Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rivaldo
Rivaldo Vitor Borba Fereyra (19 aprel 1972[…], Resifi) — Braziliyalı futbolçu. 2002 FİFA Dünya Kuboku çempionu olan Braziliya milli futbol komandasında oynayıb.
Riçard
Riçard — kişi adı. I Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. II Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. III Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. Riçard Stolman — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. Riçard Dokinz — britaniyalı etoloq,ateist alim,təkamülçü bioloq və yazıçı Riçard Nikson — Riçard Conson — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 9-cu vitse-prezidenti. Riçard Stoun — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb Riçard Morninqstar — ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi (2009-2012). Riçard Meyer — ABŞ-lı memar.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Apologetik risalə
"Apologetik risalə" (lat. Apologeticus/Apologeticum) — Tertulliana aid edilən, apologetika və polemikadan ibarət əsər. Bu əsərdə Tertullian xristianlığı müdafiə edir, qanuni tolerantlığı və xristianlara Roma imperiyasının bütün digər məzhəblərə davrandığı kimi davranmasını tələb edir. Risalədə "əzabkeşlərin qanı kilsənin toxumudur" ifadəsi var."Apologetik risalə" Karfagendə, b.e. 197-ci ilin yayında və ya payızında, Septimi Severin hakimiyyəti dövründə yazılmışdır. Bu tarixdən istifadə edərək əksər alimlər Tertullianın 197-ci ildən əvvəl, ehtimal ki, 195-ci ildə xristianlığı qəbul etməsi fikri ilə razılaşırlar. == Həmçinin bax == Religio licita == İstinadlar == == Əlavə ədəbiyyat == Wright, David & Philip F. Esler. "Tertullian." The Early Christian World. Vol. 2.
Aslanürəkli Riçard
Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 1157 — 6 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı. == Həyatı == Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar.
Elis Sibold
Elis Sibold (ing. Alice Sebold; 6 sentyabr 1963, Madison) — amerikalı yazıçı. == Həyatı == 6 sentyabr 1963-cü ildə doğulub. == Yaradıcılığı == O, üç kitab nəşr edib: Uğurlu (memuar) (1999), Sevimli sümüklər (2002) və Təqribən ay (2007).
Geum rivale
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
III Riçard
III Riçard (ing. Richard III of England) (2 oktyabr 1452 – 22 avqust 1485) — İngiltərə və İrlandiyanın York sülaləsindən olan son kralı. İngiltərədə orta əsrlər dövrünü sonlandıran Gül müharibəsinin həlledici döyüşü olan Bosvort döyüşündə məğlub oldu və öldürüldü. Uilyam Şekspirin "III Riçard" adlı tarixi pyesinin baş qəhrəmanıdır. Böyük qardaşı IV Eduardın 1483-cü ilin aprelində vəfatından sonra taxta onun 12 yaşlı oğlu V Eduard çıxarıldı və qardaşının vəsiyyətinə uyğun olaraq Riçard gənc kralın naibi elan olundu. Ancaq 22 iyun tarixinə planlanan tacqoyma mərasimindən bir neçə gün əvvəl yeni kralın valideynlərinin nigahı qanunsuz, övladları isə qeyri-məşru elan edildi və beləcə taxtdan əl çəkdirildilər. 25 iyunda toplanan lordlar palatasının verdiyi qərarla Qloster hersoqu olan Riçard kral elan edildi. 6 iyul 1483-cü ildə baş tutan tacqoyma mərasiminin ardından devrilən V Eduard və kiçik qardaşı York hersoqu Riçard London qalasına həbs olundu və onlardan bir daha heç bir məlumat alınmadı. Gənc şahzadələrin əmiləri tərəfindən öldürüldüyü iddia edilsədə, bu barədə nə bir dəlil, nə də cəsəd tapılmadı. Səltənəti illərində III Riçarda qarşı 2 böyük üsyan baş verdi.
II Riçard
II Riçard və Bordolu Riçard (ing. Richard II of England; ing. Richard of Bordeaux) (d. 16 sentyabr 1386 – ö. 31 avqust 1422) — İngiltərə kralı. Atası vəliəhd Eduard Vudstok 1376-cı ildə vəfat etdi və yeganə oğlu olan Riçardı atası III Eduardın varisi olaraq geridə qoydu. Bir il sonra babası III Eduardın ölümünün ardından 10 yaşlı Riçard İngiltərə kralı oldu. II Riçard səltənətinin ilk illərində real hakimiyyət əmiləri Gentli Con və Tomas Vudstokun təsiri altındakı məclisin əlində idi. Sonrakı illərdə isə İngiltərə Yüzillik müharibə və kəndli üsyanları kimi daha mühüm problemlərlə üzləşdi. Bununla birlikdə II Riçard atası və babasından fərqli olaraq sülh tərəfdarı idi.
I Riçard
Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 1157 — 6 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı. == Həyatı == Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar.
Konisburqlu Riçard
Konisburqlu Riçard (ing. Richard of Conisburgh; təq. 1376 – 5 avqust 1415, Sauthempton, Hempşir qraflığı[d]) — 1. York hersoqu Edmond Lanqli və ilk xanımı Kastilyalı İzabellanın ikinci oğludur. İngiltərə kralı V Henriyə qarşı tərtiblənən sui-qəsddə adı hallanmış, bu səbəblə edam edilmişdir. 3. York hersoqu Yorklu Riçardın atası, IV Eduard və III Riçardın babasıdır. == Mənbə == Barker, Juliet (2006). Agincourt: The King, the Campaign, the Battle. London: Abacus.
Litl Riçard
Litl Riçard və ya Riçard Ueyn Peniman (5 dekabr 1932[…], Meykon[d], Corciya – 9 may 2020[…], Tallahoma[d]) — ABŞ-lı müğənni. == Həyatı == Litl Riçardın iş həyatındakı ən uğurlu vaxtları 1950-ci illərin ortaları hesab olunur ki, o, bu dövrdə soul, rok və hip-hop musiqisi ilə tanınmışdır. == Albomları == Here's Little Richard Little Richard The Fabulous Little Richard Pray Along with Little Richard, Volume 1 Pray Along with Little Richard (Vol 2) The King of the Gospel Singers Little Richard Is Back (And There's A Whole Lotta Shakin' Goin' On!) Little Richard's Greatest Hits The Incredible Little Richard Sings His Greatest Hits - Live! The Wild and Frantic Little Richard The Explosive Little Richard Little Richard's Greatest Hits: Recorded Live! The Rill Thing Mr. Big The King of Rock and Roll The Second Coming Southern Child Right Now!
Lord Riçard
Lord Riçard Attenboro(ing. Richard Attenborough; 29 avqust 1923[…], Kembric, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 24 avqust 2014[…], Böyük London, London, İngiltərə, Birləşmiş Krallıq) — Aktyor və xeyriyyəçi, "Çelsi"nin ömürlük prezidenti hesab olunurdu. == Həyatı == 1983-cü ildə prodüserliyi və rejissorluğunu etdiyi “Qandi” filmi ilə 2 Oskar mükafatı qazanan məşhur aktyor ayrıca 4 İngilis Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) və 4 “Qızıl qlobus” mükafatı sahibi idi. Lord Riçard 24 avqust 2014-cü ildə 90 yaşında vəfat edib. 2008-ci ildə iflic keçirən və həyatını əlil arabasında davam etdirən Atenburq həyat yoldaşı aktrisa Şeila Sim ilə bir qocalar evində yaşayırdı. == Lord Riçard və Çelsi FK == “Brayton qayaları” filminin çəkilişləri zamanı gənc aktyordan fiziki formada olmaq tələb olunur. Buna görə də Riçard bir neçə həftə London komandasının düşərgəsində məşq edir.Bu müddət ərzində aktyor klubun futbolçuları ilə dostlaşır. Beləcə, Attenbor “Çelsi”nin çılğın fanatı olur. Riçard 1970-ci illərdə komandanın direktoru vəzifəsində çalışır. 1980-ci illərdə isə o, “Stemford Bric”i developerlərin hücumundan qoruyur.
Rixard Ştraus
Rixard Georq Ştraus (11 iyun 1864[…], Münhen, Bavariya Krallığı, Almaniya ittifaqı – 8 sentyabr 1949[…], Qarmiş-Partenkirhen, Qərbi Almaniya) son romantik və erkən modern erasının aparıcı alman bəstəkarı. Qızılgül kavalyeri, Elektra, Kölgəsiz qadın və Salomeyanın da daxil olduğu operaları ilə, alman poeziyasını klassik musiqiyə uyğunlaşdırması ilə — xüsusilə, Sonuncu Dörd Nəğməsi; Don Juan, Ölüm və Transformasiya, Till Ulenşpigelin şən zarafatları, Zərdüşt belə deyirdi, Bir qəhrəmanın həyatı, Ev simfoniyası, Alp simfoniyasının da daxil olduğu simfonik şeirləri ilə və digər instrumental əsərləri ilə məşhurdur. Ştraus həmçinin Qərbi Avropa və Amerikada görkəmli dirijor kimi tanınır.
Riçard Brotiqan
Riçard Brotiqan (ing. Richard Brautigan, 30 yanvar 1935 — 14 sentyabr 1984) —amerika yazıçısı və şairi, Əks mədəniyyət qəhrəmanı, 60-cı, 70-ci, illərin ədəbiyyat bütü, şişirdilmiş fiqura, bir saatlıq xəlifə, Mark Tven və Heminqueyin varisi, içki düşkünü, özünə qəsdçi, doqquz şeir kitabının, iki-üç ay ərzində milyonlarla tiraj çap olunub satılmış, bu günün özündə də Amerika və Avropanin kitab magazalarını bəzəyən “Amerikada balıq ovu” romanının müəllifi. == Həyatı == Riçard Brotiqan 30 yanvar 1935-ci ildə Vaşinqton ştatının Takomo şəhərində anadan olub. Anası, iki bacısı və qardaşından ibarət ailəsi dilənçi kökündə yaşayib. Təsadüfü kiçik qazanc və dövlət müavinəti hesabına dolanıblar. Həqiqi familiyasının Brotiqan olmasını orta məktəbdə attestat alarkən öyrənib, anası sənədlərdə onun əsl familiyasının yazılmasına qərar verib. Rişard romanlarının birində yazırdı: “ Anam mənim varlığımla barışmalı oldu”. “Anamın Riçardı öpməyi və bizlərə - sizi sevirəm, dediyi yadıma gəlməz,” – kiçik bacısı xatirələrində yazırdı. == Əsərləri == === Biblioqrafiya === Romanları Biq Sur konfederasiyasından olan general/A Confederate General From Big Sur (1964) Amerikada balıq ovu/Ловля форели в Америке/Trout Fishing in America (1967) Qarpız şəkərində/In Watermelon Sugar (1968) Abort. Tarixi roman/The Abortion: An Historical Romance 1966 (1971) Чудище Хоклайнов.
Riçard Uetson
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: == Əsərləri == Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir:: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770—1777. Flora Anglicana... — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774.
Riçard Vagner
Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner‎; 22 may 1813[…], Leypsiq, Saksoniya, Reyn Konfederasiyası[d] – 13 fevral 1883[…], Venesiya, İtaliya krallığı) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib. == Bioqrafiyası == === Uşaqlıq illəri === Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib. İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedib ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.
Riçard Viborni
Riçard Viborni (4 iyun 1971) — Çexiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Riçard Viborni Çexiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Riçard Çeyni
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993). Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır. Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi. == Siyasi fəaliyyəti == 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib.
Riçard Şirer
Riçard Şirer — Bakcell şirkətinin Baş icraçı direktoru (aprel, 2011) == Həyatı == Riçard Şirer Amerika, Asiya və Avropada geniş beynəlxalq iş təcrübəsinə malikdir. Onun iş təcrübəsi əsasən dünyanın ən raqabətli bazarlarının simsiz xidmətlər seqmentində telekommunikasiya xidmətlərinin təşkil edilməsi sahəsini əhatə edib. Cənab Şirer öz əmək fəaliyyətinə Böyük Britaniyanın Cable & Wireless şirkətində başlayıb. 1990-1997 illərdə o, Coopers & Lybrand Consulting (PWC) şirkətində çalışarkən müxtəlif beynəlxalq telekommunikasiya layihələrini həyata keçirib. 1997-ci ildə Şirer Malayziyada DiGiTelecom şirkətinin Baş direktoru vəzifəsinə təyin edilib və 2000-ci ilə qədər həmin vəzifəni icra edib. 2000-2001-ci illərdə Riçard Şirer Böyük Britaniyada T-Mobile şirkətinin Baş kommersiya direktoru vəzifəsində çalışıb. Daha sonra o, Empower Interactive Group Ltd-nin Baş direktoru vəzifəsinə təyin edilib və həmin şirkətə 2004-cü ilə qədər rəhbərlik edib. 2005-2008-ci illərdə Şirer Bolqarıstanın BTC Mobile EOOD (Vivatel) şirkətində Baş direktor vəzifəsində çalışıb. 2011-ci ildə Bakcell şirkətinə gəlməzdən əvvəl, cənab Şirer Polşanın qabaqcıl mobil operatoru və TV xidmətlərin yeni təchizatçısı olan TPSA/Orange şirkətində İdarə Heyətinin müştərilərlə iş üzrə üzvü səlahiyyətlərini icra edib. Cənab Şirer İmtiyazlı İdarəetmə Mühasibləri İnstitutunun üzvüdür və Mühasibatlıq və Maliyyə üzrə Bakalavr dərəcəsinə malikdir.
Riçard Şodd
Riçard Şodd (ing. Richard Schodde; 23 sentyabr 1936, Adelaida) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Riçard Şodd toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1975 – Interim list of Australian songbirds: Passerines. RAOU: Melbourne. 1980 – Nocturnal Birds of Australia. (With Ian J. Mason. Illustrations by Jeremy Boot). Lansdowne Editions: Melbourne. (Whitley Medal 1981).
Rişard Kapuçinski
Rişard Kapuçinski (4 mart 1932[…], Pinsk – 23 yanvar 2007[…], Varşava) — tanınmış polyak jurnalisti. == Həyatı == Rişard Kapuçinski 1932-ci ildə doğulub. == Fəaliyyəti == Üçüncü dünya ölkələrində müxbir kimi çalışarkən yazdığı bədii-publisistik kitablar ona dünya şöhrəti gətirib, o hətta Nobel mükafatına namizəd irəli sürülüb. == Əsərləri == 1982-ci ildə İran təəssüratları əsasında yazdığı "Şahənşah" romanı onun ən populyar əsərlərindən biridir.