Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Henri Quillaom Qaleotti
Anri Qiyom Qaleotti (fr. Henri-Guillaume Galeotti; 10 sentyabr 1814, Paris – 14 mart 1858, Brüssel) — Belçika botaniki. Anri Qiyom Qaleotti toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. Mémoire sur la constitution géognostique de la province de Brabant, 1837 - On the geognostic constitution of the province of Brabant. Mémoire sur les fougères du Mexique, et considerations sur la géographie botanique de cette contrée; with Martin Martens (1842) - On ferns native to Mexico, with considerations to their phytogeography. "Enumeratio synoptica plantarum phanerogamicarum ab Henrico Galeotti in regionibus Mexicanis collectarum : [Bruxelles 1842-1845]. Oct. (Enum. pl. Galeotti)"; with Martin Martens.
Quillermo Munoz
Quillermo Munoz (15 noyabr 1964) — Meksikanı təmsil edən stolüstü tennisçi. Quillermo Munoz Meksikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Qill Markus
Qill Markus — CAR Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Uill Rayt
Vill Ralf Rayt (ing. Will Ralph Wright, 20 yanvar 1960[…], Atlanta, Corciya) — Amerikalı proqramist və videooyun dizayneri. Oyunların rəqəmsal satışı üzrə yaradılmış Maxis və Syner Entertainment şirkətlərinin yaradıcısıdır. Ən məşhur SimCity, The Sims oyun seriyası və Spore kompüter oyunlarının orijinal dizayneri olaraq tanınır. Vill Rayt ABŞ, Atlanta, Corciyada anadan olub, atası Vill doqquz yaşında olarkən vəfat edib. Sonradan anası ilə Luiziana ştatındakı Baton-Roj şəhərinə köçürmüşdür. 16 yaşında məktəbi tərk etdikdən sonra Rayt Luiziana Universitetinə daxil oldu, sonra Luiziana Texnologiya Universitetinə, daha sonra isə Yeni Məktəbdə təhsil almışdır. Memar, daha sonra mexaniki mühəndis kimi təhsil almağa başlayan Rayt kompüterlər və robotlarla maraqlanmışdır. Beş illik kollec təhsilindən sonra Vill Rayt təhsili dayandırdı. 2003-cü ilin fevralında nəşr olunan bir reportajda Rayt oyunların ona çox vaxt apardığını və bəlkə də inkişaf etdirilən oyunların onun üçün yaxşı bir yol olduğunu qərar verdi.
Uill Smit
Villard Kristofer Smit kiçik (25 sentyabr 1968[…], Filadelfiya, Pensilvaniya) — tanınmış Amerika aktyoru. Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Vill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti "Hollivudun ən zəhmətkeş aktyoru" adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun "Mən əfsanəyəm" filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə "karib piratı" Conni Depp gəlir. Vill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq.
Uill Çalker
Vill Çalker (doğ. 7 mart 1980, Şərqi Sasseks, İngiltərə) — tanınmış ingilis Top-Model və peşəkar boksçu. Models.com's saytının "Money Guys" siyahısında 15-ci yeri tutur. Vill model karyerasına 20 yaşında (2000-ci ildən) başlamışdı. Çalker 2003-cü ildə Paco Rabanne kompaniyasının Black XS parfümünün reklamının çəkilişlərindən sonra çox populyarlaşmışdı. O vaxtdan bəri o J.Crew, YSL, Perry Ellis, Wormland, Valentino, Mark O'Polo, Zara, Bottega Veneta, Louis Vuitton, Shiatzy Chen, Dsquared2, Gap, Ermenegildo Zegna və Paul Smith kimi bir çox reklam kampaniyaların çəkilişlərində iştirak etmiş, GQ, l'Uomo Vogue, i-D, Wallpaper, Esquire və Upstreet jurnalların üz qabığını bəzəmişdi. O, British Fashion Awards'un "Ən yaxşı Kişi-Model" nominasiyası üzrə namizədliyi irəli sürülmüş ilk insandır. Vill Çalkerin anketi: Boyu : 185 sm Çəkisi : 75 kq Sinə ətrafı : 102 cm Beli : 83 cm Omba genişliyi : 98 cm. Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Yaşıl Ayaqqabı ölçüsü : 45 Paltar ölçüsü : Vill öz qüsursuz bədəninə, dar ombasına, kişi kimi üz cizgilərinə görə model biznesində çox populyardı. Villın şəxsi həyatı haqda məlumatlar o qədər də çox deyil.
Uill Keyt Kelloq
Vill Keyt Kelloq (ing. Will Keith Kellogg; 7 aprel 1860[…], Batl-Krik[d], Miçiqan – 6 oktyabr 1951[…], Batl-Krik[d], Miçiqan) — "W.K.Kellogg Foundation" fondunun qurucusu; ABŞ-nin ən böyük filantroplarından biri; həyatda daha çox taxıl sənayesi nəhəngi və korifleksi kəşf edən adam kimi məşhur olub. Vill 7 aprel 1860-cı ildə anadan olmuşdur. Cəmi altı illik formal təhsil almışdır. 1951-ci il oktyabrın 6-da vəfat edərkən isə böyük varidata malik olub və həm öz həmşəhərlilərinin, həm də bütün dünyada milyonlarla insanın varlanmasına səbəb olub. Taxıl məhsulları şirkətinin və öz adını daşıyan Fondun qurucusu olan U.K.Kelloq "Batl Krik"də və bütün dünyada məşhur olanadək üç peşə həyatını yaşayıb. Dünyaca ünlü xeyriyyəçi və taxıl sənayesi lideri həyat fəaliyyətinə "Batl Krik Sanitarium"da klerk kimi başlayıb. O, məhz burada xəstələr üçün vegeterian dietası sahəsində araşdırmalar apararkən korifleksi kəşf edib. Onun ilk işi uşaqlıqda mal otarmaq olub, yeniyetməliyinin son illərində isə səyyar süpürgə satıcısı həyatını yaşayıb. Nəhayət, gənc yaşlarında "Batl Krik" sanatoriyasında işə düzəlib: böyük qardaşı Con Carvi Kelloq bu sanatoriyanın baş həkimi idi.
Ağıllı Uill Hantinq (film, 1997)
Guild Wars 2
Guild Wars 2, ArenaNet tərəfindən tərəfindən inkişaf etdirilmiş bir MMORPG janrda olan oyunudur. Guild Wars ardıcıllığının davamı xüsusiyyətində olan oyun ilk olaraq 27 Mart 2007-ci ildə elan, 28 Avqust 2012-ci ildə rəsmi olaraq nümayiş olunmuşdur. Oyunun hekayəsi ilk oyundan 250 il sonra keçməkdədir. Orijinal Guild Wars zamanından bəri dünyanı idarələri altında tutan Yaşlı Əjdahalarla döyüşməyə özünü həsr etmiş Destiny'S EDGE adlı bir klan yenidən ortaya çıxışını mövzu alan oyunun hekayəsi, fantaziya dünyası olan Tyria'da keçməkdədir. Oyun, istifadəçilərin mühitdə etmələrinə bağlı olmadan yaşayan və hekayəsi hüceyrələrə ayrılmış mühitlərdə irəliləyən bir dünyada oynama imkanı təqdim etməkdədir. Guild Wars 2, çoxoyunçulu olmasına baxmayaraq, oyunçuların hərəkətlərinə reaksiya verən bir hekayə izahatına sahib olmasıyla növünün unikal nümunələrindən biri sayılmaqdadır. Dinamik vəzifə yerinə yetirmə sistemi klassik sistemin yerini almış, dalğa təsiri bənzəri bir üsul istifadə edərək oyunçulardan müstəqil olaraq yaşayan dünyada iştirak edən vəzifələrə oyunçuların dəyişik yollarla yaxınlaşmasına imkan vermişdir. Ayrıca, peşələr arası sinerji yaradaraq və ətrafı bir silah olaraq istifadə imkan tanıyaraq birinci oyuna görə daha dinamik bir döyüş sistemi yaratmaq oyunu yaradanlar tərəfindən hədəflənmişdir. Guild Wars 2, oyunçuların Eye of the North genişləmə paketindəki Böyük Yoxedici'ni məğlub etməsindən 250 il sonrakı bir zamanda, fantastik dünya Tyria'da yaşamaqdadır. Yer üzünün altında yatan Beş Yaşlı Əjdaha Guild Wars zamanında oyanmış və Tyria daxilində dağıtma yaradıb yaşayanlarını vəziyyətini pisləşdirmişdi.
Aquila
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Axill
Axilles — "İliada" poemasının baş qəhrəmanı, yunan ordusunun ən cəsur sərkərdəsi, yunanların qəhrəmanı. Homer İlliadasinin demək olarki baş qəhrəmanı Axillesdir. Axilles (əsli antik Yunan olan Ἀχιλλεύς Akhilleus; Fransızca Achille, oxunuşu Aşıl) ölümlü bir ata olan Peleus ilə bir tanrı olan Fetidanın oğulu olan yarı tanrı bir insandır. Yunan mifologiyasının ən əhəmiyyətli qəhrəmanlarından biridir. Troya müharibəsinin yunan qəhrəmanlarının başında gəlməkdə və Homerin İlliada mifoloji əsərində yunanlarin ən böyük döyüşçüsüdür. Anası Fetida oğulunu ölümsüzlük çayı Styxdə yuyarkən əlini suya dəydirməməsi nəsihət edildiyi üçün, onu sol topuğundan tutub suya batırmışdır. Yalnız oradan vurulsa öləcəyinə inanılır. Əfsanəyə görə, öləcəyini bildiyi halda Axilles Heleni geri gətürmək üçün başlayan və ən böyük döyüş qəbul edilən Troya müharibəsinə adının sonsuza qədər xatırlanması üçün qatılmış və Troyalı şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq ölmüşdür. Buna görə ayaq dabanında iştirak edən vətərə "Axilles vətəri" adı verilmişdir. İlk böyük qədim Yunan şairi olan Homerosun, Troya müharibəsini izah edən İliada adlı əsərində hətta Axillesin məzarının yeri təsvir edilir.
Baill.
Ernest-Anri Bayon (fr. Henri Ernest Baillon; 30 noyabr 1827[…], Kale – 19 iyul 1895[…], Paris) — Fransa botaniki. 4000-dən yuxarı takson təsnif edən Ernest-Anri Bayon toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. Henri Ernest Baillon: Adansonia, recueil périodique d’observations botaniques. Paris, 1866–1870 (10 томов) (fr.) Henri Ernest Baillon: Dictionnaire de botanique. Paris, 1876–1892 (4 тома) (fr.) Henri Ernest Baillon: Étude générale du groupe des Euphorbiacées. 1858 (fr.) Henri Ernest Baillon: Histoire des plantes. 1866–1895 (13 томов) (fr.) Henri Ernest Baillon: Histoire naturelle des plantes de Madagascar. (3 тома) (fr.) Henri Ernest Baillon: Iconographie de la flore française. 1885–1894 (fr.) Henri Ernest Baillon: Recherches organogéniques sur la fleur femelle des Conifères.
Quahl
Quahl — yeni nəsil ödəniş sistemi və rəqəmsal pul yaratmaq üçün vasitə. İsrailli sahibkar Saar Uilf tərəfindən təsis edilmişdir. Quahl-ın qurulmasındakı məqsəd kağız pulları əvəz etmək yox, yeni ödəniş sistemi yaratmaqdır. Quahl kriptovalyuta olmamasına baxmayaraq, mərkəzdən asılı olmayan pul komissiyası tərəfindən idarə olunur.
Qumlu
Qumlu (Qürvə) Qumlu (Çaroymaq) Qumlu (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qumlu — Zaqatala rayonunda göl.
Quqol
Quqol (ing. googol) — onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd: 10100= 10 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000. 1938-ci ildə məşhur amerika riyaziyyatçısı olan Edvard Kazner öz qardaş uşaqları ildə parkda gəzirdi və onlarla böyük ədədlər haqqında müzakirə edirdi. Danışığın gedişatında yüz sıfırlı ədəd haqqında söhbət açıldı və ədəd hələ adlandırılmamışdı. Uşaqlardan biri, doqquzyaşlı Milton Sirotta bu ədədi, "quqol" (googol) adlandırmağı təklif etdi. 1940-cı ildə Edvard Kazner Ceyms Nyuman ilə birlikdə "Riyaziyyat və təxəyyül" ("New Names in Mathematics") adlı elmi-kütləvi kitabında bu ədəd qeyd olundu. Bütün onluq dərəcələr kimi, quqol ədədinin də yalnız iki sadə böləni (2 və 5) var. Quqol ədədinin tam bölənlərinin ümumi sayı 10 mindən çoxdur Quqol ədədi ikilik say sistemində 333 simvoldan ibarətdir. Son 100 rəqəm sıfırdır: 0001 0010 0100 1001 1010 1101 0010 0101 1001 0100 1100 0011 0111 1100 1110 1011 0000 1011 0010 0111 1000 0100 1100 0100 1100 1110 0000 1011 1111 0011 1000 1010 1100 1110 0100 0000 1000 1110 0010 0001 0001 1010 0111 1100 1010 1010 1011 0010 0100 0011 0000 1000 1010 1000 0010 1110 1000 1111 0001 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 0000 00002 Onaltılıq say sistemində quqol ədədi 84 simvoldan ibarətdir. Son 25 rəqəm sıfırdır: 1249 AD25 94C3 7CEB 0B27 84C4 CE0B F38A CE40 8E21 1A7C AAB2 4308 A82E 8F10 0000 0000 0000 0000 0000 000016 Quqol ədədi təxminən 70 ədədinin faktorialı kimi göstərmək olar.
Quzlu
Quzlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. Quzlu (Kövsər) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Quzlu (Üngüt) Quzlu (Mahnişan) Aşağı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Quzlu-i Əfşar (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Qudvill
Qudvill (ing. goodwill — yaxşı reputasiya) — şəxsin (həm fiziki, həm də hüquqi) fəaliyyətinin onun işgüzar keyfiyyətləri nöqteyi-nəzərindən qiymətləndirilməsi olan qeyri-maddi fayda. Təşkilatın qudvilli təşkilatın alış qiyməti ilə kapitalı arasındakı fərqdir. Qudvill — kapitalın balans dəyəri çıxılmaqla şirkətin bazar dəyərini əks etdirmək üçün mühasibat uçotu və ticarətdə istifadə olunan iqtisadi termin. Qudvill şirkətin brendi, qurulmuş biznes əlaqələri, ticarət nişanı və şirkətin dünyadakı nüfuzudur. Törəmə müəssisənin alınması zamanı yaranan qudvil nəzarət edən səhmdar tərəfindən köçürülmüş kompensasiyanın ədalətli dəyərinin törəmə müəssisənin xalis aktivlərinin ədalətli dəyərindəki payından artıq hissəsi kimi hesablanır. Proporsional metod yalnız nəzarət paketinin sahibinə aid olan qudvil nəzərə alır. Sadələşdirilmiş şəkildə qudvilin hesablanmasının bu üsulu aşağıdakı düstur kimi təqdim edilə bilər: Qudvil = investisiya məbləği — törəmə müəssisənin xalis aktivləri * mülkiyyət faizi. Tam metoddan istifadə etməklə qudvilin hesablanması törəmə müəssisənin ədalətli dəyərinin onun bütün xalis aktivləri ilə müqayisəsini nəzərdə tutur, nəinki nəzarət edən səhmdarlara aid olan hissə. Bu halda törəmə müəssisənin ədalətli dəyəri aşağıdakı məbləğə bərabərdir: nəzarət edən səhmdarın investisiyasının ədalətli dəyəri və ədalətli dəyər nəzarət olunmayan pay (FV).
Bill
Bill — dünyada daha çox işlədilən ad. Bill Klinton — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001) Bill Geyts — dünyanın ən varlı şəxslərindən biri Bill Hinzman — ABŞ aktyoru və rejissoru Bill Nighy — aktyor Bill Şuster — ABŞ Konqresinin 2001-ci ildən üzvü Bill Mürrey — amerika akyoru, "Qızıl Qlobus" BAFTA mükafatları laureatı.
Ceyn Qudoll
Dama Valeri Ceyn Morris Qudoll (ing. Dame Valerie Jane Morris Goodall; 3 aprel 1934[…], Hampsted, Böyük London) — BMT-nin sülhməramlı səfiri, Böyük Britaniyadan olan məşhur primatoloq, etoloq və antropoloq. Böyük Britaniyanın Komandor ordeninin sahibidir. O, 45 ildən çox Tanzaniyada yerləşən Qombe - Strim Milli parkında yaşayan şimpanzelərin sosial həyatını öyrənməsi və beynəlxalq Ceyn Qudoll İnstitutunun yaradıcısı kimi məşhurlaşmışdır. Ceyn Qudoll 1934-cü ildə Londonda anadan olmuşdur. O, hələ uşaq olarkən, atası ona şimpanze oyuncağı hədiyyə vermişdir. Oyuncaq onda şimpanzelərə maraq yaratmış və indiyə qədər də o, bu oyuncaqdan ayrılmamışdır.Valideynlərinin boşanmasından sonra 12 yaşlı Ceyn anası ilə birlikdə Bornmuta gəlir. Məktəbi bitirdikdən sonra, o, ofisiant kimi çalışmış, amma 1957-ci ildə keçmiş sinif yoldaşının dəvəti ilə özünün çoxdankı arzusu olan Afrikaya səyahət etmək qərarına gəlir. O, Keniyaya işləməyə yollanır. Keniya Milli muzeyində o, muzey direktoru olan məşhur antropoloq Luis Likinin assistenti və katibəsi kimi işləməyə başlayır.
Daniel Quisa
Daniel Quisa (17 avqust 1980[…], Jerez de la Frontera, Əndəlüs) — İspaniya futbolçusu 2007/2008 mövsümündə "Malyorka"nın heyətində 37 oyunda vurduğu 27 qolla İspaniya Primerosunun bombardiri olub. Ümumilikdə, karyerası boyu 259 görüşdə meydana çıxan ispan hücumçu 103 qola imza atıb. Hal hazırda Türkiyənin Fənərbaxça klubunda çıxış edir.
Daniel Quiza
Daniel Quisa (17 avqust 1980[…], Jerez de la Frontera, Əndəlüs) — İspaniya futbolçusu 2007/2008 mövsümündə "Malyorka"nın heyətində 37 oyunda vurduğu 27 qolla İspaniya Primerosunun bombardiri olub. Ümumilikdə, karyerası boyu 259 görüşdə meydana çıxan ispan hücumçu 103 qola imza atıb. Hal hazırda Türkiyənin Fənərbaxça klubunda çıxış edir.
Kill-van-Kull
Kill-van-Kull (ing. Kill van Kull) — Nyu-York ştatında yerləşən Staten-Aylend adasını Berqen-Nek yarımadasından ayıran boğaz. Boğazın uzunluğu 5 km, eni isə 300 m-dir. Kill-van-Kull Apper-Nyu-York-Bey və Nyoark buxtalarını birləşdirir. Boğaz üzərindən Beyon körpüsü yerləşir. Boğaz kifayət qədər yüklənmiş naviqasiyaya malikdir. Əsasən neft tankerləri boğazlar keçirlər. Boğazın adı Niderland dilindən tərcümədə "dayazlıqdan olan kanal" deməkdir.
Kill Kill
Kill Kill — amerikalı müğənni Lana Del Reyin 21 oktyabr 2008-ci ildə Lizzy Grant adı altında buraxdığı ilk mini-albomu (EP). Mini-albom 5 Points Records tərəfindən buraxılıb, üç trek daha sonra 2010-cu ildə buraxılan Lana Del Ray albomunda yer alıb. "Yayo" mahnısı yenidən yazılıb və üçüncü dəfə 2012-ci ildə Paradise mini-albomunda buraxılıb. Mini-albomun tanıtılması üçün bir sinql "Kill Kill" buraxılıb. Trekin musiqi klipi 2008-ci ildə yayımlanıb. Mahnıların prodüserliyini David Kahne edib.
Hill
Hill — soyad. Con Hil — ingilis botaniki. Mildrid Ceyn Hill — "Good Morning to All" ( "Hamınızın sabahı xeyir") mahnısını bəstələyən Silent Hill Kennet Hill — Avstraliya botaniki.
Lill
Lil (fr. Lille [lil] dinlə, pikard Lile, q.flamand Rysel, nid. Rijsel) — Fransada şəhər və kommuna, O-de-Frans bölgəsinin və Nor departamentinin mərkəzi. Şəhər Döl kanalının sol sahilində, Belçika sərhəddinin 14 kilometrliyində yerləşir və son zamanlara qədər Fransa tekstik sənayesinin mərkəzi hesab oolunurdu. Şəhərin adı Deüle çayındaki bir adadan gəlir: köhnə Fransızca (L'Isle). Lill və ətrafı tarix boyunca romalıların təsirində qalmışdır və latın dilindən istifadə etmişdir. 226 000 nəfərlik əhalisi ilə ətrafındakı ən böyük yaşayış mərkəzidir. Şəhər 2004-cü ildə Avropa Mədəniyyət Paytaxtı seçilmişdir.
Mill.
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Erin Qruell
Erin Qruell (15 avqust 1969) – müəllim. 15 avqust 1969 da doğuldu. Digər müəllimlərin əksinə, Erin Qruell fərqli bir tədris metodikası ilə irqçi qruplaşmaları ilə dolu bir dünyada yeni bir hərəkat başlatmışdır. "The Freedom Writers Diary: How a Teacher and 150 Teens Used Writing to Change Themselves and the World Around Them" (1999) yayımlandı. 2007-ci ildə istehsalı "Azadlıq yazarları" filmi onun ilhamlandırıcı tədris metodikasından bəhs edir. Qruell La Verne, Kaliforniyadan Laurels Seçkin Məzun mükafatı alaraq məzun olmuştur. Həmçinin Bonita məktəbi məzunudur. Kaliforniya Dövlət Universiteti onu seçkin məzunlarından elan etmiştir. Qruell Kaliforniyada anadan olmuşdur. 1994-ci ildə, Lonq Biç Vudrou məktəbində dərs verməyə başladı.
Guioa
Guioa (lat. Guioa) — sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Güllə
Güllə kinetik mərmi olub, odlu silahın sursatının bir hissəsidir və lülədən atılır. Onlar mis, qurğuşun, polad, polimer, rezin və hətta mum kimi müxtəlif materiallardan hazırlanır və ovçuluq, hədəf atəşi, təlim və döyüş kimi xüsusi funksiyalar da daxil olmaqla müxtəlif forma və konstruksiyalarda (nəzərdə tutulan tətbiqlərdən asılı olaraq) hazırlanır. Güllələr çox vaxt sivri olur ki, bu da onları daha aerodinamik edir. Güllə ölçüsü həm imperial, həm də metrik ölçü sistemlərində çəki və diametr ("kalibr" kimi istinad edilir) ilə ifadə edilir. Güllələr adətən partlayıcı maddələrdən ibarət olmur, lakin zərbə və nüfuzetmə zamanı kinetik enerjini ötürərək nəzərdə tutulan hədəfi vurur və ya zədələyir. Bir çox patronda istifadə edilən güllələr səs sürətindən daha sürətli ilk çıxış sürəti ilə atılır — saniyədə 343 metr (quru havada 20 °C (68 °F) və beləliklə, yaxınlıqdakı hər hansı müşahidəçi atış səsini eşidənə qədər hədəflərinə qədər əhəmiyyətli məsafələr qət edə bilir. Remington 223 kimi tüfəng güllələri lülədən 4,390 km/saat (2,730 mil/saat) sürətlə çıxır. 9 mm-lik bir güllə Luger tapançasından 2,200 km/saat (1,370 mil/saat) sürətlə uçur. Eynilə, AK-47, 2,580 km/saat (1,600 mil/saat) ilk çıxış sürətinə malikdir İlk həqiqi silah Çində 1288-ci ildə Yuan sülaləsinin monqol üsyançılarına qarşı həlledici qələbə qazanmaq üçün istifadə etdiyi metal əl topunun ixtirası ilə atəş nizəsindən (çini qəlpələri atan bambuk boru) təkamül etdi. Artilleriya topu 1326-cı ildə, Avropa əl topu isə 1364-cü ildə meydana çıxdı.
Günel
Günel — Qadın adı.
Qüllə
Qüllə - sütunşəkilli uca tikili, bina və s. Paraşüt qülləsi. Televiziya qülləsi. Yanğın qülləsi. Hərb gəmisində, tankda və s.-də topların yerləşdiyi zirehlənmiş hündür yer.