Elxan Aqşın oğlu Zeynallı, (3 aprel 1987, Bakı) və ya səhnə adı ilə Qaraqan, — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir.[1]
Qaraqan | |
---|---|
Elxan Aqşin oğlu Zeynallı | |
| |
Ümumi məlumatlar | |
Digər adı | Elxan Zeynallı |
Ləqəbləri | Qaraqan, BlackBlood, Qarğa, Dərzi, QQ |
Doğum tarixi | 3 aprel 1987 (37 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, yazıçı |
Fəaliyyət illəri | 2005-ci ildən |
Janrlar | hip-hop[d], rep |
Musiqi aləti | piano |
Albom şirkətləri | H.O.S.T Production, MadHouse Community |
Mükafatları | İlin gənci, AYB-nin ən gənc üzvü, Milli Kitab mükafatı |
qaraqan.org |
Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir.[2] Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb.[3]
Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib.[4]
2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.[5] 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедь Одного Извpaщeнцa" romanı rus dilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur.[6] 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir.[7] 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-də çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-cü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır. 2013-cü ilin noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım: Beş anonim milyonçu" təqdim edilir.. 2014-cü ilin Dekabr ayının 27-sində yazıçının "Üç addım" trilogiyasının "İkinci addım"ı çapdan çıxır. Elə həmin gün oxucuları ilə BMM-də görüşən yazıçı kitabını təqdim edir və kitabdakı mövzularla bağlı seminar keçir. Görüşdə iştirak edən 250 nəfər oxucuya imzalı kitab verilir. 2016-cı ildə isə "Üçüncü addım" kitabını çapdan çıxardan yazıçı trilogiyanı başa vurur. 2019-cu il aprel ayının 3 də "Art və Xaos" kitabı oxuculara təqdim etdi.[8][9] 2023-cü il 29 sentyabrda yenidən karyersına "Söz" adlı treki ilə davam edir.
Qaraqanın uzun müddət sonra qayıdışı (2023)[18][19][20]
27 noyabr 2010-cu il tarixində Qaraqanın solo konserti baş tutur. Bu H. O. S. T.-un 2010-cu il tarixində sonuncu konserti olur.
12 aprel 2011-ci il Azərbaycan Opera və Balet Teatrında Qaraqanın "Mənim qaranlığım" adlı konserti keçirilir. Elə həmin gün "İşıq" albomu da işıq üzü görür. Azərbaycanda ilk dəfə balet və pantomimin müşayiəti ilə keçirilən hip-hop musical konsertə müxtəlif yaş qruplarına mənsub tamaşaçılar gəlir. Tədbirin rəsmi qonaqları sırasında ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları, siyasətçilər, şou-biznes nümayəndələri olur. Tədbirin birinci hissəsini pantomima aktyoru Pərviz Məhərrəmov açır. Pantomim rəqsinin ardınca proqram Qaraqanın musiqiləri və klipləri ilə davam edir. Konsetdə, həmçinin, H. O. S. T. qrupunun üzvü PRoMete, Miri Yusif və gənc şair Əli Xəyyam da çıxış edir.[21]
24 mart 2013-cü il tarixində Qaraqanın Moskva şəhərində solo konserti baş tutur. "Moskva Hall" adlı məkanda öz həmvətənləri ilə görüşür. Daha sonra konsert proqramı Qaraqanın musiqiləri ilə davam edir.
26 may 2013-cü il, Baku Jazz Center. Emin Kəriminin müşayəti ilə.
25 may 2014-cü il, Baku Jazz Center.
8 noyabr 2014-cü ildə "Opera və Balet" teatrında Qaraqanın daha bir konserti baş tutur. O, 3 il sonra yenidən öz dinləyiciləri ilə bu səhnədə görüşür. Bu konsert çoxlarının yaddaşına həkk olunur. Konserdə canlı musiqi, orkestr, teatral səhnələr və yeni albomdan mahnılar ilk dəfə səslənir.
21 fevral 2015-ci il, Otto Club. "BlackBlood" albomunun təqdimatı.[22]
Müəyyən müddət ərzində Qaraqan Amerikada oldu. Səbəb SXSW Festivalındakı çıxışlar və Ştatlar üzrə konsert proqramlar olmuşdur. SXSW dünyanın ən böyük musiqi festivallarından biridir. Öz miqyası və populyarlığına görə qərbin ən böyük musiqi festivalıdır. Bu festival Amerikada Texas ştatının paytaxtı olan Austin şəhərində keçirilir. Bu yalnız musiqi deyil həm də, film, start-up festivalıdır. Twitter, Foursquare kimi məşhur proqramlar ilk uğurlarını burada qazanıb. Eləcə də Katy Perri bu festivalda çıxışı ilə məşhurlaşıb. Festivalda iştirak üçün yerli və beynəlxalq 15.000–20.000 musiqi qrupu arasından yalnız 1000–1500 ifaçı seçilir. Festivalda çıxış edən məşhur rep ifaçıları arasında Eminem, 50Cent, Kanye West, Lil Wayne və digərlərinin adını çəkmək olar. "Dünyanın ən məşhur rap ifaçıları ilə eyni səhnəni bölüşmək bizim üçün çox xoş olacaq" deyən Qaraqan Austin, Houston şəhərlərində yaşayan bütün həmyerlilərimizi konsertinə dəvət etmişdir. Festivaldakı "Metamarfoza" adı altında 8 – 18 mart arası konsertlərimizdən sonra Qaraqanın Texas Universitetində tələbələrlə görüşü və kitabların təqdimatı oldu. Daha sonra Los Angeles, Hollivudda Amerika üçün yeni albom yazılışlarına start verildi.