Dilimizdə qarağat, sarığat, qızılğat sözləri olub, rəngə görə fərqlənən giləmeyvə adlanır. Ğat türk dillərində “giləmeyvə” anlamını verən ən qədim sözlərdəndir. Ərik, çiyələk və ğat sözləri bütün meyvələri əhatə edib (ərik –çəyirdəkləri, çiyələk –moruq tipli olanları, ğat isə üzü hamar olanları bildirib). Qara sözü ilə bağlı qara mırıt (черемуха), qarabuğda (гречиха), qarayel (qərb yeli), qara sarılıq (xolera) kimi çoxlu sözlər olub. Облепиха yerinə sarığat işlətmişik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)