SULTAN

Ərəbcə “hakimiyyət” mənasını verən sözdür. Səltənət isə onun cəmidir. Qadın adı kimi Sultanım sözü də var (Xan-ım, Bəy-im qəlibi üzrə yaranıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SULİDDİN
SULUQ
OBASTAN VİKİ
Bayandur sultan
Bayandur sultan (XVIII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. 1701-ci ildən Şah Sultan Hüseynin fərmanı ilə Qaradağın hakimi. Mahmud sultanın oğlu, Məhəmmədqasım xanın atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Beyhan Sultan
Beyhan Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Beyhan Sultan — 18. Osmanlı sultanı Sultan İbrahimin qızıdır. Beyhan Sultan — 26. Osmanlı sultanı III Mustafanın qızıdır.
Bəhicə Sultan
Bəhicə Sultan (26 avqust 1848, Konstantinopol – 30 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. 1848-ci ildə dünyaya gəlmişdir. Anası I Əbdülməcidin üçüncü iqbalı Nəsrin xanımdır. 1876-cı ildə I Əbdülhəmid dönəminin sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvəsi Həmid Dərvişlə evləndirilmişdir. Evliliyinin 13-cü günü 30 noyabr 1876 tarixində 28 yaşında ikən vərəmdən vəfat etmişdir. Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
Cadik Sultan
Cadik (XV əsr - 1520 ) – Qazax sultanı, Qazax xanlığının banisi Xan Zhanibekin doqquzuncu oğlu. Məhəmməd Haydar Dulati Cadiqi ən nüfuzlu hökmdarlardan biri hesab edirdi. Jadikin qohumu Qasım xan diplomatik və siyasi işlərdə ona arxalanırdı. Mənbələrdə Jadik haqqında çox az məlumat var. Cadik Şıqayın oğlu Qazax xanlığının xanı idi. Cadik Cılandı Tobe traktında Şıqım Mirzənin başçılıq etdiyi noqaylarla döyüşdə öldü. Kadırqali Kosimulinin sözlərinə görə, Cadikin məzarı Urgançda, Bakırqan Ata ərazisində yerləşir.
Cahanbanu Sultan
Cahanbanu Sultan (tam titulu: Bilqüs-zamani Ülyacənab, Naibəyi -Nəvvabi Səfəviyyə Cahanbanu Sultan Səfəvi) Cahanbanu Sultan Zibeydə sultan ilə İsa xanın qızı olmuşdur. Onun anası Şah I Abbasın 4 dekabr 1586 - cı ildə Fəxricahan xanımdan olma qızı idi. Atası da Səfəvi nəslinə mənsub bir xan olmuşdur. 1612-1632 - ci illər arasında atası Qorçubaşı vəzifəsi icra etmişdir. Hər iki ana, ata öz qızlarına mükəmməl tədris və dərs vermişlər. Cahanbanu xanım çox gözəl şairə həmçinin də natiq olmuşdur. Bu dövrdə hər zaman olduğu kimi Səfəvi sarayı yenə intriqalarla dolu idi. Xalası Xanağa sultanın onları aradan götürmək istəyi saray mübarizəsini artırırdı. İsa xanın nüfuzunun artması Xanağa sultanın və əri Mirzə Abu Talibi narahat edirdi. Onlar fürsət gəzir həm Zibeydə, həm də İsa xanı aradan götürməyə çalışırdılar.
Cem Sultan
Cem Sultan (22 dekabr 1459, Ədirnə – 6 mart 1495, Kapuya[d], Kampaniya) — Osmanlı şahzadəsi. Sultan II Mehmedin sonuncu oğlu və VIII Sultan II Bəyazidin kiçik qardaşı. Cem Sultan 14 il müddətində Roma papası tərəfindən əsir saxlanılmışdır. Cem Sultan, Sultan II Mehmedin sonuncu oğlu olaraq 23 yanvar, 1459-cu ildə Ədirnə Sarayında dünyaya gəlmişdir. Cem Sultanın doğum xəbəri II Mehmedə Yunanıstan səfərində olarakən çatmışdır. Cem dörd yaşında olarkən müəllimlərdən müxtəlif dərslər almağa başlamışdır. Əsasən sadə anlayışlardan başlayan ilkin dərslərdə dini mövzular üstünlük təşkil etmişdir. Bu cür dərslər Cem Sultana on yaşına qədər verilmişdir. Cemin Mükəmməl təhsil almasının ən böyük sübutu kimi hələ uşaq yaşlarından Yunan dilini təmiz öyrənməsi göstərilmişdir. Gənclik dövründə Cem Sultan digər Şahzadələr kimi rəsmi vəzifəyə təyin olunmuşdur.
Daniyal Sultan
Daniyal Sultan цахур: Даниял-Бек Ахмадна дик — İlisu sultanı (1831–1844); Çar Rusiyasına qarşı Şeyx Şamilin başçılıq etdiyi hərəkatın iştirakçısı; 3-cü dərəcəli müqəddəs Stanislav (28 fevral 1832), 2-ci dərəcəli müqəddəs Anna (31 mart 1843) və 3-cü dərəcəli müqəddəs Vladimir ordeni (1843) ilə təltif edilmiş Çar Rusiyası general-mayoru. Milliyətcə saxurdur. Daniyal bəy İlisu hakimi qvardiya polkovniki Əhməd xanın ailəsində dünyaya gəlmişdir. Atası Əhməd xan rus hərbi dairələrində öz nüfuzu ilə seçilən bir adam olmuşdur. Hələ 1812-ci ildə general P.Kotlyarevskinin qoşununun tərkibində İlisu süvarilərinə başçılıq etmişdir. Aslandüz döyüşündə isə onun süvariləri Qaradağ hakimi Allahyar xanı əsir almışlar. Daniyal bəy Əhməd xanın 6 oğlundan 5-cisi idi. Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa sultana keçir. Lakin Musa Sultanın da qısa müddətdən sonra ölümü Daniyal bəyin hakimiyyətə gəlişi ilə nəticələnir. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyir.
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Behicə Sultan
Bəhicə Sultan (26 avqust 1848, Konstantinopol – 30 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. 1848-ci ildə dünyaya gəlmişdir. Anası I Əbdülməcidin üçüncü iqbalı Nəsrin xanımdır. 1876-cı ildə I Əbdülhəmid dönəminin sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvəsi Həmid Dərvişlə evləndirilmişdir. Evliliyinin 13-cü günü 30 noyabr 1876 tarixində 28 yaşında ikən vərəmdən vəfat etmişdir. Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
Behiyə Sultan
Behiyə Sultan (20 sentyabr 1881, Çırağan sarayı, Konstantinopol, Osmanlı imperiyası – 5 mart 1948, Qahirə, Misir) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Behiyə Sultan 20 sentyabr 1881-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Behiyə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 17 fevral 1910-cu ildə məhz bu sarayda Hafiz Haqqı Paşayla nikahlandı. Nikah mərasimi əsnasında bacısı Ruqiyə Sultan da Əbdülməcid Heydər bəylə (d. 1889 - ö. 23 noyabr 1965) nikahlandı. Hər iki sultanın toy mərasimi isə 12 yanvar 1911-ci ildə Vasif Paşa köşkündə baş tutdu. Ancaq nə Behiyə Sultanın, nə də Ruqiyə Sultanın bu nikahlarından övladları olmadı.
Budaq sultan
Budaq sultan (?-?)—İrəvan əyalətinin Şuragöl mahalının hakimi. 1805-ci il oktyabrın 20-də Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına çox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi. İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi Budaq sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30000 rubl tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi.
Bəynaz Sultan
Bəynaz xanım sultan Tabasaran hakimi Mirəli bəylə evlənmiş Səlimə adlı bir qızı olmuşdur. Bir müddət orda yaşamışlar. Sonra sarayda gedən mübarizələr Bəynaz xanımın Şamaxıya getməsinə səbəb olmuşdur. Tamarın yeni rəqibi sayilan bu xanım ilk itgisini ərini itirməklə yaşamışdır. Tamaraın hiylələri ilə dul qalmış bu qadın Tamara qarşı bacıları ilə birləşmişdir. Bəynaz xanım Şahbanu Sultana oğlunu taxta çıxarmasında köməklik göstərmişdir. Qızı saray əyyanı Hümya bəyin böyük oğlu ilə evlənmişdir. Bəynaz xanım Tamarla dəfələrə qarşılaşmış onu sözləri ilə pərti püdra etmiş bəzi əmmələrini isə ifşa etmişdir. Bəynaz xanım sultan Şamaxıda vəfat etmişdir.
Bəzmialəm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Cəmilə Sultan
Cəmilə Sultan (d. 18 avqust 1843 – ö. 7 fevral 1915) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızıdır. 1843-cü ildə Bəylərbəyi sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Düzdidil xanım idi. 3 yaşında ikən anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü xanımın himayəsində böyüdü. Bacısı Münirə Sultanla birlikdə atasının 1856-cı ildə hədiyyə etdiyi Beyoğlundakı Qoşa sarayda yaşadı. 2 il sonra isə bibisi Atiyə Sultanın ögey oğlu Mahmud Cəlaləddin Paşa ilə nişanlanmışdır. Eyni gün bacısı Münirə Sultan da Namiq İlhami Paşa ilə evlənmişdir. Mahmud Cəlaləddin Paşaya vəzirlik rütbəsi verildi və 3 iyun 1858-ci ildə nikah bağlandı.
Cəmrə Sultan
Cəmrə Sultan (1616-1620) - Osmanlı padşahı I Əhmədin Kösəm Sultandan doğulan qızıdır. I Əhməd və Kösəm Sultanın ən kiçik övladıdır. Böyük qardaşı II Osman tərəfindən çox sevilirdi. Hətta rəvayətə görə, Kösəm Sultan və qızları Mahfiruz Xədicə Sultanın əmrilə Köhnə Saraya sürgün edilərkən, sırf Cəmrə Sultanın istəyilə kiçik şahzadələr də Köhnə Saraya göndərilmişdir. 12 noyabr 1620 tarixində böyük qardaşı Şahzadə İbrahimlə oynayarkən yıxılıb başını divara vurmuş, aldığı zərbədən vəfat etmişdir.
Danyal Sultan
Daniyal Sultan цахур: Даниял-Бек Ахмадна дик — İlisu sultanı (1831–1844); Çar Rusiyasına qarşı Şeyx Şamilin başçılıq etdiyi hərəkatın iştirakçısı; 3-cü dərəcəli müqəddəs Stanislav (28 fevral 1832), 2-ci dərəcəli müqəddəs Anna (31 mart 1843) və 3-cü dərəcəli müqəddəs Vladimir ordeni (1843) ilə təltif edilmiş Çar Rusiyası general-mayoru. Milliyətcə saxurdur. Daniyal bəy İlisu hakimi qvardiya polkovniki Əhməd xanın ailəsində dünyaya gəlmişdir. Atası Əhməd xan rus hərbi dairələrində öz nüfuzu ilə seçilən bir adam olmuşdur. Hələ 1812-ci ildə general P.Kotlyarevskinin qoşununun tərkibində İlisu süvarilərinə başçılıq etmişdir. Aslandüz döyüşündə isə onun süvariləri Qaradağ hakimi Allahyar xanı əsir almışlar. Daniyal bəy Əhməd xanın 6 oğlundan 5-cisi idi. Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa sultana keçir. Lakin Musa Sultanın da qısa müddətdən sonra ölümü Daniyal bəyin hakimiyyətə gəlişi ilə nəticələnir. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyir.
Dilaram Sultan
Dilaram Sultan (1595 – 5 (15) yanvar 1647) — Səfəvi vəliəhdi Məhəmməd Bağır Mirzənin cariyəsi, Şah I Səfinin anası. Dilaram Sultan 1605-ci ildə Tiflisdə knyaz ailəsində anadan olmuşdur.[mənbə göstərin] Səfəvi-Osmanlı müharibələrində Gürcüstanın bir çox əraziləri döyüş meydanına çevrilmişdi. Bu səbəbdən atası Konstans Baqrati ailəsini Şimala – daha təhlükəsiz əraziyə aparmalı oldu. 1612-ci ildə müharibə bitdikdən sonra onlar yenidən Tiflisə geri döndülər. Lakin sabitlik uzun sürmədi. 1613-cü ildə yenidən Səfəvi-Osmanlı müharibəsi başladı. Ağır günlər keçirən ailə 1618-ci ildə qələbə qazanan Şah I Abbas tərəfindən "böyük sürgün"ün qurbanı oldu. Minlərlə gürcü ailəsi ağır şərtlər altında İranın içərilərinə köçürüldü. Dilaram Sultanın valideynləri yolda vəfat etdi, yeganə qardaşını isə yolda itirdi. Siması olduqca gözəl olan Dilaram hərəm ağaları tərəfindən yolda ikən seçilir.
Dilrüba Sultan
Dilrüba Sultan (Osmanlı türkcəsi: ديلروبا سلطان)(d. 1594 - ö. 1623) — III Mehmedin Həlimə Sultandan doğulan qızıdır. I. Mustafanın doğma, I Əhmədin isə ögey bacısıdır. Dilrüba Sultan 1594-cü ildə atasının Manisa sancaqbəyliyi dövründə dünyaya gəlmişdir. Anası Həlimə Sultan əslən çərkəzdir. Atasının vəfatının ardından taxta çıxan I Əhməd qardaşına toxunmadı. Bununla da, həm Şahzadə Mustafa, həm də bacısı ilə anası sarayda güc qazandı. Sultan Əhmədin səltənəti dövründə təxminən 1610-cu ildə Rumeli bəylərbəyi Qara Davud Paşa ilə evləndirildi. Qardaşı I Mustafanın ilk səltənətində anası və əri Davud Paşa ilə birlikdə dövlət məsələləri ilə məşğul oldu.
Dürriyə Sultan
Dürriyə Sultan (3 avqust 1905, Konstantinopol – 15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Ulduz sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür. Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi.
Dürrüşəhvar Sultan
Xədicə Xeyriyyə Ayşə Dürrüşəhvar Sultan və ya Dürrüşəhvar Sultan (Osmanlıca: خدیجه خیریه عائشه درشهوار سلطان) (d. 26 yanvar 1914 - ö. 7 fevral 2006) —son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin qızı. Dürrüşəhvar Sultan 26 yanvar 1914 tarixində Çamlıca səmtindəki köşkdə dünyaya gəlmişdir. Atası Şahzadə Əbdülməcid Əfəndi, anası isə Məhisti Qadınəfəndidir. Uşaqlığı Dolmabağça sarayında keçmişdir. 1 noyabr 1922 tarixində səltənət qaldırıldı və atası sonuncu Osmanlı xəlifəsi oldu. Bu illərdə atası cümə salamlıqlarına gedərkən onu da öz arabasına mindirir, bu səbəblə İstanbul əhalisi arasında müzakirə səbəbi olmuşdu. 3 mart 1924-cü ildə TBMM xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünü barədə qəbul etdi. Ailənin bir çox üzvünə ölkəni tərk etmələri üçün 48 saat möhlət verilsə də, Əbdülməcid Əfəndi, 2 xanımı, oğlu Ömər Fərrux Əfəndi və qızı Dürrüşəhvar Sultanla bir neçə xidmətçiyə ölkəni dərhal tərk etmələri əmr edildi.
Esmehan Sultan
Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu.
Eybə Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.
Fatimə Sultan
Fatimə Sultan (tatar Fatıymasoltan, Фатыймасолтан, فاطمه سلطان‎) (vəfatı 1681) — müstəqil xanbikə (kraliça) və 1679-cu ildən 1681-ci ilə qədər Qasım xanlığının son hökmdarı. 1627-ci ildə vəfat edən Arslan xanın yerinə oğlu Seyyid Bürhan keçdi. Uşaq olduğu üçün Seyyid Bürhana anası Fatma Sultan ilə babası Ağ Məhəmməd qəyyum təyin edilmişdilər. Fatma Sultan Qasım xanlığının tanınmış ruhanilərindən və Şah Qul ailəsindən olan Seyyid Ağ Məhəmmədin qızı idi. Çox keçmədi ki, ruslar yeni hiylələr qurdular. Onlar Seyid Bürhanı gələcəkdə çarın qızı ilə evləndirmək üçün əsas şərt kimi onun xristianlığını qəbul etməsini təklif etdilər. Fatma Sultan ağıllı və tədbirli qadın idi. Zahirən hər şeyi xoş qarşıladı, amma Seyyid Bürhahın hələ kiçik olduğunu və bir qərar qəbul edəcək yaşa çatana qədər gözləmək lazım gəldiyini irəli sürərək təklifi rədd etdi. 1633-cü ildə çar Qasım valisinə əmr edərək Seyyid Bürhanı Moskvaya gətirtdi. Çox ehtimal ki, elə o zamandan onu ortodoks kilsə ayinləri ilə tanış etməyə başlamışlar.
Fatma Sultan
Fatma Sultan — 6. Osmanlı sultanı II Muradın qızıdır. Fatma Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızıdır. Fatma Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Fatma Sultan — 11. Osmanlı sultanı II Səlimin qızıdır. Fatma Sultan — 12. Osmanlı sultanı III Muradın qızıdır.
Fəhimə Sultan
Fəhimə Sultan (2 avqust 1875, Konstantinopol – 15 sentyabr 1929, Nitsa) — 33. Osmanlı sultanı V Muradın qızıdır. Fəhimə Sultan 2 avqust 1875-ci ildə atasının Kadıköydəki köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləziz dönəminin vəliəhdi Murad Əfəndi, anası isə onun dördüncü xanımı Meylisərvət Qadınəfəndidir. Ancaq saray ənənələrinə görə, vəliəhdin yalnız bir övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu və gizli saxlanılan bir qızı dünyaya gəlmişdi (Səlahəddin Əfəndi və Xədicə Sultan). Bu səbəblə Fəhimə Sultan doğulduğu köşkdə gizlicə böyüdüldü. Ancaq çox keçmədən Sultan Əbdüləziz taxtdan endirildi və atası Sultan Murad taxta çıxdı. Beləcə, atasının digər ailə üzvləriylə birlikdə Fəhimə Sultan da Dolmabağça sarayına köçürüldü. Ancaq cəmi 3 aylıq səltənətinin ardından Sultan Murad taxtdan endirildi və bütün ailə üzvləriylə birlikdə Çırağan sarayına həbs olundu.
Ayşə Sultan (I Əhmədin qızı)
Aişə Sultan (1605, Konstantinopol – 1660, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. Aişə Sultan 1605-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, bacısı Gövhər Sultan kimi, Aişə Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi. İlk nigahı 7 yaşında ikən - 1612-ci ilin fevralında şeyxülislam Xocazadə Mehmed Əfəndi tərəfindən sədrəzəm Nasuh Paşayla bağlandı. Bu şənliklər əsnasında bacısı Gövhər Sultan da kaptan-ı dərya Mehmed Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi. Belə ki, o əsnada sədrəzəm şərq cəbhəsində Səfəvi şahı Şah Abbasla sülh müzakirələrini davam etdirməkdə idi. Səfəvilərlə bağlanan İstanbul sülhünün ardından 1612-ci ilin dekabrında cütlüyün toy mərasimi keçirildi və mərasimin ardından azyaşlı sultan Nasuh Paşanın Atmeydanındakı sarayına (İbrahim Paşa sarayı) göndərildi. Ancaq yaşı səbəbilə, zifaf gecəsi olmadı və saray ənənələrinə görə, Aişə Sultanın həddi-buluğa çatması gözlənildi.
Azərbaycan sultanlıqları
Qarabağlar sultanlığı (indi Kəngərli rayonu, Qarabağlar (Kəngərli))
Açe Sultanlığı
Açe və ya Açeh (Aceh; əski adla Atjeh, Acheen) — XII əsrdə Sumatranın şimalında yaranan Müsəlman Sultanlığı. XVI əsrdən başlayaraq Açe Sumatra knyazlıqları arasında aparıcı mövqeyə sahiblənir və portuqal, ingilis və holland müstəmləkəçilərinə qarşı mübarizə aparır. Hollandiya Böyük Britaniya ilə Sumatra traktatı imzalayaraq, 1873-cü ildə Açeyə qarşı müharibəyə başladı. Müharibə 1904-cü ilə qədər davam etdi və Açehin işğalı ilə sona çatdı. Açe əhalisi Hollandiya istilası ilə barışmayaraq, müstəqil İndoneziya Respublikası elan olunana qədər azadlıq mübarizəsi apardı. Hal hazırda Açe İndoneziya Respublikasının tərkibində əyalətdir. VIII əsrdən başlayaraq bölgədə İslam dininin yayılmasının mərkəzinə çevrilmişdir. XVI əsrin əvvəllərinə qədər bölgə Pasay Knyazlığının tərkibinə daxil idi. Portuqaliyalılar və Cohor Sultanlığana qarşı mübarizədə Açe Malakka boğazına nəzarəti ələ keçirdi. Sultanlar İsgəndər Muda (1607-1636) və İsgəndər Tani (1636-1641) bütün Sumatra və Malayanı (Pahanq Sultanlığını da daxil olmaqla) özlərinə tabe etdilər.
Açə Sultan Qacar
Açə Sultan Qacar — Səfəvi dövlətinin Qacar tayfasına mənsub olan hərbi və dövlət xadimi. 1514–1517-ci illərdə Urfanın hakimi olmuşdur. 1514-cü ildə Urfanın hakimi təyin edilərkən ona "Qadurmış xan" fəxri adı verilmişdir. Bu adın verilməsinin səbəbi onun Səfəvi dövlətinin əsasını qoyan Şah İsmayılın düşməni olan Ağqoyunlu Murad Mirzəni şəxsən qətlə yetirməsidir. Açə Sultan Qacar Şah İsmayılın hakimiyyəti dövründə dövlətin etimad göstərdiyi iki Qacar tayfası mənsubundan biridir. Bir digər Qacar əmiri isə Qara Piri bəy Qacardır. Lakin bu iki əmirdən heç biri Səfəvi dövləti idarəçiliyinin ən yüksək mövqelərinə yüksəlməyi bacara bilməmişdirlər. Qara Piri bəy Qacar Daniel, Elton L., redaktorSociety and Culture in Qajar Iran: Studies in Honor of Hafez Farmayan. Costa Mesa, California: Mazda Publishers. 2002.
Ağa Sultanov
Ağa İsmayıl oğlu Sultanov (1901, Bakı – 12 iyun 1936, Axalsıx) — Azərbaycan inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maarif komissarı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Gürcüstan Kommunist Partiyası Axalsıx Rayon Komitəsinin birinci katibi. Ağa İsmayıl oğlu Sultanov 1901-ci ildə Bakı şəhərində neftçi fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsil almış, maddi səbəblərə görə dəmirçi emalatxanasında işləməyə başlamış, dəmirçi şagirdi olmuşdur. 1917-ci ildə inqilabi hərəkata qoşulmuş, Qriqori Petrovun döyüş dəstəsində xidmət etmişdir. 1919-cu ildə bolşeviklər partiyası sıralarına qəbul olunmuş və həmin ildən Azərbaycan dəmir yolunda işləyərək Bakı dəmiryolçularının həmkarlar ittifaqına başçılıq etmişdir. O, Bakı Partiya Komitəsinin tapşığı ilə dəmiryolçular arasında gizli təbliğat və təşviqat işi aparmışdır. 1920-ci ilin fevral ayında Ağa Sultanov Bakı partiya təşkilatı tərəfindən Hacıqabula göndərilmiş və burada, eləcə də Kürdəmirdə və Yevlaxda həmkarlar ittifaqı təşkilatlarına başçılıq etmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar o, Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri, sonralar isə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Baş Milis İdarəsində komissar vəzifəsində və digər məsul işlərdə çalışmışdır. 1922–1924-cü Azərbaycan diviziyasında rəhbər partiya-siyasi vəzifədə çalışarkən Ağa Sultanov Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri (1920–1933), Azərbaycan diviziyasında şobə rəisi və partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi təşkilat şobəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin katibi, AK(b)P MK-nın ikinci katibi vəzifələrində çalışıb. 1933-cü ildə Gürcüstana göndərilmiş və həyatının sonunadək burada Axalsıx Rayon Partiya Komitəsinin katibi (birinci katib) vəzifəsində çalışmışdır.
Ağabəy Sultanov
Hacı Ağabəy Sultanov (1938, Bakı – 2007, Bakı) — əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Psixiatrların Dünya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru. Ağabəy Sultanov 1936-cı il fevralın 22-də Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1960-cı ildə ali təhsilini başa vuran Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlamışdır. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləmiş, 1990-cı ildən isə kafedranın müdiri olmuşdur. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibbi kadrların yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində göstərdiyi səylərə görə ictimaiyyətin dərin hörmət və ehtiramını qazanmışdır. Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Ağamir Sultanov
Ağamir Əzizxan oğlu Sultanov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Raket və Artilleriya Qoşunlarının komandanı. Vətən müharibəsinin komandanlarından biri. Leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il tarixli 158 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Polkovnik Ağamir Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir. Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.
Baxşəli bəy Sultanov
Beyhan Sultan (III Mustafanın qızı)
Beyhan Sultan (13 yanvar 1766, Konstantinopol – 7 noyabr 1824, Konstantinopol) — 26-cı Osmanlı sultanı III Mustafanın qızı. Beyhan Sultan 13 yanvar 1766-cı ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Mustafa, anası isə Ayşə Adilşah Sultandır. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1774-cü ilin noyabrında atası Sultan Mustafanın vəfat etməsi və əmisi Sultan Əbdülhəmidin taxta çıxmasıyla anası və özündən 2 yaş kiçik bacısı Xədicə Sultanla birlikdə Köhnə saraya göndərildilər. 10 il boyunca burada sakit həyat yaşayan Beyhan Sultan və bacısının bu dönəmdə səhhətinin pisləşdiyi bilinir. Anası Adilşah Sultanın Sultan Əbdülhəmidə yazdığı məktubda tez-tez ürəyi getdiyi və gün keçdikcə daha da içinə qapandığı qeyd olunur. Evlilik yaşına çatmasının ardından anasının xahişiylə əmisi Sultan Əbdülhəmid tərəfindən evləndirildi. Bəy namizədi olaraq seçilən keçmiş Hələb bəylərbəyi Silahdar Mustafa Paşa məktub göndərilərək İstanbula çağırıldı. 22 aprel 1784-cü ildə baş tutan toy mərasiminin ardından, 5 mayda gəlin alayı və Beyhan Sultana aid cehiz möhtəşəm mərasimlə cütlüyə təsis olunan Cağaloğlu sarayına aparıldı.
Beyhan Sultan (I Səlimin qızı)
Beyhan Sultan (d. 1497 - ö. 1559) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı. Beyhan Sultan 1497-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Beyhan Sultan 1509-cu ildə anası və digər azyaşlı bacılarıyla birlikdə, Kəfə sancaqbəyi təyin edilən qardaşı Şahzadə Süleymanın yanına - Krıma yollandı. Atasının taxta çıxmasının ardından İstanbula çağırıldılar və 1513-cü ilin aprelində atası digər bütün rəqiblərini aradan qaldıraraq İstanbula qayıtdı. Gəldikdən dərhal sonra Şahzadə Süleyman Manisa sancaqbəyliyi ilə paytaxtdan göndərildi. Beyhan Sultan isə atasının istəyilə yeniçəri ağası Fərhad ağayla nigahlanaraq İstanbulda qaldı. Toy mərasiminin ardından Fərhad Paşa 1516-cı ildə Rumeli bəylərbəyi təyin edildi və bu ünvanla Yavuz Sultan Səlimin bir çox səfərlərinə qatıldı.
Beyhan Sultan (Sultan İbrahimin qızı)
Beyhan Sultan (Osmanlıca: بيحان بن ابراهيم) (d. 1645 - ö. 1701) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin qızı. Beyhan Sultan 1645-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim. Hələ 1 yaşında ikən atası onu Kiçik Həsən Paşayla nigahlamışdı. Bu tamamilə siyasi bir evlilik idi və məqsəd paşanı özünə tabe etmək idi. Ancaq olduqca yaşlı olan Həsən Paşa bir il sonra vəfat etdi və Beyhan Sultan hələ 2 yaşında ikən "dul" qaldı. Ardından atası Sultan İbrahimin məcburiyyəti ilə öz xanımından ayrılan sədrəzəm Həzərparə Əhməd Paşa ilə evləndirildi. Ancaq 1 il sonra ərinin edam edilməsiylə yenidən dul qaldı.
Bicapur sultanlığı
Bicapur sultanlığı — 1490–1686-cı illərdə cənubi Hindistanın Dekan regionunun qərbində Bicapurda mövcud olmuş Bayandur müsəlman dövləti. Hindistanda Dekan yaylasının qərb hissəsində mövcud olmuş dövlət (1489–1686). Banisi Adil şah Yusifdir. Bəhməni sultanlığının parçalanması zamanı Bicapur müstəqilliyini elan etmişdi (1489). Adil şah Bicapur da qala tikdirmiş və şəhəri dövlətin paytaxtına çevirmişdi. Onun oğlu İsmayıl Adilşah Qoa limanını işğal edən Portuqaliyaya qarşı mübarizə aparmış (1510), Rayçur vadisi uğrunda Vicana yaqara qarşı baş verən döyüşdə (1521) geri çəkilməyə məcbur olmuş, Bərid şahlar, Nizamşahlar və İmad şahların müttəfiq ordusu ilə vuruşaraq onları məğlubiyyətə uğratmışdır (1525). O, 1514-cü ildə Səfəvi hökmdarı şah I İsmayıl tərəfindən Bidara göndərilən və burada həbs olunan elçinin azadlığa buraxılmasına vasitəçilik etmişdir. 1535-ci ildə hakimiyyətə gələn I İbrahimin türksoylu dövlət xadimlərini hindlilərlə əvəz etməsi ordunun zəifləməsinə və xarici basqınların artmasına gətirib çıxarmışdı. I Əli Adilşah Bicapuru istehkamlarla möhkəmləndirmiş, əhalinin rifah səviyyəsini yüksəltməyə çalışmışdır. Onun hakimiyyəti illərində Bicapur sultanlığı ilə bölgədəki müsəlman dövlətlərinin ittifaqı qurulmuş, Vicanayaqar dövlətinə son qoyulmuşdur (1564).
Bruney-Darussalam Sultanlığı
Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalam və İngilis: Country of Brunei Darussalam) - Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır.
Böyük Səlcuq sultanları
Böyük Səlcuqlu sultanları 1037 - 1157 illər arasında iqtidarda olan sultanlar. Səlcuq türkləri Oğuz türklərinin Qınıq boyuna mənsub olmuşlar.Bu sülalə adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür. Toğrul bəy 1037-1063 (I Toğrul) Süleyman 1063.
Böyük Səlcuqlu sultanları
Böyük Səlcuqlu sultanları 1037 - 1157 illər arasında iqtidarda olan sultanlar. Səlcuq türkləri Oğuz türklərinin Qınıq boyuna mənsub olmuşlar.Bu sülalə adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür. Toğrul bəy 1037-1063 (I Toğrul) Süleyman 1063.
Cem Sultan Türbəsi
Cem Sultan Türbəsi — başda Sultan II Muradın türbəsi olmaqla Muradiyə külliyəsində yerləşən bir çox türbələrdən biridir. Çoxu sənət baxımından üstün dəyərdə olan bu türbələr arasında Cem Sultan Türbəsi quruluşu və daxili bəzəməsi baxımından ən gözəlidir. Kitabəsi olmayan türbə, günbəz içindəki naxışlarda olan "Sultan Mustafa" və "rəhmətullah" yazılarından aydın olduğuna görə Fateh Sultan Mehmetin böyük oğlu Şahzadə Mustafa üçün tikilmişdir. Ancaq macəralı bir sürgün həyatından sonra 1495-ci ildə İtaliyada ölən Cem Sultanın cənazəsi 1499-cu ildə yurda gətirildikdən sonra burada dəfn edilmiş və türbə daha məşhur olduğu üçün onun adı ilə tanınmışdır. Türbə hər kənarı 7 mt uzunluğunda bir altıbucaqlı formada inşa edilmişdir. Tikinti materialı kimi Bursadakı Türk arxitekturasında göründüyü kimi, daş və kərpic istifadə edilmişdir. Divarlarda iki sıra kərpic sonra tək sıra daş gəlir. Bunların aralarında da dikinə qoyulmuş bir kərpic var. Yalnız girişin mərmərdən iki yəni divarlı bir dəhliz halında qorunduğu görülür. Kənara bir Türk kəmərilə açılan bu geniş dəhlizin üstündə çox daşqın taxta bir saçaq var.
Ceyhun Sultanov
Ceyhun Sultanov (12 iyun 1979, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbol mütəxəssisi, keçmiş futbolçu, Bakı FK-nın seleksiyaçı məşqçisi. Fərid Bakı, Neftçi Bakı, Dinamo Bakı, Maşinsazi Təbriz, Xəzər-Lənkəran, Kəpəz Gəncə, Sumqayıt, Qəbələ klublarının heyətində çıxış edib. Ceyhun Sultanov Bakı şəhərində anadan olub. 10 yaşından etibarən futbolla məşğul olur. Top oyununun sirlərinə Vaqif Paşayevin rəhbərliyi altında yiyələnib. Ceyhun Sultanov orta təhsilini 9-cu sinifə qədər 20 nömrəli, daha sonra isə 277 nömrəli məktəbdə alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir, 3 qız övladı var. Artıq 16 yaşında yüksək liqada debüt edib. Sultanov bu şansı Ruslan Abdullayevin çalışdırdığı Fərid Bakı klubunda qazanıb.
Dehli sultanlığı
Dehli sultanlığı — 1206–1526-cı illərdə Hindistanda iqtidarda olmuş türk dövləti. Hindistanda racələr arasında gedən uzunmüddətli ara müharibələri ölkəni xeyli zəiflətmişdi. Hind icmalarında sosial narazılıqların kəskinliyi, kastalar arasındakı düşmənçilik, tayfalararası çəkişmələr Hindistanın türk tayfaları tərəfindən işğalına şərait yaratdı. 1175-ci ildə sərkərdə Səhabəddin Məhəmməd Gurlu Pəncab şəhərini tutaraq, Qəznəvilər sülaləsinin hakimiyyətinə son qoydu. O, 1192-ci ildə hind knyazlarının birləşmiş qoşununu məğlub edərək, bütün Doabın (Hindistanın Camna və Qanq çayları arasında yerləşən, təbii sərvətlərlə zəngin olan vilayət) hakimi oldu. 1199-cu ildə Bihar və Benqaliya vilayətləri də Gurlu sülaləsinin hakimiyyəti altına düşdü. İşğal olunmuş əraziləri Məhəmməd Gurlu türk mənşəli sərkərdələrin idarəsinə verdi. İqta sahiblərinə nəzarət etmək üçün onun varisi Qütbəddin Aybəkin rəhbərliyi altında xüsusi idarə də yaradıldı. Hindistanın feodal dağınıqlığı keçirməsindən istifadə edən Məhəmməd 20 il ərzində bütün Şimali Hindistanı özünə tabe etdi. Onu əvəz edən Qütbəddin Aybək (1206–1210) özünü bütün Şimali Hindistanın hökmdarı elan edərək, 1206-cı ildə Dehli sultanlığın əsasını qoydu.

Значение слова в других словарях