Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qeysəriyyə (Ordubad)
Qeysəriyyə və ya Ordubad zorxanası — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən 17-ci əsrin tarixi və memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzi bazar meydanında yerləşən abidə Naxçıvanın Türk-İslam abidələrindən biridir. Qeysəriyyənin ümumi sahəsi 540 m²-dir. Böyük bir günbəzdən və ona bitişik 16 kiçik qübbədən ibarətdir. Abidə 10x10 m² olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini örtən dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunmuşdur. Divarının qalınlığı isə 80 sm-dir. Abidənin mərkəzi günbəzi də daxil olmaqla ümumi hündürlüyü 8,5 m-dir. Tarixi binanın pəncərələri şəbəkə metodu ilə hazırlanmışdır. == Tarixi == "Qeysəriyyə" sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü "Şərq bazarı" deməkdir.
Qeysəriyyə abidəsi
Qeysəriyyə və ya Ordubad zorxanası — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən 17-ci əsrin tarixi və memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzi bazar meydanında yerləşən abidə Naxçıvanın Türk-İslam abidələrindən biridir. Qeysəriyyənin ümumi sahəsi 540 m²-dir. Böyük bir günbəzdən və ona bitişik 16 kiçik qübbədən ibarətdir. Abidə 10x10 m² olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini örtən dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunmuşdur. Divarının qalınlığı isə 80 sm-dir. Abidənin mərkəzi günbəzi də daxil olmaqla ümumi hündürlüyü 8,5 m-dir. Tarixi binanın pəncərələri şəbəkə metodu ilə hazırlanmışdır. == Tarixi == "Qeysəriyyə" sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü "Şərq bazarı" deməkdir.
Basil Qeysəriyyəli
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330—379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına , «Zəbur» kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon mag­num sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Fələstin Qeysəriyyəsi
Qeysəriyyə (ivr. ‏קֵיסָרְיָה‏‎ ; yun. Καισάρεια lat. Caesarea Maritima) — müasir İsrailin Aralıq dənizi sahilində yerləşən qədim şəhəri. == Şəhərin adı == Şəhər Yəhudi kralı Böyük Hirod tərəfindən Roma imperatoru Sezar Avqustun şərəfinə Qeysəriyyə adlandırılmışdır, o, əvvəllər yəhudilərə itirdiyi torpaqları ona vermişdi. == Şəhərin tarixi == Şəhərin tarixi finikiyalılar liman yaxınlığında kiçik bir qəsəbə qurduqları zaman, Əhəməni hakimiyyəti dövrünün sonlarına (e.ə. IV əsrin ortalarına) gedib çıxır və onu Şarşon qalası (yunan dilində Straton qalası) adlandırırdılar. Eramızdan əvvəl 96-cı ildə Qeysəriyyə Yəhudi kralı Aleksandr Yanna tərəfindən fəth edildi və bununla da yəhudi yaşayış məntəqəsinə çevrildi. 63-cü ildə Roma sərkərdəsi Pompey tərəfindən Yəhudeya fəth edildikdən sonra Straton Qülləsi yenidən qeyri-yəhudi yaşayış məntəqəsinə çevrilir.
Heydəriyyə
Heydəriyyə — sufi yönümlü islam təriqəti == Yaranması == Yaradıcısı Əhməd Yəsəvinin müridlərindən olan Qütbəddin Baba Heydərdir. Heydəriyyə daima Nemətullahiyyə təriqəti ilə mübarizə aparmışdır. Nusayrilər təriqət kimi dörd qola ayrılmışlar: Heydəriyyə, Simaliyyə (və ya Semsiyyə) Kilaziyyə (və ya Kameriyyə) və Gaybiyyə təriqətləri.
Qeysaniyyə
Qeysanilər — Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn Hənəfiyyənin imamətini qəbul edən dini cərəyanlardan biri olmuşdur. == Tarixi == Qeysanilər Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin imamətini qəbul etmiş şiə yönümlü təriqətlərdən biridir. Bu təriqətin yaradıcısı Muxtar ibn Əbu Übeyd Səqəfi olmuşdur. O Abdulla ibn Zübeyrin (64/684–73/692) hakimiyyəti zamanı Xilafətdə siyasi qeyri-stabillikdən və daxili çəkişmələrdən istifadə edərək, Kufəyə gəlib Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin xeyrinə fəal təbliğat aparmışdır. Müsəlman tarixçiləri qeyd edirlər ki, Məhəmməd ibnül-Hənəfiyyənin bu barədə xəbəri olmayıb. Onun adından istifadə edərək, fəaliyyət göstərən adamlarla da onun əlaqələri olmamış Muxtarı isə o rədd etmişdir. Tarixçilərin yazdıqlarına görə, Muxtar müsəlmanların peyğəmbər ailəsinə qarşı məhəbbətindən sui-istifadə edən adamlardan olmuş və pis məqsədlər güdmüşdür. Xəlifə Əlinin hakimiyyəti vaxtı o, İraqda yaşamış, onun ölümündən sonra isə Bəsrəyə getmişdir. Hüseyn ibn Əli Kərbəlada şəhid ediləndən sonra Muxtar dövlətin əleyhinə apardığı təbliğata görə Əməvilərin Kufədəki canişini Übeydulla ibn Ziyad tərəfindən həbs edilmişdir. Azadlığa buraxılandan sonra isə Əməvilərə qarşı üsyana qalxmış Abdulla ibn Zübeyrin hərəkatında fəal iştirak etmişdir, sonda ondan İraqa göndərimləsini xahiş etmişdir.
Heydəriyyə Mədrəsəsi
Heydəriyyə mədrəsəsi – Qəzvində keçmiş atəşpərəst məbədinin qalıqları üzərində Səlcuqlular dövründə tikilmiş mədrəsə. == Tarixi == İndi Heydəriyyə mədrəsəsi adlanan böyük abidənin baş tikilisi olan əski məscid binası Xumartaş günbədinə yaxın bir tarixdə – XI–XII əsrlərin qovşağında tikilmişdir. Bu abidələrin hər ikisinin memarlıq həlli bir-birinə çox yaxındır. Heydəriyyə günbədi bitkin plan-məkan quruluşu və yüksək bədii tərtibatı olan nadir memarlıq əsəridir. İbadət salonunun bütün hündürlüyü boyu qalxan və rəngli gəc bəzəkləri ilə bol süslənən hündür mehrabı yanlarında incə biçimli tağçalar yüksəlir. Salonun şimal tərəfi çox təntənəli işlənmişdir – ortadakı iri olmaqla üç sivri açırım buranın baş giriş olduğunu gözə çarpdırır. Yan divarlarda da eyni bölgü aparılmışdır. Ancaq burada künclərdə açırım yox, cənub divarında olduğu kimi ensiz tağçalar var. Bu künc taxçaların incəliyini çox sivri biçimli stalaktit salxımı tamamlayır. İbadət salonunun yuxarısını çiçəkli kufi xəttilə yazılmış kitabə zolağı qurşaqlayır.