Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəqsci
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Alçagülü rəqsi
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Azərbaycan rəqsi
"Azərbaycan" — Azərbaycanın milli rəqsi. Son dərəcə melodık, qədim Azərbaycan rəqsi. Bu rəqsi yalnız kişilər oynayırlar. Təntənəli mərasimlərdə ifa edilir. Daha çox bayram libasında, çərkəzi çuxada oynayırlar. Xeyli cəld tempi ifaçıdan xususi məharət tələb edir.
Ağabəy rəqsi
"Heyvagülü" və ya "Ağabəy rəqsi" — Azərbaycanın milli rəqsi. Seygah muğamı üstündədir. Qara zurna ilə ifa olunan xalq rəqsidir. Solo rəqslərə aiddir. El arasında bu rəqsi "Ağabəy rəqsi" də adlandırırlar. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Heyvagülü" rəqsi.
Brilliant rəqsi
"Brilliant" rəqsi — Azərbaycanın milli rəqsi. Bu rəqsin iki variantı var: Biri 1920-1922-ci illərdə Bakıda yaranıb. Tempi cəlddir, melodiyası son dərəcə oynaqdır. Kişilər tərəfindən ifa olunur. Digəri isə yalnız qadın ifası üçündür. Melodiyası incədir, ahəngdar səslənir. Tempi aramdır.
Bənövşə rəqsi
Bənövşə — Azərbaycanın milli rəqsi. Olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910-cu ildə yaranmışdır.
Cütçü rəqsi
Cəngi rəqsi
Cəngi rəqsi - Azərbaycan milli rəqsi. == Etimologiyası == Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır. == Tarixçə == "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir.
Dirək rəqsi
Dirək rəqsi və ya pole rəqsi fikirlərdə striptiz klublarını xatırlatsa da, pole rəqsi əslində rəqs və akrobatikanı birləşdirərək şaquli dirək ətrafında həyata keçirilən bir performans sənətidir. Şaquli dirəyin mərkəzində rəqs və akrobatika hərəkətlərini özündə birləşdirir. Bu performans sənəti forması yalnız striptiz klubunda erotik rəqs kimi deyil, həm də idman zallarında və xüsusi rəqs studiyalarında tətbiq olunan əsas fitness forması kimi istifadə edilir. 2000-ci illərin ortalarından etibarən dünyada alternativ fitnes sahəsi kimi məşhurlaşmağa başlamış və bu sahə ixtisaslaşmış studiyalarda və ya ümumi fitnes mərkəzlərində tədris edilmişdir. Dünyanın bir çox yerlərində dirək rəqsinə həsr olunmuş çoxlu həvəskar və peşəkar yarışlar keçirilir. Eyni zamanda da dirək rəqsi üzrə mütəxəssislər və bu rəqs növünün müdafiəçiləri bu rəqs növü ilə bağlı tamaşaçıların qavrayışında olan mənfi çalarları aradan qaldırmaq üçün dirək rəqsinin akrobatik tərəfini vurğulamağa başlamışdırlar və beləliklə də dirək rəqsinə Çin dirəyi (Chinese Pole) adlanan sirk şou sənətinin böyük təsiri olmuşdur. Dirək rəqsi çox ciddi bir formada güc, çeviklik və tarazlıq tələb edir. O, dırmaşmalar, dönmələr, inversiya (tərsinə dayanmaq) kimi müxtəlif atletik hərəkətlərə əsaslanır. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bədənin yuxarı və mərkəzi hissələrinin əzələlərinin gücləndirilməsi və eyni zamanda da ciddi və nizam-intizamlı bir məşq prosedurunu icra etmək lazımdır. == Dirək növləri == Standart rəqs dirəkləri qalınlığı 40, 45 və ya 50 mm olmaqla xrom və ya pirinç materialdan hazırlanır.
Keçməməsi rəqsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Mirzəyi rəqsi
Mirzəyi — Azərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir. == Tarixçə == Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tar və kamança ifasında da gözəl səslənir. == Texnikası == Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir. Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.
Nəlbəki rəqsi
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. == Tarixçə == Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . == Digər incəsənət janrlarında == Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Qamış rəqsi
Qamış bayramı və ya Qamış rəqsi — Esvatiniin Manzini şəhər stadionunda hər il keçirilən bayram. Qamış bayramı zamanı on minlərlə bakirə qız stadiona toplaşır, qurşaqdan yuxarı lüt rəqs edir, əllərində tutduqları qamışları yellədir və kralın diqqətini cəlb etməyə çalışırdılar. 43 yaşlı kral da ən yaxşı rəqs edən, qamışı ən yaxşı yellədən qızı seçir və onu saraya aparırdı. Orada yeni arvadına "saray" adlanan yeni ev tikdirən kral ənənəyə görə, "Qamış bayramı"nda seçilmiş "gəlin"ə bahalı maşın almalıydı. Həmin izdivacdan uşaq doğulanda isə bayramda seçilmiş qız kraliçaya, kralın yeni arvadına çevrilirdi.
Qaytağı rəqsi
Qaytağı — Azərbaycanın milli rəqsi. Qafqaz milli rəqslərinə aiddir. Qaytağı rəqsinin 32 növü var, lakin onlardan bizim vaxtımızacan ancaq 4 növü qalıb. == Söz açımı == Çox guman ki, "qaytaq" sözüylə bağlıdır. Bu sözün iki anlamı var. 1) Qaytaq xalqı. Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (mu-ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Türküstan türkcəsində, yəni uyğur dilində) danışdıqlarını Şirvana Mahan vila-yətindən gəldiklərini qeyd edir.Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir. Yerlilərin qaytaqları “muğal” adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə eyni dildə danışması olmuşdur.
Qoçəli rəqsi
Qoçəli əsasən Abşeronda toy mərasimlərində məşhur olan rəqsdir. Bu rəqs xüsusilə Qoçu Əliyə məxsus olduğuna görə xalq arasında belə adlandırılmışdir. Rəqs ayaq vuruntuları, burcutmaları və süzmə elementlərindən ibarətdir. Musiqisi əsasən klarnet alətində daha şaqqaraq səslənir.
Qucaq rəqsi
Qucaq rəqsi, Lap rəqsi, Kontakt rəqsi və yaxud Təmas rəqsi — bəzi gecə klublarında və striptiz klublarında təklif olunan erotik rəqsin bir növüdür. Bu cür rəqs növündə rəqqasə adətən oturmuş müştəri ilə bədən təması yaradır. Qucaq rəqsi masa rəqsindən fərqlidir. Qucaq rəqsində rəqqas hüquq qayda-qanunlarından və klubun müştəri siyasətindən asılı olaraq çılpaq, yarıçılpaq və ya az geyinmiş formada müştərilərə xidmət göstərir.
Rəqsi hərəkət
Rəqsi hərəkət — hər hansı trayektoriya üzrə müəyyən zaman müddətindən sonra təkrarlanan hərəkətdir. Rəqsi hərəkət, əsasən, iki növdə olur: məcburi rəqslər və sərbəst rəqslər. İcbari rəqs – periodik dəyişən xarici qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Sərbəst rəqslər-tarazlıq halından çıxarılmış sistemdə daxili qüvvələrin təsiri nəticəsində baş verən rəqslərdir. Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında əks istiqamətlərdə tamamilə və ya qismən təkrarlanan hərəkətidir. Başqa sözlə desək: Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir.Periodik hərəkət - bərabər zaman fasilələrindən sonra təkrarlanan hərəkətdir və iki növü var: fırlanma hərəkəti və rəqsi hərəkət. Rəqs sistemi - rəqsi hərəkət icra edən cisim və ya cisimlər sistemidir. Sərbəst rəqslər - tarazlıq vəziyyətindən çıxarıldıqdan sonra sistemdə yaranan rəqslərdir. Məxsusi rəqs tezliyi - sistemi xarakterizə edən kəmiyyətlərlərdən asılı olan sərbəst rəqslərin tezliyinə deyilir. Rəqs tezliyi - 1 san-dəki rəqslərin sayıdır, ν {\displaystyle \nu } ilə işarə olunur, ölçü vahidi 1/san=1Hs (hers).
Salsa rəqsi
Salsanın yaranması haqqında çoxsaylı rəvayətlər yayılmışdır. Bir sözlə bu variantların çoxu bir – biri ilə uzlaşır və salsa Kuba yuxusu adlandırılır. Onun daxilindəki ritmlər XIX əsrin sonunda Kubada meydana gəlmişdir. Salsanın daxilindəki afro Kuba musiqisi özünəməxsus tarixə malikdir, çünki bu musiqi iki mədəniyyətin birləşməsi nəticəsində meydana gəlmişdir. Bura Avropa yəni ispan - ərəb qarışığı ilə afrikanların qatılmasından meydana gəlmişdir. Mövzudan kənarlaşmamaq üçün deyə bilərəm ki, ispanlar afro – kubalılardan çalğı alətlərini mənimsəmişlər, musiqi və poetik forma da afrikalıların kölələrindən barbarlardan və digər xalqlardan əldə edilmişdir. Müxtəlif zərb alətləri, müğənnilər və xorun da özünəməxsus olan üsulu vardır. Beləliklə bir neçə dəfə estribillo hissəsini təkrarlamaq lazımdır. Bu onlarda nəıqarət mənasını kəsb edir. Əcdadları olan əhali, hindlər, musiqiyə heç bir təsir göstərmədilər, bütövlükdə Kuba mahnılarına öyrəşdilər.
Samux rəqsi
Samux — Azərbaycanın milli rəqsi. Samux rəqs Mingəçevir yaxınlığındakı Samux kəndində (kənd camaatı Mingəçevir su anbarı tikilərkən köçürülüb) meydana çıxıb. Son illerdə çox az ifa edilir. Aram templi bu rəqsi həm qadınlar, həm də kişilər ifa edə bilərlər.
Sarıbaş rəqsi
Sarıbaş — Azərbaycanın milli rəqsi. Sarıbaş cəld tempdə ifa olunan qədim rəqsdir. Qax rayonunda çox məşhurdur. Burada onu həm kişilər, həm də qadınlar ifa edirlər. Rəqs öz hərəkət düzümü cəhətdən mürəkkəb deyildir, ona görə də onu cavanlar da, qocalar da oynayırlar.
Stol rəqsi
Stol rəqsi — səhnədə deyil, stolda və ya stolun üstündə ifa olunan rəqsdir. Stol rəqsi seks işçisi tərəfindən ifa edilən erotik rəqs də ola bilər və ya sadəcə olaraq asudə vaxtı keçirmək üçün nəzərdə tutulan tədbir olaraq da həyata keçirilə bilər.
Səməni rəqsi
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Tamara rəqsi
Tamara — Azərbaycanın milli rəqsi. Təqribən 1916-1917-ci illərdə Bakıda yaranıb. Rəqsə bu ad toylarda Azərbaycan rəqslərini ifa edən məşhur Salyanlı rəqqasə Tamaranın şərəfinə verilmişdir. Lirik rəqsdir, əsasən qadınlar tərəfindən, çox hallarda həm də kişilər tərəfindən aram tempdə ifa olunur. Rəqs muğam oxunması ilə başlanır.
Toy rəqsi
Toy rəqsi — Azərbaycanın milli rəqsi. Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da Toy rəqsi.
Tərəkəmə rəqsi
"Tərəkəmə" — Azərbaycanın ritmik xalq rəqsi. "Tərəkəmə" köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər.Tərəkəmə çox qədim zamanlarda Azərbaycanda məskən salmış qəbilənin adıdır. Rəqsi tərəkəmələrin özləri yaradıb. Demək olar ki, "Tərəkəmə" çox qədim rəqsdir. Eyni melodiyaya malik olan "Tərəkəmə" iki variantda mövcuddur. "Tərəkəmə" indi də Azərbaycanın bütün rayonlarında çox məşhurdur. Rəqs peşəkar və həvəskar rəqs ansambllarının repertuarında mövcuddur. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Tərəkəmə" rəqsi.