Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tom Regan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi.Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik.1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir.Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. == Təhsili və karyerası == Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir. == Heyvan Hüquqları == Heyvan hüquqları uğrunda mübahisələrdə Reqan, insan olmayan heyvanların mənəvi hüquqlara sahib olduqlarını müdafiə etdi. Fəlsəfəsi geniş hörmətlə İmanuel Kantın ənənəsinə uyğundur, baxmayaraq ki, Kantın hörmətin yalnız rasional varlıqlardan qaynaqlandığı fikrini rədd edir. Reqan, müntəzəm olaraq rasional olmayan insanlara, o cümlədən körpələrə və əqli cəhətdən zəif olan insanlara məxsusi dəyərə və buna görə hörmətlə yanaşmaq hüququmuzu təyin etdiyimizə işarə edir.
Tom Reqan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi.Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik.1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir.Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. == Təhsili və karyerası == Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir. == Heyvan Hüquqları == Heyvan hüquqları uğrunda mübahisələrdə Reqan, insan olmayan heyvanların mənəvi hüquqlara sahib olduqlarını müdafiə etdi. Fəlsəfəsi geniş hörmətlə İmanuel Kantın ənənəsinə uyğundur, baxmayaraq ki, Kantın hörmətin yalnız rasional varlıqlardan qaynaqlandığı fikrini rədd edir. Reqan, müntəzəm olaraq rasional olmayan insanlara, o cümlədən körpələrə və əqli cəhətdən zəif olan insanlara məxsusi dəyərə və buna görə hörmətlə yanaşmaq hüququmuzu təyin etdiyimizə işarə edir.
Delain
Delain — 2002-ci ildə Within Temptation qrupunun keçmiş sintezatorçusu Martijn Westerholt tərəfindən qurulmuşdur. Həmin ildə qrup vokalist Anne Invernizzi ilə "Amenity (2002) (demo)" albom çıxartdılar. Anne-nin ayrılışı ilə qrupa Charlotte Wessels gəldikdən sonra qrup artıq məşhurlaşmağa başladı. "Roadrunner" albom şikəti ilə April Rain (2009) albomlarını çıxartdıqdan sonra qrup daha da məşhurlaşaraq fanatlarını sayını artırdılar. Albomdakı "Frozen", "See Me In Shadow", "The Gathering" mahnılarını Within Temptation qrupunun vokalisti Sharon den Adel və digər məşhurlar ilə duet oxumuşdular.
Ergani
Ergani — Dəclənin sağ sahilində 10 km uzaqlıqda və 1537 metr hündürlükdəki Zülküf dağının cənub ətəyində qurulmuş (Xalq arasında Zülküf Dağı, Zülküf Peyğənbər Dağı, Mövqə Dağı olaraq adlandırılmaqdadır. Diyarbakırın əhəmiyyətli bölgəsindən biridir. Ergani, Diyarbakır ilinin ən böyük ilçəsidir. İlçə mərkəzinə bağlı 86 kənd var.
Refrain
Refrain (azərb. Çəkin‎)— İsveçrəni 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Liz Assia fransız dilində ifa etmişdir. Bu mahnı müsabiqənin qalibi olmuşdur. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal məlum deyil.
Region
Region (lat. regio — «nahiyə», «ölkə», «vilayət») — vahidliyi olan və ona daxil olan elementlərinin sıx bağlıılğı olan müəyyən bir ərazi. Hansısa ölkənin və ya dünyanın müəyyən hissəsi də başa düşülür.
Rogalin
Rogalin (pol. Rogalin) [roˈgalin]) — Polşanın Mosina qminasında yerləşən kənd. Poznan şəhərndən 20 km. cənubunda, Varta çayının ətrafında yerləşir. Əhalisi 770 nəfərdir. == Tarix == Kəndin ilk qeyd olunması XIII əsrə təsadüf eləyir. XVIII ərdə isə kənd, Velikopolşanın general gözətçisi, marşal Kazimir Raçinskinin mülkiyyətinə daxil edilir. == Baxımlı yerlər == Barokko üslubda klassik saray, park XVIII əsr Müqəddəs Marcelin kostyolu Rogalin qalereyası == Tanınmış sakinlər == pl:Krzysztof Arciszewski (1592—1656) - polşa şlyaxtiçi, holland generelı və Reç Pospoltanın artileriyasının generalı.
Zegani
Zegani (gürc. ზეგანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 280m hündürlüktə, Suxumidən 12 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 329..
Reggina
Reggina (ital. Reggina Calcio) — Calabria şəhərini təmsil edən İtaliya futbol klubudur. 1914-cü ildə qurulan İtaliyanın ikinci ən vacib liqası olan B Seriyasında oynayır. Ev stadionu 26343 tamaşaçı qəbul edə bilən "Oreste Granillodur". Komandanın ən yüksək nəticəsi 2004/05 mövsümündə "Seriya A " 10-cu nəticədir. 2006/07 mövsümündə Regina 8-ci yeri tuta bilərdi, lakin 11 xalı çıxdıqdan sonra komanda yekun sıralamada mövsümü 14-cü yerdə başa vurdu. 2012-ci il yanvarın 8-də Roberto Bredanın istefasından sonra bu posta təyin olunan Ancelo Qrequççi Reginanın baş məşqçisi olub. 2 iyul 2012-ci ildə komandanın keçmiş oyunçusu Davide Dionigi baş məşqçi oldu. Komandanın kapitanı Emiliano Bonazzolidir. Klubun hal hzırda baş məşqçisi İtaliya futbolinun canlı əfsanəsi Filippo İnzagidir.
Reyan
Reyan (fr. Reillanne, oks. Ralhana) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04160. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1012 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 897 əmək qabiliyyətli insan (15–64 yaş arasında) arasında 603 nəfər iqtisadi cəhətdən fəal, 294 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə bu 58,4%) idi. Fəaliyyət göstərən 603 nəfərdən 501 nəfər (273 kişi və 228 qadın), 102 nəfəri işsizdir (50 kişi və 52 qadın).
Ageratina regalis
Ageratina regalis (lat. Ageratina regalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Altı region
Vilâyatı Sitte (ولاية ستة; mənası: Altı region), 13 iyul 1878-ci ildə imzalanmış Berlin müqaviləsinə görə Osmanlı imperatorluğunun Ərzurum, Van, Mamurətül-əziz, Diyarbəkir, Sivas, Bitlis adlı əsas əhalisi ermənilərdən təşkil edilmiş olan altı regionunun adı. 30 oktyabr 1918-ci il tarixli Mudros sülh müqaviləsinin 24-cü maddəsində “Altı erməni vilayəti” adlandırılmışdır.
Aster regalis
Callistephus (lat. Callistephus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Yunancadan növün adı "gözəl bitki" kimi tərcümə edilir. Bu, gülün sarı mərkəz hissəsinin ağ ləçəklərlə əhatə edilməsi ilə izah olunur.Azərbaycanda dekorativ gülçülükdə onun bir növü- Çin kallistefusu (C.chinensis).Bunun çoxsaylı hibrid formaları vardır.Hazırda yabanı halda bitən bu növdən gülçülükdə istifadə olunmur.Çin astrası bir neçə qrupa bölünür:boruşəkilli astralar yığcamlığı ilə fərqlənirlər.Kürəşəkilli hamaşçiçəklilər yalnız boruşəkilli çiçəklərdən ibarətdir.Bu bitkilər qollu-budaqlı kol formasında olub,hamaşçiçəkləri ilə fərqlənirlər.Çin kallistefusunun hamaşçiçəkləri iri, sadə kürəşəkillidir.Birillik astralar fuzarioz xəstəliyinə yoluxa bilərlər.Xəstəliyin qarşısını almaq üçün toxumlarını əkindən əvvəl kimyəvi üsulla təmizləmək lazımdır.Qollu-budaqlı olması və iyunda yaxşı çiçəkləməsi üçün bitkiyə gübrə verməlidir.Astra olan əkin sahəsi vaxtaşırı alaqlardan təmizlənməlidir. == Sinonimləri == Amellus speciosus Gaterau Aster chinensis L. Aster lacinians Borbás Aster regalis Salisb. Asteriscodes chinense (L.) Kuntze Brachyactis chinensis (L.) Bureau & Franch. Callistemma chinensis (L.) Skeels Callistemma hortense Cass. Callistephus hortensis (Cass.) Cass.
Bromus regnii
Yapon tonqalotu (lat. Bromus japonicus) - tonqalotu cinsinə aid bitki növü.
Darfur (region)
Darfur (ərəb. دار فور‎; «fur xalqının torpağı») — Sudanın qərbində region, hakimiyyət qoşunları, ərəblərdən ibarət hökumət yönümlü qeyri-formal «Cancavid» dəstələri və qiyamçı yerli neqroid dəstələri arasında qanlı toqquşmalara çevrilmiş Darfur münaqişəsi rayonu. Regionda referendum keçirilməlidir. Əhali Darfurun bir neçə ştatdan ibarət olması və ya vahid muxtar region olmaqla öz konstitusiyasına və hökumətinə malik olması variantlarından birini seçməlidir. == İnzibati bölgüsü == Vilayət 5 ştata bölünür: Qərbi Darfur, Cənubi Darfur, Şimali Darfur, Şərqi Darfur və Mərkəzi Darfur. Regiona Müvəqqəti Hökumət rəhbərlik edir. == Mənbə == Darfur sultanlığının monetləri Arxivləşdirilib 2011-02-03 at the Wayback Machine == Ədəbiyyat == Arkell, A. J., "A History of Darfur. Part II: The Tunjur etc", Sudan Notes and Records, 32, 2 (1951), 207–238. Daly, M.W., Darfur's Sorrow: A History of Destruction and Genocide, Cambridge 2010. Elliesie, Hatem, "Sudan under the Constraints of (International) Human Rights Law and Humanitarian Law: The Case of Darfur", in Hatem Elliesie (ed.), Islam and Human Rights / al-islam wa-huquq al-insan, Frankfurt, Berlin, Bern, Bruxelles, New York, Oxford, Vienna 2010, pp.
Ennedi (region)
Ennedi — Çadın inzibati bölgüsünə daxil olan keçmiş region. 2008-ci ildə, keçmiş Borku-Ennedi-Tibesti regionuna daxil olan Ennedi-İst və Ennedi-Ust departamentlərinin birləşdirilməsi ilə yaradılmışdı. Regionun paytaxtı Fada idi. Ennedi regionu 2012-ci ildə iki yeni regiona: Şərqi Ennedi və Qərbi Ennediyə ayrılmışdır. 2009-cu il siyahıyaalınmasına görə regionun əhalisinin sayı 45,20 faizini qadınlar təşkil etməklə 173 606 nəfər təşkil etmişdir. == Coğrafiya == Ölkədəki yeganə əhəmiyyətli çaylar Çad gölünə axan Şari və Loqondur. Regiona illik 250–500 millimetr (9.8–19.7 düym) yağıntı düşür və Savanna meşə zolağına malikdir. Ərazidə geniş çəmənlik var və əsasən otlaqlarla örtülmüşdür. 1970-1980-ci illərin quraqlığı regiona güclü təsir etdi və mal-qara sürülərinin sayı azaldı. Regionun ən şimal bölgəsində seyrək rütubətli iqlim və səhra bitkiləri mövcuddur.
Ficus regina
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Hollandiya (region)
Hollandiya — Niderlandın qərb sahilində yerləşən region və keçmiş vilayət. "Hollandiya" termini ilə çox vaxt bütün Niderland ölkəsi adlandırılır.
Kansai (region)
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto. == Adı == Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi. == Coğrafiya == Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir. === Parklar === İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı === Dağlar === Çuqoku dağların şərqi hissəsi === Göllər === Biva gölü === Çaylar === Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı == Əhali == Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir. == Tarix == Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi.
Kanto (region)
Kanto regionu (関東地方, Kantō-çihō, sərhəddən şərqdə) — Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava. == Adı == Kanto sözü yapon dilində sərhəddən şərqdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansai regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kansai sözü yaponca sərhəddən qərbdə deməkdir. == Coğrafiya == Region ərazisinin təxminən 40% eyni adlı Kanto düzündən ibarətdir. Bu düzünün şimal-şərqindən cənub-qərbə Naka, Tone və Saqami çaylar sistemləri axırlar. Qərbdə Çubu regionu ilə təbii sərhədini Kanto dağları yaradırlar, şimalda Tohoku regionu ilə həmsərhəddir şimal-şərqdə isə Sakit okeanı ilə sulanır. == Əhali == Kanto regionu və özəlliklə onun Kanto düzüsü Yaponiyanın ən çox əhalili yeridir.
Kumis (region)
Kumis (fars. قومس‎, q.yun. Κωμισηνή) — İslamdanqabaqkı İranda, Əlburz dağlarının cənub su hövzəsi ilə Dəşti-Kəvir çölünün şimal hüdudları arasında vilayət. Sasanilər dövründə Rey və Gürgan vilayətləri arasında yerləşən əraziyə aid edilirdi. Kumis orta əsrlərdə İranın kiçik bir vilayəti olaraq qalmışdır. Vilayətin qərb sərhədləri Reyin şərqindəki şəhərətrafı ərazilərində, şərq sərhədləri isə Xorasanda idi. Xorasan yolu ilə yarıya bölünən vilayətdə Xoara (indiki Aradan), Simnan, Şəhr-i Kumis (indiki Damğan), Bəstam və Biyar (indiki Biyarcümənd) şəhərləri yerləşirdi. 856-cı ildə Kumisdə baş verən zəlzələ nəticə 200 minə yaxın insan həlak olmuşdur. Bu, bəşər tarixində qeydə alınmış ən ölümcül zəlzələlərdən biri olmuşdur. Vilayətdə ismaililər tərəfindən tikilmiş bir neçə qala var ki, onların əksəriyyəti işğalçı monqollar tərəfindən ələ keçirilmişdir.
Kyuşu (region)
Kyuşu (九州, doqquz vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, Miyazaki və Okinava. == Adı == Kyuşu (九州, doqquz vilayət) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır. == Coğrafiya == Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir. Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazı və Bunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır. === Dağlar === Hiko dağı Homan dağı Sarakura dağı Sefuri dağı Aso dağı Unzen dağı Kucu dağı Omure dağı Sobo dağı Tsurumi dağı Yufu dağı İo dağı Kaimondake vulkanı Karakuni dağı Kirişima dağı Otake Şinmoedake Şiroyama dağı Byobu dağı Çitose dağı Qusuku dağı İşikava dağı Yae dağı Narahara dağı Omoto dağı Onna dağı Şinten dağı Yonaha dağı === Çaylar === Onqa çayı Yamakuni çayı Çikuqo çayı Yabe çayı Matsuura çayı Rokkaku çayı Kase çayı Honmyo çayı Kikuçi çayı Şira çayı Midori çayı Kuma çayı Oita çayı Oono çayı Banco çayı Qokase çayı Omaru çayı Oyodo çayı Sendai çayı Kimotsuki çayı == Tarix == Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi.1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi. İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.
Lupinus × regalis
Oksitaniya (region)
Oksitaniya (fr. Occitanie) — Fransanın cənub bir bölgəsidir. Mərkəzi Tuluza şəhəridir. == Adı == Qanunun mətni Langedok (fr. Languedoc) və Russilyon (fr. Roussillon),Pireney Dağları (fr. Pyrénées) tarixi bölgələrinin adlarını və bölgənin Fransanın xəritəsi (Cənub;fr. Midi) üzərində yerləşdiyini, bölgənin müvəqqəti adını, tirelə ayrılmışdır. Regional kapitalın daimi adı və yeri 2016-cı il iyulun 1-dən əvvəl Regional Şura tərəfindən müəyyənləşdirilmişdir və 2016-cı il oktyabrın 1-dək Fransanın Dövlət Şurası tərəfindən təsdiq edilmişdir.. == Coğrafiya == Ümumi sahəsi 72,724 km² olan bölgə, Fransanın böyük şəhərlərindəki ikinci böyük şəhərdir.
Romain Mahiyeu
Romain Mahiyeu (17 fevral 1995) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Romain Mahiyeu Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Romain Mahiyeu 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.294 saniyəlik nəticəsi ilə 29-cu yeri tutdu.
Romain Rikkardi
Romain Rikkardi (26 iyul 1988) — İtaliyalı peşəkar kişi BMX velosipedçisi. Romain Rikkardi İtaliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Romain Rikkardi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.074 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu.
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. == Tarixi == Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Məqarin
Məqarin (ərəb. مقارين‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Meqarin dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şiaml vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 468 kilometr (291 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 68 metrdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Rəfail
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael SüleymanovDigərRafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rəqqan
Rəqqan və ya Zaviyyət-Rəqqan (ərəb. رقان‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin inzibati mərkəzidir. == Tarixi == Fransa müstəmləkəçiliyi dövründə şəhərin cənub ətraflarında dörd nüvə silahı sınağı (1960-cı ildə üç, 1961-ci ildə bir) həyata keçirilmişdir. İlk dəfə 13 fevral 1960-cı ildə fransızlar tərəfindən 70 kiloton trotil tutumu olan "Mavi ərəbdovşanı" kod adlı nüvə partlayışı həyata keçirmişdir. == İqlimi == Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 7 mm). Orta illik temperatur 26,7 °C-dir. == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 21,723 nəfər idi. Əhalinin 51,24%-i kişilərdən, müvafiq olaraq 48,76%-i qadınlardan ibarət idi.
Reqbi
Reqbi — iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunu. Bütün dünyada reqbi birliyi (ing. rugby union) və ya reqbi liqası (ing. rugby league) qaydaları ilə oynanır. Bir başqa növü olan yeddili reqbi, həm reqbi birliyi həm də reqbi liqası qaydaları ilə oynana bilər. == Tarixçə == 1823-də İngiltərədə Reqbi Şəhərinin eyni adlı məktəbində yaradılmış bir idmandır. == Cəhd == Cəhd xal kimi top rəqibin hesab meydançasında ilk dəfə yerə düşərkən hesablanır == Qol == Əgər yenrdən vurulan (sərbəst zərbə, qapıdan zərbə istisna olmaqla) zərbə yerə və zərbəni vuran komandanın oyunçusuna dəymədən qapı dirəklərinin arasından keçərsə, bu qol sayılır. == Xallar == == Reqbi 7 == Reqbi 7 növündə isə hər komandada 7 oyunçu çıxış edir. Bunlardan 3-ü hücumçu, 4-ü isə müdafiəçi olur. Oyun hər biri 7 dəqiqədən ibarət olan 2 hissəlik olur.
Reqqi
Reqqi — Yamaykaya məxsus musiqi janrıdır. 1960-cı illərin sonlarında Yamaykada ska və rocksteady janrları əsasında təşəkkül tapmışdır. Lakin reqqi onlara nisbətən yavaşdır. Yamayka üslublu rok musiqisi də deyilir. Mənşəyi calypso, rock'n roll, hətta R&B-yə söykənir. Xüsusi bir növü olan "roots reqqi" rastafari hərəkatı ilə çox yaxındır. Sevgi, sülh, bərabərsizlik, yoxsulluq kimi mövzularda olur. 1970-ci illərdən sonra məşhurlaşmışdır. Əfsanəvi ifaçı Bob Marli reqqinin dünyada məşhurlaşmasına səbəb olmuşdur. Reqqi musiqi janrında basslar böyük əhəmiyyət daşıyır.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. == Qardaş şəhərlər == Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.