Sofulu (Qazax)

SofuluAzərbaycan Respublikasının Qazax rayonunun Cəfərli inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.

Sofulu
41°00′03″ şm. e. 45°12′51″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qazax rayonu
Tarixi və coğrafiyası
Sahəsi 22 km²
Mərkəzin hündürlüyü 579 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 182 nəfər (2009)
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Sofulu xəritədə
Sofulu
Sofulu

Kənd 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[1].

Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulular keçmişdə yayı indiki Ermənistanın Sisyan rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onlann oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi.[2]

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 182 nəfər əhali yaşayır. Əhalinin 80 nəfəri kişilər, 102 nəfəri qadınlardan ibarətdir.[3]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Vilayət Hacıyev (1950) - Azərbaycan filoloqu, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent.
  1. "Qazax rayonunun 7 kəndi erməni işğalı altındadır". 2012-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]