Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir. Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".
Bardaqdan nə tökülə bilər (film, 1988)
Bardaqdan nə tökülə bilər qısametrajlı sənədli televiziya filmi rejissor M. Ağayev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir.
Sofulu
Sofulu (Qarakilsə) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisiyan rayonunda kənd. Sofulu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Sofulu (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Sofulu (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd.
Sofulu (Ağdam)
Sofulu — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. Sofulu kəndi Xaçınçayın sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsinin adı azərbaycanlıların kəngərli elinin sofulu tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Heyvandarlıqla məşğul olan sofulular keçmişdə yayı Ermənistanın Sisyan (Qarakilsə) rayonunda, qışı isə Qarabağda keçirirdilər. Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild.
Sofulu (Cəbrayıl)
Sofulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulu kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əsas təsərrüfatı heyvandarlıq idi.
Sofulu (Qarakilsə)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir. Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – "başçı", "knyaz", "şahzadə" (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi "Si" və "Sakan" hissələrindən ibarətdir və "Si sakları" mənasını verir. "Sakan" komponenti Sak etnoniminə və — an şəkilçisinə ayrılır. Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!).
Sofulu (Qazax)
Sofulu – Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.. Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulular keçmişdə yayı indiki Ermənistanın Sisyan rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onlann oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 182 nəfər əhali yaşayır. Əhalinin 80 nəfəri kişilər, 102 nəfəri qadınlardan ibarətdir. Vilayət Hacıyev (1950) - Azərbaycan filoloqu, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent. Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti.
Sofulu (Sisian)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir. Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – "başçı", "knyaz", "şahzadə" (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi "Si" və "Sakan" hissələrindən ibarətdir və "Si sakları" mənasını verir. "Sakan" komponenti Sak etnoniminə və — an şəkilçisinə ayrılır. Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!).
Sofulu məhəlləsi
Sofulu məhəlləsi - Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır. Məhəllə sakinlərinin böyük əksəriyyətini Hacı Qədimlilər və Şeyxzamanovlar təşkil edir. Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi. Tanınmış etnoqraf Qəhrəman Qaraqaşlı, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünya şöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.
Sofulu məscidi
Sofulu məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Səfərabad məscidi — Azərbaycanın Sofulu məhəlləsində Gəncə şəhərində tarixi tikili.
Toulmen (Formula-1 komandası)
Toulmen (ing. Toleman) — Böyük Britaniyada keçmiş Formula 1 konstruktor komandası. Komanda 1981-1985-ci illərdə 4 dünya çempionatında və Qran-pri də iştirak etmişdir. Toleman şirkəti 1926-cı ildə Edvard Toleman tərəfindən Ford avtomobillərini Old Trafford, Mançester şəhərindəki fabrikindən gətirmək məqsədilə qurulmuşdur. Tolemanın Formula 1-ə girişi 1980-ci ilin noyabr ayında elan edildi. 1982-ci il karbon-kompozit Toleman TG183 avqustun sonuna hazır olana qədər, yenilənən Toleman TG181C Warwick və Teo Fabi tərəfindən istifadə olundu. TG183 yalnız iki Qran-pri də (İtaliya və Las Veqas) istifadə edilmişdir. 1983-cü ildə TG183B böyük bir yeniləmə sayəsində təkmilləşdirilmişdir. Derek Warwick fəaliyyətə davam edir, Teo Fabi isə Bruno Giacomelli ilə əvəz edildi. "Warwick"in fəaliyyəti nəticəsində Toleman konstruktor çempionu sıralamasında 9-cu yeri tutdu.
Sokullu Mehmed Paşa
Sokollu Mehmed Paşa (1505, Sokoloviç[d], Osmanlı imperiyası – 11 oktyabr 1579, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — I Süleyman, II Səlim və III Murad dönəmlərində ümumilikdə 14 il 3 ay 13 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. 1505-ci ildə Bosniya əyalətinin Vişeqrad nahiyəsinin Sokoloviç kəndində dünyaya gəlmişdir. Atasının adının Dmitri olduğu, olduqca uzun boylu olduğu üçün Osmanlı mənbələrində "Tavil" (yəni, uzun) ləqəbiylə anılır. İlk təhsilini Bosniyadakı bir monastrda rahib olan dayısından aldı. Sultan Süleymanın səltənətinin ilk illərində Bosniyadan dəvşirilərək ailəsindən alınmışdır. Mehmed Paşa şəxsən özü 1576-cı ildə Venesiya elçisi Mark Antonio Tiepoloya ailəsindən alındığı vaxt 18 yaşında olduğunu söyləmişdir. Silahdar olduğu illərdə Bosniya əyalətinin vergilərini toplamaqla vəzifələndirilən Əhməd bəyin vastəsilə atasını, ortancıl qardaşını və əmisi oğlunu İstanbula gətirtmişdir. Atası müsəlman olub Cəmaləddin Sənan adını aldı. Ortancıl qardaşı Mustafa vəfat etmiş, ardından anasını və kiçik qardaşını da yanına gətirtmişdir. Ancaq bu qardaşı da uşaq yaşlarında vəfat etmişdir.
Sofulu məhəlləsi (Gəncə)
Sofulu məhəlləsi - Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır. Məhəllə sakinlərinin böyük əksəriyyətini Hacı Qədimlilər və Şeyxzamanovlar təşkil edir. Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi. Tanınmış etnoqraf Qəhrəman Qaraqaşlı, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünya şöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.
Kafkas İlköğretim Okulu
Kara harp okulu
Türkiyə Quru Qoşunları Akademiyası — Türkiyədə Milli Müdafiə Universiteti nəzdində Ali Hərbi Təhsil müəssisəsidir. == Yaranması == Məktəbi Hərbiyəyi Şəhanə, Sultan II. Mahmudun əmri ilə 1834-cü ildə qurulmuşdur. Başlanğıcda təhsilin bütün pillələrində fəaliyyət göstərən Hərbiyə, ilk məzunlarını 1841-ci ildə verə bilmişdir.1845-ci ildə Hərbi Liseylərin qurulması və eyni il edilən proqram inkişaf etdirmə çalışmaları nəticəsində Hərbiy ə, təhsil müddəti 4 il olan bir orta ixtisas məktəbi adını qazanmışdır. Hərbiyə, 1908-ci ilə qədər keçən müddət ərzində xüsusilə piyada və süvari zabitlərini yetişdirmişdir.1905-ci ildə beş ordu mərkəzində açılmış Ədirnə, Monsatr, Ərzincan, Şam və Bağdad Hərbi Məktəbləri qısa bir müddət ərzind ə bağlanmışdır. Bundan sonra İstanbuldaki Hərbiyə Məktəbi, təlim və tədrisə davam etmişdir. Ard-arda baş vermiş müharibələr zamanında sürətləndirilmiş bir təhsil proqramı təşkil edərək cəbhələrə zabit yetişdirən Hərbiyə, Mütarəkə zamanında 1 iyul 1920-ci ildə Ankarada Abidin Paşa Köşkündə təhsil və təlimə başlamışdır. Hərb Məktəbi, ilk məzunlarını 1920-ci ildə vermişdir. Lozan Müqaviləsinin imzalanmasından sonra Hərb Məktəbi, təkrardan İstanbulda təhsilə başlamışdır. Quru Qoşunlar Məktəbinin yeri 25 Snetyabr 1936-cı il tarixdə Ankaraya köçürülərək yeni təhvil verilmiş binasında təhsilə başlamışdır. İki il olan təhsil müddəti 1948-ci ildə 3 il, 1963-cü ildə 2 il və 1971-ci ildə 3 il olaraq hazırlanmışdır.1974-cü ildən etibarən 4 illik bakalavr təhsili proqramına başlamışdır.
Harp Okulu İK
Harbiye İdman Yurdu — Ankarada yerləşən Hərbi Akademiyanın idman klubudur. Əvvəlcə İstanbulda Harbiye adı ilə qurulan klub 1936-cı ildə Ankaraya köçdü və bir neçə ildən sonra adı Hərbi Akademiya olaraq dəyişdirildi. Müxtəlif idman sahələrində fəaliyyət göstərən klub ən böyük uğurlarını futbol və basketbol sahələrində yaşayıb. Futbol komandası hələ İstanbulda olarkən 1924-cü ildə ilk dəfə keçirilən Türkiyə Futbol Çempionatını qazandı və Türkiyə futbol tarixində ilk futbol çempionu oldu. 1936-cı ildə Hərbi Akademiya olaraq Ankaraya köçdükdən sonra bu uğurunu 1942 və 1945-ci illərdə təkrarlamış və tarixində üç dəfə Türkiyə futbol çempionu olmuşdur. Basketbolda 1951 və 1952-ci illərdə ardıcıl iki dəfə Türkiyə Basketbol Çempionatının qalibi olub.