Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səmimə Laçın
Səmimə Laçın — Tanınmış Azərbaycan aktrisası. == Həyatı == Səmimə Sabir qızı Səlimova 30 iyun 1972-ci ildə Laçın şəhərində anadan olub. Bərdə şəhər 3 saylı orta məktəbini bitirib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən "Turan" teatr- studiyasının yaradıcısı və rəhbəridir. Geniş tamaşaçı kütləsinə Məhkumlar (film, 2012) serialındakı Tünzalə obrazı ilə tanışdır. Ailəlidir, üç övladı var. == Filmoqrafiya == Məhkumlar (film, 2012) – Tünzalə Toy gecəsi (film, 2013) - Cəvahir Göyçək fatimə (film, 2014 – Xavər Sevgi naminə (film, 2015) - Nara. Taksi parkı (film, 2014 –Zinyət Tək olanda qorxma...
Səlimə Mehdiyeva
Səlimə İbrahim qızı Mehdiyeva — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, professor (1993), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017). == Həyatı == Səlimə İbrahim qızı Mehdiyeva 1941-ci ildə Naxçıvanda anadan olmuşdur. 1963-cü ildə BDU-nun fizika fakultəsini bitirdikdən sonra Az. MEA Fizika İnstitutunun aspiranturasına daxil olmuş, 1967-ci ildə Vilnus Dövlət Universitetində fizika və texnika baxımından çox maraqlı material olan selen yarımkeçiricisinin tətqiqi ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1988-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1993-cü ildə isə professor elmi adını almışdır. 1969-1978-ci illərdə Fizika İnstitutunda elmi katib, 1976-cı ildən isə həm də laboratoriya rəhbəri kimi fəaliyyət göstərmişdir. 1995-2002-ci illərdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, hazırda “qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəridir. Elmi məqalələrin sayı - 224 Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı - 61 Xaricdə çıxmış elmi əsərlərinin sayı - 127 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 14 Kadr hazırlığı- 13 fəlsəfə doktoru, 1 elmlər doktoru == Əsas elmi nailiyyətləri == İlk dəfə selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan müxtəlif elektron proseslərinin mexanizmləri, keçiricilik tipinin mənşəi, amorf, kristal, maya selenin elektrik, optik, istilik və mexaniki xassələrinə xarici faktorların təsir mexanizmləri müəyyənləşdirilmişdir. Selenin xassələrindəki anomallıqların səbəbinin onda olan oksigenin miqdarı və vəziyyəti ilə bağlı olduğu aşkar edilərək, seleni oksigendən təmizləmək üçün xüsusi qurğu təklif edilmişdir. Alınan nəticələr selenin xassələrini məqsədyönlü dəyişmək yollarının müəyyənləşdirilməsi və cihazların parametrlərinin yaxşılaşdırılması istiqamətində təkliflər verməyə imkan yaratmış və keçmiş ittifaqda yeni yüksək səmərəli selen cihazlarının hazırlanması üzrə xüsusi istehsal sahəsi də yaradılmışdı.
Səlimə Rüstəmova
Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu – 16 avqust 1998, Bakı) — maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Səlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938–1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948–1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır. Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir. Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Atası — Rüstəm Qulu oğlu Rüstəmzadə (1906–1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941–1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir. Anası — Gülxar Əliyeva-Rüstəmzadə (1908–16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır.
Səmiz Əli Paşa
Səmiz Əli Paşa (ö. 28 iyun 1565, İstanbul) - I Süleyman dönəmində 1561-1565 illəri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Herseq Sancağı'nda Praca (Brazzo) qəsəbəsində Pracic ailəsindən Hüseyn adında birinin oğludur. 1520-ci illərdə dəvşirmə olaraq İstanbul’a gətirilmiş və Parqalı İbrahim Paşa’nın kəndxudası olan qohumu Çeştə Bâli’nin yardımlarıyla saraya girmişdir. Əndərun’da təhsil aldıqdan sonra 1545'də mir-i aləm, 1546'da yeniçəri ağası və sonrasında Rumeli bəylərbəyi oldu. Aprel 1549 tarixində vəzirlik rütbəsilə Misir bəylərbəyliyi vəzifəsinə gətirildi. Dekabr 1553'də ikinci vəzir ünvanı ilə İran səfərinə qatıldı. Kürəkən Rüstəm Paşa'nın vəfatından sonra sədrəzəm təyin edildi. Sədrəzəmlik dönəmində Avstriya-Macarıstan imperiyası ilə münasibətləri tənzimlədi. Səmiz Əli Paşa 28 iyun 1565 tarixində sədrəzəm olaraq vəfat etdi.
Civanqapıcıbaşı Sultanzadə Səmiz Mehmed Paşa
Sultanzadə Mehmed Paşa (d. 1603 - ö. iyul 1646, Krit adası) — I İbrahim dövründə 1 il 10 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sultanzadə Mehmed Paşa təxminən 1603-cü ildə dünyaya gəlmişdir. Atası Əbdürrəhman bəy Rüstəm Paşa və Mihrimah Sultanın nəvəsi, anası Ayşə xanım isə Cığalızadə Yusif Sənan Paşanın qızı idi. Atasının Osmanlı sülaləsinə yaxınlığı səbəbilə “Sultanzadə” ləqəbi ilə anılır. Sarayda Əndərun təhsilini bitirdikdən sonra 18 yaşında II Osmanın Lehistan səfəri əsnasında qapıçıbaşı olaraq saraydan ayrıldı. 1630-cu ildə qübbə vəziri olan Mehmed Paşa 1633-cü ilin oktyabrında İrəvan səfəri hazırlıqları əsnasında bilinməyən səbəblə vəzifədən alındı və Rodos adasına sürgün edildi. Çox keçmədən bağışlandı və 1637-ci ildə Misir bəylərbəyi təyin olundu. 3 il davam edən bu vəzifəsinin ardından Sultan İbrahimin dövründə paytaxta çağırıldı və qübbə vəziri seçildi.
Şəmirəm
Şəmirəm - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Sevişmə
Sevişmə (Making out və petting) — Amerika mənşəli termindir. Ən azı 1949-cu ilə aiddir və öpmək və ya ağır sevişmək kimi nüfuz etməyən cinsi aktlar da daxil olmaqla öpüşmək üçün istifadə olunur. Digər ləhcələrdəki ekvivalentlər arasında İngilis ingiliscəsi azalır və Hiberno-İngilis dili dəyişir. Sevişmə çox vaxt sevgi və ya cinsi cazibə ifadəsidir. Geniş cinsi davranışları əhatə edir və ABŞ-nin fərqli bölgələrində fərqli yaş qruplarına görə fərqli şeylər deməkdir. Tipik olaraq, uzunmüddətli, ehtiraslı, kəskin öpüş (fransız öpüşü kimi də tanınır) və dəri ilə təmasda olan öpüşü ifadə edir. Bu termin bəzən, ağır sevişmə (bəzən sadə sevişmə adlanır) kimi digər ön sevişmə formalarına da aid ola bilər ki, bu da adətən bəzi cinsiyyət stimullaşdırılmalarını ehtiva edir, lakin çox vaxt nüfuz edən cinsi əlaqənin birbaşa hərəkətini əhatə etmir. Sevişmənin qəbul edilən vacibliyi iştirakçıların yaşı və nisbi cinsi təcrübəsindən təsirlənə bilər. Gənclər bəzən əsas fəaliyyətin baş verdiyi bir kəşfiyyat hərəkəti olan partiya oyunları da oynayırlar. Gənclər əsl hadisənin baş verdiyi sosial görüşlər keçirə bilərlər.
Aydın Şəmizadə
Aydın Əşrəf oğlu Şəmizadə (krımtat. Aydın Eşref oğlu Şemi-zade, Айдын Эшреф огълу Шемьи-заде; 1 sentyabr 1933, Simferopol – 17 oktyabr 2020, Moskva) — Krım tatar, Ukrayna, Rusiya ictimai xadimi, yazıçısı və alimi. Aydın Şəmizadə fizika-riyaziyyat elmləri doktoru olub. Məşhur Krım tatarları və SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim Əşrəf Şəmizadənin oğludur. 1990-cı illərdə Aydın Şəmizadə Krım tatarların siyasi hüquqları uğrunda aktiv fəaliyyətlə məşğul olmuşdur. == Həyatı == Krım tatar yazıçısı Əşrəf Şəmizadənin və sənətçi Səidə Bodaninskayanın ailəsində anadan olub. Aydın Şəmizadənin ilk uşaqlıq illəri Krımda keeçib. Atası Əşrəf Şəmizadə 1937-ci ildə represiyalara uğrayan ziyalılardan olub, lakin buna baxmayaraq, ailəyə toxunulmayıb və onlar Simferopolda qalıb, lakin Böyük Vətən müharibəsi illərində 18–20 may 1944-cü il tarixləri aralığında Krımdan Krım tatarlarının deportasiyası həyata keçiriləndə bu Şəmizadə ailəsinə də toxunub. Şəmizadənin ana babası məşhur inqilabçı və V. Leninin silahdaşı Əli Bodaninski olmasına baxmayaraq SSRi rəhbərliyi Krım tatarlarının sürgünü zamanı heç kəsə güzəştə getmədiyi kimi, onlara da güzəşt olunmayıb. Aydın Şəmizadə 1944-cü ildə ailəsi ilə birlikdə Özbəkistana sürgün edilib.
Ön sevişmə
Ön sevişmə — iki və ya daha çox insan arasında baş verən fiziki yaxınlıq və emosional yaxınlıq silsiləsinə verilən addır. Bu, cinsi oyanma və cinsi fəaliyyət üçün istək yaratmaq deməkdir.. Ön sevişmə adətən fiziki cinsi fəaliyyət kimi başa düşülsə də, zehni və ya şifahi hərəkətlər kimi fiziki olmayan fəaliyyətlər də ön sevişmə ola bilərlər. Ön sevişmə fərqli insanlar üçün fərqli şeylər ifadə edə bilər..
Əşrəf Şəmizadə
Əşrəf Əbdürrəhman oğlu Şəmizadə (krımtat. Eşref Abduraman oğlu Şemi-zade, Эшреф Абдураман огълу Шемьи-заде; 21 iyun 1908, Evpatoriya, Tavriya quberniyası[d] – 11 mart 1978, Moskva) — Krım tatar, SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim. Özbəkistan SSR əməkdar mədəniyyət işçisi (1968). == Həyatı == Əşrəf Şəmizadə Krımın Evpatoriya şəhərində Krım tatarı olan müəllim ailəsində anadan olub. 1927-ci ildən gənclər üçün nəzərdə tutulan "Koz Aydın" ("Xoş Xəbərlər") jurnalında məsul katib, daha sonra jurnalının redaktoru işləyib. Həmin il Krım tatar yazılarının ərəb əlifbasından latın qrafikasına keçməsi komissiyasının elmi katibi təyin edilib. 1928-ci ildən - Rusiya Proletar Yazıçılar Birliyinin (RAPP) Krım şöbəsinin üzvü olub. 1930-1932-ci illərdə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun (indiki VQİK) ədəbi və ssenari şöbəsində təhsil alıb. 1933-1941-ci illərdə "1905-ci ilin xatirəsi"nə tikilmiş Evdə yaşayıb. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının ilk qurultayında iştirakçı qismində iştirak edib.
Nobel Mükafatlarının seçilmə qaydaları
Alfred Nobel (1833-1896) İsveç ixtiraçı, sənayeçi, linqvist, filosof və humanist idi. 1895-ci ilin noyabrında Parisdə Nobel vəsiyyətnamə yazır. Sənədin mətnində deyilənlərə görə, alimin sərvətinin böyük bir hissəsi mükafatın yaardılmasına sərf olunsun. Bu mükafat namizədlərin milliyətindən asılı olmayaraq ədəbiyyat, fizika, kimya, fiziologiya, tibb və s. digər sahələr üzrə verilməli idi. Qeyd edək ki, bu zaman Nobelin sərvəti 31 kron təşkil edirdi. Nobel fondunun yaradılması üçün təşkilatçılara 4 il lazım oldu. Nəticədə fond 1900-cü ildə özəl, müstəqil qeyri-hökumət təşkilatı olaraq yaradıldı. Nobel mükafatı 1901-ci ildən verilməyə başlayıb. Xüsusi yaardılmış Nobel komitəsi tərəfindən bütün il boyu namizəd siyahısı üzərində iş aparılır.