Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərpuş
Sərpuş — Qədim Azərbaycan məişətində işlədilən mis qapaq. Sərpuşla plov qazanı bağlanırdı. Misgərlik nümunələrindən olan sərpuş iki vəzifə daşıyıb. Ondan həm plovun isti qalması üçün qapaq kimi, həm də inək sağarkən şiş hissəsini yerə sancaraq, süd yığmaq üçün qab kimi istifadə ediblər.
Seprus Qrou
Spryus-Qruv — Kanadanın Alberta vilayətində şəhər.
Səripul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i daricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Sərkeş
Sərkeş (Culfa)
Fərguş (Sərab)
Fərguş (fars. فرگوش‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 938 nəfər yaşayır (247 ailə).
Sərkeş (Culfa)
Sərkeş (fars. سركش‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Sərkeş (Vərzəqan)
Sərkeş (fars. سركش‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (53 ailə).
Sərpol Zəhab
Sərpol Zəhab — İranın Kirmanşah ostanının şəhərlərindən və Sərpol Zəhab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,632 nəfər və 8,210 ailədən ibarət idi.
Sərxoş (mahnı)
Sərxoş - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Əmir Sərxoş
Əmir Sərxoş (ing. Amir Sarkhosh) (30 may 1991-ci il təvəllüdlü) İranlı Snuker oyunçusudur. Eyni zamanda İran milli snooker komandasının kapitanıdır. == Həyatı == 1991-ci ildə Karajda anadan olub, 2001-ci ildə 10 yaşında, ilk dəfə ilk bilyard klubuna və inqilabdan sonra başlayan üçüncü kluba yazıldı və yeni başlayanlarla eyni klubda snooker idman növünü öyrəndi. Tehran çempionatına qatıldı və parlaqlığına görə İran yığmasına qatıldı; Hal hazırda İran milli komandasının kapitanıdır. == Peşəkar həyat == Amir Sarkhosh ilk komanda qızıl və bürünc medalını 2013-cü ildə Livan və Qərbi Asiyada aldı.Sarkhosh, 1/4 finalda mübarizədən kənarlaşdırılan 2017-ci il Qızıl Top 6 (IBSF) Çempionatına qatıldı.2017-ci ildə Bağlı Asiya Çempionatında uğursuz iştirakından sonra Sərxoş həvəskarlar bölməsində Dünya çempionatının finalına çıxmağı bacardı və son mərhələdə hindistanlı rəqibi Pankaj Avranini məğlub etdi.2018 Asiya Çempionatında yenidən finala vəsiqə qazandı və finalda rəqibi Əli Qarquzlunu məğlub edərək dünya çempionu oldu.
Sərxoş mələk
Sərxoş mələk (酔いどれ天使, Yoidore Tenshi) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1948-ci il istehsalı Yaponiya yakuza filmi. Əsas rollarda Toşiro Mifune və Takaşi Şimura çıxış edirlər. Film İkinci dünya müharibəsindən sonra fəaliyyət göstərən sərxoş həkimdən bəhs edir. Toşiro Mifunenin çəkildiyi ilk Kurosava filmidir. == Məzmun == Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada (Takaşi Şimura) sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa (Toşiro Mifune) bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir. == Rollarda == Takaşi Şimura həkim Sanada rolunda.
Gərrus
Gərrus
Herpes
Herpes və ya qızdırma qabarcığı kimi tanınan, əsasən dodaqlara təsir edən herpes simplex virusunun infeksiya növü. == Təsviri == Virusun peyvəndi olmasa da, insan orqanizminin immun sistemi və spesifik anticisimlər adətən virusla mübarizə aparır. Virusa ən çox yoluxur: dəri, gözlər (konyunktivit, keratit), xarici cinsiyyət orqanlarıXəstəliyin ağır vəziyyətlərində, herpetik meningit və ensefalitin inkişafı ilə nəticələnən mərkəzi sinir sisteminin zədələnməsi mümkündür. Bədənin müqavimətinin azalması xəstəliyin inkişafını tezləşdirir. Bədənin həddindən artıq istiləşməsi zamanı herpes isti havada da mümkündür. İnsanlarda 8 növ herpes virusu olur: Herpes virusu 1 növ — dodaqlarda qabarcıqlara ("soyuqdəymə") səbəb olan herpes simpleks virusu. Herpes virusu 2 növ — genital herpesə səbəb olur, əksər hallarda cinsiyyət orqanlarında problemlər yaradır. Su çiçəyi virusu — Çiçək və şingles (herpes zoster) xəstəliklərinə səbəb olan herpes virusu növ 3. Epştein-Barr virusu — 4-cü növ virus — infeksion mononükleoza səbəb olur. Sitomeqalovirus — sitomeqalovirus infeksiyasına səbəb olan 5-ci növ virus.6, 7 və 8 növlərin səbəbləri tam aydın deyil.
Korpus
Korpus (hidrovasitə) — gövdə, bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissə. Korpus (hərbi) — 3-4 diviziyadan ibarət olan hərbi vahid.
Mergus
Pazdimdik (lat. Mergus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Selsus
Selsus (yun. Kέλσον, lat. Celsus, II yüzilliyin ikinci yarısı) Roma filosofu, orta platonçuluğun təmsilçisi, Xristianlığın ən tanınmış antik tənqidçilərindən biri. Onun haqqında zamanımıza çox az bilgi gəlib çatmışdır. Məlumdur ki, o imperator Markus Avreliusun dostu idi. Selsus “Doğru söz” (yun. Λόγος άληθής) adlı kitabın müəllifi olmuşdur. Bu əsərin orijinal mətni zamanımıza çatmamışdır. Ancaq, Selsusla çəkişməyə girən xristian ilahiyyatçısı Origen onun fikirlərinə rəddiyələr yazaraq “Doğru sözün” bir çox fraqmentlərini özünün “Selsusa qarşı” (lat. Contra Celsum) əsərində vermişdir.
Serinus
Serinus (lat. Serinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Serium
Serium (Ce) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 58-ci element. 1803-cü ildə alman kimyaçı Martin Henrix Klaprot tərəfindən kəşf edilmişdir.
Serpez
Serpez (fr. Serpaize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38484. Kommunanın 2012-ci il üçün əhalisi 1564 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 190 ilə 324 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 23 km cənubda, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Sirius
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Sorbus
Quşarmudu (lat. Sorbus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır.
Sərəxs
Sərəxs — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər, Sərəxs şəhristanının mərkəzi.
Tərtus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Vernüs
Vernüs (fr. Vernusse) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03308. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 161 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 105 nəfər (15–64 yaş) arasında 70 nəfər iqtisadi fəal, 35 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 57,9%) idi. Fəal olan 70 nəfərdən 63 nəfər (35 kişi və 28 qadın), 7 nəfər işsiz (5 kişi və 2 qadın) idi. Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 10 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şerans
Şerans (fr. Chérence) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 143 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbində, Serji bələdiyyəsinin 29 km qərbində yerləşir.
Cervus
Əsl maral (lat. Cervus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Sərpol Zəhab şəhristanı
Sərpol Zəhab şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sərpol Zəhab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 81,428 nəfər və 18,233 ailədən ibarət idi.
Sərxoş Əhməd Paşa
Sərxoş Əhməd Paşa (ö. 13 mart 1691) — Osmanlı sultanı IV Mehmed və II Süleymanın dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunda yetişmiş, ardından Qara Mehmed Paşanın kəndxudası olmuşdur. 1674-cü ildə Özü, 1677-ci ildə Anadolu bəylərbəyi oldu. 1684-cü ildə vəzir rütbəsi aldı. 1684-cü ilin dekabrında Yanova mühafizəsi ilə vəzifələndirildi və çox keçmədən kaptan-ı dərya oldu. 1685-ci ilin dekabrında Hələb bəylərbəyi, 15 sentyabr 1687-ci ildə Bağdad bəylərbəyi, 1688-ci ilin sentyabrında isə Anadolu müfəttişi oldu. 1690-cı ildə Misir əyalətinə təyin edilsə də, 1691-ci ilin martında burada vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Lepus
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Eldən Soruş (1980)
== Məzmun == Film görkəmli Azərbaycan şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 70 illiyinə həsr olunmuşdur. Kinolentdə sənətkarın həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Fəraməz Məmmədov Bəstəkar: Mobil Babayev Səs operatoru: Şamil Kərimov === Filmdə iştirak edənlər === Rəsul Rza Heydər Əliyev Süleyman Rüstəm == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Sərxoş mələk (film, 1948)
Sərxoş mələk (酔いどれ天使, Yoidore Tenshi) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1948-ci il istehsalı Yaponiya yakuza filmi. Əsas rollarda Toşiro Mifune və Takaşi Şimura çıxış edirlər. Film İkinci dünya müharibəsindən sonra fəaliyyət göstərən sərxoş həkimdən bəhs edir. Toşiro Mifunenin çəkildiyi ilk Kurosava filmidir. == Məzmun == Müharibədən yenicə çıxmış Yaponiyada yaşayan Sanada (Takaşi Şimura) sərxoş, lakin hamıya kömək etməyəcə can atan həkimdir. Buna görə də hamı ona sərxoş mələk deyir. Ətrafda yaşayan tanınmış yakuzalardan olan Matsunaqa (Toşiro Mifune) bir gün onun yanına gəlir və Sanada ona vərəm diaqnozu qoyur. Sanada onu sağaltmaq istəsə də, Matsunaqa vəziyyəti qəbul etmək istəmir. Hekayə Matsunaqanın vərəmlə mübarizəsi və onun yakuza statusuna təsirindən bəhs edir. == Rollarda == Takaşi Şimura həkim Sanada rolunda.
Sərxoş usta (film, 1978)
Sərxoş usta (ing. Drunken Master, çincə:醉拳) — 1978-ci ildə çəkilən Ceki Çanın məşhur filmlərindən biridir. == Məzmun == Vonq Fey-hun (bəzi tərcümələrdə Freddi Vonq) kunq-fu ustası Vonq Kei-yinqin oğludur. Atasının nəcib xasiyyətli müəllim olmasına baxmayaraq Feyxun xuliqandır. Atası onu yaxşı adama çevirmək üçün Su Xay adlı müəllimin yanına göndərir. Feyxun ondan ilk məşqlərində xoşu gəlmir və buradan qaçır. Amma "İldırım ayaqlı" ləqəbli muzdlu qatil tərəfindən əziyyət çəkdikdən sonra Su Xayın yanına qayıdır. Bu zaman Su Xay ona çoxlu kunq-fu və "Sərxoş" texnikasını öyrətməyə başlayır... == Xarici keçidlər == Sərxoş usta — Internet Movie Database saytında.
Sərxoş şaolinçi (film, 1983)
Sərxoş şaolinçi (ing. Shaolin Drunkard, çin. 天師撞邪) — 1983-cü ildə Yuan Vupinin rejissorluğu ilə çəkilmiş Honkonq filmi. == Məzmunu == Yarım adam, yarı şeytan sərxoş Taosist Fen Şinin nəzarəti altında Şaolin monastırında əsir saxlanılır. Taocu bir içki üçün yola düşəndə ​​fürsətdən istifadə edərək, məhbus məbəddən qaçır. Taocu dostu Pakvan, gələcək gəlini Li Ai və nənəsi Yau Fen Şiyə qaçaq sehrbazı tutub Şaolinə qaytarmaq üçün kömək edir. == Rollarda == Yun Çenyan - Sərxoş Taoist Fen Şi / Yunun nənəsi Yun Yatçxo - Yu Pakvan == Xarici keçidlər == "Sərxoş şaolinçi" Internet Movie Datebase saytında.
Bertus Aafyes
Lambertus Yakobus Yohannes "Bertus" Aafyes (nid. Lambertus Jacobus Johannes "Bertus" Aafjes; 12 may 1914[…], Amsterdam – 23 aprel 1993[…]) — Niderland şairi. == Həyatı == Lambertus Yakobus Yohannes "Bertus" Aafyes 12 may 1914-cü ildə Niderlandın payxatı Amsterdam şəhərində anadan olmuşdur. O, İkinci Dünya müharibəsi zamanı Almaniya işğalına qarşı müqavimətdən ilhamlanaraq yazdığı şeirlərə və "Een l'oetreis naar Rome" ("Romaya ziyarət", 1946) əsərinə görə tanınır. Aafyesin sonrakı şeir toplularında, "Het Koningsgra" ("Kral məzarı", 1948); "In den Beginn" ("Başlanğıcda", 1949), "Homero's Odyssey" ("Homerin Odisseyası"; 1965) əsərlərində olduğu kimi Bibliya vasitəsilə qədim mövzulara, və "Dag van Gramschap in Pompei" ("Pompeyin qəzəb günü"), 1960 və "Dooltocht van een Griekse Held" ("Bir yunan qəhrəmanının başıboş səyahəti", 1965) əsərlərində olduğu kimi səyahət xatirələrindəki ekzotiklikdən istifadə edir. == Əsərləri == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Bertus Aafyes ilə əlaqəli mediafayllar var.
Cervus canadensis
Kanada maralı (lat. Cervus canadensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Cervus elaphus
Nəcib maral (lat. Cervus elaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Sayı azalmaqda olan növdür. == Qısa təsviri == Nəcib maralın buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8–9 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri Avropa maralı və xallı maraldan üstündür. Buynuzlarında örtük yoxdur. == Yayılması == Dünyada Şimali Afrika, Avropa, Qafqaz, Kiçik və Mərkəzi Asiya, Cənubi və Şərqi Sibirdə, Uzaq Şərqdə və Şimali Amerikanın bəzi ərazilərində yayılmışdır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarında, çox az sayda Göygöl qoruğunda (reintroduksiya edilmişdir), nadir hallarda isə Qarayazı qoruğunun Gürcüstanla həmsərhəd Euqay meşələrində keçici xarakterdə 5–10 başdan ibarət kiçik populyasiya qala bilmişdir. == Yaşayış yeri və həyat tərzi == Nəcib maral ekoloji cəhətdən çox plastik növ olub, müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir (meşəli düzlərdə, tuqayda, dağ-meşə, alp və subalp qurşaqlarında). Onların həyat tərzində — kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq (isti fəsillərdə), günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək, qida axtarışı və fəsillərlə əlaqədar sutkalıq və mövsümi miqrasiyalar (üfüqi və şaquli) kimi ekoloji qaydalar səciyyəvi xüsusiyyətlərdir.
Cervus nippon
Xallı maral (lat. Cervus nippon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Xallı maral Şərqi Asiyanın-Rusiyanın dənizqırağından şimali Vyetnama və Yaponiyada yayılmışdır. Bu ərazilərdə təxminən 10 yarımnövü yaşayır. Hal hazırda Xallı Marallara İngiltərədə, Yeni Zellandiyada rast gəlmək olur. Erkəklərinin buynuzu 80 santimetrə çatır. Xallı Maralların çəkisi 80-130 kiloqrama çatır. Uzaq Şərqdə xallı Marallar enliyarpaq palıd meşələrində yaşayır. Onların hamiləlik dövrü 7.5 ay çəkir. Xallı marallar bir bala doğurlar.
Cervus unicolor
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Eldən soruş (film, 1980)
== Məzmun == Film görkəmli Azərbaycan şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 70 illiyinə həsr olunmuşdur. Kinolentdə sənətkarın həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Fəraməz Məmmədov Bəstəkar: Mobil Babayev Səs operatoru: Şamil Kərimov === Filmdə iştirak edənlər === Rəsul Rza Heydər Əliyev Süleyman Rüstəm == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Sərxoş usta 2 (film,1994)
"Sərxoş usta 2" (ing. Drunken Master II) — əfsanəvi Çin xalq qəhrəmanı Von Fehonqun Ceki Çan ilə Honq Konq filmi.Film Sərxoş Usta filminin davamı olsa da, orijinaldan çox fərqlidir. == Məzmun == Von Feihonq qəflətən Çindən qədim əsərləri gizli şəkildə çıxartmağa, sonra qara bazarda satmağa çalışan Britaniya konsulunun işləri ilə tanış olur.O ,konsulu dayandırmağa çalışır.Ancaq bu, şəhərdə tanınmış bir həkim olan atası tərəfindən ixtiyarsız olaraq qarşılanır.Atası Feihonq'un "sərxoş kunq-fu" sənətini tətbiq etməsini qadağan edir, sərxoş döyüşlərin bir gənc oğlan üçün yararsız bir peşə olduğuna inandırır. Lakin Vauqun, ögey anasını (Anita Mui), xüsusilə də konsulun agentləri ona hücum etdikdən sonra Vauqun döydüyü və uzaqlaşdırdığı adamı dəstəklədi. Ata, həyat yoldaşı ilə döyüşü bildikdən sonra bir qalmaqal qurur və oğlunu mirasdan məhrum edir.
Sərxoş usta 2 (film, 1994)
"Sərxoş usta 2" (ing. Drunken Master II) — əfsanəvi Çin xalq qəhrəmanı Von Fehonqun Ceki Çan ilə Honq Konq filmi.Film Sərxoş Usta filminin davamı olsa da, orijinaldan çox fərqlidir. == Məzmun == Von Feihonq qəflətən Çindən qədim əsərləri gizli şəkildə çıxartmağa, sonra qara bazarda satmağa çalışan Britaniya konsulunun işləri ilə tanış olur.O ,konsulu dayandırmağa çalışır.Ancaq bu, şəhərdə tanınmış bir həkim olan atası tərəfindən ixtiyarsız olaraq qarşılanır.Atası Feihonq'un "sərxoş kunq-fu" sənətini tətbiq etməsini qadağan edir, sərxoş döyüşlərin bir gənc oğlan üçün yararsız bir peşə olduğuna inandırır. Lakin Vauqun, ögey anasını (Anita Mui), xüsusilə də konsulun agentləri ona hücum etdikdən sonra Vauqun döydüyü və uzaqlaşdırdığı adamı dəstəklədi. Ata, həyat yoldaşı ilə döyüşü bildikdən sonra bir qalmaqal qurur və oğlunu mirasdan məhrum edir.