Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Masamune-kun's Revenge
Masamune-kun's Revenge və ya Yaponiyada tanınan adı ilə Masamune-kun no Revenge (政宗くんのリベンジ, Masamune-kun no Ribenji, azərb. Masamunenin qisası‎) — Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən yazılmış manqa seriyası. 2012-ci ildən 2018-ci ilə kimi Monthly Comic Rex jurnalında nəşr olunmuş və 9 cildi buraxılmışdır. Manqa seriyası Yaponiyada Ichijinsha tərəfindən, ABŞ-də Seven Seas Entertainment tərəfindən nəşr olunur. Silver Link studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2017-ci ilin yanvarından martına kimi yayımlanmışdır. == Məzmun == Hadisələrin diqqət mərkəzində Masamune Makabe adlı narsist şəxsiyyətə malik yaraşıqlı oğlandır. Makabe balaca uşaq ikən çox kök olduğundan Aki Adaqaki adlı qız onu "donuz" adlandırmışdı. Babasının köməyi ilə arıqlayan Makabe böyüyəndən sonra babasının soyadını qəbul edərək şəxsiyyətini gizlədir və Akidən qisas almaq üçün planlar qurmağa başlayır. Akinin xidmətçisi Yoşino Koyvayın köməyi ilə Makabe Aki ilə münasibət qurur və onun qəlbini sındırmaq üçün fürsət gözləyir. Lakin Aki ilə aralarında dostluq münasibətləri cücərir və Makabe məqsədlərini sorğulamaya başlayır.
Masamune-kun no Revenge
Masamune-kun's Revenge və ya Yaponiyada tanınan adı ilə Masamune-kun no Revenge (政宗くんのリベンジ, Masamune-kun no Ribenji, azərb. Masamunenin qisası‎) — Tiv-in rəssamlığı ilə Hazuki Takeoka tərəfindən yazılmış manqa seriyası. 2012-ci ildən 2018-ci ilə kimi Monthly Comic Rex jurnalında nəşr olunmuş və 9 cildi buraxılmışdır. Manqa seriyası Yaponiyada Ichijinsha tərəfindən, ABŞ-də Seven Seas Entertainment tərəfindən nəşr olunur. Silver Link studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2017-ci ilin yanvarından martına kimi yayımlanmışdır. == Məzmun == Hadisələrin diqqət mərkəzində Masamune Makabe adlı narsist şəxsiyyətə malik yaraşıqlı oğlandır. Makabe balaca uşaq ikən çox kök olduğundan Aki Adaqaki adlı qız onu "donuz" adlandırmışdı. Babasının köməyi ilə arıqlayan Makabe böyüyəndən sonra babasının soyadını qəbul edərək şəxsiyyətini gizlədir və Akidən qisas almaq üçün planlar qurmağa başlayır. Akinin xidmətçisi Yoşino Koyvayın köməyi ilə Makabe Aki ilə münasibət qurur və onun qəlbini sındırmaq üçün fürsət gözləyir. Lakin Aki ilə aralarında dostluq münasibətləri cücərir və Makabe məqsədlərini sorğulamaya başlayır.
Disney's Aladdin in Nasira’s Revenge
Disney's Aladdin in Nasira’s Revenge — Böyük Britaniyanın videooyun şirkəti olan "Argonaut Games" tərəfindən 2000-ci ildə yaradılan macəra oyunudur. == Hekayə == Əfsanəvi şəhər olan Aqraba təhlükə içərisindədir. Qəddar cadugərd Nəzirə qardaşı vəzir Cəfərin intiqamını almaq istəyir. Nəzirə Aqraba şəhərinin adamlarını tilsimə salaraq bütün saray əhlini özünə tabe etmişdir. Saray keşikçiləri Jasmin və Sultanı qaçırırlar. Nəzirə qədim əmanətləri toplayaraq Cəfəri diriltmək və dünyanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən Ələddin əvvəlcə həmin əmanətləri tapmalı və sonra Cəfərin dirilməsinə mane olmalıdır. Bunun Ələddin, Cin, Sehirli Xalça və Abu birlikdə macəralara yollanmalıdırlar. Ələddin dostlarının köməyi sayəsində bütün bu çətinliklərin üstəsindən gələrək Cəfərə qalib gəlir. Sonda Ələddin və Jasmin bir-birlərinə qovuşurlar.
Reveşie
Reveşie (gürc. რეშევიე) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 1300 m hündürlüktə, Suxumidən 84 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 377.
Bevene
Bevene (fr. Bévenais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38042. Kommunanın 1999-cu il üçün əhalisi 641 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 735-dən ilə 1596 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Proprioseiopsis reventus
Proprioseiopsis reventus (lat. Proprioseiopsis reventus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis reventus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Fobus Levene
Fobus Aaron Teodor Levene (ing. ; 25 fevral 1869 – 6 sentyabr 1940, Nyu-York, Nyu-York ştatı) — amerikalı biokimyaçı, nuklein turşularının strukturunu və funksiyasını öyrənmişdir. O, DNT və RNT-ni xarakterizə etmiş və DNT-nin adenin, quanin, timin, sitozin amin əsaslarından, dezoksiriboza monosaxaridindən və fosfat qrupundan ibarət olduğunu tapmışdır. Sonradan Rusiya İmperiyasının tərkibinə daxil olan Litvanın Çaqaro şəhərində Litvak (Litva Yəhudi) ailəsində dünyaya gəlmişdir. Fişel Rostropoviç Levene Sankt -Peterburqda böyümüşdür. Orada İmperator Hərbi Tibb Akademiyasında (1891-ci ildə doktorluq dərəcəsi alıb) tibb təhsili alır və biokimyaya böyük marağı yaranır. 1893-cü ildə antisemitik talanlar səbəbiylə ailəsi ilə birlikdə ABŞ-yə köçür və Nyu-Yorkda tibblə məşğul olur. Levene Kolumbiya Universitetinə yazılır və boş vaxtlarında şəkərlərin kimyəvi quruluşu ilə bağlı məqalələr dərc edərək biokimyəvi tədqiqatlar aparır. 1896-cı ildə New York Dövlət Xəstəxanalarının Patoloji İnstitutunda dosent vəzifəsinə təyin edilir, ancaq vərəmdən sağalmaq üçün öz işlərinə fasilə verməli olur. Bu vaxt ərzində zülallar üzrə mütəxəssis olan Albrext Kossel və Emil Fişer də daxil olmaqla bir neçə kimyaçı ilə işləyir.
Revue Archéologique
Parisdə nəşr olunan La Revue Archéologique, ən qədim, ən uzunmüddətli elmi jurnallardan biridir. İlk dəfə 1844-cü ildə ortaya çıxan bu jurnal nə bir institutun, nə də hər hansı bir məktəbin orqanı deyil, hazırkı redaktoru Marie-Christine Hellmannın rəhbərliyi altında tam müstəqilliyə malikdir. La Revue Archéologique ildə iki dəfə nəşr edilir. Maraq mərkəzi köklərindən bəri Klassik qədim dövr olaraq qalır, ancaq maraq dairəsi Qədim Yaxın Şərq, Anadolu, Etrusk İtaliyası və Orta Asiyaya qədər uzanır.
520 Park Avenue
520 Park Avenue — Nyu-York şəhərinin Manhetten bölgəsinin qərbindəki Park Avenue-da yerləşən göydələndir. Bina memar Robert A.M. Stern tərəfindən hazırlanmışdır. Binanın tikintisi 450 milyon dollara başa gələcək. The tower will be completed by 2017. Qüllənin tikintisi 2017-ci ildə başa çatacaq. Bu Zekendorf inkişafıdır. == Dizayn == Sternin işlərinin bir çox kimi bu binada yeni klassika üslubundadır. Sternin əsarlərinin bir çoxu kimi, məsələn 15 Central Park West kimi bu binanın da xarici görünüşü əhəngdaşı ilə işlənmişdir. 520 Park Manhettendə Stern tərəfindən işlənib hazırlanmış, 30 Park Place və 220 Central Park South qoşulan üç göydələnlərdən biri olacaq. == Gözəllik == Binaya uşaq bağçası, uşaq oyun otağı, hovuz və idman sağlamlıq mərkəzi daxildir.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) === Digər növləri === Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum == Tibbi faydaları == Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Qarağat rəvəndi
Qarağat rəvəndi və ya bəzi bölgələrdə uşqun (lat. Rheum ribes) - Qırxbuğumkimilər— (Polygonaceae Juss.) fəsiləsi, rəvənd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir. == Yayılması == Naxçıvan düzənliyi (Duz dağ), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu-Biçənək və Kükü kəndləri, Vəlidağ, Darıdağ, Təkəlikdağ).
Qaya rəvəndi
Türkmənistan rəvəndi (lat. Rheum turcestanicum) - rəvənd cinsinə aid bitki növü.
Tanqut rəvəndi
Rheum tanguticum (lat. Rheum tanguticum) — rəvənd cinsinə aid bitki növü.Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir. Meyvələri 3 tilli, uzunluğu 6–9 mm, qırmızı-qonur rəngli olub, qabırğalıdır.
Türkmənistan rəvəndi
Türkmənistan rəvəndi (lat. Rheum turcestanicum) - rəvənd cinsinə aid bitki növü.
Rəmənə Səyəhi
Ramana Sayahi (4 oktyabr 1982) — İran əsilli kanadalı Aktyor, model və vizajistdir. == Həyatı == Səyahi İranın Əhvaz şəhərində anadan olub. O, həmçinin Kanadanın Toronto şəhərində yaşayır.O, təbii olaraq Ancelina Coliyə bənzədiyi üçün qrafika fakültəsinin məzunudur və hazırda model kimi işləyir və Torontoda model kimi işləyən aktyorluq təcrübəsi var.İlk dəfə 18 yaşında anası televiziyada bu qadının sənə nə qədər oxşadığını, Hollivud aktyoruna oxşadığını, amma o zamanlar onun üçün çox da əhəmiyyət kəsb etmədiyini göstərmişdi.
Rəvanə Qurbanova
Rəvanə Qurbanova (Rəvanə Söhrab qızı Ərəbova, 21 iyun 1988, Şəki) — solo-ifaçı, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti. == Həyatı == 21 iyun 1988-ci il tarixində Şəkidə anadan olub. Azərbaycan teatr rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü — Söhrab Ərəbovun qızıdır. 2002-ci ildə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin xanəndəlik sinfini, 2006-cı ildə Şəki şəhər 19 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində bakalavr pilləsi üzrə, 2011–2013-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb. Təhsil illərində xalq artistləri Canəli Əkbərov və Səkinə İsmayılovadan dərs alıb. 2011-ci ildə tarzən Rövşən Qurbanovla ailə həyatı qurub. Bir qızı və bir oğlu var. 2019-cu ildən Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir. == Fəaliyyəti == 2007-ci ildə keçirilən Muğam Televiziya Müsabiqəsində III yeri tutub.
Aşağı Rəvənd (Urmiya)
Aşağı Rəvənd (fars. روندسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (21 ailə).
Yuxarı Rəvənd (Urmiya)
Yuxarı Rəvənd (fars. روندعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (22 ailə).