Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaratikan
Qaratikan (lat. Paliurus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 1.5-3 (5) m olan olduqca tikanlı koldur. Bir neçə gövdəyə malikdir, budaqları əyri-üyrü, çılpaq qonur rəngdədir. Yarpaqları 2-4.5 sm, növbəli, elliptik və ya çəpinə yumurtavari, qıraqları xırdadiş mişarvaridir, üstdən çılpaq, tünd yaşıl rəngdə, parıltılı, altdan açıq yaşıldır. Yarpaqlarının saplaqları 10 mm qədər, oturacağında biri düz, digərinin ucu qırmaq kimi əyilmiş iki möhkəm tikan vardır. Xırda, ulduzvari sarımtıl rəngli çiçəkləri, salxımvari qoltuq çiçəkqrupunda birləşmişlər. Meyvəsinin diametri 19-22 (27) mm, 3-yuvalı, 3(2) toxumludur açılmayandır. Yetişdikdə sarımtıl, sonradan açıq- və qonur mixəyi rəngdədir, uzun qanadı dərivari, qıraqları dalğalıdır. Toxumları yumru, bir qədər yastıtəhər, tünd-mixəyi və ya qonur mixəyi rəngdə,parıltılıdır.
Qaratikan (Bolnisi)
Qaratikan - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Qaratikan (Borçalı)
Qaratikan - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Qaratikan (Ərdəbil)
Qaratikan (fars. قره تكان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (21 ailə).
Tikanlı qaratikan
Tikanlı qaratikan (lat. Paliurus spina-christi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin qaratikan cinsinə aid bitki növü.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pambıq koluna qulluq edilməsi (film, 1931)
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Qaratikanı
Qaratikanı - Cəbrayıl rayonu ərazisində dağ adı. == Toponim == Qaratikanı - Cəbrayıl rayonu ərazisində dağ adı. XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında Qaratikan. Dədə-Qorqudda Qaratikan Qıpçaqların Tikan tayfasının adından. Qaraq (el, camaat) və tikan. İrəvan əyalətində Tilkanlı, Qars əyalətində Tikanlı, Dağlıq Şirvanda Tikanlı-Yurd və b. adlarla mənşəcə eynidir.
Qaratikən
Qaratikan - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Həmid Dönməz
Həmid Dönməz (1899—1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həmid Dönməz Gəncədə anadan olmuşdur. Bakıda Pedaqoji İnstitutda təhsil almışdır. 1926-cı ıldə 50-yə yaxuı dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir- Iikdə həbs edilib. 8 aydan sonra azadhğa buraxılan Hemid Dönməz İrandan Tür- kiyəyə keçə bilib, çox illər İqdirdə yaşayıb, şerlərini Türkiyə mətbuatmda dərc et- dirib. Həmid Dönməzə başqa vətən həsrətli nəsildaşlarmm bəxtinə düşməyən səadət nəsib oldu: o, 1991-ci ildə ixtiyar yaşmda Azərbaycana gələ bildi, Bakıda mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak etdi. Elə həmin vaxt Həmid Dönməz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.
Soluna Samay
Soluna Samay Kettel-Ziegler, daha çox Soluna Samay kimi tanınır — Danimarka müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində Danimarkanın təmsilçisi.
Luis Kolina
Luis Kolina Alvares (isp. Luis Colina Álvarez; 12 avqust 1888, Madrid – 22 iyul 1956, Valensiya) — İspaniya futbol hakimi, məşqçisi və funksioneri. 1924 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. Futbol üzrə İspaniya milli komandasının məşqçisi (1924). == Həyatı == Luis Kolina 12 avqust 1888-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur. 1919/20 mövsümündə "Real Madrid"in direktoru olmuşdur. 21 dekabr 1924-cü ildə Xose Rosiç və Xulian Olave ilə birlikdə Avstriya ilə evdə yoldaşlıq oyununda (2:1) İspaniya millisinə rəhbərlik etmişdir. O, beynəlxalq futbol hakimi olmuşdur. 1924–1926-cı illərdə İspaniya məhkəmə sisteminin prezidenti olmuşdur. 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol turnirində çalışmışdır.
Kolusa qraflığı (Kaliforniya)
Koluza — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 21,419 nəfər olmuşdur. Mərkəzi Koluza şəhəridir.
Koluza qraflığı (Kaliforniya)
Koluza — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 21,419 nəfər olmuşdur. Mərkəzi Koluza şəhəridir.
İnteqrasiya oluna bilən sayt
İnteqrasiya oluna bilən sayt – Tələb olunan informasiyanın İnternetdə yerləşdirilməsi, sayt üzərindən informasiya sorğularının qəbulu, emalı və saytdan birbaşa sayt sahibinin informasiya reyestrinə, habelə əlaqəli informasiya reyestrinə avtomatik müraciət edib məlumat əldə etməsi, lazım gələrsə başqa reyetrlərə müəyyən hüquq və səlahiyyətlər əsasında informasiya daxil etmə imkanları nəzərdə tutulmuş internet saytıdır. Xüsusilə dövlət orqanları və bələdiyyələr inteqrasiya oluna bilən İnternet saytlarına malik olmalıdırlar.
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı (ing. Academy Award for Best Actor, rəsmi: ing. Performance by an Actor in a Leading Role) — Amerika kino sənəti akademiyasının 1929-cu ildən etibarən hər il təqdim etdiyi nüfuzlu mükafat. Mükafatın namizədləri (sayı 5-dən çox olmayaraq) gizli səsvermə vasitəsilə irəli sürülür. Qalib akademiyanın həmişəlik seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi nəticəsində təyin edilir. == Tarixi == Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı 1929-cu ildən etibarən təqdim olunur. Mükafatın ilk laureatı "Sonuncu göstəriş" və "Bütün cisimlərin yolu" filmlərindəki rollarına görə qalib elan edilmiş Emil Yanninqs olmuşdu. Birinci mərasimin ilk namizədləri arasında "Sirk" filmi ilə Çarli Çaplin də olmuşdur. Lakin o, ümumi siyahıdan kənar olaraq, ayrıca xüsusi mükafat qazanmışdı. İlk illərdə mükafatın verilmə qaydaları indikindən fərqlənirdi: "Ən yaxşı kişi rolu" kateqoriyasında qalibin seçilməsi üçün aktyorun kinoda ifa etdiyi bir neçə rola diqqət yetirilirdi.
Ən yaxşı kişi roluna görə Oskar mükafatı
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı (ing. Academy Award for Best Actor, rəsmi: ing. Performance by an Actor in a Leading Role) — Amerika kino sənəti akademiyasının 1929-cu ildən etibarən hər il təqdim etdiyi nüfuzlu mükafat. Mükafatın namizədləri (sayı 5-dən çox olmayaraq) gizli səsvermə vasitəsilə irəli sürülür. Qalib akademiyanın həmişəlik seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi nəticəsində təyin edilir. == Tarixi == Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı 1929-cu ildən etibarən təqdim olunur. Mükafatın ilk laureatı "Sonuncu göstəriş" və "Bütün cisimlərin yolu" filmlərindəki rollarına görə qalib elan edilmiş Emil Yanninqs olmuşdu. Birinci mərasimin ilk namizədləri arasında "Sirk" filmi ilə Çarli Çaplin də olmuşdur. Lakin o, ümumi siyahıdan kənar olaraq, ayrıca xüsusi mükafat qazanmışdı. İlk illərdə mükafatın verilmə qaydaları indikindən fərqlənirdi: "Ən yaxşı kişi rolu" kateqoriyasında qalibin seçilməsi üçün aktyorun kinoda ifa etdiyi bir neçə rola diqqət yetirilirdi.
Ən yaxşı qadın roluna görə Oskar mükafatı
Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı - Ən Yaxşı Qadın aktrisa üçün Akademiya Mükafatı hər il Kino Sənəti və Elmləri Akademiyası (AMPAS) tərəfindən verilən bir mükafatdır. Mükafat ənənəvi olaraq əvvəlki ilin ən yaxşı kişi rolunun qalibi tərəfindən verilir. Ən yaxşı qadın rolu mükafatı ümumilikdə 95 dəfə 79 aktyora verilib. İlk qalib “7-ci səma”, “Küçə mələyi” və “Günəş: İki insanın mahnısı” filmlərindəki rollarına görə Janet Qaynor olub. Ən son qalib, hər şeyin hər yerdə hamısı bir anda filminə görə Mişel Yeoh olub, qalib gələn ilk Cənub-Şərqi Asiya aktrisası olub. Ən çox qalibiyyət rekordu dörd dəfə Katharine Hepburn-a məxsusdur. Frances McDormand üç dəfə, digər on iki aktrisa-da iki dəfə mükafata layiq görülüb. Meryl Streep bu kateqoriyada ən çox nominasiya (17) alıb və iki dəfə qalib olub. 41-ci Mükafatlandırmada Barbra Streisand və Katharine Hepburn eyni sayda səs toplayaraq Ən Yaxşı Qadın aktrisa nominasiyasına layiq görüldülər və hər ikisi təltif olundu. Bu hadisə indiyə qədər yalnız bir dəfə baş verib.
Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı
=== 1937-1940-cu illər ===
Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı
== Qaliblər və nominantlar == Siyahıda qaliblər və nominantlar haqqında məlumat Database Academy Awards, mərasimlərinə uyğun olaraq onilliklər üzrə qruplaşdırılaraq verilmişdir. Cədvələ aktrisaların adları və filmlərin adları, onların əldə edilmiş nominasiyaları, rolları daxildir. Hər ilin qalibləri siyahısında birinci göstərilib və bu qızıl fonda yarımqara şriftlə ayrılmışdır.
Ən pis ikinci plan qadın roluna görə Qızıl Moruq mükafatı
Ən pis ikinci plan qadın roluna görə Qızıl Moruq mükafatı (ing. Golden Raspberry Award for Worst Supporting Actress) — hər il Qızıl Moruq mükafatında (və yaxud "Rezzi") əvvəlki ilin ən pis ikinci plan qadın roluna görə verilən mükafat. Namizədlər və qaliblər illik abunə haqqı ödəyən hərkəsin qoşula biləcəyi Qızıl Moruq Vəqfi qrupu tərəfindən seçilir.
Karatikani
Karatikani Bolnisi rayonunda kənd adı. == Toponimkası == Karatikani- Bolnisi rayonunda kənd adı. Qıpçaq mənşəli Tikan tayfasının adını əks etdirir. "Tikan qara camaatı" mənasındadır. İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında Tikanlı, Türkiyənin Qars əyalətində iki Tikanlı, Azərbaycanda indi Qara Tikanlı (Cəbrayıl rayonu), Dağlıq Şirvanda Tikanlı-Yurd və b.toponimlərlə mənşəcə eynidir.
Qaratikanlı
Qaratikanlı (dağ) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun ərazisində dağ. Qaratikanlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Qaraiman
Qaraiman — Ermənistanın indiki Geğarkunik mərzində kənd. Çarlıq dövründə keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sovet dövründə isə Basarkeçər (Vardenis) rayonuna aid idi. == Ərazisi == Kəndin eni 3 km, uzunluğu isə 2,5 km-dir. Kənd Basarkeçər şəhərindən 14 km şimal tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən 3 km Kəsəmən kəndi ilə, cənub qərb tərəfdən 6 km Bala Məzrə (Kiçik Məzrə) kəndi ilə, cənub tərəfdən 6 km Böyük Məzrə kəndi ilə, şərq tərəfdən isə 4 km Canəhməd kəndi ilə həmsərhəddir. Kəndin 1800 hektardan çox torpağı olmuşdur. Ondan 1200–1300 hektarı əkənək, 500 hektarı isə otaraq və biçənək sahələridir. Kənd ərazisində çox mənzərəli və gəzməli yurd yerləri vardır. Onlardan kəndin Kilsəlidərə deyilən alban kilsəsini və həmin ərazinin yaxında tarixi III–V əsrlərə təsadüf edən, üzərində qrabar əlifbası ilə yazı olan xaç daşları tarixi abidələr, Gödək Vəli sərnəsindəki "Ocaq təpəsi" adlanan müqəddəs pirə qonşu kəndlərin də əhalisi niyyət edər nəzir verərdilər. Kəndin ərazisindəki, qədim yurd yerləri aşağıdakılardır: Gödək Vəlinin sərnəsi və həmin sərnədəki Gödək Vəlinin çayı, Gödək Vəlinin otaraq yerləri, Gödək Vəlinin komları, Böyük Güney, Qıvla Güney, Ayılı dərə, Köç bulağı, Çölmək bulağı, Qarasu bulağı, İlanlı bulağı, Şırnöyux bulağı, Südlü bulağı, Camışölən suyu, Məşədi İsa bulağı, və yaxud Sədaqət bulağı, Qaragözlü bulağı, Noyçalı bulağı, Çoban bulağı, Sarılığın bulağı, Bollu yurd, Göy taxta, Şimşək dərə, Ayı düşən yurdu, Çənli yurd, Lalalı yurd, Zilfər ölən yurd, Ayvas vurulan yurd, Şəmilin ağılı, Cəbrayılın əkənəyi, Rzanın dəmgəsi, Balamolğunun dəmgəsi, Qamışlı əkənəyi, Hortunoy əkənəyi, Selaparan sərnə, Cərgələn əkənəyi, Höyuxlu sərnəsi, Qırmızı qayanın döşü, Bala və Böyük məzrələr sərnəsi, Taxtanın ayağı əkənəyi, Arxacın dalı, Kərbəlayı Sadığın dəmiyəsi, Dardərə sərnəsi, Yanıq komu, Kilsəli komu, Böyük dəhnələr komu, və Sarılıq komu.
Aratika
Aratika (fr. Aratica) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakarava atolundan 47 km şimalda, Kauehidən isə 35 km şimal-şərqdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 8,2 km²-dir. Daxilində böyük laqun vardır. Atollun şimal və cənubundan laqun okeanla kiçik boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Fakarava kommunasına daxildir. == Əhali == 2017-ci il məlumatına görə adada 225 nəfər yaşayır. Paparava əsas yaşayış məntəqəsidir. Adada uçuş-eniş zolağı var.
Qaratikanlı (Xudafərin)
Qaratikanlı (fars. قره تيكانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (7 ailə).
Qaratikanlı (dağ)
Qaratikanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun ərazisində dağ. == Toponimikası == XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında Qaratikan, Dədə-Qorqudda Qaratikan Qıpçaqların Tikan tayfasının adından (Şaqiyazov, Qeybullayev, Az-a s. 66). Qaraq (el, camaat) və tikan. İrəvan əyalətində Tilkanlı, Qars əyalətində Tikanlı, Dağlıq Şirvanda Tikanlı-Yurd və b. adlarla mənşəcə eynidir.
Qaraçilan (Soyuqbulaq)
Qaraçilan (fars. قره چلان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (6 ailə).
Qaraşiran (Nir)
Qaraşiran (fars. قره شيران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 720 nəfər yaşayır (176 ailə).
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).
Döyməc
Döyməc və ya Döymac (az-əbcəd. دؤیماج،دؤیمَج‎) Qəzvin və Təbriz şəhərlərinə aid olan qəlyanaltıdır. == Lazım olan ərzaqlar == 1 stəkan su 200 q pendir (küp pendiri daha yaxşıdır) 4 ədəd quru lavaş çörəyi 100 q kərə yağı Lazım olan miqdarda doğranılmış göyərtilər 100 q qızardılmış soğan Lazım olan miqdarda qoz içi İstəyə görə qaymaqlı qatıq == Hazırlanma qaydası == İlk olaraq quru çörəkləri geniş bir qabda yaxşıca doğrayıb sonra bir stəkan suyu az-az üstünə töküb qarışdırın. Pendiri doğrayıb və əlavə edin. Kərə yağını əridib doğranmış qoz,doğranmış göyərti və öncədən qızardılmış soğan ilə üzərinə töküb əllə yaxşıca qarışdırın.Bu mərhələdə döyməc otaq mühitində (nə ocaq üstündə) dincəlməlidir. Dincəlməkdən sonra döyməci əl və ya incə belli stəkan ilə (Qəzvinə aid incə belli stəkan ki Armudu stəkanı kimindir) dürməkləyib, şəkil verməliyik.Qəyd edək ki hazırlandıqdan dərhal sonra dürməkləsək, əmələ gəlməz yoxsa bir az əmələ gəlməkdən sonra parçalanar. Bir azdan sonra, döyməci yuvarlaq yaxud oval formada əllərinizdə sıxın ki, tamamilə yapışsın və dağılmasın. Açılırsa bir az su və ərinmiş yağ əlavə edin. Hazırlandıqdan sonra, istənirsə, bir az bərk qaymaqlı qatıq ya süzmə və nanə üstünə töküb süfrəyə verin.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Sönməz
Sönməz — türk soyadı, təxəllüs. Kərim Məşrutəçi Sönməz — İranın nüfuzlu qələm sahiblərindən. Damla Sönməz — Türkiyə aktrisası.
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Dolmen
Dolmen(bret. taol maen — daş masa) — meqalit kateqoriyalı qədim dəfn və kult tikilisi. == Ümumi məlumat == Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir. Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur. == Azərbaycanda dolmenlər == Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır. Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı “Dədəgünəş” pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.
Domen
Domen — veb saytınızın internetdəki adı və ünvanıdır. Bu ünvan olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər. 1985-ci ildə ilk funksional domenlər yaradılmışdır. Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir. 15 mart 1985-ci ildə dünyada qeydiyyatdan keçmiş ilk domen – “Symbolics.com” İnternetdə istifadəyə verilmişdir. Bu domen kompüter sənayesinin pioneri, “Open Genera Lisp” və “Macsyma” kompüterlərinin istehsalçısı olan “Symbolics” şirkətinə məxsus idi. Domen ip ünvanı adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Məsələn az.wikipedia.org yazdığınızda internet öncə bunu ip ünvanına çevirir sonra isə sizi bu ip ünvanına yönləndirir. Veb saytınızı ziyarət etmək istəyənlərin ip ünvanınızı bilmələri çətin olacağı üçün domen alaraq saytınzı daha asan yadda qalan bir hala gətirməlisiniz. 91.198.174.192 ip ünvanı az.wikipedia.org saytına aiddir.
Donex
Balakənd, Doveğ — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur. == Əhalisi == 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir.