DURBİN

[ fars. ]
1. is. Uzaq şeyləri görmək üçün iki paralel müşahidə borucuğundan ibarət, əldə tutulan optik cihaz; binokl.
Bir də gördüm, … səyahətçi libasında bir şəxs durbin ilə qayanın döşündəki köhnə imarətə baxır. S.S.Axundov.
Qaçaqlar durbini tutub gözünə; Baxırdı Turqutun geniş düzünə. H.K.Sanılı.
Öndəki zabit durbinlə sahildəkilərə, o tayda, yarğanın qaşında oturub köçü gözləyənlərə baxdı. İ.Şıxlı.

2. sif. klas. Uzaqgörən.
Doğrusu, İnmirə məhəlləsinin camaatı durbin camaat idi. N.Nərimanov.
Özünüz, şükür, durbin adamsınız. Mir Cəlal.
Dəsturov katib təyin olunmuşdu.
Bu adam çox durbin olduğundan, bəy zümrəsinə düşənlərin hamısının xüsusi bir siyahısını tutub özündə saxlayırdı. Ə.Haqverdiyev.

Синонимы

  • DURBİN DURBİN Ordu komandanı əlindəki durbinlə Aslanın hər bir zərbəsini aydın görürdü (M.Hüseyn); BİNOKL [Əsgərlərdən biri:] Mayor bayaqdan binoklla sizə ba

Этимология

  • DURBİN Farscadır, dur (uzaq) və bin (görən) sözlərindən əmələ gəlib, “uzağı gös­tərən” deməkdir. Bin hissəsi nik-bin, bəd-bin tipli sözlərdə də var
DURAQ
DURBİNLİ
OBASTAN VİKİ
Durbin
Binokl və ya durbin — uzaqda yerləşən əşyaları hər iki gözlə müşahidə etmək üçün birləşdirilmiş iki paralel görmə borusundan (teleskopdan) ibarət optik cihaz. Əksər binoklların iki əllə istifadəyə hesablanmasına baxmayaraq, onlar opera binokllarından tutmuş ayaqlığa quraşdırılmış iriqabaritli hərbi modellərə qədər geniş ölçüdə dəyişməkdədir. Teleskopdan (monokulyardan) fərqli olaraq, binokl istifadəçiləri üçölçülü təsvirlə təmin edir: hər bir okulyar müşahidəçinin müvafiq gözünə bir qədər fərqli təsvir verir və parallaksın köməyilə görmə korteksində dərinlik təəssüratı yaradılır. == Optik dizaynlar == === Qaliley sistemi === Görünür, hardasa 17-ci əsrdə teleskop icad ediləndən bəri iki teleskopu yan-yana birləşdirilməyin binokulyar görmə üstünlükləri kəşf edilmişdir. İlk binokllar Qaliley optikasından istifadə edirdi; belə ki, obyektiv qabarıq, okulyar isə çökük linzadan ibarət idi. Qaliley sistemi təsviri düz formada təqdim etmə üstünlüyünə malikdir, lakin görüş sahəsi dardır və böyütmə qabiliyyəti çox da yüksək deyil. Bu tip quruluş çox ucuz modellərdə, opera və ya teatr binokllarında hələ də istifadə olunur. Həmçinin Qaliley sistemindən aşağı böyütməli binokulyar cərrahiyə və zərgər lupalarında da istifadə olunur, çünki onlar çox yığcam olduğundan əlavə və ya müstəsna optikaya ehtiyac olmadan şaquli təsvir yaradır, bu isə xərcləri və ümumi çəkini aşağı salır. Həmçinin onlar böyük çıxış bəbəyinə malikdir ki, bu da mərkəzləşdirməni çox da kritik etmir və bu tətbiqlərdə dar görüş sahəsi yaxşı işləyir. Bunlar, adətən, eynəyin çərçivəsinə quraşdırılır və ya xüsusi olaraq eynəklərə uyğunlaşdırılır.

Значение слова в других словарях

авра́лить болтоло́гия взлущи́ть пароди́рование подмалёвываться поса́дка сомле́ть трампли́нный шпурово́й ареопа́г водные лы́жи несовреме́нный пассажиро... съеда́ться экваториа́льная раса яра́нговый таворы arborous droningly misbehave mogul semblant unstained глобальный терпентинный