Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Rave
Reyv (ing. to rave — "coşmaq", "cinlənmək, "sərsəmləmək") — elektron rəqs musiqisinin daimi səsləndirilməsini təmin edən diceylərin iştirakı ilə təşkil olunmuş diskoteka. Reyv diskotekaları üçün yerlər gecə klubları, açıq festivallar və ya digər ictimai yerlər ola bilər. Xüsusi təyin edilmiş yerlərə əlavə olaraq, onlar çox sayda iştirakçının yerləşdiyi səhra ərazilərində, məsələn, keçmiş fabriklərin, anqarların, anbarların və digər sənaye sahələrinin ərazisində keçirilə bilər. Danışıq dilində "reyv" bu cür tədbirlərdə ifa olunan faktiki elektron rəqs musiqisinin sinonimi kimi də istifadə olunur (əvvəlcə diskoteka mənasını verən "disko" kimi). 2015-ci ildə aparılan bir araşdırmaya görə, amerikalı reyv həvəskarlarının 35,5 faizi marixuanadan başqa narkotiklərdən, o cümlədən MDMA-dan istifadə edirlər. Klabbinq (altmədəniyyət) Олег Азелицкий, Кирилл Иванов, Илья Стогов. Рейв. Шесть поколений. СПб.: ТИД Амфора.
DARE
DARE (digər adı ilə "挑戦 (DARE)")— Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca ikinci studiya albomu "Demon Days"-da səsləndirilmiş mahnı. Bu mahnı Mançesterdən olan repçi Şon Rayder və Londondan olan müğənni Rozi Vilsonun (Roses Gabor) ifasında səslənib. Mahnı 29 avqust 2005-ci ildə sinql kimi buraxılıb.
Race
Race — ABŞ musiqiçisi Alex G-nin debüt studiya albomu. 1 yanvar 2010-cu ildə Bandcamp vasitəsilə buraxılıb.
Are
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Jan Mare
Jan Mare (11 dekabr 1913[…], Şerburq[d] – 8 noyabr 1998[…], Kann) — fransız aktyoru == Həyatı == Jan Mare (əsl soyadı Villen Mare) 1913-cü il dekabrın 11-də Şerbur şəhərində anadan olmuşdur. O, məktəbdə oxuyarkən Duqlas Ferbenks və Erol Flintin ekranda yaratdığı romantik qəhrəmanların vurğunu olub. Lakin bununla belə, Jan gənc yaşlarından teatr və rəssamlığa böyük maraq göstərirdi. Aktyorun yaradıcılıq bioqrafiyasını diqqətlə izləsək, görərik ki, onun teatr və kino fəaliyyətindəki ilk addımlar asan olmayıb. Antik qəhrəmanlara məxsus bədən quruluşu, qadınları cəlb edən yaraşıqlı və gözəl xarici görünüşü olmasına baxmayaraq, gənc Mare bəzi rejissorların fikrincə, bacarıqsız və perspektivi olmayan artist hesab olunurdu. O, üç dəfə Paris konservatoriyasının dram sinfinə imtahan versə də, adını qəbul olunanların siyahısında görməyib. Sonra 20 yaşlı Jan kino çəkilişində öz qüvvəsini sınamaq istəyib. Rejissor Marsel Lerbye onu əvvəlcə özünə assistent götürür, sonra isə yaxşı aktyor olacağına inanmasa da, onu "Xoşbəxtlik", "Təzə adamlar" və "Alovlu gecələr" filmlərində epizodik rollara çəkir. == Kino karyerası == Jan Mare aktyorluq karyerasının başlanğıcında müvəffəqiyyət qazana bilməsə də, o, özünü xoşbəxt və bəxti gətirən adam hesab edir. Bu barədə Mare müsahibəsində belə deyib: "Fortuna məndən üz döndərəndə də, son nəticədə bəxtim həmişə üzümə gülürdü.
Maren Mare
Maren Mare (fr. Marin Marais; 31 may 1656[…], Paris – 15 avqust 1728[…], Paris) — Fransalı bəstakar.
Rade Kruniç
Rade Kruniç (Bosnian pronunciation: [râːde krǔːnitɕ] ; 7 oktyabr 1993[…], Foça, Serb Respublikası) — Bosniyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubu və Bosniya və Herseqovina milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. Kruniç peşəkar karyerasına 2011-ci ildə "Sutjeska Foçada" klubunda başlayıb. Daha sonra 2013-cü ildə "Donji Srem" klubuna keçir. Futbolçu 2014-cü ildə "Hellas Verona" klubuna transfer edilir və həmin ilin sonunda onu "Donji Srem" klubuna icarəyə verilir. 2015-ci ildə "Borats Çaçaka" klubuna keçir. Həmin ilin sonunda Kruniç "Empoli" klubu ilə müqavilə imzalayır. O, 2019-cu ildə "Milan"a transfer olunub.
Rade qonurdişi
Sare Bayat
Sarə Bayat — İranın kino və televiziya aktrisası. Kino Televiziya Bir dəstə qartal lələyi Günahsızlar Xanım Bir şairin ölümü Yaşıl sim Dağılma Payız mahnısı Gecə növbəsi Ev şousu Kalb . . . 2018 - 2019 . . . Romantik görüşlər . . . 2016 . . .
Kare (Afon)
Kare (yun. Καρυές) — Afonda yerləşən yaşayış məntəqəsi.
Le-Rure
Le-Rure (fr. Le Rouret) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Valbonn kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Le-Bar-syur-Lu kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 7,1 km², əhalisi — 3763 nəfərdir (2006) artım tendensiyası ilə: 3965 nəfər (2012), əhalinin sıxlığı 558,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 3887 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 3965 nəfər.
Zare Sinanyan
Zare Con Sinanyan (erm. Զարեհ Սինանյան, ing. Zareh John Sinanyan; 1973, İrəvan) — Ermənistan və ABŞ siyasətçisi, vəkili. O, hal-hazırda Ermənistan diasporla iş üzrə ali komissarı vəzifəsində çalışır. Sinanyan Kaliforniyanın Qlendeyl şəhər şurasının keçmiş üzvüdür və iki dəfə şəhərin meri vəzifəsində çalışmışdır. Şəhər şurasının üzvü kimi müxtəlif komissiyalarda, o cümlədən Parklar, İstirahət və İcma Xidməti və İcma İnkişafı Bloku Qrant Məsləhət Komitəsində vəzifələr tutmuşdur. 14 iyun 2019-cu ildə Sinanyan baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan diasporla iş üzrə ali komissarı (ləğv edilmiş diaspor naziri postunu əvəz etmək üçün yaradılmış vəzifə) təyin edilmişdir. Zare Sinanyan 1973-cü ildə Ermənistanın İrəvan şəhərində anadan olmuş və 172 nömrəli yerli məktəbdə təhsil almışdır. Atası Türkiyənin İstanbul şəhərində anadan olmuş və 1946-cı ildə Ermənistanda məskunlaşmışdır. Anası Ermənistanın Talın şəhərindəndir.
Are Şaron
Are Şaron (28 may 1900, Yaroslav[d] – 24 iyul 1984, Paris) — İsrailli memar. 1962-ci ildə Memarlıq sahəsində İsrail Mükafatına dəyər görülmüşdür. İsrailin erkən dövr qurulmasında rol oynayan Şaron dövrün baş naziri David Ben-Quriona da məsləhətlər vermişdir. Dessaudaki Bauhausdda Valter Qropius və Hannes Meyerin şagirdi olan Şaron 1931-ci ildə İsrailə dönmüş və Tel-Əvivi yeni üslubda qurmağa başlamışdır. Xüsusi iqamətgahlar və kino salonlarının layihələri ilə məşğul olan Şaron 1937-ci ildə Tel-Əvivin ilk xəstəxanasının sxemini hazırlamış və peşə həyatı boyunca bir çox tibb mərkəzin tikilməsində iştirak edib.
Derek Rae
Derek Rae (1967, Aberdin) — Şotlandiya televiziya aparıcısı və idman şərhçisi. == Həyatı == === Erkən illəri === Gənc yaşlarında şərhləri üzərində işləmək üçün lent yazıçısı ilə futbol matçlarına gedirdi.
Sent-Are
Sent-Are (fr. Saint-Arey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38361. Kommunanın 1999-cu il üçün əhalisi 57 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 487 ilə 1 483 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 35 km cənubda yerləşir.
Human Race (mahnı)
Human Race (azərb. İnsan yarışı‎) – Kanadanın Three Days Grace rok musiqi qrupu tərəfindən ifa olunmuş sinql. 23 mart 2015-ci ildə qrupun "Human" adlı beşinci studiya albomunun üçüncü sinqlı kimi buraxılmışdır. Billboard Mainstream Rock Songs hit-paradından üçüncü yerə qədər yüksələ bilmişdir. == Musiqili video == Mahnının sözlər videosu 23 mart 2015-ci ildə YouTube kanalında buraxılmışdır. Musiqili videosu isə 14 may 2015-ci ildə buraxılmışdır. Rejissoru Mark Pellinqtondur.
Mare adası (İndoneziya)
Mare adası (ind. Pulau Mare) — İndoneziyanın Molukk adaları qrupuna daxil olan ada. Halmahera adasından qərbdə, Tidore adasından isə cənubda yerləşir. Qarışıq vulkan olması ilə yanaşı Halmahera vulkan silsiləsinin bir parçasıdır.
Pare-su-Briay
Pare-su-Briay (fr. Paray-sous-Briailles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03204. 2008-ci ildə əhalinin sayı 623 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 387 nəfər (15-64 yaş arasında) 282 nəfər iqtisadi fəal, 105 hərəkətsiz (fəaliyyət göstərici 72.9%, 1999-cu ildə 73.3%) olmuşdur. 282 aktiv 259 nəfərdən (147 kişi və 112 qadın), 23 nəfəri işsizdir (10 kişi və 13 qadın). 105 hərəkətsiz 29 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Puşino-na-Nare
Puşino-na-Nare — Rusiyada, Moskva vilayətinin Serpuxov şəhərində yerləşən malikanə, memarlıq abidəsi. Bu malikanənin tarixi XVIII əsrin sonu XIX əsrə aiddir. Oktyabr inqilabından sonra burada lazaret yerləşib. 13 oktyabr 1975-ci ildən memarlıq abidəsi kimi qeydiyyatdadır. Son zamanlaradək qəza vəziyyətində olub. 2014-cü ilin martında bərpa üçün özəl investor olan "ASG" şirkətinə verilib. Müqaviləyə əsasən, bərpa işləri başa çatdıqda investor obyekti güzəştli şərtlərlə (1 kv. m üçün 1 rubl) 49 il müddətinə icarəyə götürə bilər.
Pərviz Zare Şahmərəsi
Adaptive Multi-Rate
AMR (Adaptive multi rate) — dəyişən sürətli kodlaşdırma. Danışıq diapazonundakı tezliklərin xüsusi olaraq nəzərdə tutulmuş siqnal səs fayllarının kodlaşdırılma standartı. ETSI (European Telecommunications Standards Institute) standartı. AMR - böyük həcmli şəbəkələrdə nitqin ötürülməsini təmin edir. AMR nitq kodlaşdırma/dekodlaşdırması müxtəlif tezlik sürət dəstlərinə malikdir. Şəraitdən və ya şəbəkənin yükləməsindən asılı olaraq müxtəlif rejimlərə keçməyə imkan verir. İstənilən şəraitdə səsin təmiz ötürülməsini təmin edir. Aşağıda AMR kodekinin 14 rejimi göstərilmişdir, onlardan 8-ində tam sürət tam mümkündür (full rate, FR) və 6-sında tam sürətli kanal mövcuddur (half rate, HR): == AMR-NB == AMR-NB (Adaptive multi rate narrow band) — AMR-in ensiz zolaqlı variantı olan səsli kodek. 4,5-12,2 kbit/san-ə qədər məlumat axınının sürət dəyişkənliyinə imkan verir. == AMR-WB == AMR-WB (Adaptive multi rate wide band) — AMR-ın genişzolaqlı variantı.
Ambroise-Pare xəstəxanası
Ambroise-Paré (fr. hôpital Ambroise-Paré) — Boulogne-Billancourt-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır Avropanın ən böyük xəstəxanalarından biridir. 1923-cu ildə yaradılmışdır.
Someşul Mare çayı
Someşul Mare çayı— Rumıniyanın şimal-qərbində Rodna dağlarında Bistriţa-Năsăud əyalətində iki əsas çayın- Preluki çayı/Pârâul Mariei və Zmeu çaylarının birləşdiyi ərazidən başlayır. Çay Rodna, Nasaud və Bekleanı keçərək, Dejin yuxarı axınında Someşul Mik qovuşana qədər qərbə axır.
Sul tsin iare
Sul tsin iare (gürc. სულ წინ იარე, azərb. İrəli get‎) — Gürcüstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Oto Nemsadze "Sul tsin iare" mahnısı ilə Gürcüstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri gürcü bəstəkarı Roman Qiorqadzeyə aiddir.
Radə Abbas
Sarə Bayat
Sarə Bayat — İranın kino və televiziya aktrisası. Kino Televiziya Bir dəstə qartal lələyi Günahsızlar Xanım Bir şairin ölümü Yaşıl sim Dağılma Payız mahnısı Gecə növbəsi Ev şousu Kalb . . . 2018 - 2019 . . . Romantik görüşlər . . . 2016 . . .
Çarə (Urmiya)
Çarə (fars. چره‎‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (17 ailə).
Kani Xarə (Bükan)
Kani Xarə (fars. كاني خواره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.