Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Aida
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Boreogadus saida
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. == Təsviri == Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Mimocichla ravida
Böyük Kayman qaratoyuğu (lat. Turdus ravidus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Raisa Atambayeva
Raisa Atambayeva (qırğ. Раиса Атамбаева; d. RSFSR, SSRİ) — Qırğızıstan Respublikasının birinci xanımı. Tibb elmləri namizədi. Raisa Minəhmədova Rusiya Federasiyasının Ural bölgəsi ərazisində dünyaya gəlmişdir. Milliyyətcə tatar olan Raisanın valideynləri sonradan Qırğızıstana köçərək orada məskunlaşıblar. Raisa xanım Oş şəhərində yerləşən Lomonosov adına orta məktəbi bitirmişdir. Orta təhsili başa vurduqdan sonra o, Qırğızıstan Dövlət Tibb Universitetinə daxil olmuş və oranı bitirmişdir. Tibb elmləri namizədidir. Ali həkimlik dərəcəsinə malik olmasına baxmayaraq, heç bir yerdə işləmir və evdar xanımdır.
Raisa Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878 və ya 15 avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" Yeni il mahnısının sözlərinin müəllifidir. Litvanın Gedroyts sülaləsinin zadəgan ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. Uşaqlıqdan şeir yazırdı.
Raisa Nedaşkovskaya
Raisa Nedaşkovskaya (17 fevral 1943) — Ukrayna aktrisası. O, 1943-cü il fevralın 17-də Ukraynanın Malin şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəqslə məşğul olmuş, xoreoqrafik ansamblın solisti olmuşdur. 1960-cı ildə Viktor İvçenkonun "Meşə mahnısı" filmində Mavka rolunu ifa etmişdir. 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirmiş və A.Dovjenko adına Kiyev kinostudiyasının aktrisası olmuşdur. Onun ən yaxşı işlərindən biri "Telefonçu qız" filmində baş rolun ifası olmuşdur.
Raisa Sarbi
Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi. 1998-1999-cu illərdə DGTYB-nin katibi olmuşdur. Çuvaşıstanın əməkdar incəsənət xadimidir.
Raisa İsmayılova
Raisa Hüseyn qızı İsmayılova (5 noyabr 1939, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirmişdir. Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlamışdır. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırmışdır. 1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirmişdir. Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar, ispan ("Qu gölü") rəqslərini ifa etmişdir. Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüş və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Raisa Əhmədova
Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928, Qroznı, RSFSR, SSRİ – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır. 13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.
Randa Bern
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Zaida (opera)
Zaida, KV 344, (alm. Zaïde‎ Zaide) — İohann Andreas Schachtner-in librettosunda V. A. Motsartın yarımçıq qalmış opera — singspieli ; 1780-ci ildə bəstələnmişdir. 1778-ci ildə İmperator II İosif komik operanın qurulmasına sifariş verir. Motsart 1779-cu ildə opera üzərində işləməyə başlamış, lakin tezliklə "İdomen" operasının bəstələnməsinə daha çox diqqət yetirmək üçün fikrindən daşınmış və bir daha bu işə qayıtmamışdır. Tezliklə partitura yoxa çıxır və 1799-cu ildə Motsartın dul qalmış arvadı Konstans tərəfindən fraqmentlər yenidən tapılır. Finalı İ. A. Andre tərəfindən tamamlanan operanın premyerası 27 yanvar 1866-cı ildə Frankfurtda baş tutur. Zaida — Soprano Qomats — tenor Allazim — bas Sultan Süleyman — tenor Osmin — bas Zaram, gözətçilərin kapitanı — danışıq rolu Dörd qul — Tenorlar Hadisə XVI əsrdə Türkiyədə baş verir. Sultan Süleymanın xristian əsiri Zaida Süleymanın köləsinə aşiq olur. Bu isə Sultanın qəzəbnə və qısqanclığına səbəb olur. Allazimin köməyi ilə qaçmağa çalışsalar da, heç bir nəticə vermir.
Raisa Belyaeva
Raisa Vasilyevna Belyayeva (rus. Раиса Васильевна Беляева; 25 dekabr 1912, Kirov – 19 iyul 1943, Voronej) — ilk rus qadın qırıcı pilotlarından biri. Lidiya Litvyak ilə birlikdə döyüşmüş və üçə qədər hava qələbəsi qazanmışdır. Belyaeva 1943-cü ildə naməlum səbəblərdən döyüşdə həlak olub. Belyayeva Kirovdakı dabbağlar üçün texniki institutda oxuyub. O məktəbi bitirdikdən sonra köhnə dostu, Leninqradda uçuş təlimatçısı olan Olqa Yamşikovadan ona uçmağı öyrətməsini xahiş etmişdir. Belyayeva müharibədən əvvəl yüzlərlə paraşütçüyə təlimat vermişdir. O, həmçinin Moskva yaxınlığındakı Tuşino aerodromunda təşkil olunmuş bir çox aviaşoularda iştirak edib. Belyayeva Stalinqrad döyüşündə iştirak etmiş və Nikita Xruşşovun müşayiətçi pilotu kimi uşmuşdur. O, 19 iyul 1943-cü ildə baş vermiş qəzada həlak olub.
Grevillea arida
Grevillea acuaria (lat. Grevillea acuaria) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea acuaria (F.Muell. ex Benth.) Christenh. & Byng === Heterotipik sinonimləri === Grevillea aculeolata S.Moore Grevillea aculeolata var.
Radia Perlman
Radia Perlman (ing. Radia Perlman; 18 dekabr 1951[…]) — amerikalı proqramçı və şəbəkə mühəndisi. O, şəbəkə körpülərinin işləməsi üçün əsas olan Spanning Tree Protocol (STP)(en) ixtirası ilə məşhurdur və bununla da "İnternetin anası" ləqəbini qazanmışdır.
Raisa Vasilyeva
Raisa Nikonovna Vasilyeva (rus. Раиса Никоновна Васильева; 15 oktyabr 1948, Smatay[d]) — sovet və rus müğənni, aktrisası. RSFSR xalq artisti (1983). Raisa Vasilyeva 1948-ci il oktyabrın 15-də Sovet Litvasının Smatay kəndində adi fəhlə ailəsində anadan olub. Valideynləri Nikon Vasilyev və Anisiya Fedyuşkina idi. İlk musiqi çıxışları məktəbdə olub və 1968-ci ildən Jonava şəhərinin bölgəsindəki yerli klublarda oxumağa başlayıb. Onun ilk əlamətdar çıxışı 1969-cu ildə Moskvada müharibə müxbirlərinin görüşündə oldu, burada Vasilyeva ilk dəfə Sovet mədəniyyət naziri Yekaterina Furtseva tərəfindən görüldü. Furtseva Vasilyevaya studiyada ilk albomlarını yazmağa icazə verdi və o, ilk hitini — "Tekstilni Gorodok" yazdı. O dövrdə Raisa Vasilyevanın mahnıları gənclər, o cümlədən komsomolçular və BAM inşaatçıları arasında məşhur idi. 1973-cü ildə Vasilyeva Karel MSSR-in əməkdar artisti oldu.
Aida (opera)
Aida (it. Aida) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Gislançoni Antonionun farnsız misirünası, Mariet Ogüstün bir senarisi üzrə librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 24 dekabr 1871-ci ildə Qahirədə səhnəyə qoyulmuşdur. Hadisə Qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini saray mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir. == Tarixi == XIX əsrin altmışıncı illərində Misir Osmanlı mülki olsa da ölkə vassal hökmdar “Xədivə” tərəfindən idarə olunurdu. İngilislərin gəlməsindən sonra 20 il sonra de fakto hakim Məhəmməd Əli tərəfindən müsəqillik əldə etmiş olur. Məhəmməd Əlinin xələfi Xədivə İsmayıl avropa təhsilli, fransız mədəniyyəti və ədəb ərkanı tərbiyəsi almış bir şəxs idi. Ölkəsində mədəni islahatların əsasını qoymuş Xədivə İsmayıl Qahirədə bir 850 tamaşaçı yerli taxta materialından opera binası inşa etdirir. Dövlət himninin musiqisini bəstələmək Verdidən xahiş olunsa da o, vaxtının olmaması bəhanəsi ilə bundan imtina edir.
Aida Abdullayeva
Abdullayeva Aida Həmdulla qızı (13 aprel 1922, Bakı – 11 aprel 2009, Bakı) – musiqiçi, Azərbaycan SSR əməkdar artisti (1972), Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı. == Həyatı == Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edildi. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir. 1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.
Aida Balayeva
Aida Ğalım qızı Balayeva (qaz. Аида Ғалымқызы Балаева; 4 iyul 1974, Almatı vilayəti) — Qazaxıstan dövlət xadimi. Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (4 may 2020-ci il tarixindən). == Bioqrafiyası == 2000-ci ildə Abay adına Almatı Dövlət Universitetini rus dili və ədəbiyyatı müəllimi ixtisası ilə, 2007-ci ildə Qazaxıstan Milli Aqrar Universitetini hüquqşünaslıq ixtisası ilə bitirib. 2010-cu ildə sosioloji elmlər namizədi akademik adını müdafiə etdi, tezis mövzusu: "Qazaxıstan gəncliyinin etnik-dini identifikasiyası: sosioloji aspekt". 1994–2004-cü illərdə Qazaxıstan Respublikası İnformasiya və İctimai Saziş Nazirliyinin Almatı regional informasiya və ictimai razılıq şöbəsinin ictimai və siyasi proseslərin təhlili və əlaqələndirilməsi şöbəsinin aparıcı mütəxəssisi, Almatı şəhəri üçün məlumat şöbəsi. 2004–2006-cı illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamenti Direktorunun birinci müavini. 2006–2008-ci illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamentinin direktoru. 2008–2010-cu illərdə — Astana şəhərinin daxili siyasət departamentinin direktoru, daxili siyasət şöbəsinin müdiri. 2010-cu ilin fevralından 2014-cü ilin dekabrına qədər — Astana şəhəri müavini.
Aida Bağırova
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. == Həyatı == Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-ci illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Flo Rida
Flo Rida — Tramar Lacel Dillard (16 sentyabr 1979, Karol-Siti[d], Florida və ya Opa-lokka[d], Florida) — ABŞ sənətçisi. == Həyatı və karyerası == 17 sentyabr 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının Florida ştatının Opa-locka şəhərində anadan olmuşdur. İlk öncə "2 Live Crew" qrupunda fəaliyyətə başlamışdır.
Rada Nəsibova
Rada Ziyad qızı Nəsibova (29 oktyabr 1982, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. Rada Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olmuş, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışmışdır. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası olaraq fəaliyyət göstərir. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaratmışdır. Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 20-ə yaxın filmdə, 10-dan çox teatr tamaşasında rol almışdır. 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aida Hüseyn
Aida Əli qızı Hüseyn (1976) — azərbaycanlı hüquqşünas; Azərbaycan Ali Məhkəməsinin hakimi (2024—h.h). == Həyatı == Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq bölməsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq bölməsindən məzun olub. == Fəaliyyəti == 1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub. 2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.
Aida Hacıaliç
Aida Hacıaliç (bosn. Aida Hadžialić; d. 21 yanvar 1987) — İsveç Sosial-demokratlarının təmsilçisi olan siyasətçisi. 3 oktyabr 2014-cü ildən İsveçin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziri == Həyatı == Aida Hacıaliç 21 yanvar 1987-ci ildə Bosniya və Herseqovinanın Foça şəhərində anadan olmuşdur. 5 yaşında ikən ailəsi sığınacaq alaraq İsveçə köçüblər. O, Lund Universitetində hüquq təhsili almışdır. Peşəsi vəkillikdir. 2010-cu ildə Halmstad bələdiyyə başçısının müavini seçilmişdir. 3 oktyabr 2014-cü ildən Stefan Löfvenin kabinetinin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziridir. İsveç, ingilis, bosniya, xorvat və serb dillərini bilir.
AIDA (marketinq)
AIDA (ing. attention, ing. interest, ing. Desire, ing. action sözlərinin ilk hərflərindən yaranıb) – hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır. 1896-cı ildə E. Levis tərəfindən yaradılıb. Attention-diqqət, İnterest-maraq, Desire-arzu və Action-fəaliyyət ingilis sözlərinin baş hərflərindən ibarət abviaturadır. == Attention-diqqət == İlk mərhələdə alıcının diqqətini cəlb etmək lazımdır. Bu zaman etibar üçün zəmin yaradılır. Maksimum səmərəlilik üçün qabaqcadan istehlakçı haqqında məlumat olmalıdır, onun dəyərləri, motivləri, stimulları öyrənilməlidir.