Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəstəkar Qara Qarayevin portreti
"Bəstəkar Qara Qarayevin portreti" — Azərbaycan-sovet rəssamı, SSRİ xalq rəssamı Tahir Salahov tərəfindən 1960-cı ildə çəkilmişdir. Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır. Rəsm əsərində məşhur sovet-azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayev təsvir olunmuşdur. 1962-ci ildə Tahir Salahov, bu rəsm əsərinə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif edilmiş, 1968-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrin birində Tahir Salahov demişdir: "Mən bu əsərin üzərində işləyərkən tez-tez Opera və Balet Teatrına gedib, Qara Qarayevin baletlərinə tamaşa edirdim. Hər gün onun musiqisini dinləyirdim. İstəyirdim ki, Qaranın musiqi dünyasını tamamilə mənimsəyə bilim. Bax, bundan sonra portreti başa çatdırdım".
Qara Qarayevin Ev Muzeyi
Qara Qarayevin Ev Muzeyi — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu , SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), "Lenin ordeni", "Oktyabr İnqilabı" və "Qırmızı Əmək Bayrağı" ordenlərinin laureatı, SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki Qara Qarayevin 1918–1946-cı illərdə yaşadığı mənzildə yaradılmış, həyat və fəaliyyətini əks etdirən ev muzeyi. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeçiliyindədir. Muzey bəstəkarın 100 illik yubileyi ilində 2018-ci ilin 1 oktyabr tarixində açılmışdır və Nizami küçəsi 49-da yerləşir. Muzeyin açılışında mədəniyyət naziri Əbülfəs Qarayev, Baş nazirin müavini Əli Əhmədov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar və digər ictimai xadimlər iştirak etmişdir. Həmçinin açılış mərasimində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitabın təqdimatı olmuşdur. Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib, ilk əsərlərini, o cümlədən, "Yeddi gözəl" baletini burada yaradıb. Muzeyin qurulması əsnasında müxtəlif fondlardan bəstəkara aid olan materialların siyahısı tutuldu və respublikadan kənarda bəstəkarın irsiylə bağlı araşdırma aparılaraq, xeyli material toplandı. Belə ki, Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qara Qarayevə aid sənədlər, bəzi əlyazmalar, çəkdiyi fotoşəkillər ölkəmizə gətirildi. Həmçinin eksponatlara digər nadir materiallar – şəxsi kitabxanasından üzərində qeydləri olan kitablar, Sankt-Peterburq teatrından əldə olunan tamaşaların afişaları, şəxsi əşyalar, musiqilərin not əlyazmalarının surətləri, səs yazıları və baletlərinə çəkilmiş eskizlər daxildir. Ümumilikdə bəstəkarın ev-muzeyinə təqdim olunmuş eksponatların sayı 300-dən çoxdur.
Qara Qarayevin ev-muzeyi

Qara Qarayevin heykəli (Bakı, 2014)
Qara Qarayevin heykəli — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki Qara Qarayevin xatirəsinə 3 fevral 2014-cü ildə qoyulmuş abidə. 2012-ci ildə Nazirlər Kabineti Bakı şəhərində Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Qara Qarayevin abidəsi ucaldılmasına dair qərar qəbul edib. Baş nazirin imzaladığı qərara əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 914 515 manat vəsait ayrılıb. Qara Qarayevin heykəli “Nizami” kino mərkəzinin arxasında, Bakı Musiqi Akademiyasının və bəstəkarın yaşadığı evin yaxınlığındadır. Bəstəkar buradan keçib işə gedər və evə qayıdardı, odur ki, həmin yer heykəl üçün hər cəhətdən uyarlıdır. İş Azərbaycanın Xalq rəssamı heykəltaraş Fazil Nəcəfova və Respublikanın Əməkdar memarı Rəhim Seyfullayevə tapşırılmışdı. Azərbaycan heykəltaraşları içərisindən heykəl üzərində işləmək üçün sənətkarın oğlu, bəstəkar, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev Fazil Nəcəfovu seçdi. Gözlənilirdi ki, heykəl bir neçə aya hazır olacaq, ehtimal ki, onun oturan və ya ayaq üstə dayanan fiqur olacağını gözləyirdilər. Lakin həm heykəltaraş, həm də memar öz işlərinə çox məsuliyyətlə və qeyri-standart yanaşan sənətkarlardır. Buna görə də iş üç il çəkdi.
Qaradeyin
Qaradeyin (Ağdaş)
Qarayeri
Qarayeri — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Əhalisi 5910 nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. Valeh Ələsgərov (19 oktyabr 1946, Qarayeri, Samux rayonu) — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini.
Qaradeyin (Ağdaş)
Qaradeyin — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradeyin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qaradeyin kəndi Eymur kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaradeyin kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kəndin adı tarixi türk tayfalarının adı ilə bağlıdır. Bəzi mənbələrdə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur. İld dəfə bu adda kənd XIX əsrdə rusçarı tərəfindən qurulur və plana əsasən bir qrup əhali köçürülərək yaşayış məntəqəsi salmaq lazım idi. Buna səbəb kimi buranın təbiətinin əlverişli olması, Kür çayının qoynunda yerləşməsi, torpağının isə çox məhsuldar olmasıdır. Bu kəndə daimə diqqət yüksək olmuşdur. 1913-cü ildə Yelivazetpol quberniyasının tərkibində yaradılan kənd əvvəl Göyçay rayonuna, sonradan qərara əsasən Ağdaş rayon tabeliyinə verildi. Kənd mürəkkəb relyefə məxsusdur. Belə ki bura Ağdaşın vahəsi demək olar, kəndin ətrafını şoranlıqlar bürüməsinə baxmayaraq kəndin içinə doğru yaşıllıqlar maksimuma çatır.
Qaradeyin (Qəbələ)
Qaradeyin — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Qaradeyin kəndi Kürd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaradeyin kənd inzibati ərazi vahidi yaradılmışdır. Oykonimin Qarategin (qara şahzadə) sözündən olduğu ehtimal edilir. Qaradeyin keçmişdə Azərbaycanda yaşamış kiçik bir elin adıdır. Kənd əhalisinin dediyinə görə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur. Kəndin yaranma tarixi 1840-1850-ci illərə təsadüf edir. Belə ki, "1856 ilin Qafqaz təqvimi" (Кавказский календарь на 1856 год)] adlı kitabın 326-333-cü səhifələri Qəbələ ərazisi haqqındadır. Həmin bölmədə Qəbələ mahalında Qaradeyin adlı kəndin olması haqda məlumata rast gəlinir. Kəndlə magistral yolun arası 500 metrdir və təxminən 20 ev Qaradeyin dərəsinin yanında olduğundan bu yolu 2 km-ə qət edirlər. Vaxtilə qaradeyinlilər bu dərədə məskunlaşıblar.
Qaradeyin bələdiyyəsi
Qaradeyin bələdiyyəsi (Ağdaş) — Ağdaş rayonunda bələdiyyə. Qaradeyin bələdiyyəsi (Qəbələ) — Ağdaş rayonunda bələdiyyə.
Qarayen (Bostanabad)
Qarayen (fars. قراين‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (16 ailə).
Qaradeyin bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradeyin bələdiyyəsi (Qəbələ)
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaravəli
Qaravəli (Balakən)
Qaraalın susüpürən
Qaravəli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Qaravəli (Xudabəndə)
Qaravəli (fars. قره ولي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 390 nəfər yaşayır (83 ailə).
Qaravəli (Çaroymaq)
Qaravəli (fars. قره ولي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (8 ailə).
Qaravəli (Ərdəbil)
Qaravəli (fars. قره ولي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (8 ailə).