1. Bağlamaq, örtmək. Sandığı qapamaq. Yeşiyi qapamaq.
// Bağlamaq, qıfıl və s. ilə bağlamaq. Qapını qapamaq. Pəncərəni qapamaq.
// Açıq şeyi örtmək. Ağzını qapamaq. Kirpiklərini qapamaq. – Göz yaşı Bəyimi boğdu.
Əlləri ilə gözlərini qapayıb hönkürdü.
Birdən kimin əlləri isə arxadan Aynanın gözlərini qapadı.
2. Örtmək, keçilməz hala salmaq.
Dərələrin sel oyan yerlərindən başlamış ta sinələrinə qədər seyrək tikan kolları qapamışdı.
3. Üstünə pərdə, örtü və s. çəkmək; gizlətmək, görünməz hala salmaq.
[Gəlin] bir də məclisin ortasında duruxub, əlləri ilə üzünü qapadı.
Üzüldü əlləri sükandan, aman; Qapadı hər şeyi qatı bir duman.
4. Deşiyi tutmaq, tıxamaq, kip bağlamaq. Şüşənin (quyunun) ağzını qapamaq.
5. Uclarını, kənarlarını, son nöqtələrini birləşdirmək. Dairəni qapamaq.
6. Bağlamaq, bitirmək, fəaliyyətini dayandırmaq. İclası qapamaq.