Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nigah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Sarıgah
Sarıgah — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Toponim qədim türk dilində «iri, nəhəng, uca, hündür, yüksək, dik» mənasında işlənən sarı sözü ilə «qayalıqda, dağda təbii və ya süni oyuq, mağara» mənasında işlənən kah // kaha sözünün birləşməsindən əmələ gəlib «böyük mağara yanında salınan kənd» mənasını ifadə edir. Deməli, toponimin ikinci komponenti gah kah sözünün fonetik variantıdır və sözdə k~g səs əvəzlənməsi baş vermişdir. Bu hadisə Azərbaycan dili üçün qanunauyğun haldır. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10.V.1951-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sangyuğ qoyulmuşdur.
Şunqar
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Suriqao boğazı
Suriqao boğazı - (ing. Surigao Strait) Filippin arxipelaqına daxıl olan Mindanao adasını leyte adasından ayırır. Sakit okeanında Mindanao dənizini Filippin dənizi ilə birləşdirir. Uzunluğu 100 km, ən dar yerdə eni 22 km təşkil edir. Orta dərinliyi 25 - 54 kilometrdir. Cənub-qərbdə dərinliyi 1000 m təşkil edir. Burada axın gərb və cənub-qərbə doğru istiqamətlənir. Sürəti 50 sm/s çatır. Əsas liman Suriqaodur və Mindanao adasında yerləşir.
Şunqar (Sulduz)
Şunqar (fars. شونقار‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (34 ailə).