Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Milli Dua Ziyafəti
Milli Dua Ziyafəti (ing. National Prayer Breakfast) — ABŞ-də prezidentlərin və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük mərasimlərdən biri. 2014-cü ildəki Ziyafətə dünyanın 134 ölkəsinin nümayəndəsi, o cümlədən iki ölkənin prezidenti, xeyli sayda dövlət və ictimai xadim qatılmışdır. 2015-ci ildeki Ziyafetde Azərbaycanı temsil edən yeganə Azərbaycanlı Dr Vüqar Şahbazlı olmuşdur. Bu NPB-də ilk defe olaraq XIV Dalay Lama da iştirak etmişdir.
Mancur–Han İmperator Ziyafəti
Mancur–Han İmperator Ziyafəti (çin. ənən. 满汉全席, sadə. 滿漢全席, pinyin: Mǎnhàn quánxí) — Çinin Tzin sülaləsi dövründə (1636–1912) inkişaf etdirilmiş mancur və Han mətbəxinin elementlərini birləşdirən yemək bişirmə tərzi və ziyafət növü. Mənşəyi mübahisəlidir, lakin XIX əsrdə bu üslub məşhurlaşmış, XX və XXI əsr restoranlarında təqlid edilmişdir. == Replikalar == 1720-ci ildən bəri orijinal "Manhan Quanxi"ni təkrarlamaq üçün cəhdlər edilmişdir və 1980-ci illərin sonunda müəyyən bir replikanın bir milyon Yaponiya yeninə başa gəldiyi təxmin edilmişdir. Yeməkdə istifadə edilən heyvanların çoxu bu gün nəsli kəsilməkdə olan növlərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Chang, Michael G., 12 // Of Feasts and Feudatories: The Politics of Commensal Consumption at the Early Kangxi Court, Leiden: Brill, 2017, 307–329, ISBN 9789004353459 Kuang, Lanlan. "China's Emerging Food Media: Promoting Culinary Heritage in the Global Age". Gastronomica.
İran monarxiyasının 2500 illiyi ziyafəti
İran monarxiyasının 2500 illiyi ziyafəti (fars. جشن‌های ۲۵۰۰ سالهٔ شاهنشاهی ایران‎‎) - İran imperatorluğu dövlətinin və Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr və 16 oktyabr tarixləri aralığında İranın müxtəlif şəhərlərində təşkil olunmuş kompleks dövlət tədbirləri və şənlikləri. Bayramın məqsədi İranın qədim sivilizasiyasını və tarixini işıqlandırmaq, eləcə də Şah Məhəmməd Rza Pəhləvi dövründə onun müasir nailiyyətlərini nümayiş etdirmək idi. Şənliklərdə ölkənin islamaqədərki tarixinə önəm verilir və Böyük Kirin İran tarixi üçün olan əhəmiyyətinin üzərində dayanılırdı. Bəzi müasir tarixçilər sözügedən ziyafətin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının başlanmasının əsas kulimnasiya nöqtələlərindən biri hesab edirlər. İdeyanın 1958-ci ildə, millətçi İran alimi və intellektualı Şücaəddin Şəfanın şah ailəsinə İran monarxiyasının 2500 illiyi münasibətilə təntənələr keçirməyi təklif etməsilə başladığı güman edilir. Bu rəqəm eramızdan əvvəl 559-cu ildə Böyük Kirin (Kuruş) taxta çıxaraq Əhəmənilər sülaləsinin əsasını qoymasından hesablanırdı. Bayram tədbirlərilə yanaşı İranın bəşər sivilizasiyasının inkişafına təsirini öyrənən elmi konfransın keçirilməsi nəzərdə tutulurdu. Təklif şahın xoşuna gəldi və 1960-cı ildə müvafiq təşkilat komitəsi yaradıldı. Əvvəlcə böyük təmtəraq nəzərdə tutulmurdu və ayrılan büdcə 3,5 milyon dollara bərabər idi.
"İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı
"İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı — 1971-ci ildə sonuncu İran şahı, Məhəmməd Rza Pəhləvinin əmrinə əsasən təsis edilmiş mükafat. Mükafat əsasən Persepolis şəhəri yaxınlığında, 1971-ci ildə təşkil edilmiş İran monarxiyasının 2500 illiyi ziyafətinin xarici dövlət rəsmiləri üçün nəzərdə tutulmuşdur.
Qiyaslı
Qiyaslı — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəfər Qiyaslı — Ssenari müəllifi. Kino məsləhətçisi. Filmlərdə iştirak edən. Kəndlər Qiyaslı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Cəfər Qiyaslı
Cəfər Əli oğlu Qiyasi — memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2001), professor (2007), Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (1999). == Həyatı == Cəfər Əli oğlu Qiyasi 24 mart 1942-ci ildə Ərdəbil şəhərinin Hüsnə kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Politexnik Universitetinin İnşaat fakültsənin Memarlıq şöbəsində təhsil almağa başlayan Cəfər Qiyasi 1966-cı ildə həmin universiteti bitirərək memar ixtisasına yiyələnmişdir. Memar 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir. O, 1978-ci ildə “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsini əldə etmişdir. Cəfər Qiyasi 2007-ci ildə professor elmi adını qazanmışdır. Memar 1999-cu ildə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 2001-ci ildə isə memarlıq sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Cəfər Qiyasi 250-dən çox elmi məqalənin müəllifidir. == İş fəaliyyəti == Cəfər Qiyasi 1967-1971-ci illərdə Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında çalışmış, memar, baş memar, qrup rəhbəri vəzifələrini icra etmişdir. O, həmçinin uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellərdə” və “Memarlıq üfüqləri” adlı verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur.
Qiyaslı (Ağdam)
Qiyaslı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Qiyaslı bir oymaq kimi 1727-ci ilə aid Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri adlı mənbədə Otuziki elinin (tayfasının) oymaqları arsında adı çəkilərək yaşadığı yerləri göstərilir. Mənbəyə görə, Otuzikilər tayfasının Qiyaslı oymağı Həsir adlı yerdə qışılayır, Kotan və Kələki adlı çayların kənarında əkinçiliklə məşğul olur, yataqları Müşkəbad kimi tanınan Qarabaldır çayının kənarında və Dərdan kəndində olan yaylaqları Mağavuz, Kuhistan yeri, Çağlı, Alagöl, Ərdaş və binək kəndi tərəfdədir. XVIII əsrin əvvəllərində Qiyaslı kəndi yox, Qiyaslı oymağı var idi və bu oymaq köçərilərdən ibarət olmaqla yanaşı, yaylaq və qışlaqlarda yaşamını keçirir, əkinlərini isə aran Qarabağda edirdilər. Digər mötəbər bir sənəd - Gürcüstan əyalətinin baş qubernatoru Yermolovun əmri ilə faktiki dövlət müşaviri Mogilyov və polkovnik Yermolov tərəfindən 1823 -cü il üçün tərtib edilmiş "Qarabağ əyalətinin təsviri" adlı sənəd Qarabağ əyalətinin vergi reyestri idi. Bu sənədə görə, Qiyaslı köçü 27 tüstüdən (yəni ailə) ibarət idi. Onlardan vergi ödəməyənlər maaf Yüzbaşı Bəylər – 1 tüstü, onun dayısı – 1 tüstü, bağban – 1 tüstü, rəncbərlər – 2 tüstü, bərbər və çavuş 2 tüstü, kasıblar 6 tüstüdən ibarət idi. Qiyaslıdan olan ailələr bir zamanlar Şuşa qalasında yaşayan və bir qoluda Şəkidə yaşayan Allahverdi ailəsinin soyundan idi. Əlimizdə olan müfəssəl xəritələrdən ən qədimi 1817-ci ildə əlahəzrət imperatorun baş qərargahının hərbi topoqrafik depoda qravirovka etdirdiyi xəritə və 1837 ci illərə aid general mayor Baron fon Xovenin tərtib etdiyi Qafqaz vilayətinin xəritəsidir.
Qiyaslı (Ağsu)
Qiyaslı — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd.
Qiyaslı (Qubadlı)
Qiyaslı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Xocahan kənd Sovetindən Qiyaslı kəndi Tatar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Yaşayış məntəqəsi Babək rayonunun Nehrəm kəndindən gəlib əvvəlcə Altmca Qiyaslı kəndində məskunlaşmış, sonralar isə bir hissəsi ayrılaraq indiki yerə köçüb yurd salmış qiyaslı nəsli tərəfindən bina edildiyi üçün belə adlandırılmışdır. Kəndə bəzən onu Altınca Qiyaslı, yaxud da Narlı Qiyaslı adlanan yaşayış məntəqəsindən (indiki Altınca) fərqləndirmək üçün Aşağı Qiyaslı da deyirlər. Kənd dağətəyi ərazidə, Zəngilan rayonuna çox yaxın bir yerdə yerləşir.
Qiyaslı (Samux)
Qiyaslı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 495 nəfərdir. Oykonim kənddə məskun­laşmış qiyaslı nəslinin adından yaranmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Qiyaslı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qiyaslı məscidi
Qiyaslı məscidi — Ağdam rayonunun Qiyaslı kəndində yerləşən XVIII əsrə aid dini abidə. Qiyaslı məscidi XVIII əsrə aid edilir. Vaxtilə məsciddə iki minarə olub. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür (№ 4052). Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra tarixi-dini abidədən inək və donuz saxlamaq üçün istifadə olunub. İşğalçılar bəyannaməyə uyğun olaraq rayonu tərk edərkən məscidi yandırıblar.