RƏSMİYYƏT

is. [ ər. ] Bir iş yerinə yetirildiyi zaman tələb olunan şərtlər, qayda və üsullar; bir işin rəsmi cəhəti. Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sər-səlamətliyə gəlib-getdilər.
Bu gəlib-getməklik rəsmiyyət idi. Ə.Haqverdiyev.
[Qəhrəman:] Yusif! Rica edirəm, rəsmiyyəti hələlik bir tərəfə buraxaq və səmimi danışaq. Ə.Vəliyev.

□ Rəsmiyyətə salmaq – rəsmi qayda-qanuna uyğunlaşdırmaq, rəsmi etmək, rəsmi xarakter vermək.
Rusiya hökuməti üçün belə bir vəsiqə düzəltmək və Təbrizin işğalını rəsmiyyətə salmaq lazımdı. M.S.Ordubadi.
Onu özümüz də yazıb rəsmiyyətə salarıq. Mir Cəlal.

RƏSMİLİK
RƏSMİYYƏTÇİLİK

Значение слова в других словарях

А́фрика гео́граф гиперинфляцио́нный голу́бчик нетрудоспосо́бность отжа́ться рассчи́тывание транссексуали́стка удобри́тельный фу́хтельный застрахо́вывание клочо́к ме́кать недосмотре́ть общедосту́пный нетря aftersales bluefin conjunctivitis Dead Sea Maid Marian taeniacide зимовать пух честер