmə == İstinadlar == == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Qarovuş
Qarovuş yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndindən şimalda, dağların arasında salınmış qədim yaşayış yeri. Yaşayış yeri dağ çayının hər iki sahilini əhatə edir. Yaşayış yerində dördkünc formalı binaların qalıqları qalmaqdadır. Binaların bünövrəsi daşdan inşa olunaraq gil məhlulu ilə bərkidilmişdir. Yerüstü materiallar antik və orta əsrlərə aid forma verməyən keramika parçalarından ibarətdir. Hazırda yaşayış yerindən yaylaq kimi istifadə olunur. Yaşayış yerinin yaxınlığında Son Antik dövrə aid nekropol da vardır. Araşdırmalara əsasən demək olar ki, yaşayış yeri uzun müddət maldar tayfalar tərəfindən istifadə edilmişdir. Yaşayış yerini (e.ə. 2) əsrə aid etmək olar.
Qarovuş nekropolu
Qarovuş nekropolu — Naxçıvan Muxtar Respublikası Şərur rayonunda eyniadlı yaşayış yerinin cənubunda, çayın sol sahilində meşənin içərisində arxeoloji abidə. == Tarixi == Nekropolun ərazisi xalq arasında Alçalı da adlandırılır. Qəbirlərin bir neçəsi aşınma nəticəsində üzə çıxmış və dağıdılmışdır. Qəbirlər dördkünc formada orta həcmli qaya parçalarından iki sıra hörülməklə qurulmuşdur. Talan edilən bəzi qəbirlərin divarları 0,5-0,8 m hündürlükdə salamat qalmışdır. Qəbirlər müxtəüf istiqamətlərə yönəldilmiş vəziyyətdə olub, həcminə görə bir-birindən fərqlənirlər. Dağıdılmış qəbirlərin ətrafında aparılan araşdırmalar zamanı çəhrayı rəngli keramika parçaları aşkar olunmuşdur. Aşkar olunmuş materiallar eramızın ilk əsrləri üçün xarakterikdir. Arxeoloji materiallara əsasən nekropolu (e.ə. II)-(b.e.
Qarovuş yaşayış yeri
Qarovuş yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndindən şimalda, dağların arasında salınmış qədim yaşayış yeri. Yaşayış yeri dağ çayının hər iki sahilini əhatə edir. Yaşayış yerində dördkünc formalı binaların qalıqları qalmaqdadır. Binaların bünövrəsi daşdan inşa olunaraq gil məhlulu ilə bərkidilmişdir. Yerüstü materiallar antik və orta əsrlərə aid forma verməyən keramika parçalarından ibarətdir. Hazırda yaşayış yerindən yaylaq kimi istifadə olunur. Yaşayış yerinin yaxınlığında Son Antik dövrə aid nekropol da vardır. Araşdırmalara əsasən demək olar ki, yaşayış yeri uzun müddət maldar tayfalar tərəfindən istifadə edilmişdir. Yaşayış yerini (e.ə. 2) əsrə aid etmək olar.
Rafal Qan-Qanoviç
Rafal Qan-Qanoviç (23 aprel 1932, Varşava – 22 noyabr 2002, Lyublin) — Lipka tatarı əsilli polyak hərbçisi, muzdlu döyüşçüsü, jurnalist, Polşa Milli Şurasının üzvü, siyasi və sosial aktivisti. Həyatını kommunizmlə mübarizəyə həsr etmiş və sürgünd yaşamışdır. == Həyatının erkən dövrü == Rafal Qan-Qanoviç 23 aprel 1932-ci ildə Varşavanın Vaver bölgəsində dünyaya gəlmişdir. Onun ailəsinin kökəni Reç Pospolita dövründə bölgəyə köçmüş tatarlardan idi. Onun atası bir müddət Fransa Xarici Legionunda xidmət etmiş, sonradan biznes qurmaq üçün Cənubi Amerikaya səyahət etmişdi. O, Braziliyada kauçuk plantasiyası və Argentinada mis mədəni qurmaq istəyirdi. Rafalın anası 1939-cu ilin sentyabrında Polşa nasistlər və bolşeviklər tərəfindən işğal olunan zaman həyatını itirmişdi. Bundan sonra Rafalın atası oğlunu Vaver bölgəsindən Varşavanın Zoliborz bölgəsinə aparmışdı. Onlar orada 1944-cü ilin avqust ayında baş vermiş Varşava üsyanına qədər yaşadılar. Üsyan zamanı atası onu və bir qadını zirzəmidə gizlədərək, döyüşməyə getmi.
Gövüz
Gövüz (az.-əbcəd گؤوۆز‎, fars. گاوخس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 108 nəfər yaşayır (38 ailə).