Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Molekul
Molekul (lat. molecula; "moles" — kiçik, "kula" - kütlə "kiçik kütlə" ) deməkdir. Maddənin bütün xassələrini özündə cəmləyən və atomlardan ibarət mikrohissəcik. Bəzi maddələr yalnız bir molekuldan ibarət olurlar (O2, N2, P4 və s.). Molekulları təşkil edən atomların quruluşunu xüsusi formula ilə ifadə edirlər. Süni yolla alınmış maddələrin molekulları minlərlə atomdan ibarət ola bilər. Polimerlərdə ayrıca olaraq mikromolekullardan sohbət açılır. Ancaq kimyəvi maddələrin heç də hamısı molekullardan təşkil olunmamışdırlar. Atom -müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir. Atom-molekul təliminin əsas müddəaları aşağıdakılardır: Maddələr molekul və atomlardan təşkil olunmuşdur; Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz mütənasibdir; Molekulların arasında qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur; Molekullar fiziki hadisələr zamanı dəyişmir, lakin kimyəvi reaksiyalarda müəyyən dəyişikliyə məruz qalır; Molekullar atomlardan təşkil olunmuşdur.
Qram
Qram (fr. gramme; işarələməsi: q, g) — Kütlənin ölçü vahidi, SQS vahidlər sisteminin 3 əsas vahidlərindən biri.
Qram determinantı
n {\displaystyle n} -ölçülü U {\displaystyle U} unitar fəzanın x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının ( x i , x j ) {\displaystyle (x_{i},x_{j})} skalyar hasillərindən düzəldilən n {\displaystyle n} Γ ( x 1 , x 2 , … , x n ) = | ( x 1 , x 1 ) ( x 1 , x 2 ) … ( x 1 , x n ) ( x 2 , x 1 ) ( x 2 , x 2 ) … ( x 2 , x n ) … … … … ( x n , x 1 ) ( x n , x 2 ) … ( x n , x n ) | {\displaystyle \Gamma (x_{1},x_{2},\ldots ,x_{n})={\begin{vmatrix}(x_{1},x_{1})&(x_{1},x_{2})&\ldots &(x_{1},x_{n})\\(x_{2},x_{1})&(x_{2},x_{2})&\ldots &(x_{2},x_{n})\\\ldots &\ldots &\ldots &\ldots \\(x_{n},x_{1})&(x_{n},x_{2})&\ldots &(x_{n},x_{n})\\\end{vmatrix}}} determinantına x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının Qram determinantı deyilir.
Hans Kristian Qram
Hans Kristian Qram (dan. Hans Christian Gram) (13 sentyabr 1853[…], Kopenhagen – 14 noyabr 1938[…], Kopenhagen) — Dan bakterioloq. Hüquq Professoru olan Frederik Terkel Qram və Luis Kristian Roulun övladı olmuşdur. Kopenhagen Universitetində botanika oxudu və sonra zooloq Yapetus Steenstrupun assistenti kimi işləməyə başladı. Bitkiylə bağlı işləri onu farmakologiya əsasları və mikroskopun istifadəsini öyrənməsinə gətirib çıxardı. 1878-ci ildə tibb məktəbində təhsil almağa başladı və 1883-cü ildə məzun oldu. Eyni zamanda təhsili boyunca Avropanı gəzdi. 1884-ci ildə Berlində, iki böyük bakteriya sinfinin ayırd edilməsi üçün bir üsul inkişaf etdirdi. Metod Qram boyama adını aldı və biokimya və mikrobiologiya standart prosedur oldu. 1891-ci ildə Qram farmakologiya dərsləri verməyə başladı və ilin sonunda Kopenhagen Universitetində farmakologiya professoru təyin olundu.
Molekula
Molekul (lat. molecula; "moles" — kiçik, "kula" - kütlə "kiçik kütlə" ) deməkdir. Maddənin bütün xassələrini özündə cəmləyən və atomlardan ibarət mikrohissəcik. Bəzi maddələr yalnız bir molekuldan ibarət olurlar (O2, N2, P4 və s.). Molekulları təşkil edən atomların quruluşunu xüsusi formula ilə ifadə edirlər. Süni yolla alınmış maddələrin molekulları minlərlə atomdan ibarət ola bilər. Polimerlərdə ayrıca olaraq mikromolekullardan sohbət açılır. Ancaq kimyəvi maddələrin heç də hamısı molekullardan təşkil olunmamışdırlar. Atom -müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir. Atom-molekul təliminin əsas müddəaları aşağıdakılardır: Maddələr molekul və atomlardan təşkil olunmuşdur; Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz mütənasibdir; Molekulların arasında qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur; Molekullar fiziki hadisələr zamanı dəyişmir, lakin kimyəvi reaksiyalarda müəyyən dəyişikliyə məruz qalır; Molekullar atomlardan təşkil olunmuşdur.
Video RAM (VRAM)
Video RAM (VRAM) – videoadapterdə, yaxud videokontrollerdə: video-görüntüləri monitora çıxartmaq üçün onların həm yazıldığı, həm də oxunduğu dinamik operativ yaddaş qurğusu. Video-yaddaş – videokartda, yaxud video altsistemində yerləşən və ekrana çıxarılan görüntünün götürüldüyü yaddaş. Bəzi hallarda video-yaddaşa yalnız displeyin aparat vasitələri müraciət edə bilər, ancaq çox zaman həm videoprosessorun, həm də mərkəzi prosessorun video-yaddaşa çıxışı olur və görüntülər video-yaddaşı yeniləyən mərkəzi prosessorun işinin nəticəsi kimi alınır. Video-yaddaşı oxuma və ora yazma zamanı video-qurğular prosessora nisbətən üstunlüyə malikdir, buna görə də video-yaddaşın tərkibinin yenilənməsi operativ yaddaşa müraciətə nisbətən yavaş baş verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dram
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik və lirik ilə yanaşı, 3 əsas ədəbi növdən biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması)və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Fram
Fram (boğaz) — Qrenlandiya adası ilə Şpitsbergen arxipelaqını ayıran boğaz. Fram boğazı — Nansen adasını Taymır yarımadasından ayıran boğaz. Fram (gəmi) — Qütb tədqiqatlarında iştirak etmiş gəmi.
Qrad
Qrad (silah) — reaktiv yaylış atəş sistemi. Qolen Qrad — Makedoniya Respublikasının ərazisində yerləşən ada.
Qraf
Qraf bu mənaları ifadə edə bilər:
Qras
Qras (fr. Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Qrim
Qrim — rəssamlıqla bağlı bir sənət növüdür. Bu sənət aktyorun xarici görkəmini dəyişir. Onu ifa etdiyi obraza uyğunlaşdırır. Bu gün qrim sənəti inkişaf edərək özü də bir neçə növə, sahəyə ayrılıb. Qrim işinin spesifik tərəfləri müxtəlif faktorlara əsaslanır. Buraya tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və s. daxildir. Teatrda qrimin xarakteri pyesin bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dərinin rənginin, üz cizgilərinin dəyişdirilməsindən tutmuş saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur.
Quam
Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır. Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.
Xram
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Qam
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
RAM
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Fram (boğaz)
Farm boğazı (norv. Framstrædet) - Qrenlandiya adası ilə Şpisbergen arxipelaqını ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizi akvatoriyasına aiddir. Boğazın daxilində qərbdə soyuq Şərqi Qrenlandiya cərəyanı keçir. Şərqdə isə isti Norveç cərəyanının bir qolu Qərbi Şpisbergen cərəyanı keçir. Boğaz Norveç arktika ekspedisiyasının əsas gəmisi Framın şərəfinə adlandırılmışdır.
Komediya-dram
Komediya-dram — komediya və dram elementlərini birləşdirən dramatik əsərlər janrı. == Tarixi == Qədim yunanlarla başlayan ənənəvi şərq teatrı Sock və Buskin, yəni komediya və faciə olaraq ikiyə bölünürdü. Faciə adətən uydurma və ya tarixi qəhrəmanın ölümü ilə başa çatsa da, komediya orta səviyyəli personajların həyatına diqqət yetirir və onların nailiyyətləri ilə başa çatır. "Dram" termini tamaşanın bütün hərəkətlərini təsvir etmək üçün istifadə edilmişdir. 19-cu əsrdən başlayaraq Anton Çexov, Corc Bernard Şou və Henrik İbsen kimi yazıçılar komediya ilə dram arasındakı sərhədləri bulandırdılar. Radio teatrının, kinonun və xüsusən də televiziyanın meydana çıxması ilə komediya və ya dram kimi bir məhsulu aydın şəkildə müəyyən etmək üçün marketinqdə böyük təzyiqə səbəb oldu. Kütləvi informasiya vasitələrində komediya və dram açıq-aydın bir-birindən ayrılırdı, baxmayaraq ki, canlı teatrda fərq daha az əhəmiyyətli idi.
Fram boğazı
Fram boğazı (rus. Фрам пролив ) - Nansen adasını Taymır yarımadasından ayırır. Nansen adası Nordenşeld arxipelaqına daxildir. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğazın eni ən dar yerdə (Etifeeva (Nansen adası), Eremeeva (Taymır yarımadası) burunları arasında yerləşir) 2,5 km, uzunluğu 10 km, dərinliyi 33 m təşkil edir. Boğazın adı rus qütb ekspedisiya rəhbəri E.B.Tallya ilə bağlıdır. Boğazdan ilk dəfə 1900-cü ildə keçilir.
La-Qrav
La-Qrav (fr. La Grave, oks. La Grava) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. La-Qrav kantonuna daxildir. INSEE kodu — 05063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 497 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı və turizmə (alpinizm, qayaya dırmanma, su idman növləri, qış idman növləri və yaşıl turizm) əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 347 nəfər arasında (15-64 yaş arasında) 279 nəfər iqtisadi cəhətdən fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 80,4%, 1999-cu ildə 77,7%).
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat etmişdir. Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.
Mənzum dram
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Peyğəmbər (dram)
Peyğəmbər — Azərbaycan yazıçısı və dramaturqu Hüseyn Cavidin 1922–1923-cü illərdə yazdığı dram əsəri. Əsər İslam dininin peyğəmbəri Məhəmmədin həyatından bəhs edir. "Maarifçilik və Mədəniyyət" jurnalında qismən dərc edilmişdir. İkinci və üçüncü dəfə "Azərnəşr" (1922–1923 və 1926) nəşriyyatında çap olunub . Tamaşa teatr səhnəsində qoyulmayıb. Hüseyn Cavidin bu əsərini fərqləndirən cəhət ondan ibarətdir ki, burda obrazlar yoxdur. Peyğəmbərin bir çox adları (Məhəmməd, Əhməd, Mustafa, Rəsul, Əkrəm, Mürsəl, Nəbi, ibn Abdulla, Məhəmməd Əmin, Mahmud və s.) olduğu da məlumdur. "Peyğəmbər" dramında Cavid Məhəmməd Peyğəmbərdən, "ibn Abdulla" və ya "Abdullanın oğlu" kimi bəhs edir. Dram dörd pərdədən ibarətdir və başlanğıc remarkasından etibarən tarixi gerçəkləri əks etdirir. Bu pərdələrin hər biri Məhəmməd Peyğəmbərin həyatının müəyyən dövründən (Bisat, Dəvət, Hicrət və Nüsrət) bəhs edir.
Pol Qrem
Pol Qrem (ing. Paul Graham; 13 noyabr 1964) — İngilis əsilli Amerikalı kompüter alimi, esseist, sahibkar, vençur kapitalisti və yazıçı. O, daha çox Lisp proqramlaşdırma dili üzərindəki fəaliyyəti, keçmiş Viaveb startapı (sonradan Yahoo! Mağazası adlandırıldı), nüfuzlu startap akseleratoru və toxum kapitalı firması Y Combinator-un həmtəsisçisi, yazıları və Hacker News ilə tanınır. 2008-ci ildə Cessika Livinqston ilə evləndi. İki uşaqları var və İngiltərədə yaşayırlar.
GUAM
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat və ya qısa şəkildə GUAM — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999–2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. == Yaranması == GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə, Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar. 7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir. 22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.
Gray
Con Eduard Qrey (ing. John Edward Gray; 12 fevral 1800, Uolsoll, Uest-Midlends[d] – 7 mart 1875, London12 fevral 1800, Uolsoll — 7 mart 1875, London) — Britaniya zooloqu. == Zoologiyaya aid əsərləri == Gray J. E. A list and description of some species of shells not taken notice of by Lamarck (continued) // Annals of Philosophy. — 1825. — Vol. 9. — No. 2. — P. 407—415. Gray J. E., Hardwicke T. Illustrations of Indian Zoology.
Olokul (Askın)
Olokul (başq. Олокүл, rus. Большое Озеро) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Askın kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 23 km, kənd sovetliyindən (Askın): 23 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 75 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (86 %) üstünlük təşkil edir.
Gran Turisme
Gran Turisme (İt: Gran Turismo) və ya qısaca GT ― uzun məsafəli sürüşlər üçün dizayn edilmiş yüksək performanslı bir avtomobildir. Hər hansı bir vasitə Gran Turisme kateqoriyasında adlandırıla bilər, lakin ümumi qəbul edilmiş olan qaydalara görə iki qapılı kupe gövdə və ya 2+2 oturacaqlı, 1991/1995 OBDI standartlarına görə 260Hp, 1996/1999 OBDII standartlarına görə 310Hp, 2004/2011 EOBD&HDOBD (OBD:On-board diagnostics) standartlarına görə 430Hp (HP: At gücü) olaraq qəbul edilir.
Gran Via
Gran Via — İspaniyanın Madrid şəhərində yerləşən bir küçə. == Tarixi == 19-cu əsrin ortalarında Madrid şəhər planlaşdırıcıları, Calle de Alcalanı Plaza de España ilə birləşdirən Haussmann'ın Paris təmirinə bənzər bir yeni bir yol çəkilməsinin lazım olduğunu təyin etdi. Layihə, "xəritədə bir balta zərbəsi" adını qazanaraq şəhərin mərkəzindəki bir çox binanın sökülməsinə çağırdı. İlk planlar ortaya çıxdıqdan onilliklər sonra, təməlqoyma və tikinti medianın bu layihəni lağ etməsinə səbəb oldu və bunu "Qran Vía" ya da "Böyük Yol" və ya "Böyük Yol" adlandırdı. Nəhayət 1904-cü ildə təsdiqləndi və 1910-cu ildə inşasına başlanıldı. Küçənin son hissəsi 1929-cu ildə tamamlandı. 2018-ci ilin Mart ayının sonunda Madrid şəhər bələdiyyəsi genişləndirmək planında hər istiqamətdə bir zolaq piyada yürüşünə başladı. səkilər və küçədəki bəzi meydançaları təmir edin. Bu, daha sonra 2018-ci ildə Yaşayış prioritet bölgəsi olan Madrid Mərkəzinin istifadəyə verilməsi ilə əlaqəli idi. Adlar Madridin Gran Vía'nın həm rəsmi, həm də rəsmi olmayan bir çox tarixi adı var.
Glam rock
Qlem-rok (ing. Glam rock | /ɡlæm ɹɔk/; ing. «glamorous» sözündən) — 1970-ci illərin əvəllərində Böyük Britaniyada yaranan rok musiqi janrıdır. 70-ci illərin birinci yarımında dominant janrlardan biri olub. Qlem-rok ifaçıları üçun parlaq teatral imidj, ekzotik geyim, həddən artıq qrim istifadəsi, androgin görünuş xarakterlidi. Bu janrın ifaçıları musiqi və pop mədəniyyətinin müxtəlif şeylərindən, əsasən bablqam pop, 1950-ci illərin rok-n-rollu, kabare, elmi fantastika, psixodelik rok və art-rokdan ilhamlanırdılar. Musiqi planda qlem-rok bir stilistikalı deyil, rok-n-roll, art rok, estrada, hard roku bir birinə birləşdirən bir janrdı. Qlitter rok (ing. Glitter rock) Qeri Qlitter tərəfindən yaradılmış qlem-rokun daha ekstremal versiyasıdır.
Grau dənizi
Grau dənizi – Sakit okeanın şərqində, Cənubi Amerikanın qərb sahillərində yerləşir. Peru sahilləri boyu 3079,50 km məsafədə uzanır. Cənubunda Tasna şəhəri yerləşir. Dəniz rəsmi olaraq 24 may 1984 ci ildə Grau dənizi olaraq adlandırılmışdır. Dənizdə dünyanın ən qəribə hadisələrindən biri olan El-Ninyo hadisəsi baş verir. Bu hadisənin özəlliyi ondadır ki, dəniz dibinin soyuq suyu sürətlə suyun səthinə qalxır. Nəticədə dəniz canlılarının böyük hissəsi məhv olur. Dəniz Peru ordu zabiti və Peru və Boliviyanın milli qəhrəmanı Miguel Grau Semiarionun şərəfinə adlandırılıb. O Sakit okean müharibəsində Çiliyə qarşı vuruşan donanmaya rəhbərlik etmişdir.
Ağdam Dram Teatrı
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri. Ağdam Dövlət Dram Teatrı Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirir. Teatrın yaradıcı kollektivi Ağdam şəhərinin ermənilər tərəfindən işğalı və məhvi nəticəsində iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalır. == Tarixi == Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılmışdır. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılmışdır. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərmişdir. 1923-cü ildə teatra "dövlət teatrı" statusu verilmiş[mənbə göstərin], 1937-ci ildən isə teatra Ə. Haqverdiyevin adı verilmişdir. İlk günlərdən teatrın yaradıcı kollektivində Əməkdar Artistlər Qaflan Muradov və Narınc Məlikova çalışırdı. 1937—1941-ci illərdə teatrda qoyulmuş C. Cabbarlının "Aydın", S. Vurğunun "Vaqif", G. Mdivaninin "Vətən namusu", Z. Hacıbəyovun "Evliykən subay", Ü. Hacıbəyovun "O olmasın, bu olsun", N. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" kimi tamaşaları öz ideya mükəmməlliyi ilə seçilirdi. Teatr Azərbaycan əsərləri ilə yanaşı, rus, belarus, gürcü dramaturgiyasına da müraciət edirdi.
Ağdam Dövlət Dram Teatrı
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərən dram teatrlarından, eləcə də Qarabağ mədəniyyətinin nümumələrindən biri. Ağdam Dövlət Dram Teatrı Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirir. Teatrın yaradıcı kollektivi Ağdam şəhərinin ermənilər tərəfindən işğalı və məhvi nəticəsində iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalır. == Tarixi == Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılmışdır. İki il gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılmışdır. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərmişdir. 1923-cü ildə teatra "dövlət teatrı" statusu verilmiş[mənbə göstərin], 1937-ci ildən isə teatra Ə. Haqverdiyevin adı verilmişdir. İlk günlərdən teatrın yaradıcı kollektivində Əməkdar Artistlər Qaflan Muradov və Narınc Məlikova çalışırdı. 1937—1941-ci illərdə teatrda qoyulmuş C. Cabbarlının "Aydın", S. Vurğunun "Vaqif", G. Mdivaninin "Vətən namusu", Z. Hacıbəyovun "Evliykən subay", Ü. Hacıbəyovun "O olmasın, bu olsun", N. Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" kimi tamaşaları öz ideya mükəmməlliyi ilə seçilirdi. Teatr Azərbaycan əsərləri ilə yanaşı, rus, belarus, gürcü dramaturgiyasına da müraciət edirdi.
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin (15 avqust 1860, İsfahan – 28 noyabr 1908, Tehran) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.