Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəsmiyyə Sabir
Rəsmiyyə Sabir (Abdullayeva Rəsmiyyə Sabir qızı) - Azərbayacan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Abdullayeva Rəsmiyyə Sabir qızı 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Həsənküçə kənd orta məktəbində orta təhsil almışdır. 1990-1995-ci illərdə İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ali təhsil almış və "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" üzrə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. == Bədii yaradıcılığı == Rəsmiyyə Sabır çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb.
Rəsmiyyə Sadıqova
Rəsmiyyə Sadıqova (?-?)—Azərbaycan müğənnisi. == Həyatı == 40 il opera və balet teatrının solisti olmuş, yüz dəfə Əsli, Leyli, Şahsənəm, Telli kimi baş rollarda oynamış, eyni zamanda “Simayi Şəms” ritmik muğamının həmişəlik möhürünü vurmuş Rəsmiyyə Sadıqova əslən Masallı şəhərindən, Dadva məhəlləsindəndir.
Cəmmiyyə
Cəmmiyyə — İslamda tarixi şiə məzhəbi. 800-ci illər ətrafında aktiv olmuşlar. Cəmmilər Əlinin tanrı, Məhəmmədin isə onun elçisi olduğuna inanırdılar. Qrupun adı ərəbcə "dhamm" felindən gəlir, onu "qınamaq, mühakimə etmək" kimi tərcümə etmək olunur. Ehtimal olunurdu ki, Məhəmmədi Əliyə deyil, insanları ona tabe olmağa çağırmağa başladığına görə qınayırlar. == İnancları == inancları: Əlinin ilahiliyinə. Əlinin Məhəmmədi özünə peyğəmbər təyin etməsnə. Məhəmmədin insanları Əliyə yox, ona tabe olmağa çağırmağa başlaması. Bunun üçün Cəmmilər Məhəmmədi (s.a.v) şiddətlə tənqid etdilər. Cəmmilərdən bəziləri Əli deyil, Məhəmmədin Allah olduğuna inanırdılar.
Əsbiyyə
Əsbiyyə və ya Əl-Asaba Tripolidən təqribən 120 km məsafədə, qərb dağı sayılan Nafusa dağının ətəklərində şəhər. == Tarixi == === Qısa Tarixi === Əl-Asaba kənd təsərrüfatı ilə məşhur olan Nafusa dağlarında (Qərbi Dağ) yerləşən, 2010-cu il siyahıyaalınmasında faktiki olaraq təxminən 27.600 nəfər məskunlaşan bir əhalisi olan bir bölgədir və Qaryan şəhərindən sonra bölgənin ən böyük şəhərlərindən biridir. 23 mart 1913-cü ildə Əl-Təvisin protektoratı olan Liviya mücahidləri və italyanlar arasında döyüş baş verdi və bu zərbə zamanı italyanlara ağır itki verildi.
Nəzmiyyə Abbaszadə
Nəzmiyyə Müzəffər qızı Abbaszadə (d. 19 iyul 1945, Naxçıvan) — musiqişünas, ilk azərbaycanlı violençel çalan qadın, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008). == Həyatı == 1968 ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası; BMA), Həmin ildən konservatoriyanın simli alətlər kafedrasında işə başlamış, 1990 ildən kafedranın müdiri olmuş, 1999 ildən Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanıdır. Qadın simli kvartetinin yaradıcılarından biridir. 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.1973 ildə isə P. İ. Çaykovski ad. Moskva Konservatoriyasının aspiranturasını bitirmişdir. 1968 ildən BMA-nın simli alətlər kafedrasında müəllim, dosent, 1990–99 illərdə isə kafedra müdiri işləmişdir. 1999-cu ildən akademiyanın ifaçılıq fakültəsinin dekanıdır. Qadınlardan ibarət simli kvartetin tərkibində 30 il bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir. Bir çox dərslik və metodik vəsaitin müəllifidir.
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
Şəmsiyyə Kərimova
Şəmsiyyə Kərimova (tam adı: Şəmsiyyə Musa qızı Kərimova; d. 24 noyabr 1955, Azərbaycan, Tovuz) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist. == Həyatı == Şəmsiyyə Kərimova 24 noyabr, 1955-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirmiş, elə həmin ildə Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə göndərilmiş və sürücü-mexaniklik kursunu oxumuşdur. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Azərbaycan Respublikası Komsomolun Mərkəzi Komitəsini onu Bərdə rayonuna göndərmişdir. Orada “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışmışdır. 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutmuşdur. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında məktəbli olaraq tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə birgə açdığı “Jurnalist...
Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. == Haqqında == Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. == Rübailəri == *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Rüşdiyyə
Həsən Rüşdiyyə — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb.
Həsən Rüşdiyyə
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir. == Həyatı == Əslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır". Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür.
Rüşdiyyə məktəbi
Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb Cənubi Azərbaycan maarifpərvəri və pedaqoqu Rüşdiyyənin Təbrizdə ("Dəbistani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə", 1888; "Rüşdiyyəyi-müzəffəriyyə", 1893) və Tehranda (1897) yeni üsullu məktəbi. Rüşdiyyə məktəblərinin tədris planına Azərbaycan, fars, fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və b. fənlər daxil idi. İranda sxolastik tədris üsuluna zidd olan Rüşdiyyə məktəbləri şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmışdı. Buna baxmayaraq, Rüşdiyyə məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. == İstinadlar == == Ədəbiyyat == "İbtidai və Rüşdiyyə məktəb dərslikləri". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002.
Rəşadiyyə məktəbi
Rəşadiyyə məktəbi ‒ Xurşud bəy Əzizbəyovun təşəbbüsü ilə 1915-ci ildə Şuşa şəhərində fəaliyyətə başlamış məktəb. == Haqqında == Məktəb "Rəşad" adlı gizli yeniyetmətlər cəmiyyətinin tərkibində yaradılmışdır.Məktəb fəaliyyətə başladığı dövrdə burada təhsil alan şagirlərin əksəriyyətini kasıb ailənin övladları və kimsəsiz uşaqlar təşkil edirdi.Bu səbəbdən də orada təhsil alan şagirdlərin qida,geyim,dərs vəsaiti kimi zəruri vəsaitləri məktəb tərəfindən qarşılanırdı.Məktəbin tədris fəaliyyətində dövrün nüfuzlu şəxsləri iştirak edirdi.Onların arasında Mirzə Cəlal Yusifzadə da var idi.1918-ci ildə türk ordusu Şuşa şəhərinə gəldiyi üçün məktəb əsgərlərin ixtiyarına verildiyi üçün fəaliyyətini dayandırmışdı. Məktəbdə istifadə olunan dərsliklərə Ş.M.Qarabağinin "Risaleyi-hüruf və xütut" (1890); S.Ə.Təbrizinin "Kitabçeyiədəbiyyə" (1893); Ə.Axundzadənin "Xətti təliq və nəstəliq" (1894); M.H.Rüşdiyyənin "Vətən dili" (1884); M.Ələkbərin "Kitabipəndi ətfal" (1899); M.Şahtaxtinskinm "Sövti Şərq Əlifbası" (1902); M.N.Şirvaninin "Təftül arifin lisani türki" (1902); H.S.Eyvazovun "üsuli-tədris və təlim-tərbiyə" (1907); H.Məmmədlinin "Nümuneyi tədris və tərbiyə" (1907); M.Qəmərlinski, H. Nərimanbəyov, Şahtaxtinski, Rəcəbov, Qazıyev, Şərifbəyov və Cəfərbəyovun "Ana dili" (1911), Mirzə Hüseyn Həsənzadənin "Tamam əlifba" (1912), M.A.Abbaszadənin "Əlifba" (1913) və s kitablarını nümunə göstərmək mümkündür.
İbn Teymiyyə
Əhməd Təqiyyəddin Əbu əl-Abbas ibn Əbdülhalim ibn Teymiyyə (ərəb. تقي الدين أبو العباس أحمد بن عبد السلام بن عبد الله ابن تيمية الحراني‎; 22 yanvar 1263, Harran[d], Məmlük dövləti – 26 sentyabr 1328, Dəməşq, Məmlük dövləti) — kürd əsilli sünni alim, mütəfəkkir. Sünnilikdəki sələfiyyə məzhəbinin ən əsas alimlərindəndir. == Həyatı == Hicri 661-ci il rəbiül əvvəl ayının onunda Harranda dünyaya gəlmişdir. Mənsub olduğu ailənin bir çox nümayəndələri öz fətvaları, verdiyi dərsləri və kitabları ilə məşhur idi. Onlar hənbəli məzhəbinə mənsub olub bölgədə tanınmışdılar. Bu ailə zəka, hafizə və ağıl mühakimə sahəsində bənzərsiz bir məziyyətə sahib idi. İbn Teymiyyədə isə bu xüsusiyyətlər daha qabarıq şəkildə özünü göstərirdi. Dövrünün alimləri və müəllimləri onun fenomen yaddaşına və dərin hafizəsinə heyran qalmışdılar. O bu xüsusiyyətləri ilə Dəməşq və ətraf şəhərlərdə şöhrət qazanmışdı.
Şahnaz Rüşdiyyə
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Zeynalabdin Elmiyyə
Zeynalabdin Elmiyyə — Təbrizli tacir və çap sənayesinin qabaqcıllarındandır.O, Elmiyyə daş mətbəəsinin banisidir. Zeynalabdin Elmiyyə,Mirzə Zeynalabdin Təbrizinin nəvəsidir.
Mirzə Həsən Rüşdiyyə
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir. == Həyatı == Əslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır". Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür.
Nəzmiyye-yi Təbriz
"Nəzmiyyeyi Təbriz" — Cənubi Azərbaycanda Məşrutə dövründə nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == Məşrutə fərmanı verildikdən sonra Təbrizdə nəşr edilən qəzetlərdən biri olan "Nəzmiyyeyi Təbriz" şəhərin polis idarəsi tərəfindən təsis olunmuş və bu idarənin orqanı sayılırdı. Bu nəşrin ən mühüm cəhəti onun xalqa məxsusluğu və xalqla daimi ünsiyyəti idi. İngilis Edvard Braun "İran mətbuatı və ədəbiyyatı tarixi" kitabında bu qəzet haqqındakı təəssüratlarını belə bölüşür: "Bu təsvirli qəzet həftəlik olaraq 1326 h.q. və ya 1908-1909 tarixində Mahmud İskəndaninin rəhbərliyi ilə Təbrizdə nəşr olunurdu.
İmam İbn Teymiyyə
Əhməd Təqiyyəddin Əbu əl-Abbas ibn Əbdülhalim ibn Teymiyyə (ərəb. تقي الدين أبو العباس أحمد بن عبد السلام بن عبد الله ابن تيمية الحراني‎; 22 yanvar 1263, Harran[d], Məmlük dövləti – 26 sentyabr 1328, Dəməşq, Məmlük dövləti) — kürd əsilli sünni alim, mütəfəkkir. Sünnilikdəki sələfiyyə məzhəbinin ən əsas alimlərindəndir. == Həyatı == Hicri 661-ci il rəbiül əvvəl ayının onunda Harranda dünyaya gəlmişdir. Mənsub olduğu ailənin bir çox nümayəndələri öz fətvaları, verdiyi dərsləri və kitabları ilə məşhur idi. Onlar hənbəli məzhəbinə mənsub olub bölgədə tanınmışdılar. Bu ailə zəka, hafizə və ağıl mühakimə sahəsində bənzərsiz bir məziyyətə sahib idi. İbn Teymiyyədə isə bu xüsusiyyətlər daha qabarıq şəkildə özünü göstərirdi. Dövrünün alimləri və müəllimləri onun fenomen yaddaşına və dərin hafizəsinə heyran qalmışdılar. O bu xüsusiyyətləri ilə Dəməşq və ətraf şəhərlərdə şöhrət qazanmışdı.