QATIQLI sif. Qatıq vurulmuş, qatıq vurulan, qatıqla yeyilən. Qatıqlı qayğanaq. – Plovun üstündə də bir mis sərpuş, yanında da bir boşqabın içində üstü qatıqlı yarpaq dolması qoyulardı. H.Sarabski.