Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rivaldo
Rivaldo Vitor Borba Fereyra (19 aprel 1972[…], Resifi) — Braziliyalı futbolçu. 2002 FİFA Dünya Kuboku çempionu olan Braziliya milli futbol komandasında oynayıb.
Riçard
Riçard — kişi adı. I Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. II Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. III Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. Riçard Stolman — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. Riçard Dokinz — britaniyalı etoloq, ateist alim, təkamülçü bioloq və yazıçı Riçard Nikson — Riçard Conson — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 9-cu vitse-prezidenti. Riçard Stoun — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb Riçard Morninqstar — ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi (2009–2012). Riçard Meyer — ABŞ-lı memar.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Elis Sibold
Elis Sibold (ing. Alice Sebold; 6 sentyabr 1963, Madison) — amerikalı yazıçı. == Həyatı == 6 sentyabr 1963-cü ildə doğulub. == Yaradıcılığı == O, üç kitab nəşr edib: Uğurlu (memuar) (1999), Sevimli sümüklər (2002) və Təqribən ay (2007).
Geum rivale
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
III Riçard
III Riçard (ing. Richard III of England) (2 oktyabr 1452 – 22 avqust 1485) — İngiltərə və İrlandiyanın York sülaləsindən olan son kralı. İngiltərədə orta əsrlər dövrünü sonlandıran Gül müharibəsinin həlledici döyüşü olan Bosvort döyüşündə məğlub oldu və öldürüldü. Uilyam Şekspirin "III Riçard" adlı tarixi pyesinin baş qəhrəmanıdır. Böyük qardaşı IV Eduardın 1483-cü ilin aprelində vəfatından sonra taxta onun 12 yaşlı oğlu V Eduard çıxarıldı və qardaşının vəsiyyətinə uyğun olaraq Riçard gənc kralın naibi elan olundu. Ancaq 22 iyun tarixinə planlanan tacqoyma mərasimindən bir neçə gün əvvəl yeni kralın valideynlərinin nigahı qanunsuz, övladları isə qeyri-məşru elan edildi və beləcə taxtdan əl çəkdirildilər. 25 iyunda toplanan lordlar palatasının verdiyi qərarla Qloster hersoqu olan Riçard kral elan edildi. 6 iyul 1483-cü ildə baş tutan tacqoyma mərasiminin ardından devrilən V Eduard və kiçik qardaşı York hersoqu Riçard London qalasına həbs olundu və onlardan bir daha heç bir məlumat alınmadı. Gənc şahzadələrin əmiləri tərəfindən öldürüldüyü iddia edilsədə, bu barədə nə bir dəlil, nə də cəsəd tapılmadı. Səltənəti illərində III Riçarda qarşı 2 böyük üsyan baş verdi.
II Riçard
II Riçard və Bordolu Riçard (ing. Richard II of England; ing. Richard of Bordeaux) (6 yanvar 1367, Bordo – təq. 14 fevral 1400) — İngiltərə kralı. Atası vəliəhd Eduard Vudstok 1376-cı ildə vəfat etdi və yeganə oğlu olan Riçardı atası III Eduardın varisi olaraq geridə qoydu. Bir il sonra babası III Eduardın ölümünün ardından 10 yaşlı Riçard İngiltərə kralı oldu. II Riçard səltənətinin ilk illərində real hakimiyyət əmiləri Gentli Con və Tomas Vudstokun təsiri altındakı məclisin əlində idi. Sonrakı illərdə isə İngiltərə Yüzillik müharibə və kəndli üsyanları kimi daha mühüm problemlərlə üzləşdi. Bununla birlikdə II Riçard atası və babasından fərqli olaraq sülh tərəfdarı idi. Üstəlik zadəganların hüquqlarını məhdudlaşdıraraq sarayda xüsusi mühafizə birliyi yaratdı.
I Riçard
Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 1157 — 6 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı. == Həyatı == Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar.
Konisburqlu Riçard
Konisburqlu Riçard (ing. Richard of Conisburgh; təq. 1376 – 5 avqust 1415, Sauthempton, Hempşir qraflığı[d]) — 1. York hersoqu Edmond Lanqli və ilk xanımı Kastilyalı İzabellanın ikinci oğludur. İngiltərə kralı V Henriyə qarşı tərtiblənən sui-qəsddə adı hallanmış, bu səbəblə edam edilmişdir. 3. York hersoqu Yorklu Riçardın atası, IV Eduard və III Riçardın babasıdır. == Mənbə == Barker, Juliet (2006). Agincourt: The King, the Campaign, the Battle. London: Abacus.
Litl Riçard
Riçard Ueyn Penniman (ing. Richard Wayne Penniman, səhnə adı Litl Riçard, ing. Little Richard; d. 5 dekabr 1932 - ö. 9 may 2020) — ABŞ müğənnisi, pianoçu və bəstəkar. O, yeddi onillik ərzində populyar musiqi və mədəniyyətdə nüfuzlu şəxslərdən biri idi. "Rok-n-rollun memarı" kimi təsvir edilən Riçard 1950-ci illərin ortalarında xarizmatik səhnə personası, dinamik musiqisi və yaradıcılığı ilə məşhurlaşmışdır. Bu dövrdə onun musiqisi rok-n-rollun əsasını qoyaraq sürətli fortepiano ifası, güclü arxa vuruş və gurultulu vokal ilə xarakterizə olunurdu. Riçardın innovativ, ruhlandırıcı vokalizasiyaları və sürətli ritmik musiqisi soul və fank da daxil olmaqla digər populyar musiqi janrlarının formalaşmasında əsas rol oynamışdır. Onun musiqisi rok musiqisindən hip-hopa qədər müxtəlif musiqi janrlarında ifa edən müğənni və musiqiçilər üçün ilham mənbəyi olmuş, həmçinin ritm və blüz musiqisinin formalaşmasında rol oynamışdır.
Lord Riçard
Lord Riçard Attenboro(ing. Richard Attenborough; 29 avqust 1923[…], Kembric, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 24 avqust 2014[…], Böyük London, London, İngiltərə, Birləşmiş Krallıq) — Aktyor və xeyriyyəçi, "Çelsi"nin ömürlük prezidenti hesab olunurdu. == Həyatı == 1983-cü ildə prodüserliyi və rejissorluğunu etdiyi “Qandi” filmi ilə 2 Oskar mükafatı qazanan məşhur aktyor ayrıca 4 İngilis Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) və 4 “Qızıl qlobus” mükafatı sahibi idi. Lord Riçard 24 avqust 2014-cü ildə 90 yaşında vəfat edib. 2008-ci ildə iflic keçirən və həyatını əlil arabasında davam etdirən Atenburq həyat yoldaşı aktrisa Şeila Sim ilə bir qocalar evində yaşayırdı. == Lord Riçard və Çelsi FK == “Brayton qayaları” filminin çəkilişləri zamanı gənc aktyordan fiziki formada olmaq tələb olunur. Buna görə də Riçard bir neçə həftə London komandasının düşərgəsində məşq edir.Bu müddət ərzində aktyor klubun futbolçuları ilə dostlaşır. Beləcə, Attenbor “Çelsi”nin çılğın fanatı olur. Riçard 1970-ci illərdə komandanın direktoru vəzifəsində çalışır. 1980-ci illərdə isə o, “Stemford Bric”i developerlərin hücumundan qoruyur.
Paulo Dibala
Paulo Bruno Ezekiel Dibala (İspanca tələffüz: [ˈpaulo ðiˈβala]; 15 noyabr 1993[…]) — Seria A təmsilçilərindən olan Roma FK klubunda və Argentina milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Argentina futbolçusudur. Dibala karyerasına 2011-ci ildə Argentina klublarından olan İnstituto de Kordoba klubunda başlamışdır. 2012-ci ildə İtaliyanın Palermo klubuna transfer olmuşdur. Seria A-da yüksək performans göstərdikdən sonra 2015-ci ildə Yuventus klubu ilə müqavilə imzalamışdır. Klub ilə ilk mövsümdəcə Seria A-nın, İtaliya Kubokunun, İtaliya Superkubokunun qalibi olmuşdur. Bianconeri ilə 12 kubok qazandıqdan sonra 2022-ci ildə Roma keçdi. Kreativ oyun tərzinə, istedadına, texnikasına, gözqamaşdırıcı oyun üslubuna görə Dibalanı La Joya (İspan dilində zərgər) ləqəbi ilə çağırırlar. Paulo Argentinanın Kordoba əyalətinin Laquna Larqa şəhərində anadan olmasına baxmayaraq, onun babası Boleslav Dibala Polşanın Krasniov kəndindən idi. İkinci dünya müharibəsi zamanı Boleslav Argentinaya qaçmağa məcbur olmuşdur. Paulonun ailəsinin ana tərəfi isə İtaliya mənşəlidir.
Renald Makdonald
Renald Makdonald (ing. Ranald MacDonald; 3 fevral 1824 – 24 avqust 1894) – 1840-ci illərdə Yaponiyaya səyahət edən ABŞ macəraçısı. İngilis dilini Yaponiyada tədris edən ilk şəxs hesab olunur. "Yaponiya: Macəra hekayəsi" memuarının müəllifidir. 1824-cü ildə ABŞ-nin Oreqonda yerləşən Astoriya qəsrində doğulub. Atası "Hudson's Bay" şirkətində işləyən tacir, anası isə Çinuki qəbiləsi şefinin qızı olan Şahzadə Şahzadə Sandi idi. Britaniya Kolumbiyasındakı uşaqlıq illəri zamanı qəzaya uğramış 3 yapon dənizçinin Flatteri yarımadasında quruya çıxması haqqında eşitdiyi xəbərdən sonra Yaponiyaya maraq göstərməyə başlamışdır. 1839-cu ildə məktəbi bitirdikdən sonra Ontarionun Sent-Tomas şəhərində yerləşən bir bankda 2 il boyunca məmur işləmişdir. Makdonald bankda işlədikdən sonra növbəti beş il ərzində dənizçi kimi bütün dünyanı səyahət etmək fikrinə düşmüşdür. Həmin dövr ABŞ-də Uzaq Şərqə marağın yaranmağa başladığı dövr idi və Makdonald da Yaponiyaya səyahət etmək istəyirdi.
Riçard Dokinz
Klinton Riçard Doukinz (ing. Clinton Richard Dawkins; 26 mart 1941[…], Nayrobi, Britaniya Keniyası[d][…]) — britaniyalı etoloq, təkamül bioloqu və yazıçı. Nyu-Kollecin əməkdar üzvü. 1995-2008-ci illər ərzində Oksford Universitetində professor kimi çalışmışdır. Doukinz 1976-ci ildə işıq üzü görmüş "Eqoist gen" əsəri ilə məşhurlaşmışdır. Əsərdə o, təkamül prosesini genetik baxımdan izah etmiş , ilk dəfə "mem" terminini istifadə etmiş və yeni elmi istiqamət olan "memetika" təklif edilmişdir. 1982-ci ildə yazılmış "Genişlənmiş fenotip" əsəri ilə təkamül nəzəriyyəsinin aydınlaşdırılmasına mühüm töhfə vermişdir. Doukinz ateistdir və Britaniya humanitar Assosasiyasının vitse-prezidenti və "Brayts" (ing. Brights) hərəkatının üzvüdür. Kresionizmin və rasional yaradılışın tənqidçisi kimi tanınır.
Riçard Doukinz
Klinton Riçard Doukinz (ing. Clinton Richard Dawkins; 26 mart 1941[…], Nayrobi, Britaniya Keniyası[d][…]) — britaniyalı etoloq, təkamül bioloqu və yazıçı. Nyu-Kollecin əməkdar üzvü. 1995-2008-ci illər ərzində Oksford Universitetində professor kimi çalışmışdır. Doukinz 1976-ci ildə işıq üzü görmüş "Eqoist gen" əsəri ilə məşhurlaşmışdır. Əsərdə o, təkamül prosesini genetik baxımdan izah etmiş , ilk dəfə "mem" terminini istifadə etmiş və yeni elmi istiqamət olan "memetika" təklif edilmişdir. 1982-ci ildə yazılmış "Genişlənmiş fenotip" əsəri ilə təkamül nəzəriyyəsinin aydınlaşdırılmasına mühüm töhfə vermişdir. Doukinz ateistdir və Britaniya humanitar Assosasiyasının vitse-prezidenti və "Brayts" (ing. Brights) hərəkatının üzvüdür. Kresionizmin və rasional yaradılışın tənqidçisi kimi tanınır.
Riçard Eli
Riçard Teodor Eli (ing. Richard Theodore Ely; 13 aprel 1854[…], Ripli[d], Nyu-York ştatı – 4 oktyabr 1943, Old-Laym[d]) — amerikalı iqtisadçı, 1900–1901-ci illərdə Amerika İqtisadiyyat Assosiasiyasının həmtəsisçisi və altıncı prezidenti. Riçard Eli 13 aprel 1854-cü ildə Nyu-Yorkun Ripli şəhərində anadan olub, atası Ezra Sterlinq Eli, anası Harriyet Qardner Meyson. 1876-cı ildə bakalavr, 1879-cu ildə Kolumbiya Universitetində magistr, 1881-ci ildə Heydelberq Universitetini doktorluq, 1892-ci ildə Hobart və Uilyam Smit Kollecində hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. 1881–1892-ci illərdə Con Hopkins Universitetində siyasi iqtisad professoru, sonra 1892–1925-ci illərdə Viskonsin Universitetində İqtisadiyyat Məktəbinin professoru və direktoru olub. 1925–1933-cü illərdə Şimal-Qərb Universitetinin professoru olmuşdur. 25 iyun 1885-ci ildə Riçard Eli ilk dəfə Anna Andersonla evləndi. 1885-ci ildə həmtəsisçi, 1885–1892-ci illərdə birinci katib, 1900–1901-ci illərdə Amerika İqtisadiyyat Assosiasiyasının prezidenti olmuşdur. O, ABŞ-da mütərəqqi hərəkatın qabaqcıl simalarından biri kimi çıxış etmiş, öz adını Tərəqqiçilik Dövrünə vermiş, əmək şəraitinin yaxşılaşdırılması, uşaq əməyinin aradan qaldırılması, sosial müdafiənin təmin edilməsi məqsədilə sosial islahatların aparılması və iqtisadiyyata dövlətin daha çox müdaxiləsi üçün mübarizə aparmışdır. Həmkarlar ittifaqı hüquqları və ümumiyyətlə kapitalizmin çatışmazlıqlarını aradan qaldırmaq; sosializmi tənqid edərkən.
Riçard Eppel
Riçard Eppel (ing. Richard Appel; d. 21 may 1963, Nyu-York, ABŞ) — ABŞ ssenaristi, prodüseri və keçmiş müvəkkili. 2012-ci ildən bəri "Qriffinlər" teleserialının icraçı prodüseri və köməkçi şou-ranneridir. Eppel ali təhsilini Harvard Universitetində almışdır. 1985-ci ildə məzun olduqdan sonra hüquqşunas olan Eppel, 1994-cü ildə "Simpsonlar" teleserialına ssenarist olaraq işə alınmasından sonra, yazıçılıq karyerasına rəsmi olaraq başlamışdır. Eppel "Simpsonlar" üçün 7 seriyanın ssenarisini yazmışdır. Eppel "A.U.S.A" adlı bir animasiya sitkomunu yaratmazdan əvvəl, "Təpənin kralı"nda icraçı prodüsər olaraq işləmişdir. Eppel Set Makfarleyn və Mayk Henri ilə birlikdə "Klivlend Şou" adlı bir animasiya sitkomunu yaratmışdır. Bundan əvvəl "Berni Mek şou", "Qriffinlər" və "Amerikan ata!" seriallarında işləmişdir.
Riçard Farnsuort
Riçard Vilyam Farnsuort (1 sentyabr 1920, Los-Anceles, Kaliforniya – 6 oktyabr 2000) — ABŞ aktyoru. Riçard Farnsuort Kaliforniyanın Los-Anceles şəhərində doğulmuşdur. Anası ev xanımı, atası isə mühəndis idi. 7 yaşında olarkən atası vəfat etmişdir.
Riçard Feynman
Riçard Fillips Feynman (ing. Richard Phillips Feynman; 11 may 1918[…] – 15 fevral 1988[…], Los-Anceles, Kaliforniya) — görkəmli Amerika fiziki. Kvant elektrodinamikasının banilərindən biri. 1943–45-ci illər arasında Los-Alamosda atom bombası hazırlayan alim-fiziklər qrupuna daxil edilmişdir. Kvant mexanikasında trayektoriyalar üzrə inteqrallama üsulunu (1938), eləcə də elementar zərrəciklərin çevrilmə və qarşılıqlı təsirini təsvir edən kvant sahə nəzəriyyəsinin Feynman diaqramları metodunu (1949) işləmişdir. Həmçinin ifrat axıcılıq nəzəriyyəsi və nüvənin parton modelini irəli sürmüşdür. 1965-ci ildə Sin-İtiro Tomonaqa və Culian Şvinqerlə birgə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Riçard Feynman zəngin yəhudi ailəsində anadan olmuşdur. Valideynləri – Melvil və Lüsil Nyu-Yorkda Kuinsin cənubunda Far-Rokveydə yaşayırdılar. Atası Riçardın dünyaya gəlməsindən əvvəl oğlunun alim olacağını qərara almışdı (Həmin illərdə qızlar de-yure akademik dərəcə ala bilsələr də, onların gələcəyi adətən qeyri-müəyyən qalırdı.
Riçard Gir
Riçard Gir (31 avqust 1949[…], Filadelfiya, Pensilvaniya) — ABŞ kino aktyoru. Beş uşaqlı ailənin ikinci uşağı olaraq dünyaya gəldi.Əvvəllər musiqiçilik üzrə təhsil aldı.Daha sonra aktyorluğa yönləndi.Amerikanın öndə gedən aktyorlarındandır.İndiyə kimi 40 filmdə rol aldı.Buddizimə inanır.Ən yaxşı kişi aktyor kimi Qızıl Qlobus mükafatına layiq görülüb. Riçard Gir 31 avqust 1949-cu ildə ABŞ-nin Filadelfiya,Pensilvanya ştatında anadan olub.Onun atası Homer Corc Gir Sığorta Şirkətinin agenti idi.O 1967-ci ildə Şimali Sitrakuz orta məktəbini bitirdi.Lakin ali təhsil almadı.O musiqi və gimnastika məktəbinə getdi.O gimnastikada ixtisaslaşmaq üçün Massaçusest ştatının Amherst Universitedində daxil oldu,lakin qurtaranda ali təhsili olmadığı üçün diplom almadı. Riçard Gir 1971-ci ildə Keyp-Kolda Guildenstern və Rosencrantz teatrlarında peşəkarlıqla oynadı.Onun kinodakı ilk rolu 1970-ci illərin ortlarında cənab Goodbar(1971) trilleri idi.1973–1980-ci illərdə Gir kariyersanında yüksəlməyə başladı.O 1982-ci ildə 130 milyon $ qazandı. Gir dram gecələrində Diana Lane ilə əsas rollardan birini 2008-ci ildə çəkilmiş fildə rol aldı.London vaxtları filmi 2008-ci ilin ən pis filmlərindən biri oldu.Film yalnız 84 milyon dollar gəlir gətirə bilib. 2010-cu ilin dekbrında,Gir 34-cü Qahirə Beynəlxalq Film Festivalında özünün ömürlük nailiyyəti üçün şərəfə layiq görülüb.
Riçard Giraqosyan
Riçard Giraqosyan (erm. Ռիչարդ Կիրակոսյան; 8 yanvar 1965, Providens[d], Rod-Aylend) — erməni əsilli ABŞ akademiki. Riçard Giraqosyan 8 yanvar 1965-ci ildə ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində anadan olmuşdur, O, 2002-ci ildən 2006-cı ilə qədər Con F. Kennedi Xüsusi Müharibə Mərkəzində və Fort Braqq Məktəbində ABŞ Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri üçün qonaq müəllim kimi çalışmışdır. Giraqosyan doqquz il ABŞ Konqresinin Birgə İqtisadi Komitəsinin (JEC) peşəkar heyət üzvü olmuş, həmçinin keçmiş Sovet İttifaqı və Çin komitəsinin baş işçisi kimi çalışmışdır. O, Asiya İnkişaf Bankında, Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyində, Fransa Müdafiə Nazirliyində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, o cümlədən ABŞ Dövlət Departamentində məsləhətçi işləmişdir. Əlavə olaraq, Giraqosyan Avropa Xarici Əlaqələr Şurası, "Le Monde", "Moscow Times" və "Turkish Policy Quarterly" publikasiyaları üçün məqalələr yazmışdır. O, hal-hazırda "Əl-Cəzirə" və "Asia Times"da analitik olaraq çalışır, həmçinin İrəvanda yerləşən Regional Araşdırmalar Mərkəzinin direktorudur.
Riçard Hammond
Richard Hammond (19 dekabr 1969) — İngilis televiziya aparıcısı. Müxtəlif televiziya şouları aparsa da xüsusilə təqdim etdiyi sənədli filmlər və dünyanın ən çox izlənən TV proqramı ünvanına sahib Top Gear ilə tanınır. Richard Hammond's Crash Course, Richard Hammond's Engineering Connections, Total Wipeout kimi proqramların aparıcısıdr. Bundan əlavə Blast Lab və Top Gear: Uncoveredin quruluşcu rejissorudur.