"Tərəkəmə" — Azərbaycanın ritmik xalq rəqsi.[1]
Tərəkəmə | |
---|---|
| |
Mənşəyi | Tərəkəmə |
Vikianbarda əlaqəli mediafayllar |
"Tərəkəmə" köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər.[2]
Tərəkəmə çox qədim zamanlarda Azərbaycanda məskən salmış qəbilənin adıdır. Rəqsi tərəkəmələrin özləri yaradıb. Demək olar ki, "Tərəkəmə" çox qədim rəqsdir. Eyni melodiyaya malik olan "Tərəkəmə" iki variantda mövcuddur. "Tərəkəmə" indi də Azərbaycanın bütün rayonlarında çox məşhurdur. Rəqs peşəkar və həvəskar rəqs ansambllarının repertuarında mövcuddur.[3]