Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hemsted
Hemsted - Hollandiyada şəhəridir. Şimali Hollandiyanın niderland əyalətində yerləşir. Amsterdamın qərbindədir. Sahəsi 9,64 kv.km, 9,2 kv.km. quru torpaqdır. Əhalinin sayı 2007-ci ildə 25 555 nəfərdir. Əhalinin sıxlığı isə 2650,9 nəfərdir. == Nəqliyyat == Şəhərdə Halem-Leyden dəmir yolu stansiyası var. Şəhərin mərkəzində Qrunendal parkı var. Burada çoxlu sayda qədim evlər var.
Heart
Heart — L'Arc~en~Ciel qrupunun albomudur.
Hobbit
Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır. == Yaranma tarixi == Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Şabbat
Şabbat və ya Sebt, Yəhudilərin istirahət günü olan şənbə gününü bildirir. Yəhudilər üçün Yehova ilə aralarındakı xüsusi bir bağı ifadə edir. İbranicə “lişbot” (işlərdən imtina etmək, istirahət) sözündən yaranıb. Yəhudilikdə bəşəriyyətin başlanğıcı haqqında olan Yaradılış kitabında bildirilir ki, Allah dünyanı 6 gün ərzində yaratmış və 7-ci gün istirahət etmişdir. Məhz buna görə Yəhudilər Allahın bu günü yəhudilərə xüsusi verdiyinə inanırlar. Şənbə günü yəhudilər bütün günü dincəlir, Tövrat oxuyur və sinaqoqa gedib dua edirlər. Şənbə, bütün həftənin bir növ panoramasıdır. Şənbə həm həftəni və nələr etdiyini düşünmək, həm Allaha yaxınlaşmaq və həm də daha yaxşı bir insan olmaq üçün bir fürsətdir. Bu gün heç bir iş görülmür, elektrik istifadə edilmir. Yəhudi təliminə görə, şənbəyə (“şabbat”) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir.
Ramnit
Ramnit, Windows istifadəçilərinə təsir edən kompüter qurdudur . Onun 2011-ci ilin sentyabr-dekabr ayları arasında 800 000 Windows kompüterinə yoluxduğu təxmin edilirdi Ramnit botneti 2015-ci ildə Europol və Symantec tərəfindən söküldü 2015-ci ildə ən yüksək göstərici olaraq Ramnit-in 3.200.000 kompüterə yoluxduğu təxmin edilirdi. Ramnit USB sürücülər kimi çıxarıla bilən mediaya yoluxur və həmçinin özünü əsas yükləmə qeydində gizlədir. Kompüterə yoluxan kimi o, özünü bütün əlavə və çıxarıla bilən disklərə kopyalayır. O, həmçinin .exe, .dll, .htm və .html uzantıları olan faylları axtarır və yoluxdurur.
Qambit
Qambit (komiks) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Qambit (şahmat) — Şahmat termini.
Abbat
Abbat (lat. abbas, ivr. ‏אבּא‏‎ — ata) — VI əsrdən Qərbi Avropa xristian ənənəsində monastrın baş keşişi, abbatlığı idarə edən. Geniş mənada, katolik kilsəsində çalışan din xadimlərini bildirir. Şərqi xristian monastrlarında Abbat iqumen vəzifəsinə uyğun gəlir. Abbat ömürlük seçilir və ya təyin edilir. Kilsə iyerarxiyasında yepiskopdan sonra gəlir. Qadın ruhanilərinə analoji olaraq abbatisa adı verilirdi. Sonrakı dövrlərdə bütün gənc ruhanilərə nəzakət xatirinə bu adla müraciət edilməyə başlandı.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av — "ov" və çit — " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Abjit
Abjit — Azərbaycan Respublikasının Balakən rayonunun Qaysa kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qoyuntəpə dağının ətəyindədir. Yaşayış məntəqəsi ikinci dünya müharibəsindən sonra yaradılmışdır. Kəndin adı eyni adlı çayın adından alınmışdır. 2014-cü il məlumatına görə bu kənddə heç kim yaşamır.
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Raxit
Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi, və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" yerişi, boyun ləngiməsi, hipotoniya, apatiya, normal əzələ fermentləri.
Frederik Ferdinand Helsted
Frederik Ferdinand Helsted (18 mart 1809[…], Kopenhagen – 11 dekabr 1875, Kopenhagen) — Danimarka rəssamı və rəsm müəllimi. == Həyatı == Frederik Ferdinand Helsted 18 mart 1809-cu ildə Danimarkanın paytaxtı olan Kopenhagen şəhərində anadan olmuşdur. O, Yohann Helsted və An Mari Salatinin oğludur. Helsted erkən illərində atasının emalatxanasında çəkməçi kimi işləmişdir. O, 1834-cü ildən 1837-ci ilə qədər Danimarka Kral İncəsənət Akademiyasında təhsil almışdır. Burada o, əsərlərinə görə 2 gümüş medal və bir nağd mükafat qazanmışdır. Helsted Düsseldorf, Nitsa, Florensiya və Roma şəhərlərinə etüd səyahətinə çıxmışdır. O, 1845-ci ildə Kopenhagen şəhərində bir rəssamlıq məktəbi təsis etmişdir. Helsted bu məktəbə 30 il rəhbərlik etmişdir. O, 1849-cu ildən sonra rəssamlıq karyerasını sona çatdırmış və rəssamlıq dərsləri verməyə diqqət mərkəzinə çevirmişdir.
Rebel Heart
Rebel Heart — Madonnanın 13-cü studiya albomu. Albom 6 mart 2015 tarixində satışa çıxarıldı və alboma dəstək məqsədi ilə Madonna 9 sentyabr 2015 tarixindən eyni adlı konsert turnesinə start verdi..
Same Heart
Same Heart (azərb. Tək Qəlb‎) — İsrailin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Electra Heart
Electra Heart — uelsli müğənni Marina Diamandisin, Marina and the Diamonds adı altında buraxdığı ikinci studiya albomu. 27 aprel 2012-ci ildə 679 Artists və Atlantic Records tərəfindən buraxılıb.
Kimyəvi rabitə
Kimyəvi rabitə — molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu. Kimyəvi rabitə- maddənin xassəsi onun kimyəvi tərkibi, molekulundakı atomların qarışılıqlı təsiri ilə müəyyən edilir. Atomun quruluş nəzəriyyəsi kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edir. == Kimyəvi rabitənin növləri == Rabitələrin aşağıdakı növləri var: Hidrogen Kovalent İon Metal == Molekul == Molekul, iki və daha çox atomdan təşkil olunmuş hissəcikdir. Ən sadə molekul iki hidrogen atomundan əmələ gəlmiş hidrogen molekuludur (H2). Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır. Müəyyən edilmişdir ki, kimyəvi rabitənin yaranması və onun təbiəti, əsasən qarşılıqlı təsirdə olan element atomlarının xarici elektron təbəqələrinin quruluşu ilə əlaqədardır. Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir. Oktet qaydasına görə, kimyəvi rabitə yaranarkən xarici energetik səviyyələr tamamlanır, əksər hallarda 8 elektronlu oktet… ns2np6, bəzi hallarda (H-, He0, Li+, Be2+, B3+ atom və ionları üçün 2 elektronlu dublet vəziyyəti −1s2 yaranır. == Elementlərin elektromənfiliyi == Birləşmələrdə kimyəvi rabitənin tipini qabaqcadan bilmək üçün elementlərin elektromənfilik anlayışından istifadə edilir.
Marina Zablit
Marina Zablit (d. 4 mart 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Zablit, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Matteo Qabbia
Matteo Qabbia (21 oktyabr 1999, Busto Arsitsio, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda müdafiəçi kimi çıxış edir. == Karyera == Futbolçu karyerasına "Milan" klubunda başlayıb. 2015-ci ildən 2017-ci ilə kimi "Milan"ın U17 və U 19 komandalarında çıxış edib. 2017-ci ildə "Milan"ın əsas komandasına dəvət edilir. Futbolçu 2017-ci ilin avqustunda UEFA Avroliqa oyunları üçun "Milan" klubunun iştirak ərizəsinə daxil edilir. Futbolçu 2018-ci ildə "Lukkeze" klubuna bir illik icarəyə verilir. 2020-ci ildə futbolçu "Tuttomercatoweb" tərəfindən İtaliyanın TOP-100 gənc oyunçusu siyahısına salınır. 4 fevral 2022-ci il tarixində "Milan" futbolçu ilə 2026-cı ilin yayına qədər yeni müqavilə imzalayır.
Naqilsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Proseslərarası rabitə
Proseslərarası rabitə (ing. interprocess communication (IPC); rus. межпроцессное взаимодействие; türk. süreçler arası iletişim) – bir kompüterdə çoxtapşırıqlı əməliyyat sistemində icra olunan proqramlar arasında, yaxud şəbəkə mühitində icra olunan proqramlar arasında verilənlərin ötürülməsi metodları. IPC’nın ümumi üsulları və vasitələrinə kanallar (PIPES), semaforlar, yaddaşın bölünməsi, növbələr, siqnallar, Clipboard, DDE, OLE aiddir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qambit (komiks)
Qambit (ing. Gambit) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Kris Klermont və Cim Li tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar"nin 266-cı sayında (avqust, 1990) görünmüşüdür. IGN Qambiti "Bütün dövrlərin ən yaxşı komiks personajları" siyahısında 64-cü yerdə göstərmişdir. 2013-cü ildə isə ComicsAlliance-nin "50 ən cazibədar kişi komiks personajı" siyahısında 4-cü yeri tutmuşdur. Qambit ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 266-cı sayında (avqust, 1990) görünmüş və Mayk Kollins tərəfindən təsvir edilmişdir. Amma bundan əvvəl "İllik Əsrarəngiz İks-adamlar" komiksinin 14-cü sayında (iyul, 1990) kameo görüntüsü peyda olmuşdu. Qambit "Əsrarəngiz İks-adamlar" komiksində komandanın 281-ci sayda dağılmasına qədər bir çox dəfə yer almışdır. Bundan sonra Qambit İks-adamlar komandasına qoşulmuşdur. "X-treme İks-adamlar" komiksinin 5-ci buraxılışında da peyda olmuşdur.