1. Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. – Soyuq dəmir çəkicə dözər. ( Ata. sözü ).
// Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək.
Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan!
Dözə bilməm tənhalığın qəhrinə.
Hər möhnətə dözərəm; Sına məni, sına, yar! Əhdimizə inan, yar!
2. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Belə şeylərə dözmək olmaz.
– Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan.