BOYANMAQ

f.
1. Rənglənmək, boya ilə örtülmək, boya qəbul etmək. Parça yaxşı boyanır.
// Məc. mənada. Hər yer batan günəş şöləsi ilə boyanmışdı.
– Yer üzü qırmızımtraq bir rəngə boyanırdı. Ə.Əbülhəsən.

2. Batmaq, bulanmaq. Al qana boyanmaq.
– Şahin-şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar! M.V.Vidadi.

// Özünü, üst-başını boyamaq, kirləndirmək, ləkələndirmək, batırmaq. Uşağın üst-başı mürəkkəbə boyanmışdır.
3. qayıd. Üz-gözünə boya sürtmək.
4. məc. Alışmaq, mübtəla olmaq.
Biz atəşihicran ilə duzəxlərə yandıq; Sevdaya boyandıq. S.Ə.Şirvani.

BOYANMA
BOYANMIŞ

Значение слова в других словарях