Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 −1938-ci illərdə Böyük Britaniyada, ABŞ — da və keçmiş SSRİ — də istifadə olunmuşdur. Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Bandari musiqi
Bandari musiqi (fars. بندری‎) — İranın cənubdan, Fars körfəzi ətrafında gəlir. Cənubda Ərəb ölkələri ən yaxın olduğu kimi, bu, ərəb musiqi təsiri ilə İran musiqi stili, va toy zamanı ifa olunur.
Senecio rahmeri
Senecio rahmeri (lat. Senecio rahmeri) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Canni Rodari
Canni Rodari (it. Gianni Rodari, 23 oktyabr 1920[…] – 14 aprel 1980[…], Roma) — italyan uşaq yazarı və jurnalist. == Həyatı == Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. Canni 10 yaşı tamam olmamış atasız qalır. Rodari və iki qardaşı – Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayır. Bu sahədə böyük uğur qazanıb. C.Rodari yaradıcılığa şeirlə başlayıb, 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir. 1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır.
Rza Bahari
Rza Bahari- şair,Fətəli şah Qacar zamanında yaşayırdı və azərbaycan dilində şeirlər yazırdı.Bahar şəhərində dünyaya gəlib və bu şəhərdə vəfat edib. Nuri, Cavad və Cəlili Hünərmənd, Səid.
Zahari burnu
Zahari burnu (Nos Zahari \'nos za-'ha-ri\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mikalvi buxtasından şimal-qərbdə yerləşmişdir. Buzlaqlardan azad olan burnun səthinin sahəsi 21 hektardır. Burun Bolqarıstan yazıçısı və tarixşünası Zahari Stoyanovun (1850–1889) adını daşıyır. Neqra burnundan 6.8 km cənub-şərqdə, Beron burnundan 1.8 km cənub-şərqdə, Edvards burnundan 2 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Əliəsgər Bahari
Əliəsgər Bahari (fars. علی‌اصغر بهاری‎; 1905, Tehran – 10 iyun 1995, Tehran) - Azərbaycan əsilli musiqiçi və kamança ifaçısı. O, 1905-ci ildə Tehran şəhərində anadan olmuşdur. Onun valideynləri Həmədan ostanının Bahar şəhristanından olmuşdurlar. O, ilk kamança təhsilini babası Məhəmməd Tağı Xandan almışdır. 3 ildən sonra isə atası onu dayılarının yanına təhsilini daha da inkişaf etdirmək üçün göndərmişdir. Onun 3 dayısının üçü də o dövrün məşhur kamança ustalarından idilər. Əliəsgər Baharinin ilk böyük uğuru hələ 18 yaşında İbrahim xan Mənsurinin orkestrində çıxış etməsi olmuşdur. Məşhəddə özünün musiqi məktəbini açmış, lakin sonradan Tehrana köçmüşdür. Burada Ruhulla Xaliqinin rəhbərliyi altında Hünəristanda kamança müəllimi kimi çalışmışdır.
Radara Görünmə Sahəsi
Radara görünmə sahəsi (RCS) bir obyektin radarla nə qədər aşkar oluna biləcəyinin ölçüsüdür. Daha böyük bir RCS, bir obyektin daha asan aşkar edildiyini göstərir. Bir obyekt mənbəyə məhdud bir miqdarda radar enerjisi təqdim edir. Buna təsir edən amillər bunlardır: Hədəfin hazırlandığı material; Hədəfin hədəfi işıqlandıran radar siqnalının dalğa uzunluğuna nisbətən ölçüsü; Hədəfin mütləq ölçüsü; İnsident bucağı (hədəfin formasından və radar mənbəyinə istiqamətlənməsindən asılı olaraq radar şüasının hədəfin müəyyən bir hissəsini vurduğu bucaq); Əks olunan bucaq (əks olunan şüanın hədəfə dəydiyi hissədən ayrıldığı bucaq; insident bucağından asılıdır); Hədəfin istiqamətinə görə ötürülən və alınan radiasiyanın polirizasiyası. Hədəflərin aşkarlanmasında vacib olsa da, ötürücü gücü və məsafə RCS hesablamasına təsir edən amillər deyil, çünki RCS hədəfin əks-ediciliyinin bir xüsusiyyətidir. Radara görünmə sahəsi təyyarələrin geniş aralıqlarda aşkarlanması üçün istifadə olunur. Məsələn, bir stels təyyarədə (aşağı səviyyədə radarlar tərəfindən aşkarlanmağa imkan verən bir formada hazırlanmış təyyarə) aşağı səviyyədə radara görünmə sahəsi verəcək dizayn xüsusiyyətləri (radar əmici boya, düz səthlər, radarları xüsusilə mənbədən fərqli bir yerə əks etdirməsi üçün xüsusi maili səthlər) olacaqdır. Sərnişin təyyarəsinin radara görünmə sahəsi isə çılpaq metallar, mənbəyə ötürülən siqnal əksi, zəmanətli yuvarlaq səthlər, mühərriklər, antenalar və s. struktur xüsusiyyətlərinə görə daha böyük olacaqdır. Radara görünmə sahəsi, xüsusilə təyyarələr və ballistik raketlərlə əlaqəli tətbiqlərdə, radar stels təyyarə texnologiyasının ayrılmaz bir hissəsidir.
Şeyx Məhəmməd Bahari
Şeyx Məhəmməd Bahari (1849, Bahar, Həmədan ostanı – 1907, Bahar, Həmədan ostanı) — şiə alimi, azərbaycan dilində şeirlər yazıb. Bahar şəhərində dünyaya gəlib və bu şəhərdə vəfat edib.
Gavdari-i Qaraney (Soyuqbulaq)
Gavdari-i Qaraney (fars. گاوداري قره ني‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).
Radar Təbriz (Təbriz)
Radar Təbriz (fars. ادارتبريز‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.189 nəfər yaşayır (349 ailə).
Radar əleyhinə raket
Radar əleyhinə raket (ing: (ARM) — anti-radiation missile) — düşmən radiodalğalarının mənbəyini aşkarlamaq və hədəf almaq üçün hazırlanmış bir döyüş raketidir. Bunlar ümumiyyətlə düşmən radarlarına qarşı istifadə üçün nəzərdə tutulmuşdur, eyni zamanda rabitə üçün istifadə edilən kilitləyicilərə və radiolara qarşı da istifadə edilə bilər.
Baharı
Baharı — Azərbaycanlılar arasında keçmişdə geyilən qısaqollu dondur.
Cadarı
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Səfəvi şahları
Səfəvi şahı titulu 1501-ci ilin payızında I İsmayılın Cabanı və Şərur döyüşlərində qələbə qazandıqdan sonra Təbrizi tutub özünü şah elan etməsi ilə qəbul edilmiş və 1736-cı ildə Nadirin şah olmasından sonra bu sülalənin əlindən çıxmışdır. Bu siyahıda Səfəvi sülaləsindən olan şahların adları xronoloji ardıcıllıqla verilmişdir. Siyahıda həmçinin şahın adı, atasının adı, portreti, dövlət bayrağı, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir. II Təhmasibin 1732-ci ildə Nadir xan tərəfindən şahlıq taxtından endirilməsindən sonra Səfəvi sülaləsinin hakimiyyəti faktiki olaraq sona çatmışdı. Lakin ən azından hüquqi olaraq 1736-cı ilə qədər hakimiyyətdə qalan Səfəvi sülaləsi 1736-cı ildə tamamilə hakimiyyətdən uzaqlaşdırıldı və Nadir xan özünü şah elan etdi. Lakin 1747-ci ildə onun ölümündən sonra imperiyada daxili müharibələr kəskinləşdi və Əfşar sülaləsindən olan şahlar bir-birini əvəz etməyə başladı. 1748-ci ilin oktyabrında Nadir şahın gənc nəvəsi Şahrux hakimiyyətə gətirildi. İki aydan sonra Nadirin qardaşının oğlu İbrahim özünü şah elan etdi. Lakin məğlub edildikdən sonra qaçmağa məcbur oldu. Məşhəd şəhərinə girməyə çalışan İbrahimi şəhərdə olan Seyid Məhəmməd şəhərə buraxmadı.
Əfşar şahları
Azərbaycan Tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya. Ənvər Çingizoğlu.
Praqa baharı
"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır. 5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı. "İnsan sifətli sosializm" yaratmaq məqsədilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər. Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan Çexiya və Slovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.
Ərəb Baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Oman baharı
Qadınlar da daxil olmaqla, yüzlərlə insan paytaxt küçələrinə çıxıb. Onlar hökumətdən siyasət, iqtisadiyyat, təhsil sahələrində dəyişikliklər tələb edir. Nümayişçilər korrupsiya, qiymətlərin artımı halları ilə mübarizəyə səsləyən şüarlar da səsləndirib. Polis aksiyaya müdaxiə etməyib və o, tam dinc şəraitdə keçib. Nümayişin təşkilatçıları haqda məlumat verilmir. Aksiyada daha çox gənclərin iştirak etdiyi bildirilir. Omanın Sohar və cənubdakı Salah şəhərlərində küçələrə çıxmış nümayişçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Etiraz aksiyası keçirən müxalifətçilər ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. Polis Soharda nümayişi dağıtmaq üçün əvvəlcə rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, sonra isə vətəndaşlara atəş açıb. Şəhərə qoşun yeridilib.
Praqa baharı (1968)
"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır. 5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı. "İnsan sifətli sosializm" yaratmaq məqsədilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər. Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan Çexiya və Slovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.
Ukrayna Ali Radası
Ukrayna Ali Radasının rəsmi saytı V çağırış Ukrayna Ali Radası, xəbərlər V çağırış Ukrayna Ali Radasında və yerli şuralarda yaranan koalisiyalar А. Михайлик.
Azərbaycan mədəniyyətinin baharı
Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru.
My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə Yahari Ore no Seishun Love Comedy wa Machigatteiru. (やはり俺の青春ラブコメはまちがっている。, azərb. Mənim gənclik romantik komediyam gözlədiyim kimi səhvdir‎) və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, Hamachi (はまち), OreGairu (俺ガイル) — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən 27 iyun 2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən 25 iyun 2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr 2016-cı ildə buraxılmışdır.
Alaqaranlıq naharı (film, 1998)
Alaqaranlıq naharı (yap. 超いんらん 姉妹どんぶり) – 1998-ci ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. == Məzmun == Filmdə cavan iki bacılardan və onları yanında işləməyə götürən kişidən danışılır. Böyük bacı tərəfindən kiçik bacı yoldan çıxır. Kiçik bacı daha çox seksual fikirlərdən fikirləşməyə başlayır...
İkinci Bolşevik Baharı (1931)
1941-ci ilin baharı
1941-ci ilin baharı və ya Aviv 41 — Uri Barbaşın rejissorluğu ilə 2008-ci ildə çəkilmiş müharibə-dram filmidir. Filmdə baş rolları Cozef Finnes, Nev Makintoş və Kelli Harrison ifa etmişdirlər. Film Polşa və İsrail tərəfindən müştərək olaraq istehsal edilmişdir. Film İda Finkin "Bir söhbət" və "Bir bahar səhəri" hekayələri əsasında çəkilmişdir. == Süjet xətti == 1971-ci il. Məşhur violonçel ifaçısı olan Klara Plank 30 ildən sonra ilk dəfə olaraq doğma vətəni Polşaya gəlmişdir. Tanış yerlər və violonçel səsləri ona onun üçün əziz olan hər şeyini itirdiyi otuz il əvvəlki hadisələri xatırladır. 1939-cu ildən Almaniya tərəfindən işğal edilmiş Polşada Doktor Artur Plank, həyat yoldaşı Klara Plank və cütlüyün iki qızı nasistlərdən gizlənməyə çalışırlar.