Qiyaslı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Xocahan kənd Sovetindən Qiyaslı kəndi Tatar kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[2]
Qiyaslı | |
---|---|
39°10′20″ şm. e. 46°42′23″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi Babək rayonunun Nehrəm kəndindən gəlib əvvəlcə Altmca Qiyaslı kəndində məskunlaşmış, sonralar isə bir hissəsi ayrılaraq indiki yerə köçüb yurd salmış qiyaslı nəsli tərəfindən bina edildiyi üçün belə adlandırılmışdır. Kəndə bəzən onu Altınca Qiyaslı, yaxud da Narlı Qiyaslı adlanan yaşayış məntəqəsindən (indiki Altınca) fərqləndirmək üçün Aşağı Qiyaslı da deyirlər.[3]
Kənd dağətəyi ərazidə, Zəngilan rayonuna çox yaxın bir yerdə yerləşir.
Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |