Dama Valeri Ceyn Morris Qudoll (ing. Dame Valerie Jane Morris Goodall; 3 aprel 1934[2][3][…], Hampsted, Böyük London[6]) — BMT-nin sülhməramlı səfiri, Böyük Britaniyadan olan məşhur primatoloq, etoloq və antropoloq. Böyük Britaniyanın Komandor ordeninin sahibidir.
Ceyn Qudoll | |
---|---|
ing. Jane Goodall[1] | |
Doğum adı | Valerie Jane Morris-Goodall |
Doğum tarixi | 3 aprel 1934[2][3][…] (90 yaş) |
Doğum yeri |
|
Elm sahəsi | aktivizm |
Elmi dərəcəsi | |
Üzvlüyü |
|
Mükafatları |
|
janegoodall.org janegoodall.es/es/ |
|
Vikianbarda əlaqəli mediafayllar |
O, 45 ildən çox Tanzaniyada yerləşən Qombe - Strim Milli parkında yaşayan şimpanzelərin sosial həyatını öyrənməsi və beynəlxalq Ceyn Qudoll İnstitutunun yaradıcısı kimi məşhurlaşmışdır.
Ceyn Qudoll 1934-cü ildə Londonda anadan olmuşdur. O, hələ uşaq olarkən, atası ona şimpanze oyuncağı hədiyyə vermişdir. Oyuncaq onda şimpanzelərə maraq yaratmış və indiyə qədər də o, bu oyuncaqdan ayrılmamışdır.Valideynlərinin boşanmasından sonra 12 yaşlı Ceyn anası ilə birlikdə Bornmuta gəlir.
Məktəbi bitirdikdən sonra, o, ofisiant kimi çalışmış, amma 1957-ci ildə keçmiş sinif yoldaşının dəvəti ilə özünün çoxdankı arzusu olan Afrikaya səyahət etmək qərarına gəlir. O, Keniyaya işləməyə yollanır. Keniya Milli muzeyində o, muzey direktoru olan məşhur antropoloq Luis Likinin assistenti və katibəsi kimi işləməyə başlayır. Tezliklə Luis Liki onu öz xanımı Meri Liki ilə birlikdə Şərqi Afrikada yerləşən Olduvay vadisindəki qazıntılarda müşayət etməyə dəvət elədi. Liki həmçinin, ona Tanzaniyada yerləşən Qombe Strim Milli parkında yaşayan şimpanzelərin öyrənilməsi ilə məşğul olmağı tapşırır. Liki bu müşahidələrinin əsasında ibtidai insanların həyatı haqda nəticələrin çıxarılması dururdu. Ceyn anası ilə birlikdə Tanzaniyaya gəlir və aktiv şəkildə tədqiqat işləri ilə məşğul olmağa başlayır.
Baxmayaraq ki, Ceyn nə universitetdə oxumuş, nə bakalavr dərəcəsini almışdı, lakin onun qeyri-adi əhəmiyyətə malik olan tədqiqatları ona 1962-ci ildə Kembric Universitetinin Darvin kollecində doktorluq dərəcəsini almaq çün dissertasiya işini təqdim etmək mərhələsinə keçməyə icazə verirlər. Nəticədə, 1964 -cü ildə Ceyn Qudoll doktorluq dissertasiyasını uğurla müdafiə edir. O, qorillalarla ömrünü keçirmiş məşhur Dayan Fossi və oranqutanqları öyrənən Birute Qaldikas ilə birlikdə 60-ci illərin əvvəlindən insanabənzər meymunların öyrənilməsi ilə məşğul olan uzunmüddətli tədqiqatın 3 əsas tədqiqatçısından biridir. Onları elmi aləmdə "Likinin mələkləri" adlandırırlar.
Şimpanzelərin dünyası haqda biliklərə görə Ceyn Qudolla minnətdar olmaq lazımdır. O, ilk dəfə şimpanzelərin sadə avasitələri: budaqlar, termitlər, çəkic və qoz qabığını sındırmaq üçün istifadə etdikləri daşlar barədə məlumatlar vermişdir. Şimpanzelər üzərində müşahidələr aparan Ceyn onların bunlardan təkcə sadə alət kimi yox, öz ehtiyaclarını ödəmək üçün yaratdıqları alətlər barədə də məlumatlar vermişdir. Baxmayaraq, çoxlu canlılar alətlərdən istifadə edir, lakin alətləri hazırlamaq insanabənzərlərin heyvanlardan əsas fərqidir.
Sonra o, şimpanzelərin müxtəlif heyvanların ətini yeməsini, birlikdə ova getməsi və öz aralarında dava apardığını müşahidə etmişdir. Meymunların "ictimai münasibətləri" mürəkkəb çətin anlaşılan olmuşdur.
Qudoll heyvanlara nömrə əvəzinə ad verən qoyan ilk tədqiqatçıdır. Elmi dairələrdə bu praktika pislənmiş və bu emosional faktorun tədqiqatin obyektivliyinin itirilməsinə gətirib çıxardığı bildirilmişdir. Buna baxmayaraq, Ceynin nümunəsini çoxlu alimlər davam etdirmişdir. Ceynin şimpanzeləri arasında onunla ilk dost olan Devidi, Devidin dostu Qoliafı, sürünün başçısı Maykı, qoca Cici "xala"nı və öz uşaqları ilə birlikdə yaşayan ana Fyunu misal göstərmək olar.
1977-ci ildə Ceyn Qudoll Qombe qoruğunu dəstəkləmək üçün Ceyn Qudoll İnstitutunun əsasını qoymuşdur. İnstitutun bütün dünyada 19 bölməsi vardır. Qudoll bütün dünyadakı şimpanzelərin və onların yaşayış qoruyucusu sayılır və ildə 300 gün ərzində səyahət eləyir. Ceyn Qudoll İnstitutu dünyada Afrikanın təbii zənginliyinin müdafiəsinin təmin edilməsi ilə bağlı özünün novator proqramlarının hazırlanması sayəsində çox geniş şöhrətə malikdir. Qudoll BMT-yə ekologiya ilə bağlı məsələlərdə köməyini davam etdirir və YUNESKO-nun proekti əsasında insanabənzər primatların qorunub saxlanması işi ilə məşğul olur.
Ceyn Qudoll həmçinin, Afrikadan kənarda - Floridada yerləşən ən böyük şimpanze qoruğunun üzvüdür.O, həmçinin Edinburqda yerləşən "Heyvanların hüququ üzrə vəkillər" təşkilatının keçmiş prezidenti olmuşdur.
1991-ci ildə Ceyn Qudoll hal-hazırda dünyanın 100 ölkəsində fəaliyyət göstərən "Roots & Shoots" uşaq təşkilatının əsasını qoymuşdur. Bu təşkilat ətraf mühitin qorunması, insanlar və heyvanlara yardımın edilməsi ilə bağlı proektlərin həyata keçirilməsi ilə məşğul olur.
2002-ci ilin aprelində BMT-nin keçmiş baş katibi Kofi Annan Ceyn Qudollu BMT-nin sülhməramlı səfiri təyin etmişdir.
2008-ci ilin mayında o, Nobel komitəsinə heyvanlar üzərində alternativ metodların təcrübəsinə görə Nobel mükafatının verilməsi təşəbbüsünü irəli sürmüşdür.
2007-ci il 7 iyulda "Live Earth" adlı beynəlxalq musiqi festivalını təşkil etmişdir.
1990: Yaponiyanın nüfuzlu ordeni olan Kioto mükafatını almışdır;
1995: Kraliça II Elizabet tərəfindən ona təqdim olunan Britaniya imperiyasının Komandor ordeni və Milli Coğrafiya Cəmiyyəti tərəfindən Habbard Medalı ilə təltif olunmuşdur;
1999: Ümumdünya sülh mükafatı;
2002: Konrad Lorens mükafatı;
2003: Canlı təbiət haqda elmin inkişafına görə Bencamin Franklin Medalı;
2006 : Fransa nın Fəxri Legion ordeninin zabiti.
Qudoll iki dəfə ailə həyatı qurmuşdur. 1964 -cü il 28 mart tarixində o, zadəgan əsilli holland animalist-fotoqrafı barın Hüqo van Laviklə nigaha girmişdir. 1968 -ci ildə Qudoll Tanzaniya da yerləşən Serenqeti qoruğunda öz həyat yoldaşına vəhşi heyvanların şəkillərinin çəkilməsində kömək edirdi. Bu tədqiqatların nəticəsi "Günahsız qatillər" adlı kitab olmuşdur. 1974 -cu ildə Ceyn və Hüqo boşanırlar.
1975 -ci ildə Ceyn Tanzaniya milli parklarının direktoru və parlament üzvü ilə ikinci dəfə nigaha girir. Yoldaşı 1980 -ci ildə vəfat etmişdir.
Ceyn və onun balaca bacısı prozopaqnoziya xəstəliyindən - insanların sifətini tanımamaq bacarıqsızlığından əziyyət çəkirlər.
Ceyn Qudoll The Walt Disney Company kompaniyasından Həyat ağacında adı olan lövhəciyə layiq görülmüşdür. Burada həmçinin, Volt Disneyin yaratdığı "Heyvanlar krallığı"nda Ceyni ilk illərdən müşayət edən sevimli şimpanzesi Devidin də rəsminə rast gələ bilərik.
Qudoll "Tornberinin vəhşi ailəsi " multiplikasiya serialında peyda olmuş və özü özünü səsləndirir.
Ceyn Qudoll "The Far Side" jurnalında rəssam-multiplikator Hari Larsonun çap olunan komikslərindən birinə düşür. Rəsmdə iki bəzənmiş şimpanze təsvir edilmişdir. Onlardan biri insan saçı geyinərək deyir: "Nə oldu , bu Ceyn Qudollun təcrübələrinə düşmüsən?". Ceyn Qudoll İnstitutu bu rəsmləri axmaqlıq hesab etmişdir. Hətta Ceyn Qudollun vəkillərinin Larsona qəzəbli bir məktub yazmasına baxmayaraq, Ceyn özü bunu zarafat kimi qəbul etmişdir. Bundan əlavə, o, bu komiksdən olan rəsmli köynəklərin satışını həyata keçirərək, vəhşi şimpanzelərə dəstək üçün yaradılmış fond üçün xeyli gəlir əldə etmişdir.
Müğənni Stivi Niks özünün "Street Angel" ("Küçə mələyi") albomuna Ceyn Qudolun şərəfinə "Ceyn" mahnısını əlavə etmişdir.
Məşhur multiplikasiya serialı olan "Simpsonlar "ın epizodlarından biri olan "Simpsonlar Safaridə" adlı epizodda Ceyn Qudollun obrazı əsasında yaradılmış qadın alim şimpanzelərə gizli şəkildə ona brilliant gətirməyi öyrədirdi.