Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gürcüstan
Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır.
Gürcüstan arzusu-Demokratik Gürcüstan
Gürcü arzusu — Demokratik Gürcüstan (gürc. ქართული ოცნება–დემოკრატიული საქართველო, gürcücə "Kartuli osneba-demakratiuli Sakartvelo" kimi oxunur) — Gürcüstanın hakim partiyası, 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Partiya Gürcüstanda 2012-ci ildə parlament seçkilərdə hakim Vahid Milli Birlik Partyasının rəqibi olub.
Baci (Gürcüstan)
Baci (gürc. ბაჯი) — Gürcüstanda, Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində, Ambrolauri bələdiyyəsində yerləşən kənd. Rioni çayının üzərində, Ambrolauri şəhərindən 22 kilometr uzaqlıqda yerləşir.
Daştəpə (Gürcüstan)
Daştəpə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Gürcüstan-Film
Gürcüstan-film (gürc. «ქართული ფილმი») — Tbilisi şəhərində bədii filmlərin istehsalı ilə məşğul olan dünyanın ən qədim kinostudiyalarından biri. Kinostudiya 1921-ci ildə yaradılmışdır. 1923-cü ildən "Gürcü Saxkinmretsvi" (Qoskinprom), 1953-cü ildən indiki adı ilə adlandırılmışdır. 1930-cu ildən bədii filmlərlə yanaşı cizgi filmlərinin istehsalı ilə də məşğul olmağa başlamışdır. Kinostudiyada çəkilən filimlər ümumittifaq və beynəlxalq kino festivallarının (Kann Film Festivalı) mükafatlarını qazanmışdır. Hazırda kinostudiyaya Direktorlar Şurasının sədri Arçil Menaqarişvili rəhbərlik edir. Gürcüstan-film kinostudiyasında hazırkı dövrə qədər 800 bədii, televiziya üçün hazırlanmış və qısametrajlı filmlər, 600 sənədli filmlər və 300 çizgi filmləri çəkilmişdir. == Tarixi == Gürcü filmlərinin istehsalı tarixi 1908-ci ildən başlayır. İlk çəkilən filmlər sənədli filmlər olub.
Gürcüstan Konstitusiyası
Gürcüstan Konstitusiyası ( gürc. საქართველოს კონსტიტუცია, sakartvelos k'onstitutsiya) — Gürcüstanın ali qanunudur. 24 avqust 1995-ci ildə Gürcüstan Parlamenti tərəfindən təsdiq edilmiş və 17 oktyabr 1995-ci ildə qüvvəyə minmişdir. Konstitusiya Sovet İttifaqının dağılmasından sonra müvəqqəti əsas qanun kimi işləyən 1992-ci il Noyabr Dövlət Hakimiyyəti haqqında Fərmanı əvəz etdi. == Erkən konstitusiya tarixi == Yeni müstəqil Gürcüstanın ilk demokratik seçilmiş prezidenti Zviad Qamsaxurdiya'nın rəhbərliyi ilə Sovet İttifaqının 1977-ci il konstitusiyasına əsaslanan 1978-ci il Gürcüstan Sovet Sosialist Respublikasının konstitusiyasına əsasən fəaliyyət davam etdi. Kommunistdən sonrakı ilk parlament bu sənədə geniş dəyişiklik etdi. 1992-ci ilin fevralında Gürcüstan Milli Konqresi (1990-cı ildə seçilmiş alternativ parlament) 21 fevral 1921-ci il tarixli Gürcüstan konstitusiyasını Gürcüstanın effektiv konstitusiyası olaraq təyin etdi. Həmin bəyannamə Jaba Ioseliani və Tengiz Kitovaninin imzaları, o dövrdə İdarəetmə Hərbi Şurasının üç üzvündən ikisi tərəfindən imzalanaraq qanuni olaraq qəbul edildi. 1993-cü ilin fevralında Eduard Şevardnadze 1921-ci il konstitusiyasına geniş yenidən baxılmağa çağırdı. Bu sənədin böyük hissələrini tamamilə qəbuledilməz kimi xarakterizə edən Şevardnadze, 1993-cü ilin dekabrına qədər yeni bir versiya hazırlamaq üçün konstitusiya komissiyası yaratmağı təklif etdi.
Gürcüstan armudu
Gürcüstan aysorları
Gürcüstan aysorları — 2014-cü il əhalinin siyahıya alınmasına görə Gürcüstanda 2377 nəfər aysor yaşayır (1989-cu ildə - 6206 nəfər). == Tarixi == Gürcüstan torpağına ayaq basmış ilk aysorlar Müqəddəs Yəhya Zedaznlı və 6-cı əsrdə Suriyadan gəlmiş 12 şagirdi hesab olunur. Onlar Gürcüstan monastırlığının qurucuları olmuş, gürcü mədəniyyətində və mənəviyyatında görkəmli rol oynamışlar. XVIII əsrin ikinci yarısında Kartli-Kaxeti çarı II İraklinin rəhbərliyi altında, Gürcüstanı öz protektoratlığına çevirən Rusiya İmperiyasının dəstəyi ilə çox sayda xristian, o cümlədən aysor Osmanlı İmperiyasından Gürcüstana köçürr. İran və Türkiyədən əmək miqrasiyası şəklində yeni köçürmə dalğası, 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən Gürcüstanın Rusiya İmperiyasına birləşdirilməsindən sonra başlayır. Nəhayət aysorların Önqafqaza ən böyük köçü 1915-1917-ci illərdə, Osmanlı İmperatorluğunun şərqində yaşayan aysorların çoxunun köç etmək məcburiyyətində qaldığı dövrdə baş verir. Bu gün Gürcüstanda olan aysorların əksəriyyəti elə həmin köçkünlərin nəsilləridir. == Yayılması == Gürcüstan aysorları əsasən şəhərlərdə yaşayırlar - Tiflis, Qardabani, Rustavi, Kutaisi, Batumi, Zuqdidi. Gündəlik həyatda yeni arami, gürcü və rus dillərində danışırlar. Qardabani şəhərində yaşayan aysorların bir hissəsi yeni arami dilinin Şimaliboxtan ləhcəsində danışır.
Gürcüstan azərbaycanlıları
Gürcüstan Azərbaycanlıları — Gürcüstan Respublikası ərazisində yaşayan türkəsilli etnik azərbaycanlılar. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Kvemo Kartli), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan MR-da, həmçinin Tbilisi və Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2014-cü ilədə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən 233 000 nəfərdir . == Tarix == Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur. XV-XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik Azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə Azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür. == Siyasi tarixi == Gürcüstanda yaşayan azərbaycanlılar Qamsaxurdiya zamanında ciddi təzyiqlərə məruz qalmış, dövlət qurumlarında, yerli idarələrdəki azərbaycanlıların əksəriyyəti vəzifələrdən kənarlaşdırılmış, yaşayış məntəqələrinin adları sürətlə gürcüləşdirilmişdir. == Mövcud olmuş milli dövlətlər və dövlət qurumları == Borçalı xanlığı Borçalı Qarapapaq Türk Cümhuriyyəti == Gürcüstanın azərbaycanlılar yaşayan əraziləri == Bu gün Gürcüstanın bir çox bölgəsində və iri yaşayış məntəqələrində azərbaycanlılar kompakt şəkildə məskunlaşıblar. Azərbaycanlılar əsasən Borçalı (Kvemo-Kartli) və Kaxeti regionlarında cəmləşiblər.
Gürcüstan bayrağı
Gürcüstanın bayrağı (ხუთჯვრიანი დროშა) — Gürcüstanın dövlət simvollarından biri. Hal-hazırkı beş qırmızı xaçlı bayraq, orta əsrlərdə mövcud olmuş Gürcü krallığının bayrağı olub və 14 yanvar 2004-cü ildə Gürcüstanın bayrağı kimi təsdiq olunub. Bundan əvvəl 1990 - 2004-cü illərdə istifadə olunan bayraq, 1918 - 1921-ci ildə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının bayrağı olub.
Gürcüstan böyürtkəni
Gürcüstan coğrafiyası
Gürcüstan Asiyanın Ön Qafqaz regionunda yerləşən; bəzən isə Şərqi Avropaya aid edilən ölkə. Təbiət baxımından Gürcüstan olduqca rəngarəngdir. Buna səbəb onun coğrafi yerləşməsi və hündürlük zonallığıdır. Qafqaz regionuna aid bitki və heyvanlar aləmi ərazi quruluşu ilə əlaqədar olduqca zəngindir. Gürcüstan rütubətli Aralıq dənizi iqlim tipi ilə Xəzər və Aral dənizinin yerləşdiyi arid kontinental iqlim tipləri arasında qərarlaşır. Ölkənin ümumi sahəsi 69,7 min km² təşkil edir. Hazırda ərazisinin tərkib hissəsini təşkil edən Abxaziya (8600 km²) və Cənubi Osetiya (3900 km²) onun nəzarətində deyildir. == Relyef == Ölkənin şimal hissəsini Böyük Qafqazın 4000–5000 m hündürlüyə malik zirvələri tutur. Ölkənin ən hündür nöqtələləri: Şaxara (5068 m) və Kazbek (5033 m). Qafqaz dağları cavan dağlardır.
Gürcüstan erməniləri
Gürcüstan erməniləri — Ermənistan Respublikasından kənarda yaşayan etnik ermənilərin təşkil etdiyi Erməni diasporunun Gürcüstanda yaşayan hissəsinin adı. 17-24 yanvar 2002-ci il Ümumumgürcüstan əhali siyahıyaalınmasının yekunlarına əsasən sayları 248.929 nəfərdir. == Mənbə == Армяне в Грузии (с древних времен до сегодняшнего дня). Шота Тетвадзе, Отар Тетвадзе. Тбилиси-2008, 211 стр.
Gürcüstan gerbi
Gürcüstan gerbi (gürc. საქართველოს სახელმწიფო გერბი) — Gürcüstanın rəsmi dövlət simvollarından biridir. 1 oktyabr 2004-cü ildə qəbul edilmiş və üç heraldik versiyası vardır: böyük (əsas), orta və kiçik gerblər. Keçmiş gerb 14 noyabr 1990-cı ildən mövcuddur. == Təsviri == Gürcüstanın müasir gerbi, gürzə torpağının himayədarı Müqəddəs Qeorqi gümüş fiqurlu bir at üzərində nizə ilə vuraraq təsvir edən qırmızı fransız qalxanıdır. Qalxan, iki qızıl aslan tərəfindən tutulan Gürcüstan kral ailəsi Bagrationi'nin qızıl bir kral tacı ilə taclanır. Qalxanın altında "Güc birlikdədir" devizi olan bir lent var. Bu gerb qismən Gürcüstan krallığının Bagrationi evinin orta əsr gerbinə əsaslanır.
Gürcüstan hadisəsi
Gürcüstan hadisəsi – Rusiya imperiyasında baş verən Oktyabr inqilabı və Rusiya Vətəndaş müharibəsinin ardınca 1922-ci ildə Gürcüstan torpaqlarında sosializmin gərəkdirdiyi sosial və siyasi dəyişikliklərin necə reallaşdırılacağına dair bolşevik rəhbər heyəti arasında çıxan siyasi anlaşmazlıq və bunun ardınca baş verən hadisələr nəzərdə tutulur.Gürcü torpaqlarının Qırmızı Ordu tərəfindən məcburiyyətlə Sovet hakimiyyətinə daxil edilməsindən sonra yerli gürcü rəhbərlər Filib Maharadze və Polikarp Mdivani ilə onların mərkəzdəki rəhbərləri mövqeyindəki İosif Stalin və Orconikidze arasında fikir ayrılıqları yaşanmışdı. Fikir ayrılığının kökləri qarışıq idi. Gürcü bolşeviklər Moskvadan muxtar olmaq istəyərkən, mərkəzdəkilər gürcü, azəbaycanlı və erməni torpaqlarını bir araya alacaq olan Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikasını qurmaq istəməkdə idilər.Gürcüstan hadisəsi eyni zamanda ölmək üzrə olan bolşevik lider Vladimir Leninin məsələyə daxil olması ilə qarmaşıq hala gəlmişdir. Sonunda Stalin-Orconikidze xətti partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası pozulacaq, bu vəziyyət Lenin Vəsiyyəti də daxil olmaqla, son yazılarına təsir etmişdir. == Arxa planı == Gürcüstan torpaqlarında Sovet hakimiyyəti Qırmızı Ordunun fevral-mart 1921-ci il dövründəki hərbi hərəkatı nəticəsində təmin edildi. Bu hərbi səfər əsasəən Sovnarkomun Millətlər üzrə komissarı olan Stalin ilə Cənubi Qafqaz Bölgə Komitəsinin rəhbəri olan Orconikidze tərəfindən həyata keçirildi. Qırmızı Ordunun bölgəyə gəlməsindən əvvəl yerli bolşevilər arasında Gürcüstanla necə davranmalı məsələsində fikir ayrılıqları mövcud idi. Stalin və Orconikidze menşevik hakimiyyətindəki Gürcüstanın dərhal sovetləşdirilməsini istəyərkən, Trotski Gürcüstanın daxilində hazırlanacaq üsyan ilə oranın sovetləşdirilməsini istəyirdi. Lenin isə Gürcüstana ediləcək müdaxilənin beynəlxalq səviyyədə formalaşdıracağı təzyiqdən çəkinirdi. Sonda, partiya tərəfindən təstiqlənən hərəkat 1921-ci ilin 13 fevralında başladı.Gürcü torpaqlarındakı tətbiq edilməsi istənən menşeviklərlə uzlaşma cəhdləri xüsusilə Stalin tərəfindən tətbiq eidlən uzlaşmaz siyasətə görə reallaşmadı.
Gürcüstan himni
"Tavisupleba" (gürc. თავისუფლება, "Azadlıq") — Gürcüstanın dövlət himni, 2004-cü ildən bəri bayraq və gerb ilə birlikdə Gürcüstanın dövlət rəmzlərindən biri. Musiqisi Zaxari Paliaşvilinin (1871—1933) "Daisi" ("Alaqaranlıq") və "Abesalom və Eteri" adlı iki operasından götürülüb. Sözlərin müəllifi müasir gürcü şairi Daviq Maqradzedir; o, klassik gürcü şairləri Akaki Sereteli, Qriqori Orbeliani və Qalaktion Tabidzenin şeirlərindən sitatlar istifadə etmişdir.
Gürcüstan hökuməti
Gürcüstan Hökuməti (gürc. საქართველოს მთავრობა) Gürcüstanda ölkənin daxili və xarici siyasətini həyata keçirən ali icraedici hakimiyyət orqanıdır. Orqan Gürcüstan parlamentindən asılı hökumətin başçısı – baş nazir və nazirlərdən ibarətdir. Hökumətin mövcud səlahiyyətləri və vəzifələri 2017 və 2018-ci illərdə qəbul edilmiş Gürcüstan Konstitusiyasına düzəlişlərlə tənzimlənir. 14 may 1991-ci ildən 9 noyabr 1996-cı ilə qədər Gürcüstanın icra hakimiyyəti Gürcüstan Respublikasının Nazirlər Kabineti (საქართველოს რესპუბლიკის მინისტრთა კაბინეტი) adlandırıldı.İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hazırkı hökumət 22 fevral 2021-ci ildən vəzifədədir. == Konstitusiya çərçivəsi == === Tərkibi === Gürcüstan hökuməti baş nazir və nazirlərdən ibarətdir. Baş nazir hökumətin başçısıdır. Nazirliklərə cavabdeh olan və dövlət idarəçiliyinin konkret sektorunu idarə edən nazirlərə əlavə olaraq, hökumətin xüsusi əhəmiyyət kəsb edən tapşırıqlarına nəzarət etmək üçün hökumətə bir və ya bir neçə Dövlət Naziri də təqdim edilə bilər. Hökumət üzvünün siyasi partiyadan başqa hər hansı digər vəzifə tutması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması və ya elmi və pedaqoji fəaliyyət istisna olmaqla, hər hansı digər fəaliyyətə görə haqq alması konstitusiyaya görə qadağandır. Hökumət dövlət nümayəndəsini və ya qubernatoru təyin etməklə ölkənin inzibati bölmələrində öz təmsilçiliyini təmin edir.Gürcüstan hökumətinin başçısı baş nazirdir – nazirləri vəzifəyə təyin edir, həmçinin vəzifədən azad edir və hökumət üzvlərindən birinə baş nazirin müavini vəzifəsini verir.
Gürcüstan vətəndaşlığı
Gürcüstan vətəndaşlığı — Gürcüstanda dövlətin üzvü olma statusu. Vətəndaşlıq almaq üçün, Gürcüstanın vətəndaşlıq qanununa əsasən xarici ölkə vətəndaşları kimi standart qaydada vətəndaşlıq üçün müraciət edə bilərlər. Standart üsulla Gürcüstan vətəndaşlığına müraciət etmək istəyənlər minimum 5 il Gürcüstanda yaşamalıdırlar. Gürcüstan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Gürcüstan vətəndaşı eyni zamanda başqa ölkənin vətəndaşı olub oranın pasportunu daşıya bilməz. Vətəndaşlıq sənədlərini yalnız Gürcüstan Prezidenti imzalayır və ikili vətəndaşlıq yalnız elə şəxslərə verilir, hansılar ki, Gürcüstan qarşısında xüsusi mahiyyətə malikdirlər və ya Gürcüstan vətəndaşlığına nail olmaq milli maraq daşıyır. Repatriant statusunu əldə etdikdən sonra iki il ərzində sadələşdirilmiş qaydada Gürcüstan vətəndaşlığını almaq imkanı təklif edir. == Repatriasiya haqqında Qanunvericilik == 2007-ci il, İyulun 7-də, Gürcüstan Parlamenti qanun qəbul etdiI: “20-ci əsrin 40-cı illərinin SSR Gürcüstanından məcburi köçkün edilmiş xalqların repatriasiyası” haqqında. Bu qanunun əsas məqsədi 20-ci əsrin 40-cı illərinin SSR Gürcüstanından məcburi köçgün edilmiş xalqların qayıtması üçün qanuni mexanizmlər yaratmaqdır. Bu qanunla yaranmış repatriasiya sistemi tarixi ədalətin bərpa edilməsinə və layiqli və könüllü qayıdış prinsiplərinə əsaslanır və addım-addım repatriasiya edilməyi nəzərdə tutur.
Gürcüstan yolları
Gürcüstanda beynəxalq, dövlət və yerli adlı 3 növ avtomagistral mövcuddur.
Gürcüstan yunanları
Gürcüstan yunanları (gürc. ბერძნები საქართველოში) — Gürcüstan Respublikasının ərazisində yaşayan etnik yunanlara verilən ad. Cənubi Qafqazda Ermənistan və Azərbaycanla müqayisədə ən çox etnik yunanın Gürcüstanda yaşadığı məlumdur. Gürcüstan xüsusi ilə Qafqaz yunanları olaraq tanınmış xalqın əsas vətəni sayılır. Pont yunanları olan, Gürcüstan yunanlarının sayı 15 min, 20 min və 100 min kimi müxtəlif rəqəmlərlə ifadə olunmaqdadır. 1989-cu ilin məlumatına əsasən bu say 100 mindən aşağı olmuşdur.1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından və Gürcüstanın təkrar müstəqillik qazanmasından sonra Gürcüstanda yaşayan etnik yunanlar müxtəlif səbəblərdən ölkəni tərk etməyə başlamışdır. Yunanıstanın, etnik yunan olan şəxsləri öz ölkəsinə dəvət etməsi ölkədəki yunan icmasının azalmasının əsas səbəbi kimi göstərilə bilər. 1991-ci ildən sonra icmanın əhəmiyyətli dərəcədə böyük bir hissəsi isə Rusiyanın Stavropol diyarında məskunlaşmışdır. Günümüzdə Tbilisi şəhərində Yunan birliyi adlı diaspora təşkilatı və mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir. Bunlarla yanaşı Gürcüstanda, yunan icmasına xitab edən və yunan dilində nəşr olunan qəzetdə mövcuddur.
Gürcüstan yəhudiləri
Gürcüstan yəhudiləri – qədimdən Gürcüstan ərazisində məskunlaşmış, burada yaşayan yerli xalqın adət-ənənəsini və dilini mənimsəmişlər. Bu baxımdan onlara "Gürcüstan yəhudiləri" deyil. === Tarixi === Rəvayətə görə, onlar Kartli və İberiyanın ərazisinə ilk dəfə e.ə. VII əsrdə köçmüşlər. Bu Birinci Qüds Məbədinin dağıdıldığı və yəhudilərin Babilistana sürgün olunduğu tarixə təsadüf edir. XIII əsrə aid "Kartlis tsxvoreba" ("Gürcüstanın həyatı") adlı əlyazmada bu barədə deyilir: "Çar Navuxodosonor Qüdsü zəbt etdi. Ordan qovularaq Kartliyə gələn yəhudilər, Mtsxeti hökmdarına bac söz verərək torpaq istədilər. Onlara Araqvi çayı yaxınlığında, Zanavi çay qolunun yanında məskunlaşmağa icazə verildi. Və onlar buna görə vergi verməyə başladılar". Tarixi qaynaqlar göstərir ki, yəhudilər müxtəlif vaxtlarda Bizans və İran dövlətindən, Xəzər xaqanlığından Gürcüstana köç etmiş, əvvəllər burada yerləşmiş soydaşları ilə qaynayıb-qarışmışlar.
Gürcüstan çarlığı
Gürcüstan çarlığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 1008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi. Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.
Gürcüstan şəhərləri
== Xəritə ==
Gürcüstan əhalisi
Gürcüstan əhalisi (tanınmamış Cənubi Osetiya və Abxaziya siyahıya daxil deyil) 1 yanvar 2020-ci il məlumatına görə 3 716 900 nəfər təşkil edir. 2014-cü ilin 5 noyabr tarixli açıqlamaya görə ölkə əhalisi 3 713 804 təşkil etmiş, bunun 2 122 623 nəfəri şəhər (57,15 %), 1 591 181 nəfəri isə kənd əhalisi təşkil etmişdir (42,85 %). 2014-ci ildə şəhər əhalisi Gürcüstanın ümumi əhalisinkn 57,4%, kənd əhalisi isə 42,6% (2002-ci ildə — müvafiq olaraq 52,3 % və 47,7 %). təşkil etmişdir. Kişilər ümumi əhalinin 47,7 %, qadınlar 52,3 % təşkil edir. Kişilərin orta ömür müddəti 70,1 il, qadınlarda isə 78,6 il təşkil edir. Orta göstərici isə 74,4 ildir. == Dinamika == Ölkə əhalisinin yaş tərkibinə görə 2020-ci ildə 0-14 yaşlı şəxslər ümumi əhalinin 20,4%-ni, 15-64 yaşlı şəxslər 64,5%, 65 və ondan yuxarı yaşlı şəxslər isə 15,1%-ni təşkil edir. == Miqrasiya == === 1988-ci ildən sonrakı miqrasiya === Yenidənqurma və SSRİ dövlətinin dağılma dönəmində Gürcüstanda yaşayan ruslar (1989-cu ildə 266 min rusdan 2002-ci ildə cəmi 65 min rus qalmışdı), yahudi (1989-cu ildə 100 min yahudidən 2002-ci ildə cəmi 17 min yunan qalmışdı), yunanlar (1989-cu ildə 25 min yunandan 6 min yunan qalmışdı) emiqrasiya etmişlər. Hərbi münaqişə zamanı osetinlərin böyük qismi ölkəni tərk etmişdir.
Gürcüstan əyaləti
Çıldır əyaləti — veya Çıldır Beylerbeyliği (Osmanlıca: ایالت چلدر , "Eyalet-i Çıldır") Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Adı Çıldır gölüündəndir.1574 ci ildə Çıldır əyalətinin bölgüsü. 1. Ahısqa sancağı 2. Axalkələk sancağı 3. Çıldır sancağı 4. Posho sancağı 5. Bedre sancağı 6. Penek sancağı 7. Ərdahan-i Büzürg sancağıMərkəzi 1578-1628 arasında Çıldır, 1628-1829 arasında Ahısqa ve 1829-1845 arasında Oltu idi.