RİYAD

Ərəbcə “ağıllı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RİŞXƏND
RODOXROZİT
OBASTAN VİKİ
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Riyad Sülh
Riyad əs-Sülh (ərəb. رياض الصلح‎; 1894, Sayda – 17 iyul 1951, Amman) — Livan Ərəb Respublikasının 1-ci baş naziri. Riyad Sülh Livanın cənubundakı Sayda şəhərində, 1894-cü ildə anadan olmuşdur. Livana köçən Misir və qismən-Fələstin mənşəli ərəb ailəsində görkəmli bir sünni torpaq sahibi idi. Rza Sülh, Nəbətiyyədə və Sayda'da bir islahatçı sub-qubernator və bir lider millətçi ərəb lideri idi. 1915-ci ildə Rza Sülh Osmanlı qüvvələri tərəfindən mühakimə olundu və Smirna'ya, Osmanlı İmperiyasına sürgünə getdi. Sonra Osmanlı valisi olaraq vəzifə yerinə yetirdi.Həmçinin Dəməşqdə Emir Feysəl hökumətində daxili işlər naziri vəzifəsini də icra etmişdir Sülh Paris Universitetində hüquq və siyasi elmlər üzrə təhsil almışdır. Atası Osmanlı Məclisində millət vəkili olduğu üçün gəncliyinin çox hissəsini İstanbulda keçirdi. Sülh iki dəfə Livanın baş naziri vəzifəsini icra etdi. Onun ilk müddəti Livan müstəqillik qazandıqdan dərhal sonra (25 sentyabr 1943 - 10 yanvar 1945) olmuşdur.
Riyad Türk
Riyad Türk — Suriya Kommunist Partiyasının baş katibi, Suriya müxalifətinin real liderlərindən biri. 1982-ci ildə Xama şəhərində baş verənlərə görə Hafiz Əsədi diktator adlandıran, öz silahdaşları tərəfindən "Müsəlman qardaşları"nı tənqid etmədiyinə görə, satqın adlandırılan, İtambul konferensiyasına etibarlıq votusu verən, məşhur kommunist lider. Əl-Türk, tələbə ikən Suriya Kommunist Partiyasına qatıldı. İlk dəfə 1952-ci ildə dövlət çevrilişində hakimiyyətə gələn hərbi hökumətə qarşı çıxdığı üçün hüquq məktəbini bitirdikdən sonra həbs edildi. Beş ay tutuldu və işgəncələrə məruz qaldı, lakin məhkəmədə heç vaxt mühakimə olunmadı.Daha sonra partiya qəzeti olan Əl-Nur üçün məqalələr yazdı və lider partiya ideoloqu oldu. 1958-ci ildə Suriya və Misirin Birləşmiş Ərəb Respublikasında birləşməsinə qarşı çıxdığına görə Nasser altında yenidən həbs edildi və on altı ay tutuldu. Yenə işgəncəyə məruz qaldı, lakin heç bir cinayətə görə mühakimə olunmadı. Türk bir müddətdir partiyanı dəmir yumruqla idarə edən baş katib Xalid Baqdaşa qarşı çıxaraq, ərəb millətçiliyinə daha müsbət baxışı tələb edən bir qrupa rəhbərlik edirdi. 1972-ci ildə Bakdash, partiyanı hakim Ərəb Baath Sosialist Partiyası ilə müttəfiq olan təşkilatlar koalisiyası olan Milli Mütərəqqi Cəbhəyə birləşdirmək qərarına gəldi. Partiyanın radikal qanadındakı tərəfdarlarla yanaşı, Türk 1960-cı illərin sonlarından bəri görünən bir parçalanmanı birləşdirərək Suriya Kommunist Partiyasını (Siyasi Büro) yaratdı.
Riyad Əliyarov
Riyad Əsəd
Riyad Musa Əsəd (ərəb. رياض موسى الأسعد‎‎; 1961, İdlib) — Suriya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki, Azad Suriya Ordusunun keçmiş hərbi komandiri. Riyad Əsədin sıra ailə üzvü Suriya hökuməti tərəfindən edam edilmişdir. Riyad Əsəd 2011-ci ilin mart ayında Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 4 iyul 2011-ci il tarixində Suriya Hərbi Hava Qüvvələrindən istefa etdiyini elan edir. O, Azad Zabitlər Hərəkatına qoşularaq fərarilik edir. Əsəd digər fərarilər ilə birlikdə 29 iyul 2011-ci il tarixində Bəşər Əsəd hökumətini devirmək üçün qiyamçı bir müharibə aparmaq niyyəti ilə Azad Suriya Ordusunun (ASO) qurulduğunu elan edir. Əsəd Suriya Prezidenti Bəşər Əsəd üçün sürgün həllinə qarşı çıxır və hökuməti devrilənə qədər mübarizə aparmağı arzu edir. Əsəd BMT-nin hərbi müşahidəçiləri Suriyaya daxil olduqdan sonra Suriya üzrə Kofi Annan sülh planına sadiq qalaraq bütün qüvvələr üçün atəşkəs elan edir. Ancaq bir neçə gündən sonra üsyançıların rəhbərlik etdiyi hücumların davam etdiyi yenidən elan edir, səbəb kimi də Bəşər Əsəd hökuməti ona vəd edilənin əksinə, barışığa getməmməyini göstərir. Əsəd 8 dekabr 2012-ci il tarixində Türkiyənin Antalya şəhərində Azad Suriya Ordusunun hərbi komandiri olaraq briqadir Səlim İdris ilə əvəz edilir.
Ər-Riyad
Ər-Riyad (ərəb. الرياض‎) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi. Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir. Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir. Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.
Riyad əmirliyi
Riyad əmirliyi — 1902-ci ildən 1913-cü ilə qədər mövcud olmuş əmirlik. Bu, Səud sülaləsinin rəhbərlik etdiyi monarxiya idi. Dövlət Səud qüvvələrinin Rəşidilər sülaləsinin başçılıq etdiyi Həil əmirliyi ilə Riyad döyüşü zamanı Riyad şəhərini ələ keçirməsindən sonra yaradılmışdır. Bu, Nəcd və Həsa əmirliyinin birbaşa sələfi və indiki Səudiyyə Ərəbistanının ən erkən qanuni sələfi idi. Əl-Həsa 1913-cü ildə fəth edilmişdir.
Riyad Səlamə
Riyad Tofiq Səlamə (ərəb. رياض توفيق سلامة‎ Riyāḍ Tawfīq Salāma; 17 iyul 1950, Əntilyas, Cəbəl Lübnan mühafəzəsi[d]) — 1993-cü ilin aprelindən 2023-cü ilin iyuluna qədər vəzifədə olmuş Livanın mərkəzi bankının keçmiş rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.

Значение слова в других словарях