Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Resurslar
Resurslar- 1) mövcud texnoloji və sosial-iqtisadi əlaqələr zamanı realizasiya (istifadə) edilə bilən, insanların maddı və mənəvi rifahı üçün zəruri olan hər bir mənbə şərait. Resursların üç əsas qrupa bölünməsi qəbul edilmişdir: maddi, əmək, o cümlədən intellektual və təbii; 2) vasitələrin ehtiyatı, mənbələri; 3) lazım olan vaxt müraciət olunan (istifadə edilən) vasitələr (təsərrüfata cəlb olunmayan); 4) resurs əldə etmək üçün potensial mənbələr. Resurs təminatı resurs tələbatı ilə faktiki resursların arasında olan nisbətlə ölçülür.
Resurs
Resource ~ ресурс ~ kaynak ~ resurs – proqramın, yaxud prosesin gedişində hesablama sisteminin, yaxud şəbəkəsinin onlar üçün ayrılmış hər hansı hissəsi, məsələn: disksürən, printer, yaxud yaddaş. Resurs bir proqramın bir neçə modulu tərəfindən istifadə oluna bilər; məsələn: dialoq boksları, şriftlər, və b. Resurslardan istifadə olunması proqramın kodunu yenidən kompilyasiya etmədən onun bir çox parametrlərini dəyişməyə imkan verir. Bax: MULTITASKING, OPERATING SYSTEM. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mineral resurslar
Mineral resurslar — hər hansı rayon, ölkə və kontinentdə yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu (daş kömür, neft, dəmir filizi, qızıl, volfram və s.) Xüsusiyyət və litosferi təşkil edən bütün maddələr daxildir. Bu resurslar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olduqda metal, qeyri-filiz halında olduqda isə ondan qeyri-metal komponentlər (fosfor və s.) əldə edilir. Həmçinin bu xammaldan tikinti materialı kimi də istifadə olunur. Yanacaq kimi istifadə olunun mineral ehtiyatlar (daş kömür, neft, qaz, yanar şistlər, torf, oduncaq, atom enerjisi) buxar və elektrik enerjisi əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.
Təbii resurslar
Təbii resurslar – cəmiyyətin maddi və mədəni tələbatını ödəmək üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii mühitin komponentləri. T.r.-ın mühafizəsinin əsas prinsipi onların səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir. == Təbii resursların bərpası == Kompleks tədbirlər həyata keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək (məs. meşənin bərpası, bitkinin reintroduksiyası, heyvanların reaklimatizasiyası və s.). == Təbii resursların coğrafiyası == Coğrafiya elminin bir hissəsi, ayrı-ayrı təbii resursların növ və birləşmələrinin yerləşməsi, onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını tədqiq edir. == Təbii resurs potensialı == Təbii nemətlərdən (torpaq, bitki, heyvan, faydalı qazıntı, su, iqlim şəraiti və b.) təsərrüfatda istifadə edilməsi imkanları (mümkünlüyü) məcmusu == Təbii resursların inventarizasiyası == Müxtəlif statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi üzrə proqramın hazırlanması məqsədilə təbii sərvətlərin miqdarının, keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu. == Təbii resursların qiyməti == İstehsal dövriyyəsinə qatılan faydalı qazıntılar və digər təbii sərvətlərin qiyməti. == Təbii resursların səmərəli istismarı == Aşağıdakı kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması: Təbii sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi; Yeni əmələ gələn təbii (bioloji) resurslardan minimum istifadə; Təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək; Uzunmüddətli ekoloji-sosial balansın təmin olunması. == Təbii resursların əvəz olunması == Təbii resursların əvəz olunması - bir təbii resursun, bir qayda olaraq, hazırkı tarixi dövr üçün iqtisadi cəhətdən daha səmərəli sayılan digəri ilə əvəz edilməsidir. Təbii resursların əvəz olunmasına energetik sıranı misal göstərmək olar: ağac yanacağı - mineral yanacaq - atom və ya günəş enerjisi.
Resurs millətçiliyi
Resurs millətçiliyi hökumətin və cəmiyyətin ölkə daxilində yerləşən təbii ehtiyatlara nəzarətə malik olma tendensiyasıdır. Resurs millətçiliyi transmilli korporasiyaların maraqlarına zidd ola, həmçinin ölkənin inteqrasiya meyllərinin qarşısını ala bilər.
Resurs lənəti
Resurs lənəti (ing. resource curse), xammal lənəti, bolluq paradoksu (paradox of plenty) — İqtisadiyyat nəzəriyyəsində əhəmiyyətli təbii ehtiyat ehtiyatlarına malik olan bəzi ölkələrin çox vaxt ehtiyatları az olan və ya heç olmayan ölkələrlə müqayisədə iqtisadi cəhətdən daha az inkişaf etmiş hesab edilməsi ilə əlaqələndirilir. == Konsepsiya tarixi == "Resurs lənəti" termini ilk dəfə 1993-cü ildə Riçard Auti tərəfindən təbii sərvətlərlə zəngin ölkələrin bu sərvətdən öz iqtisadiyyatlarını inkişaf etdirmək üçün istifadə edə bilmədiyi və əksinə , iqtisadi artımı olan ölkələrdən daha az təbii ehtiyatlar, daha aşağı olduğu bir vəziyyəti təsvir etmək üçün istifadə edilmişdir. Bununla belə, təbii sərvətlərin üstünlük deyil, ölkənin lənəti ola biləcəyi fikri hələ XX əsrin 80-ci illərində ortaya çıxmağa başladı. Müxtəlif tədqiqatlar, o cümlədən J. Saks və A. Varnerin məşhur əsəri, təbii ehtiyatların bolluğu ilə ölkənin zəif iqtisadi inkişafı arasında əlaqəni izləmişdir. Resurs bolluğunun iqtisadi artımla əlaqəsinin kəsilməsinin ən parlaq nümunələrindən biri neft hasil edən ölkələrdir. Beləliklə, 1965–1998-ci illərdə. OPEC ölkələrində adambaşına düşən ÜMM artımı orta hesabla 1,3%-ə düşüb, digər inkişaf etməkdə olan ölkələrdə isə orta hesabla 2,2%-ə düşüb. Bəzi müəlliflər iddia edirlər ki, xarici yardımla bağlı maliyyə axınları resurs lənəti kimi iqtisadiyyata təsir göstərə bilər. == Tənqidi == Eyni zamanda qeyd etmək lazımdır ki, əhəmiyyətli təbii sərvət ehtiyatlarına malik olan bir çox dövlətlər yüksək rifah və sənaye tərəqqisinə nail ola bilərlər.
Qeyri-bioloji resurslar
Hazırda Okeanın dəyişiklərində yerləşən müxtəlif mineral xammal ehtiyatlarından ən çox neft və qaz böyük əhəmiyyət kəsb edir. Dəniz dibində olan neft ehtiyatları Yer kürəsindəki neft ehtiyatının yarısı qədərini təşkil edir. İndi dünyanın bütün kontinental şelflərindən neft çıxarılır, dənizə çıxışı olan 140 dövlətdən 100-dən çoxu şelflərdə neft istehsal edir, 2000 -dən artıq neft və qaz yataqlan aşkar edilmiş, onların 700-dən çoxunda istehsal başlanmışdır. Dəniz və okanlann dibindən hər il 700 mln. ton neft çıxanlır, bu dünyada istehsal edilən neftin 30%-i qədərdir. Dənizərin dibindən 300 mlrd. m³-dan artıq qaz çıxanlır. Xarici mütəxəssislərin məlumatına görə kontinental şelfdə çıxanlacaq neftin ehtiyatı 80 milrd. ton, qazın həcmi isə 40-50 trln. m³ hesablanmışdır.
Coğrafiya və təbii resurslar
Coğrafiya və təbii resurslar - elmi-kütləvi jurnal. Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) nəşri. Jurnal ACC-nin IX qurultayının (30.04.2014) və AMEA Yer Elmləri Bölməsi iclasının (22.X.2014) qərarlarına əsasən təsis və nəşr edilmişdir. Jurnalda elmi-fundamental problemlər və elmi-tətbiqi məsələlərə həsr olunmuş məqalələr dərc edilir.
Qafqaz Tədqiqat Resurs Mərkəzi
Rəsullu
Rəsullu — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Kəndlər Rəsullu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Rəsullu (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Digər Rəsullular — Azərbaycan soylarında, nəsillərindən biri. Düz Rəsullu bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə.
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənddir. Düz Rәsullu inzibati әrazi dairəsinin mərkəzidir. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb.
Rəsullu (Daşkəsən)
Rəsullu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. == Tarixi == Yerli məlumata görə, kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr salmışlar. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Rəsullu kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Rəsullu (İmişli)
Rəsullu — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndi rəsullu nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Coğrafiyası == Kənd düzənlikdə yerləşir.
Çay Rəsullu
Çay Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çay Rəsullu oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Axınca çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 19-cu əsrin birinci yarısında Abşerondan və Şamaxı şəhərindən gələn köçkünlər yaratmışlar. İlk əsası Alı adlı bir qoca və onun beş oğlu tərəfindən qoyulan Cay Rəsullu və Bəydəmirli kəndləri sonralar ətraf kəndlərin məskunlaşmasında böyük rol oynamışlar. Oykonim çay və Rəsullu (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Rəsullu kəndi" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Mərhum İsmayılov Fərhad - görkəmli ziyalı; Mərhum Qəhrəmanov İlyas - müxtəlif yüksək vəzifələrdə işləmiş ziyalı; Şair Cəfər; Habil şınıxlı - görkəmli musiqiçi, bəstəkar Quliyev Cahangir - ustad aşıq Quliyev Qəzənfər Nazim Bəydəmirli — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. İqtisad elmləri namizədi.
Düz Rəsullu bələdiyyəsi
== Tarixi == Düz Rəsullu bələdiyyəsi - Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisində 1999-cu ildə yaradılmış bələdiyyədir. == Əhatə dairəsi == Düz Rəsullu bələdiyyəsinin əhatə etdiyi ərazilərə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli , Şınıx , Təkyemişan və Turşsu kəndlərinin əraziləri daxildir. Düz Rəsullu bələdiyyəsi həmin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Gədəbəy rayonunun Düz Rəsullu bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır, Düz Rəsullu və Şınıx bələdiyyələrinin hüquqi varisidir. Bələdiyyənin ünvanı: Gədəbəy rayonunun Düz Rəsullu kəndidir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkilərinin nəticələrinə görə Qurbanov Ələddin Nurəddin oğlu Düz Rəsullu bələdiyyəsinin sədri seçilmişdir.