Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hüseynli
Hüseynov — Azərbaycanda daha çox işlədilən soyad. === A === Ağa Hüseynov (d. 1962) — azərbaycanlı rəssam. Akif Hüseynov Akif Hüseynov (ədəbiyyatşünas) (d. 1941) — ədəbiyyatşünas, tənqidçi. Akif Hüseynov (mühəndis) (1950—2013) — azərbaycanlı alim və pedaqoq. Anar Hüseynov Anar Hüseynov (əsgər) (1997—2020) — Vətən müharibəsinin şəhidi. Anar Hüseynov (kiçik çavuş) (1982—2020) — Vətən müharibəsi şəhidi. Arif Hüseynov Arif Hüseynov (dilçi) (d. 1943) — Azərbaycan dilçisi, germanist.
Rüstəmli
Rüstəmli — Azərbaycanda işlədilən soyad. Asif Rüstəmli — görkəmli Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2011) Kəndlər Rüstəmli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Rüstəmli (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Anar Hüseynli
Elxan Hüseynli
Etiram Hüseynli
Fariz Hüseynli
Kənan Rüstəmli
Məşədi Hüseynli
Məşədihüseynli (Şəmkir)
Nadir Rüstəmli
Nadir Rəşid oğlu Rüstəmli (8 iyul 1999, Salyan, Salyan rayonu) — Azərbaycanlı müğənni, Səs Azərbaycan yarışmasının qalibi və 2022-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin təmsilçisi. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yeri tutmuşdur. 8 iyul 1999-cu ildə Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 2005–2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub, 2021-ci ildə həmin universitetin məzunu olmuşdur. O, uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub. 2019-cu ildə eyni yarışmada yenidən iştirak edərək yarışmanın qalibi olmuşdur. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yerin qalibi olmuşdur.
Nazim Hüseynli
Nazim Ziyad oğlu Hüseynli (30 aprel 1956, Düzrəsullu, Gədəbəy rayonu) — Bakı Avrasiya Universitetinin rektoru (2006–2020). Yeni Azərbaycan Partiyasının üzvü. 30 aprel 1956-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1973-cü ildə Bakı şəhəri 70 saylı orta məktəbi bitirmiş, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir. 1976–1978-ci illərdə Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində və İrkuts vilayətinin Zima şəhərində Sovet ordusu sıralarınada hərbi xidmətdə olmuş. 1974-cü ildən əmək fəalliyyətinə başlamışdır. 1974-cü ildə 2 saylı Mebel fabrikində, 1974–1985-ci illərddə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985–1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında, 1989–1994-cü illərdə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında işləmişdir. 1992-ci ildə Ali Diplamatiya Kollecini (hal-hazırda Bakı Avrasiya Universiteti adlanır) təsis etmiş və onun rektoru olmuşdur. 1992–2005-ci illərdə Ali Diplomatiya Kollecinin, 2005–2006-cı illərdə Bakı Diplomatiya Universitetinin və 2006–2015-ci illərdə isə Bakı Avrasiya Universitetinin rektoru olmuşdur. 1989-cu ildən fəlsəfə elmləri namizədi, 2005-ci ildən fəlsəfə elmləri doktorudur.
Qabil Hüseynli
Qabil İsmixan oğlu Hüseynli və ya Qabil İsmixan oğlu Hüseynov (10 noyabr 1953, Seydimli, Mirbəşir rayonu) — Azərbaycan Demokratik İstiqlal Partiyasının sabiq sədri, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor. Qabil Hüseynli 10 noyabr 1953-cü il tarixində Mirbəşir rayonunun Seydimli kəndində anadan olmuşdur. Seydimli kənd orta məktəbində təhsil almışdır. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olmuşdur. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxumuşdur. Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda almışdır. Qabil Hüseynli 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını almışdır. Qabil Hüseynli və Heydər Əliyev arasında səmimi dostluq münasibəti olmuşdur. Atası İsmixan Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı, baş serjant olmuşdur.
Qəmbər Hüseynli
Qəmbər Məşədi Muxtar oğlu Hüseynli (16 aprel 1916, Yelizavetpol – 31 iyul 1961, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri. Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q. Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.
Qənbər Hüseynli
Qəmbər Məşədi Muxtar oğlu Hüseynli (16 aprel 1916, Yelizavetpol – 31 iyul 1961, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri. Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q. Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.
Rafiq Hüseynli
Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, DQMV – 26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990). Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Leyli Hüseynlinin atasıdır. 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Şəki (film, 1977) Ölü zona (film, 1988) Fəryad (film, 1993) Artilleriyanın allahı sayılırdı (film, 1996) Ailə (film) (tammetrajlı bədii film) — redaktor Kədərimiz...
Rauf Hüseynli
Rauf Hüseynli (25 yanvar 2000, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın və 21 yaşadək Azərbaycan milli futbol komandasının müdafiəçisi. Rauf Hüseynli 1 fevral 2020-ci ildə Azərbaycan Premyer Liqasında "Zirə"nin heyətində "Sabah" ilə oyunda debüt etmişdir.
Rövşən Hüseynli
Rövşən Rizvan oğlu Hüseynli (3 aprel 1991, Bakı) — Araz-Naxçıvan və Azərbaycan milli futzal komandasında qapıçı mövqeyində çıxış edən futzalçı. Rövşən Hüseynli 1991-ci il 3 aprel tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1997-2008-ci illərdə 167 nömrəli məktəbdə almışdır. Ali təhsili isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almış, futbol fakültəsini bitirmişdir. Atası futbolla həvəskar həm də qapıçı olaraq məşğul olub. Rövşəni də öz oyunlarına baxmağa aparırdı. Futbola olan marağı da məhz buradan yaranıb və futbolun ilk sirlərini də ona atası öyrədib. Balaca Rövşənin futbola böyük marağının olmasına baxmayaraq atası onu ilk dəfə 11 yaşında sərbəst güləşlə məşğul olmağa aparır. Güləşdə yaxşı nəticələrinə baxmayaraq inadkar Rövşən futbola olan həvəsini gizlədə bilmir və üç ay sonra güləşdən ayrılaraq futbola yazılır. Futbolda ilk müəllimi Neftçilərdə "rezinka" adlanan stadionda Adil Mahmudov olub.
Rüstəmli (Sabirabad)
Rüstəmli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Rüstəmli (Yevlax)
Rüstəmli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Rüstəmli bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səbuhi Hüseynli
Türkay Hüseynli
İxtiyar Hüseynli
İxtiyar Kərim oğlu Hüseynli (20 iyun 1977, Bakı) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Tərəqqi" medalı təltifçisi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Rəsmi dövlət nəşri — "Azərbaycan" qəzetinin Baş redaktorunun müavini. İxtiyar Hüseynli 1977-ci ilin iyun ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Həbibbəy Mahmudbəyov adına texniki-humanitar elmləri liseyində orta təhsil almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəykən təcrübə keçdiyi "Yeni Azərbaycan" qəzetində işə başlayan İxtiyar Hüseynli 1997-ci ilin avqust-dekabr aylarında müxbir və şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1998-ci ilin yanvar ayında — 20 yaşında hakim partiyanın qəzetində baş redaktorun müavini vəzifəsinə təyin olunmuşdur. Ailəlidir, iki övladı var. Fəaliyyətini 2001-ci ilin dekabrından televiziya sahəsində — "Media Holdinq"in "Lider" teleşirkətində davam etdirən İxtiyar Hüseynli burada xəbər və analitik verilişlər departamentində reportyor, həmçinin "Azərbaycan" redaksiyasında redaktor vəzifələrində çalışmış, gündəlik "Sədadan sonra" verilişinin aparıcısı olmuşdur.
Rəşad Hüseynli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Seyfəddin Hüseynli
Seyfəddin Mehdi oğlu Səfərov və ya Seyfəddin Hüseynli (15 avqust 1976, Mərzili, Ağdam rayonu) — azərbaycanlı ədəbiyyatşünas, tərcüməçi, esseist, redaktor. Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, "525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir. Son dövrün ədəbi-mədəni dərgilərindən olan "Kitabçı" jurnalının şef-redaktoru olub (2013–2015). 15 avqust 1976-cı ildə Ağdam rayonunun Mərzili kəndində doğulub. 1993–2002-ci illərdə Bakı Dövlət Universitetində və Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Filologiya üzrə magistr dərəcəsi var. 1998-ci ildən dövri mətbuatda fəaliyyət göstərir. 1999-cu ildən 525-ci qəzetin əməkdaşıdır. 2001-ci ildən həmin qəzetin ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir. 2007–2009-da Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzetində hərbi müxbir olub.
Rauf Rüstəmli
Rauf Rüstəmli — Azərbaycan Premyer Liqasında "Sabah"dan icarə əsasında "Şamaxı"da yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Kariyera == 8 avqust 2022-ci ildə Rüstəmli Azərbaycan Premyer Liqasında “Qəbələ”nin “Turan Tovuz”a qarşı oyununda debüt etdi.[1] 17 iyun 2024-cü ildə Şamaxı Rüstəmlinin "Sabah"dan mövsümlük icarəyə götürüldüyünü elan etdi.[2].