Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəzzaq Məmmədov
Rəzzaq Məmmədov (tam adı: Rəzzaq Qüdrət oğlu Məmmədov; 2 noyabr 1948, Port-İliç, Lənkəran rayonu – 3 may 2023) — azərbaycanlı aktyor. Rəzzaq Qüdrət oğlu Məmmədov 2 noyabr 1948-ci ildə Lənkəran rayonunun Liman qəsəbəsində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən "Tədris Teatrı"nda aktyor kimi fəaliyyətə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Daha sonra təqaüdə çıxıb. Rəzzaq Məmmədov 3 may 2023-cü ildə 74 yaşında Bakıda vəfat edib. Lənkəranda dəfn olunub. Supunovalı — ("Çarəsiz sərnişinlər", G. Ltratiyev) Səlim — ("Aydın", C. Cabbarlı) Leylinin atası — ("Leyli və Məcnun", M. Füzuli) Egey və Bədləgər — ("Yay gecəsində yuxu", Vilyam Şekspir) Qəbirqazan və Keşiş — ("Hamlet", Vilyam Şekspir) Qapıçı və xidmətçi- ("Maqbet", V. Şekspir) Eskal — ("Tədbirə qarşı tədbir", V. Şekspir) Cadugər — ("Neron", M. Xubai) Hacı Baxşəli — ("Ölülər", C. Məmmədquluzadə) Vəzir – ("Sərgüzəşti vəziri-xani Lənkəran", M. F. Axundov) Polis – ("Mürafiə vəkilləri", M. F. Axundov) Axund – ("Ox və Hədəf", F. Ağamalıyev) Gözətçi – ("Karmen", P. Merime) Estraqon – ("Qodo həsrətində", S. Bekket) Vadim Andreyeviç – ("Ördək ovu ", A. Vampilov) Abbas –("Dadaşbala əməliyyatı", R. Əlizadə) Əlimənsur – ("Jaləli düzən", R. Əlizadə) Molla – ("Əbləhlərin toyu", R. Əlizadə) Tazı – ("Hamam hamam içində", R. Əlizadə) Kosa – ("Keçəlin toyu", R. Əlizadə) Ağsaqqal – ("Tıq-tıq xanım", R. Əlizadə) Kosa – ("Sehrli mücrü", R. Əlizadə) Div – ("Məlikməmməd", R. Əlizadə) İxtiyar – ("Məndən nigaran qalmayın", İ. Məlikzadə) Sərxan – ("Sultanqulu körpüsü", İ. Məlikzadə) Bolşevik – ("Şeytan tələsi", Ə. Əylisli) Həmid –("Qumm üzərində ev", R. İbrahimbəyov) Mirzə Məmmədəli – ("Atamın kitabı", B. Vahabzadə) Cəllad – ("Generalın son əmri", V. Səmədoğlu) Kamal – ("Mamay kişinin yuxuları", V. Səmədoğlu) Ata – ("Yeddi məhbusə", Ə. Əmirli) Professor – ("Meydan", Ə. Əmirli) Müdür – ("Komendant saatının lətifələri", Ş. Manafov) İxtiyar – ("İblis", H. Cavid) Kəblə Qubad – ("Ər və arvad", Ü. Hacıbəyov) Dəli – ("Ağıllı adam", F. Mustafa) Qonşu – ("Su pərisi" F. Mustafa) Hərənin öz ulduzu – ("Xəzinədar", Ə. Səməd) İnal bəy – ("Səni sevirəm Türkiyə", K. Abdulla) Ata – ("Valeh kəndiə qayıt", D. Mehdi) Aslan həkim – ("Vicdanın hökmü", H. Mirələmov) Dəyirmançı – ("Anamın gəlinlik paltarı", Ə. Əliyev) Qafar – ("Qarışqa yuvası", Ə. Qiyas) Tip – ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev) Ox və məmur – ("Tarelkinin ölümü", Suxovo-Kobilin) Kərəməli – ("Məhəbbət yaşayır hələ", Hidayət) Mürid – ("Şeyx Sənan", H. Cavid) Dəyirmançı – ("Viktoriya", K. Hamsun) Çaylz – ("Oliver Tvistin macəraları" Ç. Dikkens) Müəllim – ("Mənim ağ göyərçinim" T. Vəliyeva) Ata, İrvahim – ("Əcəl atı" V. Əlixanlı) Cabbar müəllim – ("Buzovna kəndinin əhvalatları" Elçin) Ağa Mərdan – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə) Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə) Qazı – ("Əlincə qalası" Dilsuz) Şəhərli – ("Buratinonun macəraları" A. Tolstoy) Musa — ("Sarıköynəklə Valehin nağılı" İ. Əfəndiyev) Altı nömrəli palata (film, 1994) Bala-başa bəla!
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Ər-Rəzzaq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Guranabad-i Qazzaq (Sulduz)
Guranabad-i Qazzaq (fars. گوران ابادقزاق‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov" deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Ramzan Kadırov
Ramzan Kadırov və ya Ramazan Qədirov (rus. Рамзан Ахмaтович Кадыров, çeç. Kъadar AxImat-kIant Rъamazan; 5 oktyabr 1976, Tsentaroy, Çeçen-İnquş MSSR) Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının üçüncü dövlət başçısı. Ramzan Əhməd oğlu Kadırov Çeçenistanın Tsentoroi şəhərində anadan olub. Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının üçüncü dövlət başçısıdır. Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikası dövlət başçısı olmuşdur. Dövlət başçısı olmadan əvvəl baş nazirlik vəzifəsini də etmişdir. Birinci Rus — Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərmiş, İkinci Rus — Çeçen müharibəsində isə Rusların yanında iştirak etmişdir. 2004-cü ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası qəhrəmanlığı medalı verilmişdir. R. Kadırov evlidir və həyat yoldaşı Mədni xanım 7 sentyabr 1978-ci ildə anadan olmuşdur, qəhrəman anadır.
Razdan (dəqiqləşdirmə)
Hrazdan — Ermənistanda şəhər. Aşağı Axta da adlanır. Hrazdan çayı — Zəngiçayın erməni dilindəki adı. Hrazdan rayonu — Ermənistanda rayon. Əvvəlki adları Axta və Dərəçiçək olmuşdur. Hrazdan İES — Razdan şəhərində yerləşən istilik elektrik stansiyası. Hrazdan stadionu — İrəvan şəhərində stadion.
Razdan rayonu
Hrazdan və ya Razdan rayonu (1930–1959-cu illərdə Axta rayonu) — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi. 1930-cu il sentybarın 30-da yaradılıb. 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Hrazdan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir. Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub.
Razdan standionu
Razdan çayı
Zəngi çayı və ya Razdan çayı (erm. Հրազդան գետ və ya erm. Զանգու գետ) — İrəvan quberniyasının Eçmiadzin, Novobayazid və İrəvan qəzalarında çay adı Zəngibasar toponimi tarixi şəxsiyyət Zəngi ibn Mədudun hidronimləşmiş adı ilə bağlıdır. Tarixi mənbələrə görə, "Təxti-Süleyman"dan əvvəl Zəngi çayına Çıldırçay demişlər. Qızıl Arslanın dövründə "İrəvan Çuxuruna" vassal təyin edilən Zəngi adını bu çaya verib özünü əbədiləşdirməyə nail olmuşdur. Bəzi tədqiqatçıların gəldikləri qənaətə görə, Zəngi çayı başlanğıcını dəniz səviyyəsindən hündürlükdə yerləşən və qədim adı türk mənşəli "Çıldır" olan Göyçə gölündən götürüb aşağı axdıqca zəng səsi çıxarır. Elə bu çılğınlığına görə də ona "zəng" adı verilmişdir. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır. Zəngibasar adının isə bununla bağlı olduğunu güman etmək olar. Zəngi çayının balıq sərvəti çox olmuşdur.
Razdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur. Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir. İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu. Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir. RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur. Sonradan İnterRAO-ya məxsus olur.
Razgah (Sərab)
Razgah (fars. رزگاه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 164 nəfər yaşayır (39 ailə).
Razgah (Sərdəşt)
Razgah (fars. ‎‎رازگاه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (36 ailə).
Razlıq (Sərab)
Razlıq (fars. رازليق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,656 nəfər yaşayır (463 ailə).
Uilyam Ramzay
Vilyam Ramzay (2 oktyabr 1852[…], Qlazqo[…] – 23 iyul 1916[…]) — Şotlandiyalı kimyaçı. Arqon, neon, kripton və ksenon kimi təsirsiz qazları kəşf etmişdir. Bu kəşfləri sayəsində o, 1904-cü ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bundan əlavə Ramzay əvvəllər yalnız Günəş spektrində müşahidə olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırmağı bacarmışdır. Vilyam Ramzay 1852-ci ilin oktyabrın 2-də Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. Təhsilini Qlazqo Akademiyasında alan Ramzay kimyanı öyrənməyi Qlazqo Universitetində Tomas Andersonun rəhbərliyi altında davam etdirdi. Sonra Tyubingen Universitetində Vilhelm Fittiqin rəhbərliyi altında aspiranturada oxudu. "Toluol və nitrotoluol turşuları" adlı dissertasiya müdafiə etdi. Qlazqoya Andersonun asistenti kimi dönür və 1879-cu ildə Bristol Universitetində kimya professoru vəzifəsini alır. 1881-ci ildə universitetin rektoru seçilir və eyni zamanda tədqiqatlarını davam etdirir.
Vilyam Ramzay
Vilyam Ramzay (2 oktyabr 1852[…], Qlazqo[…] – 23 iyul 1916[…]) — Şotlandiyalı kimyaçı. Arqon, neon, kripton və ksenon kimi təsirsiz qazları kəşf etmişdir. Bu kəşfləri sayəsində o, 1904-cü ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bundan əlavə Ramzay əvvəllər yalnız Günəş spektrində müşahidə olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırmağı bacarmışdır. Vilyam Ramzay 1852-ci ilin oktyabrın 2-də Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. Təhsilini Qlazqo Akademiyasında alan Ramzay kimyanı öyrənməyi Qlazqo Universitetində Tomas Andersonun rəhbərliyi altında davam etdirdi. Sonra Tyubingen Universitetində Vilhelm Fittiqin rəhbərliyi altında aspiranturada oxudu. "Toluol və nitrotoluol turşuları" adlı dissertasiya müdafiə etdi. Qlazqoya Andersonun asistenti kimi dönür və 1879-cu ildə Bristol Universitetində kimya professoru vəzifəsini alır. 1881-ci ildə universitetin rektoru seçilir və eyni zamanda tədqiqatlarını davam etdirir.
Yumurta yazmaq
Yumurta yazmaq — Azərbaycan folklorunda bir dəbdir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazmadır. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.
Razdan stadionu
"Razdan" (erm. Հրազդան մարզադաշտ) — Ermənistanın paytaxtı İrəvandakı universal stadion. Ermənistandakı ən böyük və yeganə iki mərtəbəli stadion. "Razdan" 1970-1971-ci illərdə adını aldığı Razdan çayı yaxınlığındakı ərazidə. Qalust Qülbekyan Vəqfinin dəstəyi ilə 11 aya inşa edilmişdir. Stadionun açılışı 19 may 1971-ci ildə baş verir. Sovet dövründə SSRİ-nin ən geniş və iki mərtəbəli stadionlardan biri idi. Məhz bu stadionda Ararat klubunun futbol azarkeşləri klubun 1973-cü ildə SSRİ çempionatının qızıl medal alması və 1973, 1975-ci ildə SSRİ kubokundakı qələbələrini gördülər. SSRİ millisi 1978-ci ilə stadionda cəmi iki oyun keçirdi: aprel ayında Finlandiya yığmasına qarşı yoldaşlıq oyununda (10:2, SSRİ-nin lehinə) və altı aydan sonra Avropa çempionatının seçmə oyununda Yunanıstan yığmasına qarşı (Sovet millisinin 2:0 qalibiyyəti) oyunda. Finlandiya ilə oyuna 12.000 tamaşaçı qatıldı, Yunanıstanla matça isə 40.000 azarkeş gəlir.
Campaolo Mazza
Campaolo Mazza (it. Giampaolo Mazza) — Futbol üzrə San-Marino yığmasının baş məşqçisi (1998-2013). == Həyatı == 26 fevral 1956-cı ildə İtaliyanın Genuya şəhərində anadan olmuşdur. == Yığmada karyerası == 1998-ci ildən yığmada çalışan italyan baş məşqçi bu müddət ərzində komandasını 76 matça çıxarmışdı. Bu matçlardan 75-də məğlub olan komanda yalnız 1 qarşılaşmada - 2001-ci ildə Latviya ilə oyunda 1:1 hesablı heç-heçə etmişdi. 18 oktyabr 2013-cü ildə istefa vermişdir. Mazza istefasına səbəb kimi 15 il ərzində heç bir qələbə qazana bilməmələrini göstərmişdir.
İrçi Qazaq
İrçi Qazaq (qum. Йирчы Къазакъ; 1830 - 1879) — qumuq şairi. Qazaq Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Qazaq gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı İrçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır. Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər. Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır.
Raznas Milli Parkı
Raznas Milli Parkı (latış. Rāznas nacionālais parks‎) Latviyanın şərqində yerləşir. Milli parkın yerləşdiyi ərazi Latqal yüksəliyinə aiddir. Raznas Milli Parkının ərazisi 59.615 hektardır. Milli park ölkənin Rezeknen diyarına, qismən isə Daqdsk və Ludzen diyarlarına aid olunur. Raznas Milli Parkı «Natura 2000» klassifikasiyasına daxildir. 1 yanvar 2007-ci ildə mövcud eyni adlı təbiət parkının statusunun dəyişdirilməsi nəticəsində yaradılmış. Bu dəyişikliyin ideya müəllifi isə Dauqavpils universiteti olmuşdur. Milli park Raznas gölünü qorumaq məqsədi ilə yaradılmış. Raznas gölü sahəsinə görə Latviyanın ikinci böyük gölüdür.
Əsbgəran (Razlıq dehistanı)
Əsbgəran (fars. اسبقران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə).
Qazaq xan Çərkəz
Qazaq xan Çərkəz — Şirvan (1624-1633) və Astrabad (1639-1640) qubernatoru (bəylərbəyi) vəzifələrini icra edən çərkəz əsilli Səfəvi hərbi komandiri. Qulam hərbi korpusunun yüksək rütbəli üzvü, o dövrün hökmdarı I Şah Abbas (r. 1588–1629) tərəfindən qızılbaş siyasi təsirini azaltmaq üçün Qaramanlı və Kenesli Qızılbaş qoşunlarının başçısı təyin edildi. 1632-ci ildə I Şah Səfiin (1629-42) qanlı təmizlənməsi zamanı qohumu, görkəmli çərkəz sərkərdəsi qapıqulu (saray məmuru) Yusif ağa öldürüldü, Qazaq xan Çərkəz isə 1633-cü ildə vəzifəsindən xaric olundu və həbs edildi. Yenə də son olaraq siyasi səhnəyə qayıtdı. 1639-cu ildə yeni bir qubernatorluq verildiyi zaman Şah Səfinin hakimiyyəti illərində oğlu Nəcəfqulu xandə bir sıra nüfuzlu vəzifələrə sahib olacaqdı. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 153, 286.