Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Simuzər Ağakişiyeva
Simuzər Ağakişiyeva - (d. 1972, Bakı) - Azərbaycanlı aktrisa. Simuzər Nadir qızı Ağakişiyeva 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə İncəsənət Universitetinə qəbul olmuşdur. Orada Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Bəhram Osmanov kimi sənətkarlardan dərs almışdır. Hələ 1-ci kursda oxuyanda Ənvər Əblucun rejissoru olduğu "Pəncərə" filmində çəkilmişdir. Sonralar Cənnət Səlimovanın Kamera teatrında çalışmışdır. 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Əsas səmtlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.
Səmayə Musayeva
Musayeva Səmayə Məmməd qızı (1 noyabr 1944, Qax rayonu) — Azərbaycan aktrisası. Musayeva Səmayə Məmməd qızı 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili-komediya aktyorluğu» fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlamışdır. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilmişdir. Teatrda işlədiyi müddət ərzində Fikrət Əmirov «Gözün aydın»da Gülər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Rəqs müəllimi, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Ballı, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Gülxanım, Süleyman Ələsgərovun, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, Səid Rüstəmov, Süleyman Rüstəm «Durna»da Lalə, Nisə, Zülfüqar Hacıbəyov «50 yaşında cavan»da Mələk, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”Səlimə, Səid Rütəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Səlbi, Şəfiqə Axundova, Novruz Gəncəli “Ev bizim sir bizim” Mələk, Emin Sabitoğlu, Sabit Rəhman “Hicran” Fatı (ikinci qruluş 1993), Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu” Güllü, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Ceyran, Ramiz Mustafayev «Volqalı canan»da Təşəkkür, Zakir Bağırov, Şamxal Məcidov “Qaynana”da Mülayim, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq evlənərik” Zeynəb, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Ruqiyə, V. Dolidze, A. Saqarelli “Xanuma” Nənə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 2000-ci ildə «Əməkdar artist» fəxri adını almışdır. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səmayə Piriyeva
Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı (1999–2000). Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Səmayə Piriyevanın bir övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.
Səmayə Quliyeva
Səmayə Əli qızı Quliyeva — Sovet Azərbaycan patofizioloqu, tibb elmləri doktoru, professoru, Azərbaycan SSR əməkdar həkimi. Səmayə Quliyeva 1 iyun 1927-ci ildə Bakı, Azərbaycanda doğulmuşdur. Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun patofiziologiya kafedrasının müdiri olaraq çalışmışdır. Tədqiqatı, əsasən, allergiyaya, eksperimental onkologiyaya və Naftalan nefti probleminə həsr olunmuşdur. Respublika Patofizioloqlar Cəmiyyətinin sədri də olmuşdur.
Səmayə Sadıqova
Səmayə Seyfulla qızı Sadıqova — aktrisa. Səmayə Sadıqova M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. 1955-ci ildən 1977-ci ilə kimi bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. 1995-2000-ci illərdə S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir. Sumqayıt Dram Teatrında çalışdığı illərdə ona "Əməkdə fərqlənmə"yə görə medalı və Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilmişdir. 1993-cü ildə Aqşın Babayevin "Oğul" tamaşasında yaratdığı Ana obrazına görə ilin ən yaxşı aktrisası olub, Teatr Xadimlər ittifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Səmayə Əliyeva
Səmayə Əliyeva (1934 və ya 1937, Tütəpeştə, Lənkəran rayonu – 18 oktyabr 2013, Lənkəran) — Sosialist Əməyi Qəhrəmanı (1966); Azərbaycan prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Səmayə Dadaş qızı Əliyeva 1934-cü ildə Lənkəranın Tütəpeştə kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Rayondakı Dövlət Maşın Sınaq Stansiyasında manqa başçısı, briqadir və sahə aqronomu vəzifələrində çalışmışdır. 1966-cı ildə çaybecərmə sahəsində göstərdiyi yüksək nəticələrə görə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dəfələrlə ÜLKGİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü olub. Səmayə Əliyeva 2002-ci ildən Azərbaycan prezidentinin fərdi təqaüdçüsü idi. 2013-cü ilin oktyabr ayında Lənkəranda vəfat etmişdir.
Əs-Səmavə
Əs-Səmavə (ərəb. السماوة‎) — İraqın Müsənna mühafəzəsində şəhər.
Mazer
Mazer — kvant generatorları. Lazerdən fərqli olaraq, mazer sözünün birinci hərfi microwave, yəni mikrodalğa sözünün birinci hərfidir. (NH3) ammiak molekullarından təşkil olunmuş fəal mühitdə işləyən kvant generatorlarını ilk dəfə 1954‐cü ildə rus alimləri N.Q.Basov, A.M.Proxorov və onlardan asılı olmayaraq ABŞ alimi Ç.Tauns ixtira etmişdi. Ammiak əsasında mazerlər hal‐hazırda da istifadə edilir. Mazerlərin iş prinsipi lazerlərə oxşardır. Əsas proses – həyəcanlanmış molekulların məcburi şüalanmasıdır.
Cessika Şumaxer
Cessika Şumaxer (13 yanvar 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Cessika Şumaxer Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Mihael Şumaher
Mixael Şumaxer (alm. Michael Schumacher‎; Almanca tələffüz: [ˈmɪçaʔeːl ˈʃuːmaxɐ] ( dinlə); 3 yanvar 1969[…]) — Almaniyalı Formula-1 pilotu. Formula-1 üzrə yeddi qat dünya çempionu. 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış etmişdir. O, bir çox formula rekordlarını hələ də öz əlində saxlayır. Ən çox çempionluq, qran-pri qələbəsi, poul pozişn, ən sürətli dövrə, ən yüksək xal və bir mövsümdə qazanılmış ən çox qələbə. 2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu. 2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır. 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşmüşdür.
Mihael Şumaxer

Mixael Şumaher

Mixael Şumaxer

Mirqasım Çeşmazər
Mirqasım Çeşmazər ― 1954-1959-cu illərdə Azərbaycan Demokrat Firqəsinin sədri, alim. Azərbaycan Milli Hökuməti dövründə Təbriz fədai dəstələrinin komendantı, Seyid Cəfər Pişəvərinin köməkçisi, Azərbaycan Radio komitəsinin sədri olub. Mirqasım Mikayıl oğlu Çeşmazər 1920-ci ildə anadan olub. 1944-cü ildə yaradılmış Tudə partiyasının Təbriz Komitəsinin üzvü olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci il dekabrın 10-dan 1946-cı il yanvarın 15-ə qədər Təbriz fədai dəstələrinin komendantı, 1946-cı ilin yanvar ayından iyun ayına qədər S.C.Pişəvərinin köməkçisi olub. 1946-cı il aprelin 26-da Azərbaycan Radio komitəsinin nəzdində açılmış Təbriz radiosunun sədri olub. 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradılmasının birinci ildönümündə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif olunub. 1946-cı ildə S.C.Pişəvəri, Mirqasım Çeşmazər və digərlərinin təşəbbüsü ilə Tehran qoşununun Azərbaycana gəlməsinə müqavimət göstərmək məqsədi ilə "Babək müqavimət dəstəsi" yaradılıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya gəlib.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Setzer süleysünü
Setzer süleysünü və ya İran Sıçanabənzər süleysini(lat. Myomimus setzeri) — Gəmiricilər dəstəsinə, Sıçanabənzər süleysinlər cinsinə aid heyvan növü. Yayılma arealı: İran, Türkiyə, Azərbaycan. Baillie, J. 1996. Myomimus setzeri . 2006 IUCN Red List of Threatened Species.
Şerzer anturiumu
Şerzer anturiumu (lat. Anthurium scherzerianum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Bilal Sezər
Sezer Özmen
Sezer Özmen (7 iyul 1992, Bakırköy, İstanbul ili və ya İstanbul) — sol müdafiəçi və libero kimi çıxış edən türk futbolçu. O, 2-ci Liqa komandalarından olan “Turqutluspor”da çıxış edir. Futbolçu karyerasına 2005-ci ildə "Bakırköyspor"da başlayıb.
Əhməd Necdət Sezər
Əhməd Necdət Sezər (türk. Ahmet Necdet Sezer, 13 sentyabr 1941; Afyonqarahisar) — Türkiyəli hüquqşünas və dövlət rəsmisi, Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 14-cü sədri, Türkiyə Respublikasının 10-cu prezidenti. Əhməd Necdət Sezər Türkiyə Cümhuriyyəti tarixində həm prezident, həm də yüksək məhkəmə orqanı rəhbəri vəzifələrində çalışmış yeganə şəxsdir. 1983-1988-ci illərdə Ali Məhkəmənin üzvü olan Sezər 1988-1998-ci illərdə Konstitusiya Məhkəməsinin üzvü, 1998-ci ildə isə Konstitusiya Məhkəməsinin sədri olub. 2000-ci ildə Türkiyədə keçirilən prezident seçkiləri ilə prezident seçilib. 2007-ci ildə isə prezident səlahiyyətlərini Abdullah Gülə təhvil verib. Əhməd Necdet Sezer 13 sentyabr 1941-ci ildə Afyonqarahisarda anadan olub. O, müəllim Əhməd Həmdi Sezer (d. 1979) və evdar xanım olan Xədicə Sezərin (1918-2004) dörd övladından yeganə oğludur. 1958-ci ildə Afyon liseyini, 1962-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib.
Əhməd Nejdət Sezər

Sen-Sezer-sür-Syan
Sen-Sezer-sür-Syan (fr. Sen-Sezer-sür-Syan) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 30,02 km², əhalisi 3420 nəfərdir (2006) artım tendensiyası ilə: 3772 nəfər (2012), əhalinin sıxlığı 125,6 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 3692 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 3772 nəfər.