Şəmşədil sultanlığı

Şəmşəddil sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır.

Sultanlıq
Şəmşəddil sultanlığı
 
 
1747 — 1819

Paytaxt Öysüzlü
Rəsmi dilləri Azərbaycan dili
Dövlət dini İslam
Ərazisi 4481.4 km²
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Zülqədərovlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəmşəddil 18-ci əsrin ortalarında (1747) yaranmış sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əhalisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi Öksüzlü (Tovuz ərazisində) obasıydı. Şəmşəddil sultanlığına Zülqədərovlar başçılıq edirdilər. Zülqədərovlar əsasən Xılxına kəndində yaşayırdılar. Şəmşəddil sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli Çarlığına tabe olsa da, daim müstəqillik uğrunda çarpışmışdı. Tarixdə Şəmsəddin sultanlığı (mahalı) da adlandırılan Şəmşəddil sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmışdı. Şəmşəddilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747-1761-ci illərdə sultanlıq etmişdi. Şəmsəddilin ən qüdrətli sultanı Nəsib sultan olmuşdur (1797-1819).[1]

  1. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013