Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Revival
Revival amerikalı reper Eminemin 9-cu albomudur və 15 dekabr 2017-ci il tarixində buraxılmışdır. Albomunun yazılmasında Beyonce, Ed Şiran, Pink kimi məşhur ifaçılar iştirak etmişdir.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Haim Revivo
Haim Maykl Revivo (ivr. ‏חיים מיכאל רביבו‎‏‎, 22 fevral 1972, Aşdod) — İsrailli keçmiş futbolçu. İspaniyanın "Selta Viqo" komandasına keçməmişdən qabaq İsrailin "Bney Yehuda", "Hapoel Tel-Əviv" və "Makkabi Hayfa" klublarında top qovmuşdur. Həmçinin Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarının da şərəfini qorumuşdur. İspaniyada inamlı çıxışından sonra "Fənərbaxça"ya transfer olunmuşdur. "Fənərbaxça"da ilk iki ildə əla oyun sərgiləmiş, 2001-ci ilidə çempionluğun qazanılmasında pay sahibi olmuşdur. Oyunu ilə azarkeşlərin ürəyində taxt qurmuşdur. Amma 2002-ci ildə yeni oyunçuların transferindən sonra komandadan buraxılmışdır. "Qalatasaray"da sərbəst agent kimi keçmişdir. Fənərbaxçalılar buna görə onun adını "Xain Revivo" qoydular.
Revual atlanqaçı
Revual atlanqaçı (lat. Elephantulus revoili) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Şevval Sam
Türkdəniz Şevval Sam (16 Noyabr 1972, İstanbul), Türk aktrisa və müğənni. Sənətçi Ləman Samın qızıdır. Şevval Sam, 11 noyabr 1973-cü ildə İstanbulda doğuldu.Anası Ləman Sam müğənni, atası Səlim Sam isə musiqiçidir. Özündən iki yaş böyük olan Şahnaz adlı böyük bacısı var. İbtidai və orta məktəbdə təhsil alan Hasan Ali Yücel İbtidai məktəbində, İstanbul Zincirlikuyu İnşaat Texniki və İnşaat Peşə Liseyinin bərpa şöbəsində orta məktəbdə oxudu. Ali təhsilini Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafika şöbəsində tamamladı. 1993–1999 arasında, Beşiktaşın əfsanəvi keçmiş futbolçusu, Sarı Fırtına ləqəbli Mətin Təkin ilə evləndi və bu evlilikdən Tarık Emir adlı bir oğlu oldu. Şevval Sam müxtəlif filmlərdə və seriallarda rol alıb. Albomları Sek (2006) Istanbul's Secrets (2007) Qaradəniz (2008) Has Arabesk (2010) // Tək (2012) Tanqo (2012) Torpaq iyi (2015) Nanninom (2016) Single'ları "Aşk olsun" (2017) "Dinmir" (Nejat Özgür ilə) (2019) Qonaq olduğu albomlar Güldünya Mahnıları (2009; ailə içi şiddətə son kampaniyası daxilində "Kibritçi Qız" adlı mahnını səsləndirdi.) 7 ərli Hörmüz (2010;kinoteatr filmi üçün "Bu Gecə lazımdır", "Sadəcə Qullar" mahnılarını səsləndirdi.) Fikrət Şeneş Mahnıları (2019;"Sənsiz illərdə" adlı mahnını səsləndirdi.) Filmlər Qağayılar və İstanbul(2002) (Dr. Pınar) Həyatın Kənarında(2007) Bu filmdə qonaq aktrisa olan Şevval Sam ben seni sevduğumi adlı mahnısını səsləndirdi.
Rekiva gölü
Rekiva (lit. Rėkyvà) — Litvanın mərkəzi hissəsində göl. Buzlaq mənşəli olan göl ölkənin Şyaulyay qəzasıda yerləşir. Göl akvatoriyasının cənub hissəsi Şyaulyay şəhərinə, cənub, qərb və şimal-qərb hissələri isə Şyaulyay rayonunun ərazisinə aiddir. Gölün şərq sahilində Baçyunay və Rekiva yaşayış məntəqələri var. Litva dillər inistutunun toponimlər lüğətində gölün əsas adı — lit. Rėkyvà (Rekiva) kimi göstərilib. Digər geniş yayılmış variantlar: lit. Rėkỹvos ẽžeras (Rekivos) və lit. Rėkijãvas (Rekiyavas).
Reval danışıqları
Reval danışıqları — 9 iyun 1908-ci ildə Finlandiya körfəzinin Baltik sahillərində, indiki Estoniyanın paytaxtı Revalda Britaniya kralı VII Eduard və Rusiya imperatoru II Nikolayın arasında baş tutmuş görüş. 6 noyabr 1908-ci ildə o dövrdə Rusiya imperiyasının tabeliyində olan Revalda görüşən Britaniya və Rusiya nümayəndə heyətləri "xəstə adam" olaraq görülən Osmanlı imperiyasını zəiflətmək barədə razılığa gəlmişdilər. Bu səbəbdən Balkanlarda islahatlara təzyiq edilməsinə qərar verilmişdir. İkinci Məşrutiyyət elan edilmişdir. Rusiya Balkanlar və Boğazlar ətrafında rəqibsiz qalmışdır. Britaniya koloniyalarını qorumuşdur. İran və Əfqanıstan bölgələrində sərhədlər müəyyən edilmişdir. Makedoniyada islahatların aparılması qərara alınmışdır. Almaniyaya təzyiq artırılmışdır. Britaniya Misir, Cənubi Sudan və İraq bölgələrində tək qalmışdır.
Şəvval
Şəvval — Hicri təqviminin 10-cu ayı. Şəvvalın 1-i — Ramazan bayramı Şəvvalın 25-i İmam Sadiqin (ə) vəfatı.
I Rəvvad ibn Müsənna əl-Əzdi
I Rəvvad ibn Müsənna əl-Əzdi (ərəbcə: الرواد بن المثنى الأزدي) (VIII—XII) — VIII-XII əsrlərin ortalarından etibarən Cənubi Azərbaycanda hökm sürən Ravvadidlər sülaləsindən olan və Rəvvadilər dövlətinin qurucusudur. Əbbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur Yəmən Ərəblərini oraya köçürərək Yezid ibn Hatim əl-Mühəlləbini (785-786) Azərbaycan hakimi təyin etdi. Onnlardan biri, Təbrizdə məskunlaşan, Əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn Müsənna idi. Sonralar müstəqil feodal mülkiyyətinin başçısı oldu. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar Rəvvada verilmişdi. Rəvvadın üç oğlu var idi: Məhəmməd (813-845), əl-Vəcnə və Yəhya (ö. 849).