Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbu İshaq Sələbi
Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbi (ərəb. أحمد الثعلبي‎‎; Nişapur – noyabr 1035, Nişapur) — islam ilahiyyatçısı, Quran tərcüməçisi, tarixşünası. == Həyatı == Tam adı Əbu İshaq Əhməd ibn Məhəmməd ibn İbrahim Nisaburi Sələbidir. Onun həyatı haqqında az şey məlumdur. Sələbi hicri təqvim ilə 427-ci ilin Məhərrəm ayında (1035-ci ilin noyabrı) vəfat etmişdir.Sələbi iki əsəri ilə tanınır. Birinci əsər çoxcildlik "əl-Kəşf və'l-bəyan'ən təfsir əl-Qur'an" təfsiridir. İslam ilahiyyatçıları onun təfsirinin nüfuzuna şübhə ilə yanaşırlar, çünki burada Mükatil ibn Süleyman, Məhəmməd Kəlbi və digər etibarsız rəvayətçilərdən nəqllər var. Bu, yəqin ki, onun təfsirinin uzun müddət nəşr olunmamasını izah edir. Bəqəvinin (1122-ci ildə vəfat etmişdir) "Müəllim ət-tənzil" əsəri Sələbinin əsərinin qısaldılmış variantı hesab olunur.Sələbinin ikinci məşhur əsəri təfsir kimi istifadə olunan, peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" kitabıdır. Ən erkən nəşri 1286-cı ilə aid edilir.
Şəmşədil (mahal)
Şəmşəddil mahalı — Gəncə xanlığının mahallarından biri. 1747-ci ildə yaranmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı. == Tarixi == 1789-cu ilin əvvəllərində Fətəli xanın təklifi ilə Şamxorda (indiki Şəmkir) gürcü çarı II Irakli ilə görüş keçirilir. Quba xanlığı tərəfindən Gəncə və Şəki xanlarının da iştirak etdiyi bu görüşdə bir sıra mühüm siyasi və strateji məsələlər müzakirə olunur. Fətəli xan Iraklidən Şəmşəddil mahalının həmişəlik Gəncə xanlığına qatılmasına razılıq alır. == Toponimiyası == Erməni mənbələrində Şəmsəddin formasında 1587-ci ildən məlumdur. Qızılbaşların Zülqədər tayfasının qollarından (Hacılar, Koruqlu, Mosul, Xəzərli və Şəmsəddinlu) Şəmsəddinlu elinin adını əks etdirir. Bu el 1515-ci ildə indiki Şəmşədil r-nu ərazisində məskunlaşmışdır. 1593-cü ilə aid mənbədə “Nahiyeye arani nehri Hasan” (“Həsən adlı şəxsin aranı, yəni qışlağı”) və “Nəhri Qazax”da Şəmşədilu tayfasının yaşadığı qeyd olunmuşdur .
Şəmşədil sultanlığı
Şəmşəddil sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. == Tarixi == Şəmşəddil 18-ci əsrin ortalarında (1747) yaranmış sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əhalisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi Öksüzlü (Tovuz ərazisində) obasıydı. şəmşəddil sultanlığına Zülqədərovlar başçılıq edirdilər. Zülqədərovlar əsasən Xılxına kəndində yaşayırdılar. Şəmşəddil sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli Çarlığına tabe olsa da, daim müstəqillik uğrunda çarpışmışdı. Tarixdə Şəmsəddin sultanlığı (mahalı) da adlandırılan Şəmşəddil sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmışdı. Şəmşəddilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747-1761-ci illərdə sultanlıq etmişdi.