Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazamat
Qazamat — artilleriya atəşindən müdafiə olunmaq məqsədilə inşa edilmiş olan qaladır. Haubitsa atışlarından və düşmən aviasiyasının atdığı bombalardan qorunmaq məqsədilə yerin altında qazılmış xəndəkdir. Qazamat sözünün İtalyan dilindəki casamatta sözündən gəldiyi düşünülsə də, mənşəyi dəqiq bilinmir.
Qozman
Qozman — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Aykut Qocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Qocaman Qocamanov
Qocaman Qocamanov (1923, Daşkənd, Yeni Bəyazid qəzası – 31 avqust 2016, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı uzunömürlü, şair. Qocamanov Qocaman Camal oğlu 1923-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Atası Camal kişi Qocamanın iki yaşı olarkən, Kərbəlaya getmiş və oranı ziyarət etdikdən sonra xəstələnmiş, orada vəfat etmiş və öz vəsiyyətinə görə Kərbəlada dəfn olunmuşdur. Odur ki, ailənin vəziyyəti ağırlaşmışdır. Qocamanın qardaşları Balış, Albaba və Böyükkişinin köməkliyi nəticəsində Qocaman böyüyüb ərsəyə çatmışdır. 1941–1945-ci illərdə Qocaman Böyük Vətən müharibəsinə getməmiş, qaçaqlıq etmiş və anası Gülgəz Maqsudqızının qohumlarının yaşadığı Bərdə rayonuna gəlmişdir. Burada bir müddət müharibədən gizlənsə də onu tuturlar. Həbsxanada olarkən Qocaman xüsusi hörməti, davranışı, istedadlı olması, şeirlər yazması, dini qaydalara hörmətlə yanaşması onun köməyinə çatmışdır. O, həbsxanada qazandığı hörmətə görə bəraət verilərək azadlığa buraxılır. 1988-ci ildə Göyçə mahalının Daşkənd kəndindən deportasiya olunduqdan sonra hal-hazıra qədər Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayır.
Hüseyn Qocadağ
Hüseyn Kocadağ (1944 – 3 noyabr 1996) — Türk polisi, sabiq İstanbul Təhlükəsizlik müdirinin müavini.
Tozama daymyo
Tozama daymyo (外様大名, hərf. xarici daymyo) – Edo dövründə Yaponiyada mövcud olmuş daymyo sinfi. 1601-ci ildə baş vermiş Sekiqahara döyüşündən sonra Tokuqava şoqunluğunun tərəfində keçən daymyolar və onların davamçıları bu cür adlanırdı. Tokuqava şoqunluğu tərəfindən az etibar edildikləri üçün ayrı-seçkiliyə məruz qalırdılar. Tozama daymyolar daymyo statusunu Oda Nobunaqa və Toyotomi Hideyoşiyə xidmət edərək alan, 1601-ci ildəki həlledici Sekiqahara döyüşündən sonra Tokuqava İeyasunun tərəfinə keçən feodal hakimlər idi. Fuday daymyolar isə Sekiqahara döyüşündən əvvəl də Tokuqavanın müttəfiqi olmuş daymyolar idi. Tozama daymyolar daha böyük topraqlara hakim olsalar da, şoqunluq tərəfindən az etibar edilirdilər və fuday daymyolardan daha aşağı pillədə qərarlaşırdılar. Strateji cəhətdən əhəmiyyətli yerlərdə tozama daymyoların qərarlaşmasına icazə verilmirdi. Fuday daymyolar şoqunluqdan daha asılı olsalar da, siyasi baxımdan tozama daymyolardan üstün idilər. Edo dövrünün əvvəllərində bakufu tozama daymyolar haqqında narahat idi və hər bir nöqsan üstündə onları pisləyirdi, kayeki adlı sanskiyalar tətbiq edirdi. Tozama daymyolar şoqunluğun rocu kimi dövlət əhəmiyyətli vəzifələrinə təyin olunmurdular, lakin istisnalar olurdu: Koreya ilə diplomatik əlaqələri olan So klanı, Edo dövrünün sonlarında vacib vəzifələri tutan Matsumae və Sanada klanları, Tokuqava klanının ordusunda vacib yeri olan Todo klanı bu cür istisnalar idi.
Qocaman Həmkarlar İttifaqı (1947)
Qocaman Xəzərin Gəncliyi (1972)
Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Qocaman Həmkarlar İttifaqı (film, 1947)
Qocaman Xəzərin gəncliyi (film, 1972)
Təbliğat filmi dünyada ən böyük qapalı su hövzəsi, dünyanın ən böyük gölü olan Xəzər dənizindən, buranın bitki, balıq və heyvanat aləmindən, bu dənizin Xəzəryanı ölkələrin həyatında oynadığı əhəmiyyətli roldan söhbət açır. Film SSRİ Mərkəzi Televiziyasının (Moskva) sifarişi ilə çəkilmişdir.
Bozalaq
Bozalaq (lat. Lepidium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 10-52 sm olan qısa tüklü, çoxillik bitkidir. Gövdəsi düz, dar kantlı, yuxarısı qalxanvari budaqlıdır. Daralaraq saplaq əmələ gətirən kökyanı və aşağı gövdə yarpaqları lirayabənzərlələkvari bölünmüşdür, yuxarı yarpaqları oturaq, oturacaqdan oxvaridir. Çiçəkqrupu sıx qalxanvaridir, kasayarpağı çılpaq, ləçəkləri 3 mm, ağdır. Buynuzcuq meyvələri uzun, üfüqi aralanmış ayaqcıqlar üstündə, uzunluğu 2.5-3.5 mm, eni 3.5–5 mm, enli, yumurtavari, oturacaqdan ürəkvari, tayları bir qədər köpmüş açılmayandır. Aprel mayda çiçəkləyir, may-iyunda (iyulda) meyvə verir. Bozalaq kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələrində, Suriya, Fələstin, İran, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.
Gözparaq
Gözbarax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. 2012-ci ilin may ayında baş vermiş 7 ballıq zəlzələnin episentiri Gözbarax və Qax rayonunun Güllük kəndi olmuşdur. Bu zəlzələ zamanı Gözbarax kəndinə ciddi ziyan dəymiş, yaşayış evləri və ictimai iaşə obyektləri yararsız vəziyyətə düşmüşdür. Gözbarax kəndi, rayon mərkəzindən 16 km şərqdə yerləşir. Şərq tərəfdən Suvagil, şimaldan Çobankol və Zəyəm, cənubdan Qax rayonunun Gullük kəndləri, şimal-qərb tərəfdən isə Böyuk Qafqaz sıra dağlari boyunca Rusiya Federasiyası ilə həmsərhəddir. Kəndin ərazisi 278 hektardır. Kənd 8 obadan ibarətdir. Kənddə 1 üçmərtəbəli müasir orta məktəb, uşaq baxçası, həkim məntəqəsi, mədəniyyət evi, məscid, 2 hücrə, futbol meydançası vardır Əhalisi 1854 nəfər əsasən Saxurlardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Dini mənsubiyyəti sünni müsəlmandırlar.
Qazalaq
Qazalaq — tək at qoşulan, yaylı, ikitəkərli at arabası. Tək at qoşulan bu nəqliyyat növü öz quruluşuna görə ikitəkərli at arabasına oxşasa da, ondan yaylı olması ilə fərqlənirdi. Qazalağın cardağı (banı) oxa bərkidilmir. Yayların ustundə dururdu. Onu cardağı dordbucaqlı idi. Taxtadan hazırlanmış cardaqda 4-5 adam otura bilirdi. Təkərləri “Bakı” və “Şamaxı” arabaların təkəri kimi diametrcə cox iri olurdu. Məlumatlara gorə, Azərbaycanda qazalaq ancaq Bakıda hazırlanmışdır. Toy mərasimlərində işlədilən qazalaqları bəzəmək məqsədilə onun yanlarından rəngbərəng xalcalar asılırdı. Sərnişinlərin rahatlığını təmin etmək ucun qazalağın icərisinə kicik doşəkcələr qoyulurdu.
Qazayaq
Qazayaq (qaq. Kazayak) — Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Əhali şərabçılıq ilə məşğul olur.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna “döşəmə plov” deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Bozayaq tinamu
Bozayaq tinamu (lat. Crypturellus duidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Dəlikyarpaq bozalaq
Dəlikyarpaq bozalaq (lat. Lepidium perfoliatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü.
Enliyarpaq bozalaq
Enliyarpaq bozalaq (lat. Lepidium latifolium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. Cardaria latifolia (L.) Spach Crucifera latifolia (L.) E.H.L.Krause Lepidium dioscorides Bubani Lepidium latifolium subsp. affine (Ledeb.) Kitag. Lepidium latifolium var. affine (Ledeb.) C.A. Mey. Lepidium latifolium var. latifolium latifolium Lepidium latifolium var. mongolicum Franch. Lepidium latifolium subsp.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Vəzəri-bozalaq
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Qorumaq öhdəliyi
Qorumaq öhdəliyi (ing. The responsibility to protect (RtoP or R2P) — soyqırım, müharibə cinayətləri, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması ilə bağlı dörd əsas narahatlığı həll etmək üçün 2005-ci il Ümumdünya Sammitində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilmiş qlobal siyasi öhdəlik. Doktrina son iki onillikdə yekdil və əsaslı beynəlxalq norma kimi qəbul edilir. Qorumaq öhdəliyi prinsipi suverenliyin bütün əhalini kütləvi vəhşilik cinayətlərindən və insan hüquqlarının pozulmasından qorumaq məsuliyyətini daşıdığı əsas müddəaya əsaslanır. Prinsip beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də suverenlik, sülh və təhlükəsizlik, insan hüquqları və silahlı münaqişə ilə bağlı hüququn əsas prinsiplərinə hörmətə əsaslanır. R2P-nin üç sütunu var: Sütun I: Dövlətin müdafiə öhdəlikləri – "Hər bir dövlət öz əhalisini soyqırımdan, müharibə cinayətlərindən, etnik təmizləmədən və insanlığa qarşı cinayətlərdən qorumağa borcludur" Sütun II: Beynəlxalq yardım və potensialın gücləndirilməsi – Dövlətlər bir-birinə müdafiə öhdəliklərində köməklik göstərəcəklərini öhdələrinə götürürlər. Sütun III: Vaxtında və qətiyyətli kollektiv reaksiya - Əgər hər hansı bir dövlət öz müdafiə öhdəliklərində "açıq-aşkar uğursuzluğa düçar olarsa", o zaman dövlətlər əhalini qorumaq üçün kollektiv tədbirlər görməlidir. Dövlətlər arasında Qorumaq öhdəliyi ilə bağlı razılaşma olsa da, üçüncü sütunun praktikada tətbiqi ilə bağlı davamlı mübahisələr var. Qorumqa öhdəliyi vəhşi cinayətlərin qarşısını almaq və mülki şəxsləri onların baş verməsindən qorumaq üçün artıq mövcud olan tədbirlərin (məs, vasitəçilik, erkən xəbərdarlıq mexanizmləri, iqtisadi sanksiyalar və VII fəsil səlahiyyətləri) tətbiqi üçün çərçivə təmin edir. Qorumaq öhdəliyi çərçivəsində gücdən istifadə etmək səlahiyyəti yalnız Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına aiddir və son həll yolu hesab olunur.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Bir dəfə qanunu pozaraq (film, 1992)
Bir dəfə qanunu pozaraq (ing. Once upon a crime) — 1992-ci ildə istehsal olunmuş filmdir. Filmin rejissoru Kanadalı rejissor Yucin Levidir. Filmin distribütori Metro-Goldwyn-Mayer kinokompaniyasıdır. Bəxtigətirməyən aktyor Culian Piter və onun tanışı Fibi Romada təsadüfən milyonçu Xanım Van Duqenin itini tapırlar və mükafatı qazanmaq üçün onunla birlikdə Monakonun Monte-Karlo bölgəsinə yola düşürlər. Lakin bu müddətdə Xanım Van Duqe qəflətən öldürülür və onlar bu cinayətdə təxsirkar bilinirlər. Bu səbəbdən Culian və Fibi qaçmağa məcburdurlar. Onlarla birlikdə bir çox şəxslər də bu işdə şübhəli bilinirlər... Bir dəfə qanunu pozaraq — Internet Movie Database saytında.
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.