Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rumul
Rumul (fr. Roumoules, oks. Romolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04172. 2008-ci ildə əhalinin sayı 722 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Ramal
Ramal — ad. Ramal Hüseynov — Azərbaycan futbolçusu. Ramal Aslanov — Azərbaycan kikboksçusu. Ramal Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ramal Amanov — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar. Digər Ramal (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Ramal (Ucar)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramal (kənd)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramal Amanov
Ramal Amanov (tam adı: Ramal Rəsul oğlu Amanov) — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. 2005 Dünya Həvəskar Boks Çempionatında, Amanov yüngül çəkidə gümüş medal qazanıb, yarımfinalda İtaliya Domeniko Valentinosunu məğlub edib, Kubalı Yordenis Yuqasa udaraq, finala yüksəlib. Qızıl medal qazanıb. 2006-ci ildə Amanov "Ənvər Çoudri" Kubokunda qızıl medal qazanıb, final görüşündə Türkiyə idmançı Aydın Səlçuku məğlub edib. 2007-cu il Dünya Çempionatında o, Daudanı məğlub edib, lakin son nəticədə Frenki Gevinə məğlub olub. Gümüş medalla kifayətlənib. 2008 ci ildə İtaliyada birinci Avropa oyunlarında Georgian Popescunu məğlub edib, yarım finalda Miklos Vargaya məğlub olmuşdur. Bürünc medal qazanıb.
Ramal Aslanov
Rəmal Əli oğlu Aslanov (1 mart 1992, Çənlibel, Şəmkir rayonu; daha çox Ramal Aslanov olaraq tanınır; ləqəbi: Lord) — Azərbaycan kikboksçusu. O, kikboksinq üzrə dünya kəmərinin sahibi, 12 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu, "Əməkdar idman ustası", Azərbaycan Kikboksinq Federasiyasının vitze-prezidenti və kapitanı, eləcə də Azərbaycan Prezidenti mükafatçısıdır. Ramal Aslanov 1 mart 1992-ci il tarixində Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur. O, əslən Ermənistanın Vardenis rayonundandır. Aslanovun bir bacısı var. O, orta məktəbdə oxuyarkən həkim olmaq istəmiş, lakin sonra kikboksinqdə çempionluqlar qazandıqca, dərslərdən uzaqlaşmağa başlamışdır. Aslanov 2009-cu ildə orta məktəbi, 2014-cü ildə isə Azərbaycan Dövlət İdman Akademiyasını bitirmişdir. O, 2014–2015 illərdə həqiqi hərbi xidmətini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının idman komandasında keçmişdir. Ramal Aslanov 2004-cü ildə cəmi bir həftə muay tay təlimləri keçmiş, həmin il isə kikboksinq üzrə məşqlərə başlamışdır. Onun ilk və son məşqçisi əməkdar məşqçi Hakim Hacıyev olmuşdur.
Ramal Hüseynov
Ramal Hüseynov (16 dekabr 1984, Hayrabolu, Türkiyə) — Azərbaycan futbolçusu. 16 dekabr 1984-cü ildə doğulan Ramal Hüseynov Qarabağ, Neftçi və Bakı klublarının formasını geyinib. Ramal 2008/2009 mövsümünün ikinci yarısında "Bakı"dan "Kocaelispor"a icarəyə verilmişdi. Türkiyənin Kocaelispor komandasının heyətində 2008/2009 mövsümündə Türkiyə Super Liqasının sonuncu – 34-cü turunda 81 dəqiqə oynamış və 1 qol vurmuşdur. 2009/2010 mövsümündə Standard Sumqayıt klubunda çıxış etmişdir.
Ramal Məmmədov
Ramal Qasımov
Ramal İsrafilov
Ramal İsrafilov (15 iyun 1985, Şamaxı) — Azərbaycanlı müğənni, bəstəkar. İsrafilov Ramal 1985-ci il, iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub. 1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansambl ilə çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.
Rural Universiteti
Rural Universiteti (isp. Universidad Rural) — Qvatemalaın paytaxtı Qvatemala şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1988-ci ildə qoyulmuşdur.
Rəmal Gülüşov
Rəmal Qasımov
Rual Amundsen
Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı. Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı. Amundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Humay
Humay — qadın adı.
Jumak
Jumak (kor. 주막) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. Qumarın ən məşhur formalarına slot, blackjack və rulet kimi kazino oyunları, həmçinin idman mərc oyunları, poker və lotereya oyunları daxildir. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar.
Damal
Damal — Ərdəhan ilinin Damal ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. == Əhalisi == Əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 2,890 nəfərdir. İnönü də daxil olmaqla 8 məhəllədən ibarətdir. Şəhərdə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov — pedaqoji elmləri doktoru, professor. Camal Paşa — Türkiyə dövlət və hərbi xadimi. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar. Camal Feyziyev — Azərbaycanı təmsil edən güləşçi.
Cumayl
Cumayl (Əl-Camil, Əl-Qəmil və ya Əlcmail) — Zuvarədən cənubda və Sabratadan 100 km qərbdə yerləşən Liviya şəhəri. 120 mindən çox əhalisi olan şəhər bölgə və əhali baxımından populyarlığında ən böyük şəhər hesab olunur. 2010-cu ilə görə şəhər əhalisinin sayı 102 mini keçmişdi. == Qohumluq əlaqələri == Ən böyük olan Əl-Nuvail qəbilələri ilə bərabər Əl-Safat, Həmidat, Şan, əl-Sahan, ər-Rəbaiya və əl-Cəlidat qəbilələrinin qarışığıdır. == İqtisadiyyat == === Kənd təsərrüfatı === Bölgə ilk növbədə kənd təsərrüfatı ilə tanınır və ən məşhur bitkiləri zeytun, üzüm, əncir, badam və xurma ağaclarıdır. === Sənaye === Liviyada ən sürətli internet təmin edən Dəmir Formalandırma Zavodu və Orange Telecom və Texnologiya kimi bir sıra fabriklər və kiçik sənaye ortaqlıqları da var. === Ticarət === Şəhər həm də ticarət və alış-veriş baxımından qərb bölgəsinin ən vacib şəhərlərindən biri hesab olunur.
Drupal
"Drupal" — veb əsaslı Məzmun İdarəetmə Sistemi "Drupal" layihəsini 2000-ci ildə Dris Beytart istifadəyə vermişdir. Belə ki, Antverpen Universitetinin bir neçə tələbəsi internetə çıxış üçün ümumi ADSL-modemdən istifadə edirlər və Dris bu kiçik lokal şəbəkəsinin istifadəçilərinin ünsiyyəti üçün daxili sayt yaradır. Müsahibələrinin birində Beytart həmin dövrü belə xatırlayır: "Mən universitetdə oxuduğum zaman PHP və MySQL kimi texnologiyalar haqqında daha çox öyrənmək istəyirdim. Həmçinin, tələbələr üçün daxili mesajlaşma sisteminə ehtiyacın olduğunu hiss edirdim. Nəhayət, mən sadə bir mesaj board yazdım. Onu bitirdikdən sonra, daxili mesaj boardı internet üzərindən hərəkət etdirmək qərarına gəldim." Beytart layihə barədə fikirlərini davam etdirərək qeyd edir: "Mən saytı kənd və ya kiçik şəhər anlamına gələn "dorp" ingilis sözü ilə adlandırmaq istəyirdim, lakin qeydiyyatdan keçirən zaman kiçik səhvə yol verdim, adı "drop" (damcı) olaraq qeyd etdim. İlk olaraq bunu görəndə çox təəccübləndim, lakin sonradan adı elə bu cür saxlamağa qərar verdim". 2001-ci ildə Dris "Drupal" adı altında "drop.org" mənbə kodunu dərc etdi. O vaxtdan hazırlama daha sonra layihənin rəsmi saytı statusunu əldə edən "drupal.org" saytına yerini dəyişdi, hansı ki, layihənin rəsmi saytının statusunu əldə etdi. Yeni saytın auditoriyası zamanla yeni veb-texnologiyaların inkişafı ilə maraqlananlarla əvəz olundu və yeni sayt tədricən həvəskar sınaqdan veb-proqramlaşdırma ideyalarının müzakirələri üzrə layihəyə keçdi.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Cemal Hünal
Cəmal Hünal (2 oktyabr 1976, İstanbul) – Türk aktyor. == Həyatı == Cəmal Hünal 2 oktyabr 1976-cı ildə İstanbulda anadan olub. İki il Saint Benoit Fransız Liseyində təhsil aldıqdan sonra, yaşadığı disiplin problemlərinə görə ailəsi tərəfindən Şotlandiyadakı Gordonstoun İnternational Summer School a göndərildi. Orta məktəbi bitirdikdən sonra Londonda dizayn təhsili almağa qərar verdi və bir müddət burada yaşadıqdan sonra aktyorluq təhsili üçün Los-Angeles a getdi. O, UCLA Extension, Santa Monica College və London Film School-da teatr və kino üzrə təhsil alıb. O, ABŞ-də müxtəlif qısametrajlı filmlərdə rol alıb. Bir Zamanlar serialındakı Murat roluna görə o, polşalı müəllimlərdən Osmanlı texnikası əsasında döyüşmək üçün təlim alıb. == Filmoqrafiyası == === Televiziya serialı === Asi (2007–2009) — Kərim Kış Masalı (2009) — Ali Murat Adanalı (2010) — Alex Bana Yazmışlar (2011) — Yalçın Bir Zamanlar Osmanlı: Kıyam (2012) — Murat Osmanlı Tokadı (2013) — Moğol Tatar Ramazan (2013) — Rüstem Sinan Paramparça (2014) — Alper Diriliş: Ertuğrul (2017) — Tekfur Ares / Ahmet Alp Tozkoparan (2019) — Celal Hoca Sadakatsiz (2021) — Sinan Bozkır Arslanı Celaleddin (2021) Maske Kimsin Sen?
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.