Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarayazı
Qarayazı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Qarayazı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Qarayazı (Gürcüstan) — Gürcüstanın Qardabani rayonunun keçmiş adı. Qarayazı (Meşə) — Azərbaycan və Gürcüstanda yerləşən meşə zolağının adı Karayazı (Türkiyə) — Türkiyədə yer adı. Qarayazılı — Soyad və ya ləqəb.
Birlik (Qarayazı)
Birlik — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.655 nəfər (793 nəfəri kişilər, 862 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.
Qaracalar (Qarayazı)
Qaracalar — Gürcüstan Respublikasının Kvemo Kartli diyarının Qardabani bələdiyyəsində kənd. Kənd Rustavi şəhəri yaxınlığında dəniz səviyyəsindən təqribən 350 metr yüksəklikdə yerləşir. 2014-cü il siyahıyaalmasının nəticələrinə əsasən kənddə 4136 nəfər əhali yaşayır. 99%-i azərbaycanlılardan ibarət olan kənd əhalisinin 50,31%-i kişilər, 49,69%-i qadınlardır. Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Şəhəryanı tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
Qaratəpə (Qarayazı)
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. == Tarixi == Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. == İqtisadiyyatı == Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Qarayazı (Ağstafa)
Qarayazı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi əsasən meşəliklə örtülüb. Kəndin ərazisində Qarayazı dövlət təbiət qoruğu yerləşir.
Qarayazı (Göyçay)
Qarayazı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Bozdağ silsiləsinin ətəyindədir. Digər keçmiş adı Qurdkəndi olmuşdur. Türkdilli qurd tayfasının adındandır. Kənd bu tayfaya mənsub ailələrin Qarayazı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2282 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kəndin ərazisindən Qazıməmməd-Qazax magistral qaz kəməri keçir. == Din == Kənddə Qarayazı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarayazı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarayazı düzü
Qarayazı düzü və ya Qarayazı çölü — Azərbaycanın Qazax rayonu Qazangöl düzü ilə ərazisində Kür çayı arasında yerləşən düz. == Ümumi məlumat == === Toponimikası === Qarayazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "qara" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Ağcayazı və digərləri === Coğrafiyası === Sahəsi 421 km² olub, qərbdə Gürcüstan Respublikası ərazisinədək davam edir. Qarayazı düzü qərbdə enli (12–16 km) olub, şərq istiqamətində tədricən daralaraq (1–2 km) paz şəklində Kür çayı ilə Ortaqaş-Quyruqençi tirəsi arasına daxil olur. Şimal-şərq maili hissədə yarğan və qobulara rast gəlmək olur. Buradakı yeraltı sular çox dərində deyildir. Onlar qarasu bulaqları şəklində üzə çıxır. Bu sular yüksək debitli olub, təsərrüfatın müəyyən sahələrində (əkinçilikdə, maldarlıqda) istifadə oluna bilər. Əsasən şabalıdı torpaqlar üzərində inkişaf etmiş quru çöl bitkiləri (taxıl, müxtəlif ot və yovşan quruplaşması) hakimdir.
Qarayazı xalçaları
Qarayazı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Qarayazı xalçalarının adı Qazax rayonundan 10 km şimalda yerləşən Qarayazı kəndinin adı ilə bağlıdır. Lakin bu xalçaların adı təkcə bu kəndin adı ilə deyil, Kür çayının sol sahili boyunca geniş bir ərazini əhatə edən bu ərazi indiki Gürcüstan Respublikasının ərazisində yerləşən Aşağı Kartli düzünün ərazisi ilə birləşən böyük bir ərazini əhatə edir. Əhalisi əsasən etnik azərbaycanlılardan ibarət olan bu ərazidə yaşayan əhali vaxtilə Borçalıya köçmüş Kosalar, Təzəkənd, Nəzrəli, Kəpənəkçi və Cavdar kəndləri Qarayazı xalçalarının istehsal olunduğu əsas xalçaçılıq məntəqələri olmuşdur. Bu yerlərdə istehsal olunan xalçalar Kür qırağında yerləşən xalçaçılıq məntəqələri kimi bütövlükdə "Dəmirçi Həsən" adı ilə tanınır. == Bədii analiz == "Qarayazı" adı ilə məşhur olan bu xalçalar, Qazax xalçaçıları arasında "Quşlu xalçası" kimi tanınır. "Qarayazı xalçaları" quruluşuna və ornament formalarına görə "Muğan xalçası"na oxşardır. Yerliyi qara rəngli olan bu xalçaların ara sahəsinin aşağı hissəsindəki uzunsov kətəbə, xalçanın mərkəzində isə ağ yerlikli göl və quş təsvirləri bu xalçanın əsas elementləridir. Həmçinin simmetriya qanunları əsasında göl və kətəbələrin yanlarına cüt-cüt yerləşdirilmiş kiçik naxışlar bu xalçanın əsas elementləridir. == Texniki xüsusiyyətlər == "Qarayazı xalçaları" əsasən iki ölçüdə: kiçik və böyük ölçülərdə toxunur.
Qarayazı xalçası
Qarayazı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Qarayazı xalçalarının adı Qazax rayonundan 10 km şimalda yerləşən Qarayazı kəndinin adı ilə bağlıdır. Lakin bu xalçaların adı təkcə bu kəndin adı ilə deyil, Kür çayının sol sahili boyunca geniş bir ərazini əhatə edən bu ərazi indiki Gürcüstan Respublikasının ərazisində yerləşən Aşağı Kartli düzünün ərazisi ilə birləşən böyük bir ərazini əhatə edir. Əhalisi əsasən etnik azərbaycanlılardan ibarət olan bu ərazidə yaşayan əhali vaxtilə Borçalıya köçmüş Kosalar, Təzəkənd, Nəzrəli, Kəpənəkçi və Cavdar kəndləri Qarayazı xalçalarının istehsal olunduğu əsas xalçaçılıq məntəqələri olmuşdur. Bu yerlərdə istehsal olunan xalçalar Kür qırağında yerləşən xalçaçılıq məntəqələri kimi bütövlükdə "Dəmirçi Həsən" adı ilə tanınır. == Bədii analiz == "Qarayazı" adı ilə məşhur olan bu xalçalar, Qazax xalçaçıları arasında "Quşlu xalçası" kimi tanınır. "Qarayazı xalçaları" quruluşuna və ornament formalarına görə "Muğan xalçası"na oxşardır. Yerliyi qara rəngli olan bu xalçaların ara sahəsinin aşağı hissəsindəki uzunsov kətəbə, xalçanın mərkəzində isə ağ yerlikli göl və quş təsvirləri bu xalçanın əsas elementləridir. Həmçinin simmetriya qanunları əsasında göl və kətəbələrin yanlarına cüt-cüt yerləşdirilmiş kiçik naxışlar bu xalçanın əsas elementləridir. == Texniki xüsusiyyətlər == "Qarayazı xalçaları" əsasən iki ölçüdə: kiçik və böyük ölçülərdə toxunur.
Təzəkənd (Qarayazı)
Təzəkənd — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.856 nəfər (880 nəfəri kişilər, 976 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.Əhalinin əksəriyyəti əslən Ağtəhləlidirlər, onlar SSSR dövründə bu ərazilərə köçərək burada Təzəkənd kəndinin əsasını qoymuşdurlar.
Vaxtanqisi (Qarayazı)
Vaxtanqisi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17 – 24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 2.592 nəfər (1.286 nəfəri kişilər, 1.306 nəfəri qadınlar) əhalinin 90 %-i etnik azərbaycanlılardan ibarətdir.
Qarayazı bələdiyyəsi (Borçalı)
Qardabani bələdiyyəsi, Qarayazı bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir. == Tarixi == 1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir. 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. == Fiziki-coğrafi mövqeyi == Qardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə Marneuli və Tetriskaro rayonları ilə həmsərhəddir.
Qarayazı Dövlət Təbiət Qoruğu
Qarayazı Dövlət Təbiət Qoruğu — Azərbaycanın şimal-qərbində, Ağstafa rayonunda, Kür çayının sol sahilində yerləşən qoruq. Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci il mart ayının 2-də təşkil olunmuşdur. Ümumi sahəsi 4,86 min ha, o cümlədən meşəlik sahəsi 3,48 ha-dır. Qoruğun sahəsini əsasən Tuqay meşələri, keçmiş əkin, örüş yerləri və boş sahələr təşkil edir. Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə yaradılmışdır, lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hektar ərazisi qaldı. 2003-cü ildə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. == Qarayazı meşələri == Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı — 1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmış yasaqlıq. Ərazisi 11970 hektardır. == Coğrafiyası == Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin quş növləri vardır.
Qarayaz
Qarayaz (az-əbcəd. قارایاز‎) — Azərbaycan təqvim inanclarında yazın ilk qırx gününü əhatə edən dövr. == Müddəti == Yaz girdikdən sonra keçən 40 gün, yəni aprel ayının sonlarına kimi olan dövr Azərbaycan təqvim inanclarında "Qarayaz" adlandırılır. Qarayaz Boz aydan sonra gəlir və Tərçıx dövrünün başlaması ilə bitir. == Təsviri == Qarayaz zamanı o biri ildən qalmış ərzaqlar bitir və əkin işlərinə çətin başlanılır. Qarayazın əvvəli maldarlar üçün diqqət tələb edən dövrdür. Belə bir el məsəli var: "taxçada saxla, boxçada saxla, qarayaza bir pencə saxla". Havanın dəyişkən keçməsi, günəşsiz günlərin çoxluğu, boran, tutqun hava, isti yel bu dövrün çətinliklərinə daxildir. Kəndlilər, xüsüsilə yarımköçəri maldarlıqla məşğul olan əhali üçün bu dövr asan keçmir. "Novruz günü yaz olar, 40 kötük də az olar", "Bayramdan sonra 40 kötük yanar" məsəllərinin bu dövrlə əlaqədar deyildiyi fikirləşilir.
Qaracalı
Qaracalı (Əhər)
Qarayara
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. == Tarixi məlumat == Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir.
Qarağacı
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.
Qaranaz
Qaranaz (İraq) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Qarayağ
Qarayağ — oduncağın quru çəkmə nəticəsində içindən çıxan qara bir mayedir.
Alatau qaramalı
Alatau qaramalı — Qırğızıstan və Qazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvis və Kostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır. == Xüsusiyyəti == Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Alp qarağatı
Alp qarağatı (lat. Ribes alpinum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Bütün Avropa üzrə, Qafqazda, Qərbi Türkiyədə, Şimali Afrikada və Mərakeşdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 1,5 m-ə çatan, möhkəm yarpaqlı, sıx yerləşmiş budaqları olan alçaqboylu koldur. Yarpaqları üç qanadlı, tünd yaşıl, parlaq, eni 4 sm-dək, üstü cod, vəzicikli tükcüklərlə örtülmüşdür. Yarpağın əks tərəfi açıq hamar, çılpaqdır. Çiçəkləri yaşılımtıl, sarı rənglidir. Çiçək saplaqlarında vəzicikli tükcükləri vardır. Çiçək qrupları 15-30 ədəd erkək çiçəklərdən və ya 1-5 ədəd dişi çiçəklərdən ibarətdir, sallaq olmayan salxımlar əmələ gətirir. Meyvələri dadına görə şirin, unlu, ölçüsü 6-8 mm olan çəhrayı giləmeyvədir.
Amerika qarağacı
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Asta Qarabağı
Asta Qarabağı — Azərbaycanın milli rəqsi. Bu rəqs Qarabağda, Xankəndidə yaranıb. Rəqsin hərəkət düzümləri sabitdir, aram hissədə yerindəcə, sonra isə bir qədər tərpənişlə ifa olunur. Rəqsin tempi aramdır..
Ayrşir qaramalı
Ayrşir qaramalı (ing. Ayrshire cattle) — südlük qaramal cinsi. == Xüsusiyyətləri == Rəngi ala-qırmızıdır. İnəklərin diri çəkisi 450–500 kiloqram, buğalarınkı 650–750 kiloqram olur. İldə 3500–4000 kiloqram süd verir, lakin bəzilərində buu rəqəm 10 min kiloqramdan çoxdur. Südün yağlılığı 4–4,5%-dir. == Tarixi == XVIII əsrdə Şotlandiyanın Ayrşir qraflığında yerli heyvanları Hollandiya və Şorthorn cinsləri ilə yaxşılaşdırmaq yolu ilə yetirdirilmişdir. Kanada, ABŞ, Finlandiya və Avstraliyada geniş yayılmışdır. Rusiyada Moskva, Novqorod, Kalininqrad və Kursk vilayətlərində, həmçinin Kareliyada saxlanılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Айрширская порода / Н. И. Стрекозов, В. И. Сельцов // А — Анкетирование.
Bestujev qaramalı
Bestujev qaramalı — südlük-ətlik qaramal cinsi. XIX əsrin I yarısında indiki Ulyanovsk vilayətində sahibkar S.P. Bestujev və onun ardıcılları tərəfindən yerli inəklər Şorthorn, Hollandiya, daha sonra Simmental, Vilstermarş və bəzi digər cinslərin buğaları ilə mürəkkəb damazlıq cütləşdirilməsi üsulu ilə alınmışdır. Rəngi, əsasən, qırmızıdır; bəzilərinin başında, döşündə və qarnında ağ ləkələr olur. İnəklərin kütləsi 480–550 kq, buğaların kütləsi 1000 kq-adəkdir. Damazlıq sürülərdə laktasiya dövrü (305 gün) zamanı sağım təqribən 4000 kq olur; südün yağlılığı 3,8–3,9%-dir. Bestujev qaramalı iqlimə yaxşı uyğunlaşır, davamiyyətli məhsuldarlığa malikdir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Tatarıstan Respublikasında, Ulyanovsk və Samara vilayətlərində geniş yayılmışdır. Rusiya Federasiyasında südlük mal-qaranın ümumi sayının təqribən 2%-ini təşkil edir.
Ağcayazı
Ağcayazı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Aşağı Ağcayazı — Azərbaycanın Ağdaş rayonunda kənd. Yuxarı Ağcayazı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağcayazı — Laçın rayonu ərazisində düz. Ağcayazı — Laçın rayonu ərazisində dağ.
Qarabaği
Qarabaği bu mənalarda gələ bilər:
Qaramani
Qaramani — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Həbib Qaramani Cəbrail b. Molla Məhəmməd əl-Qaramani 1204/1790-cı - Əsəri Fransa Milli Kitabxanasında qorunur.
Qarayeri
Qarayeri — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. == Əhalisi == Əhalisi 5910 nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. === Tanınmış şəxsləri === Valeh Ələsgərov (19 oktyabr 1946, Qarayeri, Samux rayonu) — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini.
Qryazi
Qryazi — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Abbas Qarabaği
Abbas Mirzə Kərim xan oğlu Qarabaği (fars. عباس قره‌باغی‎; 1 noyabr 1918, Təbriz – 13 oktyabr 2000 və ya 14 oktyabr 2000, Paris) — İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərərgah Rəisi, general. Əslən azərbaycanlı və qarabağlı olan Abbas Qarabağı İran İslam İnqilabındakı roluna görə məşhurdur. == Həyatı == Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olmuşdur. Əslən Füzuli rayonunundandır. Təbriz şəhərində və Fransada hərbi məktəbdə oxumuşdur. 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası yazmışdır. Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. == Karyerası == Abbas Qarabağı 1938-ci ildə İran ordusunda xidmətə başlamışdır. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabağı 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət etmişdir.