Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turbin
Turbin (lat. turbare — dönən) ― mayelərin, qazların kinetik enerjisini fırlanma hərkətinə çevirən enerji maşınlarına aid edilir. Tətbiq olunan mayenin şırnağı rotorda oturdulmuş pərlərə dəyərək onu fırladır. Əldə edilən güc rotora bərkidilmiş iş maşının, məsələn, generatorun valına ötürülür. İş maşınının sabit dönmə momenti turbinin fırlanmasını tənzim edir. Turbinlər elektrik enerjisinin alınması üçün atom və istilik elektrik stansiyalarında, həmçinin gəmilərdə, təyyarələrdə hidrodinamik ötürmənin tərkib hissəsi kimi tətbiq olunurlar. Turbinlərlə oxşarlığı olan, əksinə işləmə prinsipnə malik olanlara nasoslar və kompressorlar aiddirlər. Turbinlər insan tərəfindən indiyə kimi hazırlanmış ən böyük maşın hesab olunur. Onların gücü 1,5 GVatt həddində ola bilir. ==== Tipləri ==== Sıxılan mayelərlə işləyən (istilik maşınları) Qaz turbini Buxar turbini Şırnaqla işləyən turbin Sıxılmayan mayelərlə işləyən (hidravlik maşınlar) Külək turbini Su turbini Konstruksiyasına görə Axial quruluşlu (məs.
Reaktiv
Kimyəvi reaktivlər
Aktiv turbin
Aktiv turbin — işlək kürəklərin faydalı iş yaratmaq üçün işlək maddənin (qazın, buxarın, mayenin) sərbəst axınının yalnız kinetik enerjisindən istifadə edilən turbin növü. İşlək kürəklərin qarşısında yerləşdirilmiş, tərpənməz istiqamətləndirici kanallarda (ucluqlarda) axının daxili enerjisi kinetik enerjiyə, kürəklərdə isə kinetik enerji mexaniki işə çevrilir. Aktiv turbindəki axının təzyiqi işlək çarxın girişində və çıxışında eynidir. Aktiv turbinlərin üstünlükləri ümumiyyətlə aşağıdakılardır: kamerada daha vahid bir təzyiq paylanması səbəbiylə turbinə nisbətən təchizat kanallarının yerində daha çox sərbəstlik; kiçik bir təzyiq fərqi şəraitində boşluqlardan sızma əhəmiyyətsiz olduğundan, turbin və korpus arasındakı boşluqların ölçüsünə, istehsalın asanlaşdırılmasına və yataklar üçün tələblərə daha aşağı tələblər; şaftda aşağı eksenel yük; maşınlarla birləşməni asanlaşdıran reaktiv turbinlərlə müqayisədə daha aşağı fırlanma sürəti.
Turbin mühərrik
Turbin mühərrikləri — porşenli mühərriklər kimi yanacaq və hava yandırır, ancaq porşeni yuxarı və aşağı hərəkət etdirmək əvəzinə, turbin adlanan bir qrup fan bıçağı yüksək sürətlə fırladır. Turbin mühərrikləri ilk dəfə İkinci Dünya Müharibəsi dövründə təyyarələrdə istifadə edilmişdir. Bir çox növ turbin mühərriki mövcuddur. Ən geniş yayılmış növü turbofan mühərrikdir.
Reaktiv artilleriya
Reaktiv artilleriya, raket kompleksləri üçün təchiz edilmiş bir raket növüdür. Reaktiv artilleriya sistemlərinin növləri arasında Reaktiv yaylım atəş sistemləri də mövcuddur.
Reaktiv hərəkət
İmpulsun saxlanma qanunu özünün ən mühüm praktik tətbiqini reaktiv hərəkətdə tapmışdır. Cismin bir hissəsi ondan ayrılaraq hər hansı sürətlə hərəkət etdiyi zaman cismin özünün əks istiqamətdə hərəkət alması reaktiv hərəkət adlanır. Reaktiv hərəkətə tüfəngin təpməsini, raketlərin, reaktiv təyyarələrin hərəkətini misal göstərmək olar. Yanacaq və oksidləşdirici kameralarında yanma kamerasına daxil olan maddələr reaksiyaya girdiktən sonra yanma nəticəsində yüksək tempraturlu və yüksək təzyiqli qazlar əmələ gəlir. Bu qazlar raketin soplusundan raketə nəzərən U axın sürəti ilə xaricə çıxır. Nəticədə raket əks istiqamətdə v sürəti ilə hərəkət edir. Yerlə bağlı koordinat sistemində startdan əvvəl raket Yerə nəzərən sükunətdə olduğundan impulsu sıfıra bərabərdir. Raket işə salınandan sonra da ümumi impulsu sıfra bərabər olmalıdır. M- raketin örtüyünün kütləsi, m- isə raketin soplosundan çıxan qazın kütləsi olsun. Onda impulsun saxlanma qanununa görə yaza bilərik: Yəni raketin örtüyünün sürəti, qazın sürəti ilə qazın kütləsinin raketin örtüyünün kütləsinə olan nisbəti hasilinə bərabərdir.
Reaktiv mühərrik
Reaktiv mühərrik — əslində qaz turbini olub, geriyə təkanvermə prinsipi ilə işləyir. Reaktiv mühərrik ətrafda olan havanı udaraq yanacaq kamerasında qarışıqla yanandan sonra alınan məhsulu böyük cərəyanla xaricə püskürdür. Bunun nəticəsində təkan qüvvəsi yaranır. Yanmada ətraf mühitdən hava udulduğundan çox vaxt bu mühərriklərə "nəfəs alan mühərriklər" də deyilir. Reaktiv mühərrik mülki hava uçuşlarında böyük rol oynayır. Havada nəql olunan yüklərin böyük hissəsi reaktiv mühərriklərlə təchiz olunmuş təyyarələrin payına düşür. Digər sahələrdə onların tətbiqinə çox az rast gəlinir. == İş prinsipi == Reaktiv mühərrik iş zamanı öncə xaricdən udulan havanın sıxılması ilə başlayır. Sonra sıxılmış hava yanacaq kamerasına ötürülür. Burada püskürdülmüş yanacaq ilə qarışan hava yanır (və ya partlayır), nəticədə temperatur və axan havanın sürətini artırır.
Reaktiv təyyarə
Reaktiv təyyarə Reaktiv mühərriklər tərəfindən hərəkətə gətirilən təyyarələrdirlər. Reaktiv təyyarələr ümumi olaraq pər gücü ilə işləyən təyyarələrdən daha sürətli və daha çox hündürlüyə dırmana bilirlər — dırmanma hündürlüyü 10,000 ilə 15,000 metrə qədərdir (təxminən 33,000 ilə 49,000 ft). Bu hündürlüklərdə reaktiv mühərriklər uzun məsafələrdə maksimum məhsuldarlıq verirlər. Pər gücü ilə işləyən mühərriklər isə maksimum məhsuldarlığı aşağı hündürlüklərdə verirlər. Reaktiv təyyarələr səsdən daha sürətli hərəkət edə bilirlər. Ruminyalı mühəndis Henri Coandă, 1910-cu ildə Coanda-1910 adında ilk reaktiv təyyarəni yaratmışdır. Daha sonralar, iki mühəndis, Böyük Britaniyada Frank Whittle və Almaniyada Hans von Ohain, 1930-cu illərin sonlarına doğru ayrı-ayrılıqda bu anlayışı inkişaf etdirmişdirlər, buna baxmayaraq ilk model turboreaktiv Frank Vayta aiddir. Wittering Aviasiya Məktəbində Frank Whittle tərəfindən 1928-ci ilin avqustuna qədər bu anlayış nəzərdən keçirilmişdir, fəqət eyni zamanda Hans von Ohain 1936-cı ilin fevralında ilk reaktiv təyyarənin dizaynı və imkanları haqqında Ernst Heinkelə bir məktub yazmışdır. Ancaq 1926-cı ilin iyun ayında kompressor və turbinlərin üstündə RAE-də işlədiyi zaman bir hesabat yazan A. A. Griffith, bu məktubu ələ almışdır və eyni zamanda daha etibar edilən olmuşdur.
Reaktiv yanacaqlar
Reaktiv yanacaqlar — müasir aviasiya əsasən hava-reaktiv mühərriklərlə təchiz olunub (HRM). Belə mühərriklərdə yanacaq kameraya fasiləsiz verilir, bunun nəticəsində yanma prosesi daima gedir. Yalnız mühərrikin işə salınması üçün xaricidən alışma istifadə olunur. Yanma zamanı əmələ gələn qaz məhsulları turbinə daxil olur, orada da istilik enerjisinin bir hissəsi turbinin təkərlərinin fırlanmasının mexaniki işinə çevrilir, bunun da fırlanmasından rotorun kompressoru, yanacaq və yağ nasosları hərəkətə gəlir. Turbindən sonra yanma məhsulları qaz axını şəklində reaktiv kamerasına daxil olur və onun içində genişlənərək təyyarənin uçuşunu təmin edən reaktiv dartma gücü yaradır. == Reaktiv yanacaqlarının əsas xassələri == Reaktiv yanacaqlarının əsas xassələri aşağıdakılardı: tam yanmanı təmin etmək üçün yaxşı buxarlanmalı; təyyarənin uçuşunun nə qədər uzaq olmasını təyin edən yanmanın tam və yanma istiliyinin yüksək olması; yanacağın yanma kamerasına verilməsini təmin etmək üçün yaxşı ötürülmə qabiliyyəti və aşağı temperatur xassələri; yüksək kimyəvi və termooksidləşmə stabilliyi ilə xarakterizə olunan çöküntü əmələ gəlməsinə aşağı meyillilik; materiallarla yaxşı uyğunluq: metallara qarşı aşağı korroziya təsirinə malik olması, rezintexniki məhsullara təsirinin olmaması; İstilik qurğularının çox az sıradan çıxmasını təmin edən yeyilməyə qarşı yüksək xassələrə malik olması; uçuş qurğularının yanacaqdoldurma zamanı onları yanğından mühafizəsi üçün static elektrik yüklərinin yığılmasının qaşısını alan üçün antistatic xassə. HRM üçün müxtəlif fraksiya tərkibli yanacaqlar istifadə olunur: səsaltı aviasiya üçün kerosin tipli, qaynama temperaturu bu intervalda 136-156÷250-2800C (yanacaq TC-1, PT, T-1). TC-1 qarışıq yanacaq: birbaşa qovulmuş (>30%)+ hidrotəmizlənmiş (≤70%), geniş fraksiya tərkibinə malik (60-280oC), benzin-kerosin fraksiyasını (T-2) təmsil edir. Səsüstü aviasiya üçün 165-280oC temperaturda qaynayan (T-8B) 195-315oC temperaturda qaynayan (T-6) == Reaktiv yanacaqlara aşqarlar == Reaktiv yanacaqları üçün aşqarlara olan tələblər: yüksəkeffektivlik (10-4hissə %-ə qədər əlavə edilir); yanacağın xassəsini əsas göstəricilərə görə aşağı salmamalıdırlar; öz effektivliyini uzun müddət saxlamalıdır. === Kristallaşmaya qarşı aşqarlar === Yanacaqlara buz və şeh kristallarının əmələ gəlməsinin qarşısını almaq üçün əlavə edilir.
Reaktiv qumbara
Reaktiv qumbara — kumulativ, parçalanmış, termobarik və ya toz sürətləndiricisi ilə təchiz edilmiş və metal və ya plastik boruya daxil edilmiş hər hansı digər qumbara. Qapalı məkanlarda (UAN, ATAN) yerləşən düşmən zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuşdur. Düşmən helikopterlərini məhv etmək üçün istifadə edilə bilər. Bəzi əl qumbaraatanlarının dizaynı onları yenidən yükləməyi qeyri-mümkün edir.
Reaktiv artrit
Reaktiv artrit – aseptik iltihabi artrit; 1– 4 həftə əvvəl urogenital və qastrointestinal infeksiya olur; konkret infeksiya ilə əlaqə var, amma oynaq boşluğunda infeksion amil aşkar edilmir. Əsasən 20–40 yaşda olur, urogenital forma daha çox kişilərdə olur. Artrit adətən asimmetrik, oliqoartritik olub, çox vaxtı aşağı ətrafların iri oynaqları zədələnir. Dəyirmi balanit və blennorragik keratodermiya çox xarakterikdir. HLA-B27 pozitivliyində oynaqdan kənar əlamətlər (dəri, göz, entezit) olur. Proqnoz əlverişlidir, ancaq 10–20% xroniki gediş, immunosupressiv müalicəyə ehtiyac olur.
Qaz-turbin yağları
Qaz-turbin yağları — Dünya təcrübəsində sintetik qaz-turbin yağları 40-cı illərin sonunda meydana gəlmişdir. Bu yağları bəzən sintetik yağların ilk nəsli adlndırırlar. == Tətbiqi == Qaz turbin yağlarına aviasiya qaz-turbin mühərriklərini yağlamaq üçün tətbiq olunan yağlar aiddir. Turboreaktiv mühərriklərdə yağlar turbini və kompressorun böyük ölçülü yüksək sürətli diyircəkli və rolikli diyircəkli yastıqlarını, yanacaq və qaz nasoslarının ötürücü qutularının diyircəkli yastıqlarını, dişli, çarxlı və digər köməkçi mexanizmləri yağlamaq üçün nəzərdə tutulub. == Növləri == MC-8П – aviasiya və gəmi mühərrikləri üçün perspektiv neft yağı kükürdlü Şərq neftlərindən MS-8 yağ əsasında istehsal olunur. Tərkibində antioksidləşdirici, yeyilməyə qarşı aşqarlar var. ИМП-10 — parafinin hidrokrekinq və hidroizomerləşmə məhsullarının sebasin turşusu və ozooktil spirtinin mürəkkəb efiri ilə qarışığından ibarətdir. Tərkibində oksidləşmə və yeyilməyə qarşı aşqarlar metalın deaktivatoru var. Yağın işçi temperaturu 2000C-dək olan təyyarə və zirehli tank texnikasında qurulan istilik gərginlikli turboreaktiv mühərriklərdə tətbiq edilir. Yağın ən böyük üstünlüyü az korroziya aktivliyinə, qeyri-metal konstruksiya metallarına və özlükləri zəif təsir etməsidir.
C-reaktiv zülal
C-reaktiv zülal (ing. C-reactive protein, CRP) - qan plazması zülalı olub, iltihab nəticəsində miqdarının qanda kəskin artaması müşahidə olunur. Orqanizmdə iltihabi prossesin olub olmamasını C-reaktiv zülalın miqdarına müvafiq təyin etmək mümkündür. CRP geni I xromosomun 1q21-q23 nahiyəsində yerləşir. Zülal molekulu zənciri 224 amminturşusu qalığından ibarətdir. Monomerinin malekulyar kütləsi 25,106 кDа. Zülal böyük olmayan pentraksinlər (ing. pentraxin) ailəsinə aiddir.
Regional reaktiv təyyarə
Regional reaktiv təyyarə və ya ingilis dilində olan adı ilə Regional Jet (qısaca RJ) sürətli, çox qənaətcil və qısa uçuş zolaqlarından asanlıqla havaya qalxan bilən bir təyyarədir. İlk dəfə 1978-ci ildə ortaya çıxdı. Aviasiyada bilet qiymətlərinin azalması, hava limanlarının sayının artması və coğrafi səbəblərə görə qısa uzunluğu olan uçuş-enmə zolağına malik meydanların açılması bu gün bu təyyarə sinfinə tələbi artırmışdır. Əvvəllər bu sinif yalnız Douglas DC-9 və digərləri tərəfindən inhisara alınmışdı və bu gün Airbus, BƏƏ, Bombardier, Canadair, Embraer, Sukhoi və Comac kimi şirkətlərin təyyarə istehsalına başlaması ilə gedərək daha böyük bazar halına gəlmişdir. Bu təyyarələrin ən vacib xüsusiyyəti, müəyyən bir gövdə quruluşuna sahib olmamalarıdır. Bu sinifdə CRJ 900 Bombardier kimi mühərriyi arxasında yerləşən, dar gövdəli regional reaktiv təyyarə olduğu kimi, eləcə də qısa və mühərriyi qanadlarının altında yerləşən A-318 tipli təyyarələrdə mövcuddur. Bu təyyarələrdə sərnişin təsnifatı yoxdur. Belə təyyarələrdə gəzintinin şəhərlərarası avtobusdan heç bir fərqi yoxdur. Bu tip təyyarələrin məqsədi ən az yanacaq sərfiyyatı, hava limanında parklanma haqqını azaltmaq və mümkün qədər çox sərnişin oturacağına sahib olmaqdır. Normal sərnişin təyyarələrində mövcud olan Turbofan reaktiv mühərriyindən istifadə etdikləri üçün çox yaxşı bir güc-çəki balansına sahibdirlər.
Reaktiv Yaylım Atəş Sistemi
Reaktiv Yaylım Atəş Sistemi (və ya qısa adı ilə RYAS) — birdən çox raket atma qabiliyyətinə sahib, təkərli və ya tırtıllı maşınlara əlavə olunan silahlardır.
Durbin
Binokl və ya durbin — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. == Optik dizaynlar == === Qaliley sistemi === Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.
Turbina
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Rivea bernoulliana (Peter) Hallier f.
Turin
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. == Ərazisi və iqlimi == Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Külək turbini
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır. = Şəraitlər = Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur. Tikiliş üçün uyğun yerləri təyin etməkdə ən çox istifadə olunan meyar – Külək Gücünün Sıxlığı KGS (ingiliscə: Wind Power Density – WPD). Bu müəyyən yerdə küləyin gücünün qiymətləndirilməsi deməkdir və hündürlükdən asılıdır. Müəyyən ərazi üçün rəngli qeydlərlə xəritələr tərtib olunur, misal üçün "İllik Orta Külək Gücünün Sıxlığı 50 metr hündürlüyündə. = Növlər = Turbinlər onların fırlandığı istiqamətdən asılı olaraq iki növə bölünə bilər: Horizontal istiqamətdə fırlanan turbinlər – daha yayılmış növdür. Vertikal istiqamətdə fırlanan turbinlər – nisbətən daha az istifadə olunurlar.
La Turbie
La-Türbi (fr. La Turbie) — Fransanın cənub-şərqindəki Provans-Alp-Kot-d'Azür regionunun Dənizkənarı Alplar departamentində yerləşən kommuna. Dairəsi — Nitsa. Ərazisi 8 km² olan bələdiyyənin 3118 nəfər əhalisi var (2017 siyahıyaalma statistikasına görə). Şəhərdəki Avqustun Zəfər Abidəsi çox sayda qonağı cəlb edir. == Əhalisi == == Qardaşlaşmış şəhərlar == Sar, İtaliya == İstinadlar == == Xarici keçidlər == "Rəsmi saytı" (fransız). İstifadə tarixi: 22 августа 2015 года.
Turban (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.
Turbina corymbosa
Turbina corymbosa (lat. Turbina corymbosa) — sarmaşıqkimilər fəsiləsinin rivea cinsinə aid bitki növü.
Düyü Qazmağı
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. == Hazırlanma texnologiyası == Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna “döşəmə plov” deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Qaraçı qamması
Qaraçı qamması — qaraçı musiqisini dəstəklədiyi və onunla əlaqəli olduğu üçün adlandırılan bir neçə musiqi qammasına aid edilən termin. Onlar: İkiqat harmonik qamma (major) – macar minorunun beşinci rejimi. Bizans qamması kimi də tanınır. Macar minor qamması – dördüncü və yeddinci dərəcələri qaldırılmış kiçik qamma. İkiqat harmonik minor qamması kimi də tanınır. Frigiya dominant şkalası. Bu, Freyq qamması, yəhudi qamması, İspaniya qaraçı və ya İspan Frigiya qamması kimi də tanınır.
Yuri Trubin
Aktyor
Rüstəm Rüstəmov (qazmaçı)
Rüstəm Əziz oğlu Rüstəmov (1910, Bakı – 17 oktyabr 1961, Bakı) — Azərbaycanlı neftçi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı və fəaliyyəti == Rüstəm Əziz oğlu Rüstəmov 1910-cu ildə Təbrizdə anadan olub. 1 yaşı olanda hər iki valideynini itirib. 10 yaşında çəkməçi yanında köməkçi kimi işləməyə başlayır. 10 nömrəli məktəbdə 6 il təhsil aldıqdan sonra 1930-cu ildə oranı bitirir. Daha sonra "Bakjilsoyuza" daş karxanasında fəaliyyətə başlayıb. Lakin iki ildən sonra səhhətinə görə bu işindən ayrılmalı olur. 1932-ci ildə qazma kontorunda fəaliyyət göstərməyə başlayır. Burada ilk olaraq fəhlə kimi işə başlayan o, usta qazmaçı vəzifəsinə qədər yüksəlir. 1940-cı ildə neft ustaları kursunu başa vurub.
Türban
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Yamacların yatması (batması)
Yamacların yatması (rus. оседание склонов, ing. subsidence of slopes) — N. Sokolova görə çat və pozulmalar boyunca yamaclarda süxurların bloklar boyunca batmasıdır. Uçqunların əmələ gəlməsində böyük rol oynayır.
Aktiv
Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi "balance sheet" sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur: (a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər; (b) ticarət investisiyaları – "qız" və ya birgə kompaniyalara investisiyalar; (c) "fixed" aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər; (d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, müsbət reputasiya), patentlər və s. aktivlərin dəyərinin qiymətləndirilməsi Torpaq sahəsinin qiymətləndirilməsi gəlirlilik və istifadəyə yararlılıq meyarları əsasında həyata keçirilir. Bundan əlavə olaraq torpaq təbii resursdur, buna görə də onu müxtəlif məqsədlərə nail olmaq üçün istifadə olunacaq alət qismində də qəbul etmək olar, bu məqsədlərin gəlir əldə etmək ilə bağlı olması mütləq deyil. İstənilən digər məhsul kimi, hər şeyin öz dəyəri var və bu dəyər zamandan asılı olaraq dəyişə bilər. Ona görə də torpaq və əmlakın dəyərləndirilməsi cari ana uyğun olaraq (hazırkı bazar qiymətləri ilə) həyata keçirilir. Torpaq və torpaq sahələri aşağıdakı hallarda qiymətləndirmə zamanı ekspertin iştirakını tələb edir: 1. Bankda torpaq sahəsini girov qoymaqla kredit götürmək tələb olunursa; 2. Torpağı satmaq və ya onun özgəninkiləşdirməsini həyata keçirmək tələb olunursa (özgəninkiləşdirilmə -bir mülkün və s.