Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rubber Soul
Rubber Soul — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
Robber Şuman
Robber Şuman (fr. Robert Schuman) — Fransanın xarici işlər naziri (1948-1952) R.Şuman 1886-cı ilin 29 iyununda Lüksemburqda anadan olub. Onun ailəsi 1871-1918-ci illərdə Almaniya imperiyasının tərkibində olan Lüksemburq sərhədində yerləşən Lotaringiyanın Evranj şəhərindən idilər. R.Şumanın ana dili lüksemburq dili idi və fransız dilini yalnız məktəbdə öyrənmişdi. Onun alman təbəəliyi var idi və I Dünya Müharibəsi zamanı Almaniyada mülki xidmətdə idi. Səhhəti ilə əlaqədar olaraq o hərbi çağırışa cəlb olunmamışdı. 1918-ci ildə Lotaringiya Fransaya keçəndən sonra o, Fransa vətəndaşlığını qəbul etdi. R.Şumanın siyasi karyerası Fransa Parlamentinə Mozeldən deputat seçildikdən sonra başlayıb. 1946-47-ci illərdə Bido və Ramadyenin hökumətlərində Maliyyə naziri postunu tutub. 1947-ci ilin noyabrından 1948-ci ilin iyuluna və 1948-ci ilin avqust-sentyabr aylarında baş-nazir vəzifəsində olub.
Centranthus ruber
Centranthus ruber (lat. Centranthus ruber) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin centranthus cinsinə aid bitki növü. Cinsin adı yunanca "gül" və "mahmız" sözlərindən götürülmüşdür. Çiçək tacının bünövrəsindəki şişə görə ona bu ad verilmişdir. Gülçülükdə bu cinsin əsasən 3 növündən istifadə olunur. Yaşıllaşdırmada əsasən Qırmızı kentrantus - C. ruber növü geniş yayılmışdır. Bu çoxillik ot bitkisinin hündürlüyü 90 sm-ə qədər çatır. Ətirli çoxsaylı gülləri qalxanşəkilli çiçək qrupunda toplanmışdır. Gülün çiçək rəngli - ağdan al-qırmızıya qədər tacı müxtəlif ola bilər. Qırmızı kentrantus 1557-ci ildən gülçülükdə istifadə edilir.
Phaethornis ruber
Phaethornis ruber (lat. Phaethornis ruber) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Phoenicopterus ruber
Qırmızı qızılqaz (lat. Phoenicopterus ruber) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Ricinus ruber
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Clathrus ruber
Clathrus ruber (lat. Clathrus ruber) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin phallales dəstəsinin phallales fəsiləsinin clathrus cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Göbələk orta ölçülü meyvə cisminə malikdir. Cavan, açılmamış meyvə cismi şar və ya yumurtavari formada olur, 3-6 sm diametrindədir, ağ və bozumtuldur. Peridi nazik, tez itib gedən xarici qata və həlməşikli orta qata malikdir. Yetişmiş peridi patladıqdan sonra qırmızı rəngli, ayaqcıqsız yarımdairəvi və ya yumurtavari torcuq – reseptakul çıxır. Torcuğun ilmələri elleptik, dairəvi və ya çoxbucaqlı olur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Humus saprotrfodur, termofil növdür.
Ronja, the Robber's Daughter
Sanzoku no Musume Ronja (山賊の娘ローニャ) — Qoro Miyadzakinin Astrid Lindqrenın eyniadlı əsərinin əsasında çəkilmiş anime-serialı.Premyerası 2014-cü ilin oktyabrın 11-də baş tutub.Polygon Pictures və Studio Ghiblinin birgə layihəsi. Sanzoku no Musume Ronja MyAnimeList.net saytında.
Ribyer
Ribyer (fr. Ribiers, oks. Ribiers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ribyer kantonuna daxildir. INSEE kodu — 05118. 2008-ci ildə əhalinin sayı 777 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Üzvi gübrələr istehsal edən böyük şirkətlər var.
Rudbar
Rudbar — İranın Gilan ostanında yerləşən şəhər. Rudbarın əhalisinin əksəriyətini tatlar təşkil edir.
Rubacer
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Ruter
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Ruben
Ruben — ad. Ruben Vardanyan — erməni biznesmen. Ruben Stepanyan — erməni sovet bəstəkarı və dirijoru. Ruben Ayrapetyan — Ermənistan parlamentinin deputatı (2007–2012) Ruben Sənəmyan — Ermənistan hərbçisi, kapitan, Ermənistanın Milli Qəhrəmanı. Ruben Orbeli — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Ruben Rubenov — sovet partiya və dövlət xadimi. Ruben Fleyşer — Amerika kinorejisoru, kino prodüseri, televiziya prodüseri Ruben Arado — Kubanı təmsil edən stolüstü tennisçi. Ruben Roka — Kubalı keçmiş üzgüçü. Ruben Madsen — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Berrios — Puerto-Riko siyasətçisi, vəkil Ruben Yanyes — "Real Madrid"" futbol klubunun qapıçısı.
Kubbar adası
Kubbar adası (ərəb. جزيرة كبر‎) — Küveytə məxsus olan, yaşayışı olmayan adada. Fars körfəzində, Faylaka və Umm-əl-Maradim adaları arasında yerləşir. Qar və Umm-əl-Maradim adalarından sonra ən cənubda yerləşən ada sayılır. Dairəvi formaya malikdir, diametri 370–380 metr təşkil edir. Uzunluğu şərqdən qərbə 470 m, şimaldan cənuba isə 390 m təşkil edir. Sahəsi 0,14 km²-dır (14 ha). Subtropik iqlimə malik mərcan adasıdır. Qumlu ada şimal hissədə çimərliyə sahibdir. Qərb hissədə isə daşlı sahə vardır.
Kəlate Rudbar
Kəlatə Rudbar və ya Kəlatə— İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,826 nəfər və 711 ailədən ibarət idi.
Kəlatə Rudbar
Kəlatə Rudbar və ya Kəlatə— İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,826 nəfər və 711 ailədən ibarət idi.
La-Lubyer
La-Lubyer (fr. La Loubière, oks. La Lobièra) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Bozul. INSEE kodu — 12131. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 8 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 913 nəfər (15-64 yaş arasında) arasında 693 nəfər iqtisadi cəhətdən fəal, 220 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 77.5%).
Lev Qruber
Lev Lazareviç Qruber (rus. Лев Лазаревич Грубер; 24 avqust 1923, Barnaul – 30 aprel 1994, İsrail) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1987). == Həyatı == Lev Qruber 1923-cü ildə Altay quberniyasının Barnaul şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Böyük Vətən müharibəsində iştirak etmiş, Sovet Ordusunda hərbi pilot olmuşdur. 1949-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Bir il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş, 1950-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının truppasında çıxış etmişdir. Aktyor 1990-cı ildə İsrailə köçmüş, orada da vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 mart 1961 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 mart 1987 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985 "Döyüş xidmətlərinə görə" medalı — 6 noyabr 1943 == İfa etdiyi əsas rollar == == Filmoqrafiya == Bizim küçə (film, 1961) — Lem Qızmar günəş altında (film, 1957) Uzaq sahillərdə (film, 1958) == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild.
Mark Vebber
Mark Vebber Avstraliyalı Formula 1 pilotu. 2002-ci ildə Minardi komandasında çıxış edirdi. 2003-cü ildə isə Jaguar Racing komandasına transfer olundu. 2004-cü ilə qədər Jaguar Racing komandasında qalıb, 2005-ci ildə BMW Williams-a getdi. Amma BMW ilə Williams-ın ayrılması səbəbiylə Williams Cosworth-u seçdi. Mövsümün sonuna qədər Williams-da qalıb, 2007-ci ildə Red Bull Racing-ə keçti. 2007-ci il mövsümündə Red Bull-da ən yaxşı dərəcəsi Nürnburgring-dəki üçüncülüyü oldu. 2008-ci ili Red Bull-da keçirən Mark Webber, 2009-cu ildə Sebastian Vettel ilə birlikdə Red Bull-da yarışmağa başladı.2009-cu ildə F1 karyerasındakı 1-ci və 2-ci birinciliklərini qazandı. 2010 mövsümünün çempionu komanda yoldaşı Sebastian Vettelin 14 xal gerisində üçüncü bitirmişdir.
Mari Qruber
Marie Gruber (11 iyun 1955, Vuppertal, Şimali Reyn-Vestfaliya – 8 fevral 2018, Berlin) — Alman aktrisa. == Filmoqrafiyası == === Kino === 1981: "Bürgschaft für ein Jahr" 1983: ...
Paul Rayber
Paul Rayber (alm. Paul Reiber‎; 15 noyabr 1904 – 1992) — almaniyalı Yunan-Roma güləşçisi, Almaniya çempionu və Avropa Çempionatının mükafatçısı. 1904-cü ildə anadan olmuşdur. 1922-ci ildə Vürtemberq torpağının çempionu oldu. 1925-ci ildə Almaniya çempionatında qızıl medal qazandı və Avropanın Çempionatında 4-cü yeri tutdu. 1926-cı ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu və Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1929-cu ildə yenidən Avropan çempionatında iştirak etdi, amma orada yalnız 6-cı oldu.
Ribyer (kanton)
Ribyer (fr. Ribiers) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0516. Ribyer kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası Ribyer kommunasıdır. 2007-ci ildə əhalinin sayı 1 681 nəfər təşkil edirdi.
Rubacer parviflorum
Rubus parviflorus (lat. Rubus parviflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Bossekia nutkana Greene Bossekia parviflora (Nutt.) Greene Rubacer parviflorum (Nutt.) Rydb. Rubus natkanus G.Don [Spelling variant] Rubus nutkanus Mo‡. ex Ser. Rubus nutkanus var. nuttallii Torr. & A.Gray Rubus nutkanus var. parviflorus (Nutt.) Focke Rubus nutkanus var. parvifolius A.Gray Rubus parviflorus var.
Rubble (pişik)
Rubbl (3 may 1988, Devon qraflığı – 3 iyul 2020, İngiltərə) — 3 may 1988-ci ildən 3 iyul 2020-ci il tarixinə qədər yaşamış dünyanın ən yaşlı pişiyi. Rubbl Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
Rudbar (Kirman)
Rudbar — İranın Kirman ostanının şəhərlərindən və Rudbar Cənub şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,275 nəfər və 1,677 ailədən ibarət idi.
Rutger Hauer
Rutger Ulsen Hauer (Nid.: [ˈrɵtxər ˈulsə(n) ˈɦʌuər]; 23 yanvar 1944[…], Bryokelen[d], Utrext – 19 iyul 2019[…], Betsterzvaq[d], Frislandiya[d]) — hollandiyalı aktyor, yazıçı və ekoloq. Həm holland, həm də ingilisdilli seriallarda və filmlərdə rol alıb. Onun karyerası Hollandiya televiziyasında yayımlanan "Floris" serialındakı rolu ilə 1969-cu ildə başladı və 1973-cü ildə kütləvi uğur əldə edən "Türk şirniyyatı" filmi ilə daha da gücləndi. 1977-ci ildə o, "Narıncı əsgər" filmi ilə dünya miqyaslı ulduza çevrildi və Amerika filmlərində çəkilməyə başladı. "Gecə qırğıları" filmində beynəlxalq terrorçu, Blade Runner filmində öz mövcudluğunu dərk edən android Roy Battini canlandırır. Bu filmlərdə nümayiş etdirdiyi aktyor bacarığı onun "Ostermanın uikendi", "Ledi-şahin", "Bədən və qan", "Yol yoldaşı", "Sobibordan qaçış" (bu rola görə Ən yaxşı ikinci plan aktyoru nominasıyasında Qızıl Qlobus mükafatı), "Kor qəzəb", "Qəhrəmanların qanı" və "İzdivac" filmlərində aparıcı rollar almasına səbəb oldu. 1990-cı illərdə o "Baffi – vampirlərin qatili", "Təhlükəli adamın etirafları", Sin City, Batman başlayır, "Ayin" kimi filmlərdə məşhur köməkçi rollar, habelə "Tüfəngli evsiz" filmində baş rol oynadı. Hauer ekoloq idi. O, həmçinin Rutger Hauer Dəniz Ulduzları Dərnəyi adlı QİÇS haqda məlumatlılıq təşkilatı qurmuşdu. Hauer 23 yanvar 1944-cü ildə, Hollandiya İkinci Dünya Müharibəsi dövründə alman işğalı altında olarkən Bryokelendə anadan olmuşdur.
Rudsər
Rudsər — İranın Gilan ostanında yerləşən şəhər. Rudsər şəhərinin əhalisinin əksəriyyəti giləklərdir.
Ruydər
Ruydər — İranın Hörmüzgan ostanının Xəmir şəhristanının Ruydər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,470 nəfər və 1,236 ailədən ibarət idi.
Rəhbər
Rəhbərlik — nadir idarə etmək keyfiyyətidir. Rəhbər ilk növbədə kadrların seçilməsi və hazırlanması qayğısına qalmalıdır, icraçılar nə qədər çox səylə işləsələr, hər hansı iş bir o qədər yaxşı yerinə yetirilə bilər. Buna görə rəhbər daim kadr məsələləri ilə məşğul olmalı, icraçıların düzgün seçilməsinə diqqət yetirməli, onlardan ötrü lazım gələn istehsal və məişət şəraitinin yaradılması qayğısına qalmalı, onların peşə cəhətdən yüklənməsinə kömək etməli zəruri maddi və mənəvi həvəsləndirmə sistemini təmin etməlidir. Rəhbər özünün rəhbərlik etdiyi bütün istehsal sahələrinin zəruri, maddi-texniki ehtiyatlarla təmin edilməsi qayğısına qalmalıdır. O istehsalı yaxşı bilməli və həmişə mütərəqqi texnologiyaya əsaslanmalıdır. Rəhbər işində öz xarakterinə görə müxtəlif olan daimi və ya müvəqqəti təşkilat sistemləri yaradılması məsələləri əməkçi kollektivlərinin yaradılması, aqreqatların kompleksləşdirilməsi, icraçıların və texnikanın iş yerləri üzrə bölüşdürülməsi xüsusi yer tutur. Bu rəhbərin bütün təşkilat işinin çox mühüm və vacib hissəsidir. Bu işdə bu və ya digər formada daim məşğul olmaq lazım gəlir, çünki mövsümi xarakter daşıyır. Rəhbərin gördüyü işin müvəffəqiyyəti bir çox cəhətdən idarə etdiyi istehsalın bütün sahələrində işlərin vəziyyəti haqqında dolğun və dürüst məlumatı olmasından asılıdır. İstehsalın müxtəlif cəhətlərinin vəziyyəti haqqında mükəmməl məlumat olmadan səmərəli idarəetmə ola bilməz.
Abbər
Abbər (yerli xalqın dilində Obar) — İranın Zəncan ostanında şəhər,Tarım şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,918 nəfər və 1,358 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Tarım kəndistanında, Sirdan qəsəbəsindən 54 km şimal-qərbdədir.
Rütbə
Rütbə — şəxsin və ya komandanın xidmətlərinin və ya peşəkar, rəsmi, elmi və ya digər keyfiyyətlərin rəsmi tanınmasını göstərən səlahiyyətli orqanlar tərəfindən müəyyən və təyin edilmiş ad.
Çubər
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Fatimə Rəhbər
Fatimə Rəhbər (fars. فاطمه رهبر‎; 1964, Tehran – 7 mart 2020, Tehran) — İran parlamentinin deputatı. == Həyatı == Fatimə Rəhbər 1964-cü ildə Tehranda doğulub. İran parlamentinə fevralda keçirilmiş seçkilərdə deputat olmuşdur. Seçkilərdən dərhal sonra koronavirusa yoluxmuşdur. 7 mart 2020-ci ildə koronavirus xəstəliyindən Tehranda vəfat etmişdir.