Sofulu məscidi — Azərbaycanın Gəncə şəhərində Nizami və Qəmbər Hüseyinli küçələrinin kəsişməsində yerləşən məscid və memarlıq abidəsi.[1] Sofulu məhəlləsində tikilən məscid XIX əsrə aiddir.[2] Məscid məhəllənin sakini Hacı Qədimin vəsaiti hesabına tikildiyinə görə məhəllə sakinləri məscidə Hacı Qədim məscidi də deyirlər.[2] Məscid günbəzsizdir.[3]
Sofulu məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Nizami Küçəsi və Qəmbər Hüseyinli küç kəsişməsi |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[4] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[5] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[5][6] Sofulu məscidi də bu dövrdə ibadətə bağlanıb.