HÜRUF

ə. «hərf» c. hərflər. Hürufi-e’rab ərəb, fars və əski Azərbaycan əlifbalarında sait yerini tutan hərflər; hürufi-imla’ fars və əski Azərbaycan əlifbalarında saitləri əks etdirən hərflər; hürufi-qəməriyyə ərəb əlifbasında sözlərin əvvəlinə «əl» müəyyənlik artikli gətirildikdə onun tam şəkildə «əl» kimi oxunmasına imkan verən 14 hərf ; (hürufi-məhmələ ərəb, fars və əski Azərbaycan əlifbalarında nöqtəsiz hərflər); (hürufi-münfəsilə ərəb, fars və əski Azərbaycan əlifbalarında özündən sonrakı hərflə birləşməyən hərflər); hürufi-müttəsilə ərəb, fars və əski Azərbaycan əlifbalarında hər iki tərəfdən (özündən əvvəl və sonra) birləşən hərflər; hürufi-saitə saitləri ifadə edən hərflər ; hürufi-samitə samitləri ifadə edən hərflər (saitlərdən başqa, bütün qalan hərflər); hürufi-şəmsiyyə ərəb əlifbasında sözlərin əvvəlinə «əl» müəyyənlik artikli gətirildikdə onun tam oxunmasına imkan verməyən 14 hərf.

HÜRUB
HÜRUFAT
OBASTAN VİKİ
Hürufi-münfasilə
Hürufi-münfasilə (osm. حروف منفصله), xətti-cədid, xətti-Ənvəri, Ənvər yazısı, Ənvəriyyə, ordu əlifbası və yaxud alman yazısı — Ənvər Paşanın Osmanlı türkcəsinin yazılmasını asanlaşdırmaq üçün ərəb əlifbasını dəyişdirərək əldə etdiyi yazı sistemi. Sistem Hərbiyyə Nəzarətinin də töhfəsi ilə uzun müddət istifadədə qaldı. Bu sistemə görə hərflərin son formaları bir-biri ilə əlaqələndirmədən yazılır və saitlər də göstərilirdi. Ənvər Paşa 1917-ci ildə bu sistemi öyrətmək üçün Əlifba adında bir oxu kitabı hazırladı. Yazının rəsmi olaraq sona çatması, yoxsa kortəbii şəkildə tərk edilməsi bilinmir. Bu yazı sistemi 35-i samit və 10 sait-i olmaqla cəmi 45 hərfdən ibarətdir.
Hürufilik
Hürufilik (ərəb. حروفية hurufiyyə) — XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan Sufi təriqəti. Hüruf sözü ərəb dilində "hərflər" mənasını verir. Bu təriqətin əsas ideyası İudaizmdə mövcud olan mistik kabbalistika təlimində olduğu kimi Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir. == Yaranması və yayılması == Hərflərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem olaraq quran şəxs mənşəcə Azərbaycan türklərindən olan Şəhabəddin Fəzlullah Astrabadi Nəimidir (1339-40/1394). Fəzlullah çox gənc yaşlarında ilahiyyat ilə maraqlanmağa başlamış, on səkkiz yaşında olarkən təsəvvüfə yönələrək həccə getmişdir. Qayıdanda Xarəzmə gəlmiş və bir müddət burada qaldıqdan sonra Təbrizə getmişdir. Burada ətrafına topladığı insanlarla etdiyi dini söhbətlər sayəsində böyük ehtiram qazanmışdır. 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır.
Hürufizm

Значение слова в других словарях